Məhkəmə qərarları › İş №1(102)-1331/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1331/2025

10.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1331/2025 10.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hö kmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 206.2, 234.4.1, 234.4.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 30 may 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər Nəbiyev Cəlil Cabbar oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət məhkəmə tərkibində) Məhkum, 9 mart 1984-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər Moskva şəhəri Marino Rayon Məhkəməsinin 23 iyul 2009-cu il tarixli hökmü ilə Rusiya Federasiyasının CM-in 119-cu maddəsinin 1-ci hissəsi, 116-cı maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə təqsirli bilinərək həmin Məcəllənin 69cu maddəsinin 2-ci hissəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 oktyabr 2010-cu ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 32.5, 206.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə, CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə, CM-in 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və onun ərazi narkoloji dispanserdə proflaktik qeydiyyata götürülməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 2022-ci ilin mart ayının əvvəllərində İran İslam Respublikasının vətəndaşı istifadə etdiyi +**********56 nömrəli telefon vasitəsi ilə onunla narkotik vasitə və psixotrop maddələr göndərəcəyi barədə razılığa gəldikdən sonra külli miqdarda narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq əldə edib satmaq məqsədi ilə 26 mart 2022-ci ildə həmin şəxslə qabaqcadan əlbir olub bir qrup təşkil edərək Gəncə şəhərində fəaliyyət göstərən «Bolt» taksi şirkətində taksi fəaliyyəti ilə məşğul olan və cinayətdən xəbərsiz olan sürücü Şahid2 onu Beyləqan şəhərində yaşayan tanışları ilə görüşməsi adı ilə idarə etdiyi «Chevrolet Cruze» minik markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobillə aparmasını sifariş verərək, həmin gün axşam saatlarında Şahid2 1 dekabr 2021-ci il tarixli, ƏN-Vİİİ 07**** nömrəli etibarnamə ilə idarə etdiyi «Chevrolet Cruze» minik markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə sonuncunun tanışı, cinayətdən xəbərsiz olan - Şahid3 və uzaq qohumu Şahid1 ilə birlikdə Beyləqan şəhərinə yola düşmüş, həmin gün saat 23 radələrində şəxsiyyəti məlum olmayan şəxsin narkotik vasitəni və psixotrop maddələri götürməsi üçün Füzuli rayonunun Əhmədalılar kənd qəbirstanlığının ərazisində yerləşən «Lələ ziyarət Piri»nin yerləşdiyi yolların və yerin foto şəkillərini, məkanını göndərdiyi istiqamətdə gedərək həmin yerdə avtomobili saxladıqdan sonra o, avtomobildən yerə düşərək müəyyən edilməmiş vaxtda və yerdən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli, qaçaqmalçılıq yolu ilə məlum olmayan şəxs tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs qismində keçirilib Füzuli rayonunun Əhmədalılar kənd qəbirstanlığının ərazisinə gətirilərək həmin qəbirstanlığın ərazisində yerləşən «Lələ ziyarət Piri»nin içərisinə əvvəlcədən danışıqlarına uyğun olaraq qoyulmuş bir ədəd yaşıl rəngli idman çantasında olan 2 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamad a ayrı-ayrılıqda təmiz çəkiləri-970,0 qram, 1005,0 qram, ümumi çəkisi-1975,0 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, 2 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri-1115,0 qram,1245,0 qram, ümumi çəkisi 2360,0 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamini, 1 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi 2690,0 qram olan külli miqdarda bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib, gəldikləri avtomobillə Gəncə şəhərinə daşımaq istəyərkən Füzuli rayon Polis şöbəsinin Cinayət-Axtarış bölməsinin əməkdaşlarının ke çirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən pir ocağının içərisində tutularaq həmin idman çantası ilə birlikdə Füzuli rayon Polis şöbəsinin inzibati binasına gətirilmiş, 27 mart 2022-ci ildə gecə saat 02 radələrində videoçəkiliş vasitəsi ilə həmin idman çantasına baxış keçirilərkən çantanın içərisində külli miqdarda olan çəkilərdə narkotik vasitələr və psixotrop maddə metamfetamin aşkar edilmiş və «Chevrolet Cruze» minik markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilə isə baxış keçirilərkən avtomobilin onun oturduğu oturacağı tərəfdə sol arxa qapısının cibindən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi və qanunsuz olaraq saxladığı bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı soyuq silah hesab e dilən ov bıçağı aşkar edilərək götürülmüşdür. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmü 18 noyabr 2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdə də icraya yönəldilmişdir. 4 mart 2024-cü il tarixdə Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti verib eyni tarixli vəsatətlə məhkəməyə müraciət edərək həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərarı ilə (sədrlik edən hakim Nəbiyev Cəlil Cabbar oğlu) Məhkum apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsi nin 28 mart 2024-cü il tarixli qərarından Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə) apellyasiya şikayətinə ilkin baxış iclasının 30 may 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 may 2024-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması haqqında qərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlillər i: Barəsində qəbul edilmiş məhkəmə aktlarına istinad edən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən barəsində ittiham hökmü çıxarıldıqdan sonra onun səhhətində problemlər yaranmış, bununla əlaqədar o, tibbi əməliyyatlar keçirmiş, bu hallar müvafiq tibbi sənədlərlə də təsdiq olunur, səhhəti stabilləşdikdən sonra apellyasiya şikayəti vermək qərarına gəlmiş, lakin apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti buraxmış, məhkəmələr də əsassız olaraq apellyasiya şikayətinə əlavə etdiyi tibbi arayışlara məhəl qoymadan bu müddətin bərpa edilməsi haqqında onun vəsatətini təmin etməmişlər. Odur ki, qeyd olunanları nəzərə alaraq Məhkum barəsində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsin i və onun vəsatətinin təmin edilməsi barədə qərar qəbul edilərək barəsindəki cinayət işinə apellyasiya qaydasında mahiyyəti üzrə baxılması üçün həmin işin Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzr ə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələb lərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmi şdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmlərindən və ya digər yekun qərarlarından apellyasiya şikayətlərinin və ya apellyasiya protestlərinin verilməsi qaydasını və müddətləri tənzimləyən cinayətprosessual qanunvericiliyin normalarına müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 381.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. CPM-in 384.1.1-ci maddəsinin tələl əbrinə görə, iş üzrə ittiham və ya bəraət hökmü çıxarıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə hökmün və ya müvafiq qərarın surətinin həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. CPM-in 384.2-ci maddəsində təsbit edilmişdir ki, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət prosesinin hər bir iştirakçısının, o cümlədən məhkum olnmuş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunvericil ikdə yuxarıda göstərilən müddətlər buraxılmaqla apellyasiya şikayətinin və ya apellyasiya protestinin verildiyi hallarda üzrlü səbəblərdən buraxılmış müddətin bərpa edilməsi mümkünlüyü də nəzərdə tutulmuşdur. Belə ki, CPM-in 386.1-ci maddəsinin tələblərindən görünür ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-in 386.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən h əll edilir. CPM-in 386.3-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. CPM-in 391.3.3-cü maddəsində apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında qəbul etdiyi qərarlardan biri kimi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərarın qəbul edilməsi nəzərdə tutulmuşdur. Belə qərarlardan isə kassasiya şikayətini və ya kassasiya protestini vermək hüququna malik olan şəxslər tərəfindən 1 (bir) ay müddətində kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi CPM-in 410.1.1-ci maddəsində təsbit edilmişdir. Qanunvericiliyin şərh edilən normalarına əsasən cinayət işinin materiallarının təhlili nəticəsində müəyyən edilir ki, iş materiallarına əlavə edilmiş sənədlərə görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmünün surəti 19 oktyabr 2022-ci il tarixli 1(099)-4xx/xx-2022 saylı məktubla poçt vasitəsilə Məhkum təqdim olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilmiş və 28 oktyabr 2022-ci il tarixdə ondan qəbz alınmaqla məhkuma verilmişdir. Bu tarixdən hesablanmaqla 20 (iyirmi) gün müddətində hökmdən apellyasiya şi kayəti və ya apellyasiya protesti verilmədiyindən həmin hökm 18 noyabr 2022-ci il tarixdə qüvvəyə minmiş və həmin tarixli göstərişlə icraya yönəldilmişdir. Yalnız, 4 mart 2024-cü il tarixdə, yəni hökmün surəti ona verildiyi gündən 1 (bir) il 4 (dörd) ay 4 (dörd) gündən sonra Məhkum onun barəsindəki 13 oktyabr 2022-ci il tarixli hökmdən apellyasiya şikayəti vermiş və eyni zamanda Lənkəran Ağır Cinayətlər Məhkəməsi qarşısında apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Cinayət işinin materiallarından göründüyü kimi, toplanmış və araşdırılmış sübutlarla Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və bundan sonra uzun müddət ərzində ağır xəstəliyə tutulması, bu müddət lərdə fövqəladə hadisənin baş verməsi və ya onun hər hansı başqa üzrlü səbəblərdən vaxtında apellyasiya şikayəti verməsi üçün maneə yaradan hallar müəyyən etməmişdir. Belə ki, Məhkum özünün də həm apellyasiya, həm də kassasiya şikayətlərinə əlavə edilmiş sənədlərdən, o cümlədən 13 saylı cəzaçəkmə müəssisəsinin tibb-sanitar hissəsinidən verilmiş sənədlərlə müəyyən edilir ki, Məhkum 25 noyabr 2022-ci il tarixdə həmin cəzaçəkmə müəssisəsinə qəbul edilmiş və 19 avqust 2023-cü il tarixdə mədəsində olan ağrılarla bağlı həmin müəssisənin tibb-sanitar hissəsinə müraciət etmiş, ona “Mədə xorası – sual altında” diaqnozu qoyularaq və ambulator müalicə təyin edilmiş, 8 sentyabr 2023-cü il tarixdə müalicə müəssisəsinə göndərilmiş və həmin müəssisədə müalicə kursu keçmiş, 8 fevral 2024-cü il tarixdə o, təkrarən tibb-sanitar hissəsinə müraciət etmiş, 10 fevral 2024-cü il tarixdə isə müalicə müəssisəsinə göndərilərək orada stasionar müalicə kursu keçmişdir. Lakin, bu arayışla və həmin arayışda göstərilən halları təsdiq edən tibbi sənədlərə görə, Məhkum səhhətində problemlər yalnız 19 avqust 2023-cü il tarixdə yaranmış və bu tarixədək də o, apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti on aydan artıq buraxmış, bu müddət ərzində isə onun hökmdən apellyasiya şikayəti verməsi üçün heç bir maneə olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını təhlil edərək həmçinin vurğulamağı lazım bilir ki, həmin materiallara əsasən Məhkum və birinci instansiya məhkəməsinin məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Lənkəran rayon Vəkil Bürosunun vəkili Məmmədli Orxan M əmmədqulu oğlu hazırki cinayət işinə mahiyyəti üzrə baxılmasına dair məhkəmə iclaslarında və hökmün elan olunmasında iştirak etmiş və onlara hökmdən apellyasiya şikayətinin verilməsinin qaydası və müddətləri barədə qanunvericiliyin tələbləri izah edilmişdir. Məhz bütün yuxarıda təsvir edilənlərə görə, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında Məhkum vəsatətinə baxan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi həmin müddətin bərpa edilməsi üçün heç bir üzrlü səbəb müəyyən etmədiyindən, 28 mart 2024-cü il tarixdə qəbul etdiyi qərarla məhkumun vəsatətini təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq 30 may 2024-cü il tarixli qərarla birinci instansiya məhkəməsinin həmin qərarını dəyişdirilmədən saxlamışdır. Kassasiya kollegiyası y uxarıda göstərilənləri və qanunvericiliyin şərh edilən tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında Məhkum vəsatətinin rədd edilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan kassasiya şikayətinin dəlilərini qəbuledilməz sayaraq bu dəlillər üzərində qurulmuş tələbin təmin edilməsini mümkün bilmir. Belə olan halda, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə bir daha təhlil edib kassasiya şikayətinin təmin edilməsi haqda Məhkum, həmin şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 30 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə həmin hökmdən apellyasiya şikayətinin verilməs i üçün buraxılmış müddətin bərpa edilməməsi haqqında Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasın 30 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar