Məhkəmə qərarları › İş №1(102)-1332/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1332/2021

01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1332/2021 01.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 və məhkumun müdafiəçiləri Müdafiəçi, X4 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunma sı barədə Masallı Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətin rədd edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 may 2021-ci il tarixli ilkin baxış qərarından məhkumun müdafiəçisi Müdafiəçi və X6 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Masallı Rayon Məhkəməsinin (hakim: X7) 23 noyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaç əkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin başlanğıcının Məhkum cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (sədrlik edən X10, hakimlər X11 və X1 ibarət tərkibdə) Şirvan Apelyasiya Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qərarı ilə Masallı Rayon Məhkəməsinin 1(050)-219/2020 saylı, 23 noyabr 2020-ci il tarixli hökmündən zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi vəkil X2 tərəfindən apelyasiya şikayəti və dövlət ittihamçısı Valeh Səmədov tərəfindən verilmiş apelyasiya protestinin təmin olunması, Masallı Rayon Məhkəməsinin 1(050)-219/2020 saylı, 23 noyabr 2020-ci il tarixli hökmünün dəyişdirilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin olunmuş 4 (dörd) il 6 (a ltı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının müddətinin 5 il 2 aya qədər artırılması və Məhkum qəti olaraq 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Məhkum məhkəmə iclas zalından həbsə alınması, cəzasını ümumi reyimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəli 23 fevral 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Masallı Rayon Məhkəməsinin (hakim: F.Z.Əliyev) 12 aprel 2021-ci il tarixli qərarı ilə Məhkum müdafiəçiləri X6 və Müdafiəçi tərəfindən birgə verilmiş apelyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatəti rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 may 2021-ci il tarixli qərarı ilə (hakimlər E.İ.Əliyev (sədrlik edə n və məruzəçi), Z.A.Zeynalov və N.F.Mirzəyevdən ibarət tərkibdə) məhkumun müdafiəçiləri Müdafiəçi və X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 12 aprel 2021ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 may 2021-ci il tarixli qərarından məhkumun müdafiəçiləri Müdafiəçi və X6 birgə kassasiya şikayəti vermişdir. Müdafiə tərəfi kassasiya şikayətində məhkumun birinci instansiya məhkəməsində iştirak etmiş müdafiəçisinin səriştəsizliyi və məhkuma keyfiyyətli hüquqi yardım göstərə bilməməsi səbəbindən əslində əməlində heç bir cinayət tərkibi olmayan Məhkum barəsində qəbul edilmiş ittiham hökmündən hər hansı bir apellyasiya şikayət verməmiş, məhkum cavanlığ ı və təcrübəsizliyi səbəbindən özünü müdafiə edə bilməmişdir. Müdafiə tərəfi Məhkum bəraət verilməli olduğunu vurğulayaraq, vəsatətinin təmin edilməsini, işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçilərinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti ver mək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir və həmçinin kassasiya şikayətində də apellyasiya şikayəti vermək üçün müddətin bərpa olunmasına əsas ola biləcək bir dəlil yoxdur. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. İş materiallarından görünür ki, Masallı Rayon Məhkəməsini n hökmü 23 noyabr 2020-ci il tarixdə məhkumun və müdafiəçisinin iştirak etdiyi məhkəmə iclasında elan olunmuş və təqsirləndirilən şəxs Məhkum hökmdən hansı müddətdə və necə apelyasiya şikayəti vermək hüququnun olması izah olunmuşdur. İşdə olan, Masallı Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli hökmün surəti məhkəmə qəbzini imza etməklə Məhkum 25 noyabr 2020-ci ildə təqdim olunmuşdur. Həmin hökmdən qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxs Məhkum və ya onun müdafiəçisi tərəfindən apelyasiya şikayəti verilməmişdir. Apelyasiya şikayəti verilməsi müddəti bitəndən 03 aydan çox zaman keçdikdən sonra, yəni 02 aprel 2021-ci il tarixdə Məhkum müdafiəçiləri tərəfindən məhkum barəsində olan 23 noyabr 2020-ci il tarixli hökmdən apelyasiya şikayəti, eləcə də həmin tarixdə apelyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatət vermişdir. Apellyasiya məhkəməsi müddətin bərpasına dair məsələyə baxarkən qeyd etmişdir ki, müdafiə tərəfi apelyasiya şikayətinin vermə müddətinin buraxılmasının üzürlü səbəbdən olmasını təsdiq edən sübutlara istinad etməmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, Məhkum apellyasiya şikayətini vaxtında, yəni hökmün elan olunduğu andan 20 gün müddətində verə bilməməsini və bunun üzrlü səbəbdən baş verməsini təsdiq edən hər hansı bir sübutu vəsatətə əlavə etməmiş, nə də ki, məhkəmələrə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də rədd edilməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə Masallı Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətin rədd edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının 19 may 2021-ci il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar