Məhkəmə qərarları › İş №1(102)-1332/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1332/2024

25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1332/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmməd oğlunun, məhkum xxx iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2023-cü il tarixli 1(103)-840/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsin in 16 fevral 2023-cü il tarixli 1(101)-629/2023 nömrəli hökmü ilə (sədrlik edən və məruzəçi hakim Ə.Q.Quliyev, hakimlər R.Ə.Sadıxov və İ.X.Həsənzadədən ibarət məhkəmə tərkibi) xx.xx.1977-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli 17 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2023-cü il tarixli qəra rı ilə (sədrlik edən və məruzəçi hakim R.A.Qaraqurbanlı, hakimlər M.Ə.Abbasov və A.F.İbrahimovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum əməli CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-1-ci maddəsinə tövsif edilmiş, Məhkum CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2023cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim V.C.Cəfərov, hakimlər Ə.C.Seyidov və N.R.Mövsümovdan ibarət məhkəmə t ərkibi) dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2023-cü il tarixli qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 4,004 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı həmin tarixdə saat 16:10-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilmiş, orada saat 17:50-dən etibarən üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən iki ədəd sellafon bükümdə kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən ayrı-ayrılıqda 1,755 qram və 2,249 qram olmaqla ümumilikdə 4,004 qram təmiz çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Məhkum narkotik vasit ə olan heroinin məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etməsinin, saxlamasının, habelə daşımasının sübut olunmaması haqqında nəticəyə gəlib onun əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsindən 234.1-1-ci maddəsinə dəyişmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalar pozulmuş, nəticədə polis orqanının ondan götürülmüş narkotik vasitə kimi rəsmiləşdirdiyi narkotik vasitəyə aidiyyətı olmadığı, həmin narkotik vasitənin onun tərəfindən əldə edilib, üzərində saxlanılması sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tə qsirli bilinmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2023-cü il tarixli qərarının dəyişdirilməsini və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hü quq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət – prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda onun əsassız olaraq Cinayət Məcəlləsinin 234.1-1-ci ma ddəsi ilə təqsirli bilindiyini iddia edərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsini və barəsində ədalətli qərar qəbul edilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1- 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət m əsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət tə qibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarı ilə təqsirli bilindiyi hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətləri ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma cinayətini törətməsi və həmin əməllə görə Cinayət Məcəll əsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyi qeyd olunan məhkəmə tərəfindən Azərbaycan Respublikası CinayətProsessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Məhkum külli miqdarda olan 4,004 qram heroin narkotik vasitəsini əldə edib üzərində saxlaması və daşıması (Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayəti törətməsi) barədə qənaət sübutlara və cinayət-hüquq normasının düzgün tətbiq edilməsinə əsaslanan nəticədir. Belə ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiyalarına görə həmin normalar (hazırki işin kontekstində) şə xsin satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin əldə edilməsinə, saxlanılmasına, daşınmasına görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. “Şəxsi axtarış və götürmə” aparılması haqqında 17 sentyabr 2022-ci il tarixli protokolda şübhəli şəxs Məhkum qeyd olunan maddənin götürülməsi əksini tapmışdır. Götürmə zamanı şübhəli şəxsin müdafiəçisi iştirak etmiş, etirazlar, protokola dair qeydlər verilməmişdir. Məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5297 saylı rəyinə görə kütləsi 4,004 qram (2 büküm külli miqdarda) olan həmin maddə narkotik vasitə hesab edilən heroindir. 2005-ci il 28 iyun tarixli qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, hab elə onların külli miqdarına görə siyahı”ya (İ siyahıya) əsasən heroinin kütləsi 0,15 qram təşkil etdikdə, şəxsi istehlak miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda narkotik maddə hesab olunur. Ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2021-ci il tarixli 7179 saylı rəyinə əsasən Məhkum OPOİDLƏRİN qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyi aşkar olunmuş, o, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olan şəxs kimi qiymətləndirilmişdir. İş üzrə şahid qismində dindirilmiş Məhkum saxlanılmasında və baxışın keçirilməsində iştirak etmiş polis əməkdaşları, birinci instansiya məhkəməsində dindirilərkən sonuncudan narkotik vasitənin götürülməsini təsdiq etmişlər, həmçinin ibtidai istintaq zamanı Məhkum özü ondan aşkar edilmiş narkotik vasitənin əldə edilməsi və miqd arı ilə bağlı qismən etirafedici ifadə vermişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən və işin digər faktiki hallarından irəli gələn qənaətinə görə ittihamda təsvir edilən külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı olan cinayət hadisəsi və Məhkum hərəkətlərində həmin cinayətin tərkibi ilə ehtiva olunan bütün zəruri əlamətlər mövcud olmuşdur. Odur ki, məhkəmə kollegiyası nə apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş sayılan işin faktiki hallarını, nə də ki, həmin faktlardan hasil edilmiş hüquqi nəticəni, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması, onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırı lmasını istisna edən halların olmaması barədə yekun qənaəti şübhə altına almaq üçün heç bir əsas görmür. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, Məhkum əməlini CM-in 234.1-1-ci maddəsinə tövsif etməklə və ona həmin maddə ilə cəza təyin edərkən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir. Təsvir olunanlar məhkumun apellyasiya şikayətinə baxılması nəticəsində CPM-in 416.1.1- 416.1.3 və 416.1.11-ci maddələrinə göstərilən halların müəyyən edilmədiyi, yəni kassasiya şikayətinin də təmin edilməsi (apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi) üçün əsasların müəyyən olunmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiy asının Məhkum barəsində olan 02 may 2023-cü il tarixli 1(103)-840/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 02 may 2023-cü il tarixli 1(103)-840/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar