Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1331/2021 09.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfində n verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim F.H.Əliyev) Məhkum (xx xxxx 1973-cü ildə ünvan2də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 310 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məh rum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən – cinayətlərin məcmusu üzrə həmin cəzalar qismən toplanılmaqla 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 18 mart 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim N.R.Mövsümov, hakimlər V.C.Cəfərov və R.O.Əsgərovadan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2019-cu il tarixli qərar ından Məhkum tərəfindən kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum 2018-ci ilin sentyabr-oktyabr ayları ərzində, Sumqayıt şəhərində, yaxın münasibətlərdə olduğu XXX30nin polis sahə rəisi, polis mayoru X3 öz övladı X75u və bacısı oğlu X6 XXX35nə işə qəbul etdirmək istədiyini yəqinliklə bilərək, onun xeyli miqdarda əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi “Kenwood” markalı xüsusi radio rabitə vasitəsi və odlu silah olan tapançaya bənzər alışqanı dəfələrlə X80a nümayiş etdirərək özünü özbaşına olaraq vəzifəli şəxs, yəni XXX35nin əməkdaşı kimi təqdim edib onun hüquqlarını, eləcə də dövlət orqanının qanuni mənafelərini əhəmiyyətli dərəcədə pozaraq, geniş əlaqələrə və nüfuza sahib olduğunu bildirib həmin qurumun vəzifəli şə xslərinə pul verməklə oğlu və bacısı oğlunu işə qəbul etdirə biləcəyinə inandıraraq, bu məqsədlə vəzifəli şəxslərə 14.000 manat məbləğində rüşvət verməyə sövq edib X80la həmin pul vəsaitinin yarısının dərhal, digər yarısının isə iş düzəldikdən sonra veriləcəyini razılaşdıraraq sonuncunun ailə üzvlərinə məxsus qızıl-zinət məmulatlarını girov qoyaraq oğlu X75un adına "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialından 12 oktyabr 2018-ci il tarixli 016CASA182850013 nömrəli kredit müqaviləsi əsasında götürdüyü 7500 manat məbləğində vəsaitin 7000 manat hissəsini həmin günlərdə, Sumqayıt şəhəri ərazisində qəbul edib şəxsi ehtiyaclarına sərf etməklə xeyli miqdarda ziyan vuraraq özgənin əmlakını əvəzsiz olaraq dələduzluqla ələ keçirib X80u vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar, vasitəçidən istifadə etməklə rüşvət verməyə təhrik etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandrımışdır ki, onun barəsində olan cinayət işi üzrə icraatda ittihamda göstərilən polis mayoru X7 zərərçəkmiş qismində tanındığı halda sonradan düzgün olmayaraq şahid qismində iştirak etmiş və cinayət məsuliyyətindən kənarda qalmışdır. Belə olan halda, həmçinin vəzifəli şəxs olmadığına görə onun özünün Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə (yəni, X80u rüşvət verməyə təhrik etməyə görə) təqsirli bilinməsi əsassız və qanunsuz olmuşdur. Bundan başqa, məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən halların, o cümlədən himayəsində yetkinlik yaşına çatmayan qız övladının və xəstə valideynlərinin olmasının nəzərə alı nmadığını, eləcə də Cinayət Məcəlləsinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almağı tələb edən müddəlarının tələblərinə əməl olunmadığını, nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etmişdir. Məhkum kassasiya şikayətində göstərilənləri nəzərə alaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 noyabr 2019-cu il tarixli qərarının dəyişdirilərək cəzadan azad edilməsini və yaxud ona azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəzanın təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsinə görə isə Ali Məhkəmənin kollegiyası hüquq məsələləri üzrə yoxlama nəticəsində cinayət və cinayət-prosessual qanunların tətbiqi ilə bağlı olub bu maddədə göstərilən pozuntualardan hər hansı birini müəyyən etdikdə, məhkəmə qərarını kassasiya qaydasında ləğv edə və yaxud dəyişdirə bilər. Məhkum kassasiya şikayətində əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddələrinin tərkibi olmadığı halda əsassız olaraq həmin maddə ilə təqsirli bilindiyini və məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadığı üçün həddind ən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və cəzasının yüngülləşdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.6 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu şikayətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum kassasiya şikayətindən görünür ki, o, əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddələri ilə (X4 rüşvət verməyə təhrik etməyə görə) təqsirli bilinməsi, əməlində həmin cinayətin tərkibinin olmaması haqqında iddiasını onunla əlaqələndirmişdir ki, o, vəzifəli şəxs deyil, həmçinin X85 cinayət işi üzrə şahid qismində dindirilmiş və cinayət məsuliyyətinə cəlb edilməmişdir. Kassasiya şikayətinin bu dəlili hazırki iş üzrə məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarının, o cümlədən 33, 125, 143-146-cı maddələrinin tələblərinə uyğun şəkildə tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmiş işin faktiki hallarından irəli gəlmədiyindən, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4-cü maddəsi, 312.1-ci maddəsi və həmin maddənin “Qeyd” hissəsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli qərarının müddəları ilə uzlaşmadığından əsaslı hesab edilə bilməz. Belə ki, şərh edilən məsələ ilə əlaqədar hazırki iş üzrə müəyyən edilmiş və cinayət prosesi tərəflərinin mübahisələndirmədikləri faktiki hal odur ki, Məhkum özünü XXX35nin əməkdaşı kimi təqdim edərək polis mayoru X2 X55u və bacısı oğlu X90u XXX35-də işləyən vəzifəli şəxslərə rüşvət verib işə düzəltdirəcəyini vəd edib aldadaraq 14.000 manat məbləğində pulu rüşvət verməyə təhrik etmiş və bu yalandan istifadə etməklə faktiki olaraq 7000 manatı ələ keçirmişdir. Cinayət Məcəlləsinin 312.1-ci maddəsinin dispozisiyası aşağdakı məzmundadır: “rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi”. Cinayət Məcəlləsinin 32.4-cü maddəsində isə cinayətin təhrikçisi aşağıdakı kimi təsbit edilmişdir: “ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır”. Göründüyü kimi, Cinayət Məcəlləsinin 32.4-cü maddəsi təhrikçini əsas cinayətin subyekti ilə eyniləşdirmir, o cümlədən Cinayət Məcəlləsinin 312.1-ci maddəsi “vəzifəli şəxs”i h əmin cinayətin subyekti kimi göstərdiyi halda, Cinayət Məcəlləsinin 32.4-cü maddəsi təhrikçinin də xüsusi subyekt (vəzifəli şəxsin əlamətlərinə malik) olmasını tələb etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1-ci maddəsinin “Qeyd” hissəsinə görə “rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli qərarının 36-cı bəndinə əsasən “şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) ed ilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və sair neməti alıb ələ keçirdikdə onun əməli dələduzluq (CM-in 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CMin 32.4,312-ci maddələri) kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-in 29,312-ci maddələri ilə tövsif edilir, onların zərərçəkmiş qismində tanınması istisna olunur, CM-in 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir”. Hazırki iş üzrə müstəntiq tərəfindən çıxarılmış, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən preyudisial əhəmiyyətə malik 22 iyul 2019-cu il tarixli qərarla (“sübutların qiymətləndirilməsi haqqında” qərarın müvafiq hissəsi ilə) isə rüşvət verməyə təhrik olunmuş X3 barəsində cinayət təqibinə onun XXX35nə könüllü məlumat verməsi əsas gətirilməklə, yəni CM-in 312-ci maddəsinin “Qeyd”inə əsasən xitam verilmiş, eyni zamanda X80un zərərçəkmiş şəxs qismində tanınmasından imtina olunmuşdur. Odur ki, X80un cinayət prosesində şahid qismində iştirak etməsi qanun pozuntusu kimi qiymətləndirilə və işin bu xüsusatı, eləcə də X55un cinayət məsuliyyətinə cəlb edilməməsi, Məhkum vəzifəli şəxs olmaması sonuncunun rüşvət verməyə təhrikçi kimi Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddələri ilə məsuliyyət daşımasını ist isna edən (cinayət tərkibinin olmadığına dəlalət edən) hallar kimi nəzərdən keçirilə bilməz. Qeyd olunan səbəblərə, ümumiyyətlə baxılmış cinayət işi üzrə müəyyən edilmiş digər hallara görə məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin 32.4,312.1, habelə 178.2.4 və 310-cu maddələri ilə təqsirli bilinməsi üzrə birinci instansiya məhkəməsinin və onunla razılaşmış apellyasiya instansiyası məhkəməsinin nəticələrini şübhə altına almaq üçün əsas görmür. Məhkum cəza təyin edilərkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi maddələrlə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə, apellyasiya instansiyası məhkəməsi təyin olunmuş cəzanı dəyişdirilmədən saxlam aqla cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına, və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişlər. O cümlədən, baxılan işdə kassasiya şikayətində göstərilənlərin əksinə olaraq Məhkum himayəsində yetkinlik yaşına çatmayan uşağının olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş və cəzanı ağırlaşdıran halların olmaması ilə birlikdə götürülməklə cəza təyini zamanı nəzərə alınmışdır. Kassasiya şikayətində istinad olunan, lakin məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal qismində müəyyən edilməyən Məhkum himayəsində xəstə vali deynlərinin olması kimi hala gəldikdə, kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunanlar hökmün və apellyasiya məhkəməsinin yekun qərarının qanuni və əsaslı olduğunu, məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində göstərilən, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan 416.1.6 və 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntula ra yol verilmədiyini, müvafiq olaraq da apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi, o cümlədən məhkumun cəzasının yüngülləşdirilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 20 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası nın Məhkum barəsində olan 20 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1331/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1331/2021
09.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver