Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1332/2025 09.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, bəraət almış şəxs X3 və Müdafiəçi2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 15 oktyabr 2024-cü il tarixli 1(106)-461/2024 nömrəli hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Neymət Məmmədov (sədrlik edən və məruzəçi), Nahid Hüseynov və Esmira Məmmədova) 06 mart 2024-cü il tarixli, 1(099)212/2024 nömrəli hökmü ilə 18 aprel 1982-ci ildə Astara rayonu, Ərçivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Astara rayonu, Ərçivan qəsəbəsində yaşamış X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edi lmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 13 iyul 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama görə X8 təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda 6,146 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 13 iyul 2023- cü il tarixdə saat 07:45-də Astara rayonu, Ərçivan qəsəbəsində yaşadığı ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq Astara Ray on Polis Şöbəsinin inzibati binasına gətirilmiş və həmin gün saat 09:34-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 2 (iki) ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkiləri 3,031 qram və 3,115 qram olmaqla eyni tərkibli, külli miqdarda 6,146 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Habil Bəhmənov (sədrlik edən və məruzəçi), Elçin Xasməmmədov və Pərviz Hacıyev) 15 oktyabr 2024-cü il tarixli 1(106)-461/2024 nömrəli hökmü ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 1(099)-212/2024 nömrəli hökmü ləğv edilmiş, A.N.Süleymanova CinayətProsessual Məcəlləsinin (bundan sonra CPM-in) 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilmiş, Müdafiəçi2 apellyasiya şikayəti təmin edilmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 oktyabr 2024-cü il tarixli 1(106)-461/2024 nömrəli qərarının ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, buna görə də Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 oktyabr 2024-cü il tarixli hökmü ləğv olunmalı və iş yeni apellyasiya baxışın təyin edilməlidir. Kassator qeyd edir ki, araşdırılmış mötəbər sübutlar, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrin, digər istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlar məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək A.N.Süleymanovun CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Bakı şəhəri, Nərimanov rayon prokurorluğunun 04 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, A.N.Süleymanova bədəni üzərində xəsarət aşkar olunması faktı ilə bağlı araşdırma aparılaraq Cinayət -Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, A.N.Süleymanov izahat verən zaman şikayət və tələbi olmadığını, Astara RPŞ-də və BMCMİ-də ona qarşı heç bir fiziki və psixi təzyiqlər olunmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxs A.N.Süleymanovun cinayət əməlinə işin obyektiv hallarına uyğun qiymət verməmiş, onun tərəfindən törədilmiş əməldə konkret cinayətin əlamətlərinin olmasını, bununla yanaşı hazırda cəmiyyətdə narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə tədbirlərinin genişləndirilməsi istiqamətində gedən prosesləri nəzərə almamış, nəticə etibarilə sonuncuya bəraət verib məsuliyyətdən kənarda qoymaqla CM-in əsaslandığı qanunçuluq və digər prinsiplərini pozmuşdur. Kassator qeyd edir ki, məhkəmənin gəldiyi qənaətdən görünür ki, m əhkəmə özünü müdafiə üçün rahatlıqla dəlil gətirmək və yalan ifadə vermək hüququ olan təqsirləndirilən A.N.Süleymanovun döyülüb üzərinə narkotik vasitə qoyulmasından ibarət ifadəsini, A.N.Süleymanovun ibtidai istintaqın ilkin mərhələsində verdiyi ağlabatan, işin faktiki hallarına uyğun gələn ifadələrini, şəxsi axtarış keçirilməsi barədə protokolu, əlavə edilmiş videoçəkilişi, çoxsaylı şahidlərin-polis əməkdaşlarının ifadələrini, sübutlar siyahısından çıxarmış, yalnız qeyd edilən mötəbərliyi şübhə doğuran sübutlarla yekun qərar qəbul etmiş və bununla da yanlış nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri nəzərə alınmamış, onun məhkəmə baxışında ziddiyyətli ifadələr verməsinin obyektiv səbəbi aydınlaşdırılmamış, toplanmış sübutlar tərəfsizlik nöqteyi-nəzərdən təhlil olunmamış, birbiri ilə müqayisə edilməmiş, əldə edilmiş sübutların mötəbərliliyinin müəyyənləşdirilməsi zamanı yalnız bir tərəfin maraqları prioritet götürülmüş, nəticədə sübutların məcmusuna düzgün hüquqi qiymət verilməmiş, beləliklə, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, A.N.Süleymanovun Azərbay can Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olunmuş, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilməməsi nəticəsində ona əsassız olaraq bəraət verilmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İstintaq orqanı A.N.Süleymanova Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə ittihamı elan etmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərmişdir. İstintaq orqanı A.N.Süleymanovun elan edilmiş ittiham üzrə təqsirini təsdiq etmək üçün məhkəməyə onun özünün istintaqın ibtidai istintaqda verdiyi, şəxsi axtarışda iştirak etmiş polis əməkdaşları X12, X9 və X10 şahid ifadələrini, üzərində şəxsi axtarış keçirilməsi haqqında 13 iyul 2023-cü il tarixli protokolu, telefon məlumatlarından çıxarışı, məhkəməkimyəvi ekspertizasının rəyini təqdim etmişdir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış s übutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə əsasən işə baxarkən sübutları araşdırıb onlara qiymət verərək belə nəticəyə gəlmişdir ki, ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər və ziddiyyətli sübutları təşkil etmişdir. Kassasiya protestində qeyd edilmişdir ki, apellyasiya məhkəməsinin mövqeyi əsassızdır, sübutlar cinayət-prosessual normalarına riayət edilməklə əldə edilmiş, cinayət işi üzrə toplanmış sübutların mötəbərliyinə heç bir şübhə yoxdur, sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş, A.N.Süleymanova elan edilmiş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinay ət prosesini tənzimləyən və proses iştirakçılarının hüquq və vəzifələri müəyyən edən cinayət-prosessual qanunun aşağıda göstərilən normalarına nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən q iymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İşdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi A.N.Süleymanova Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsi barədə nəticəyə gələrkən cinayət işi üzrə toplanmış sübutları qiymətləndirmiş, həmin sübutlara və işin digər materiallarına istinad etmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, istintaq orqanı A.N.Süleymanovun təqsirliliyini əsaslandırmaq üçün onun ibtidai istintaq zamanı verdiyi etiraf xarakterli ifadələrə və üzərində şəxsi axtarış aparılması barədə tərtib edilmiş protokola istinad etmişdir. A.N.Süleymanov şübhəli şəxs qismində ibtidai istintaqda dindirilərkən göstərmişdir ki, üstündən aşkar edilmiş heroin ona məxsusdur, şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Həmçinin, A.N.Süleymanovun üzərində şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, həmin istintaq hərəkəti videoçəkilişlə aparılmış və A.N.Süleymanovun üzərindən iki bükümə ayrılmış, ümumilikdə 6,146 qram narkotik vasitə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən istint aq hərəkətinin yerinə yetirilməsi vaxtı da A.N.Süleymanov narkotik vasitə olan heroinin özünə məxsus olmasını və şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Yuxarıda qeyd edilən istintaq hərəkətlərindən sonra onların əsasında digər sübutlar toplanmış, o cümlədən şahid qismində polis əməkdaşları dindirilmiş, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaları keçirilmiş və cinayət işi baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı A.N.Süleymanov təqsirini etiraf etməmiş və ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrin Astara RPŞ-də ona zor tətbiq edilməsə də, lakin daha ağır ittiham irəli sürüləcəyi ilə hədələnməsi nəticəsində alındığını qeyd etmişdir. Belə ki, məhkəmə istintaqı zamanı A.N.Süleymanov ifadəsində göstər mişdir ki, o, heç vaxt narkotik vasitə qəbul etmir, Bakı şəhərində yaşamaqla, “Zenit İdman Cəmiyyəti”ndə peşə olaraq güləş müəllimi kimi fəaliyyət göstərir. Anasının qohumu Elmira Axundovanın vəfat etməsi ilə əlaqədar Astara rayonuna gəlmiş və bir neçə gün atasının evində qalmışdır. 13 iyul 2023-cü il tarixdə, gecə saat 04 radələrində evlərinin qapısı döyülmüş, maskalı və silahlı təxminən 15 nəfərdən artıq polis əməkdaşı həyətlərinə və evlərinə daxil olmuşlar. Ona polis şöbəsinə getməli olduğunu bildirmişlər. Onu geyinməyə imkan verməmişlər, yataq paltarında, yəni şortik və mayka ilə zor tətbiq etməklə “Pajero” markalı avtomobillə aparmışlar. Avtomobilə mindirilərkən paltarlarını anası polis əməkdaşlarına vermiş, Anar adlı polis əməkdaşı ona paltarları verdikdən sonra, polis şöbəsində əməl iyyatçıların otağında geyinmişdir. Həyətlərində olarkən qolunu burub yerə yıxmışlar, sol əlin İV barmağını burub sındırmışlar, sol çiyninə xəsarət yetirmişlər. Həmin vəziyyətdə onu və qardaşı Təbrizi Astara Rayon Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində əlləri arxasında qandallı vəziyyətdə olmuş, sınan barmağını sıxmaqla ona əziyyət vermişlər. Tələbləri isə belə olmuşdur-onun üzərinə narkotik vasitə qoyulacaq, videoçəkiliş zamanı və ifadələrində narkotik vasitənin özünə məxsus olmasını etiraf etməlidir. Əks halda ailə üzvləri polis şöbəsinə gətiriləcək, daha ağır nəticələr yaranacaqdır. Həmin gecə onunla birlikdə 9 nəfər həmkəndlisi saxlanılmışdır. Onlardan biri də X2 olmuşdur. Yalçın Əsədullayevin işgəncələrə məruz qalmasını açıq qapıdan görmüş, ondan da eyni qaydada narkotik vasitənin özünə məxsus olmasını etiraf etməsi tələb olunmuş, polis əməkdaşlarının dediklərini etmədiklərinə görə arvadı polis şöbəsinə gətirilmişdir. O, görmüşdür ki, arvadının yanında Yalçını təhqir edərək, ağzına tüpürmüşlər. Yalçın artıq bəraət almışdır. Polis əməkdaşları “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə canlı olaraq həyətlərində olan polis əməkdaşları ilə danışaraq, onu da eyni qaydada hədələmişlər. Qardaşı Təbrizin saxlanılmasına, edilən hədələrin real olmasına və bədənində olan xəsarətlərə görə, polis əməkdaşları ilə razılaşmışdır. Müdafiəçi gəldikdən sonra onun yanında hədə-qorxu gələndə, o başını aşağı salmış, reaksiya verməmişdir. O, həmin müddətdə 4 saata qədər saxlanıldıqdan sonra üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Bundan əvvəl onun şalvarının cibinə adını “Zaur” kimi eşitdiyi polis əməkdaşı iki büküm narkotik vasitə qoymuşdur. Baxış keçirilən zaman narkotik vasitənin adını düzgün deyə bilməmiş, buna görə orada olanlar gülmüşlər. A.N.Süleymanov həmçinin bildirmişdir ki, qardaşı Təbrizə də hədə-qorxu gəlmişlər və o, bu səbəblə o, şahid kimi ifadə verməkdən imtina etmişdir. Onun bədənində olan xəsarətlərlə bağlı Nərimanov rayon prokurorluğunun əməkdaşı izahat alarkən, ona qardaşı vasitəsi ilə sifariş göndərmişlər ki, polis əməkdaşları tərəfindən xəsarətin yetirilməsini bildirsə, işini ağır maddə ilə məhkəməyə göndərəcəklər. Çünki həmin vaxt o, CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunurdu. Sonradan ittihamı CM-in 234.1.-1-ci maddəsinə dəyişdirilmişdir. Birinci instansiya məhkəməsində yenə də qorxmuş, ona görə də döyülməsi və xəsarət almasını bildirmə mişdir. Apellyasiya instansiya məhkəməsi A.N.Süleymanovun ifadəsində göstərilən xüsusatların həqiqətə uyğun olub-olmadığını yoxlayarkən bir sıra sübutlar toplamış və onları tərəflərin iştirakları ilə məhkəmə istintaqında tədqiq etmişdir. Belə ki, ittihamın bütün sübutlarını şübhə altına alan hallardan biri ibtidai istintaq zamanı "xxxx" MMC-dən əldə olunmuş A.N.Süleymanovun istifadəsində olan ***-***-**-** mobil nömrənin anten dairəsi barədə məlumatlardır. 13 iyul 2023-cü il tarixdə, saat 04:06dan saat 04:36-dək olan müddət ərzində anten dairəsi saat 04:06-dan əvvəl Astara rayonu Ərçivan kəndi, daha sonra saat 04:36-dək isə Astara şəhəri, İstiqlaliyyət küçəsi göstərdiyi müəyyən olunur və həmin vaxtdan sonra anten dairəsi barədə məlumat müəyyən olunmur. Verilmiş ittihamda A.N.Süleymanovun h əmin gün saat 07:45-də Astara rayonu, Ərçivan qəsəbəsində yaşadığı ünvanın yaxınlığında saxlanılması qeyd olunmuşdur. Saat 04:36-da Astara şəhərində anten dairəsinin müəyyən olunması əsas verir ki, saat 07:45də A.N.Süleymanov yaşadığı evin yaxınlığında ola bilməzdi. Əgər həmin vaxt saxlanılmış olsaydı, telefon anten dairəsi qeyd olunan vaxtı Ərçivan kəndini göstərmiş olardı. A.N.Süleymanovun üzərinə şəxsi axtarış keçirilməsinin başlanğıc vaxtı 09:55 nəzərə alındıqda, bu nəticə yaranır ki, o, 5 saatdan artıq müddətdə dövlət orqanı olan Astara rayon polis şöbəsində saxlanılmışdır. Həmin müddət ərzində A.N.Süleymanova hədə qorxu gəlinməsi, fiziki ağrıya məruz qalması istisna olmaya bilər. Nəzərə alınmalıdır ki, qeyd olunan müddətdə o, müdafiəçi ilə təmin olunmamış, müdafiə hüququndan da tam məhrum olunmuşdur. Müdafiə tərəfinin qeyd olunan dəlillərinə əsasən cinayət əməlinin başa çatma yerinin Ərçivan qəsəbəsinin yaxınlığı olması təkzib olunur. Bu barədə əlavə şahid qismində ifadə verən şahidlərdən Nəsir Süleymanov təqsirləndirilən şəxsin atası olsa da, onun qeyd etdiyi hallar digər şahidlər Rəsul Quliyev və Səftər Ağayevin ifadələri ilə tam təsdiqini tapmışdır. X16 polis əməkdaşlarının səhvən onun evinə girməsini qeyd etməsi bir daha təsdiq edir ki, 13 iyul 2023-cü il tarixdə, saat 03:30-04:00 arasında A.N.Süleymanov qardaşı Təbriz Süleymanov ilə birlikdə yaşadığı evdən aparılmışdır. Müdafiə tərəfinin işgəncə faktı ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, A.N.Süleymanov saxlanıldıqdan bir gün sonra ibtidai istintaq zamanı məhkəmə-tibbi ekspertizasında n keçirilmişdir. Qeyd olunan 14 iyul 2023-cü il tarixli ekspertiza rəyində onun bədən xəsarətinin olmadığı qeyd olunduğu halda, həmin gün istintaq təcridxanasına daxil olduqdan sonra tibbi müayinəsi zamanı sağ çiyin nahiyəsində xəsarət izinin olması yenə də A.N.Süleymanovun etirafedici ifadələrinin həqiqət olmasını şübhə altına alır. Yuxarıda qeyd olunduğu kimi, 4 saatdan artıq müddətdə qanunsuz saxlanılma əsas yaradır ki, ona ifadəsində qeyd etdiyi şəraitdə və vaxtda təzyiqlər və fiziki ağrılar yetirilməsi mümkün olsun. Bu faktla bağlı Nərimanov rayon prokurorluğunda müvafiq ilkin araşdırma aparılmış olsa da, A.N.Süleymanovun bədəni üzərində xəsarət izlərinin olması faktı inkar olunmamış, prokurorluq orqanı xəsarət izlərinin məhz polis əməkdaşları tərəfindən yetirilməməsinə görə cinayət i şinin başlanmasının rədd olunması barədə qərar qəbul etmiş, həmin xəsarət izlərinin hansı şəraitdə və necə əmələ gəlməsi barədə heç bir təfərrüatlı araşdırma aparılmamışdır. Apellyasiya baxışında təyin olunmuş məhkəmə tibbi ekspertizasının 02 iyul 2024-cü il tarixli rəyinə əsasən A.N.Süleymanov ifadəsində qeyd etdiyi xəsarətlər, yəni tibbi kitabçada qeyd olunan “sağ çiyin nahiyyəsinin yumşaq toxumalarının əziyi” və məhkəmə tibbi ekspertizasının müəyyən etdiyi “sol əlin İV barmağının proksimal falanqasının qeyri düzgün bitişmiş sınığı və proksimal-orta falanqarası oynağının natamam çıxığı” təsdiq olunmuşdur. İşin hallarına əsasən hüquqi dəyərləndirmə bu qənaətə gəlməyə imkan verir ki, xəsarətlərin müddəti və əmələ gəlmə mexanizmi Araz Süleymanovun ifadəsinə uyğun gəlir. Bundan başqa məhkəmə kollegiyasının qənaətinə görə A.N.Süleymanov müdafiə hüququ da pozulmuşdur. Belə ki, işin halları ilə təsdiq olunur ki, A.N.Süleymanov 13 iyul 2023-cü il tarixdə, saat təqribən 04:30-da sonra Astara rayon polis şöbəsində saxlanılmışdır. Həmin gün saat 08:53-də şübhəli şəxs kimi tutulmuş və rəsmi olaraq həmin an ona müdafiəçi təqdim olunmuşdur. A.N.Süleymanov qeyd edir ki, baş verənlərin bir qismi müdafiəçinin yanında olmuş və həmin vaxt müdafiəçi başını aşağı salaraq susmuşdur. Aşkar görünür ki, müdafiəçi təqsirləndirilən şəxslə konfidensial qaydada görüşməmiş, onun 4 saatdan artıq müddətdə qanunsuz saxlanılmasına heç bir reaksiya verməmiş, ümumiyyətlə şəxsi axtarış zamanı təqsirləndirilən şəxsdən heç bir soruşmamışdır. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd olunanları müdafiə hüququnun pozulması kimi qiymətləndirmişdir. Məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, CPM-in 125.2.2. və 125.2.3-cü maddələrinin tələbinə görə ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. A.N.Süleymanovun məhkəmədə verdiyi ifadələrdə göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş əlavə sübutlarla üst-üstə düşür. Bu hal A.N.Süleymanovun ifadələrinin həqiqəti əks etdirdiyini göstərir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, yuxarıda göstərilən hallar A.N.Süleymanova qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutların, xüsusilə onun ilkin etirafedici ifadələrinin və üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokolun mötəbərliyinə əsaslı şübhələr yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti saxlama yerlərinə aparılan şəxslərin bədəni üzərində hər hansı bir xəsarət olmadığı halda, həmin şəxslər oradan istintaq təcridxanasına keçirilərkən və ya azad olunarkən bu zaman şəxsin bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi müvafiq dövlət orqanının üzərinə düşür və həmin orqan bunu edə bilmədikdə Avropa İnsan Hüquqları Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır. Belə olan halda, məhkəmə kollegiyası A.N.Süleymanovun ibtid ai istintaqdakı deyil, birinci instansiya məhkəməsindəki ifadələrinin həqiqətə uyğun olduğu ilə razılaşır və kassasiya protestinə cavab olaraq qeyd edir ki, məhz yuxarıda göstərilən səbəbdən məhkəmə təqsirləndirilən şəxsin hansı ifadəsinin qəbul, hansının isə qəbul edilmədiyi barədə düzgün nəticəyə gəlmiş və bu barədə öz mövqeyini kifayət qədər əsaslandırmışdır. Kassator məhkəmənin sübutların qiymətləndirilməsi barədə bu mövqeyi ilə razılaşmayaraq protestdə göstərmişdir ki, A.N.Süleymanovun Astara RPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə müraciəti üzrə toplanmış materiallara əsasən, həmin əməkdaşların əməlində cinayət tərkibi müəyyən edilmədiyindən, Nərimanov rayon prokurorluğu 04 oktyabr 2023-cü il tarixli qərarla cinayət işinin başlanmasını rədd etmiş və bu q ərar qanuni qüvvədədir. Bununla belə, məhkəmələr sübutları qiymətləndirərkən qanun tələblərinə zidd olaraq təqsirləndirilən şəxsin artıq yoxlanılmış və öz təsdiqini tapmamış həmin iddialarına istinad etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu dəlili araşdırarkən işgəncələrin qadağan olunmasını təsbit edən “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında” Konvensiyanın (Konvensiya) 3-cü maddəsinin pozuntusu nəticəsində əldə olunmuş sübutların cinayət prosesində istifadəsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (Avropa Məhkəməsi) presedent hüququnu nəzərdən keçirmək məqsədəuyğundur. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, Konvensiya ilə təmin edilən əsas və mütləq hüquqlardan birinin pozulması nəticəsində əldə edilmiş sübutdan istifadə, hətta həmin sübut şəxsin məhkum edilməsində həlledici əhəmiyyət kəsb etməsə belə, həmişə icraatın ədalətliliyi ilə bağlı ciddi problemlər yaranmasına səbəb olur (Zliçiç Serbiyaya qarşı, № 73313/17, § 119, 26 yanvar 2021-ci il). 3-cü maddənin pozulması nəticəsində əldə edilmiş ifadələrin cinayət prosesində istifadə edilməsi – rəftarın işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar kimi təsnifatından asılı olmayaraq – 6-cı maddənin pozulması ilə bütövlükdə icraatı avtomatik olaraq ədalətsiz edir (İbrahim və Digərləri Böyük Britaniyaya qarşı [BP], № 50541/08 ə s., § 254, 13 sentyabr 2016-cı il). 3-cü maddə ilə qaldırılan şikayətin hətta qəbuledilməz hesab edilməsi, məhkəmələr tərəfindən Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan təminatlara riayət edilib-edilmədiyi məsələ üzrə qərar qəbul edərkən pis rəftara məruz qalmaya dair iddianın nəzərə alınmasını istisna etmir (Aydın Çetinkaya Türkiyəyə qarşı, № 2082/05, § 104, 2 fevral 2016-cı il). Sübutun məhz pis rəftar nəticəsində əldə edildiyi barədə iddiaları araşdırarkən, cinayət işinə mahiyyəti üzrə baxan məhkəmədən təhqiqat orqanı tərəfindən əvvəllər araşdırılmış eyni faktlara və hallara yenidən qiymətləndirmək tələb oluna bilər. Lakin bu halda məhkəmənin vəzifəsi pis rəftarı icra edən şəxslərin fərdi cinayət məsuliyyətinə cəlb edilməsinə dair yox, tam, müstəqil və hərtərəfli yoxlama yolu ilə müvafiq sübutların mümkünlüyünü və etibarlılığını araşdırmaqdan ibarətdir. Pis rəftara məruz qalma nəticəsində əldə edilməsinə dair mötəbər iddiaların irəli sürülməsinə baxmayaraq, ifadənin sübut kimi qəbul edilməsi məhkəmə baxışının ədalətliliyinə dair c iddi şübhələrin yaranmasına səbəb olur (Belugin Rusiyaya qarşı, № 2991/06, § 74, 26 noyabr 2019-cu il). Təsvir edilən ümumi prinsiplərə əsaslanaraq, Avropa Məhkəməsi “Dursun Əliyev Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi qərarında belə nəticəyə gəlmişdir ki, prokurorun qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi qərarı yerli məhkəmələrə ərizəçinin təzyiq altında verdiyi iddia edilən özünün qismən etirafedici ilkin ifadələrinin sübut kimi istifadə edilməsinə qarşı etirazı üzrə araşdırma aparmaqdan imtina etmələrinə əsas vermir. Ərizəçinin pis rəftarla bağlı şikayətinə dair bu və ya digər formada tədqiqatın həyata keçirilməsi faktı özü-özlüyündə heç də həmin araşdırmanın həqiqətin müəyyən edilməsində səmərəli olduğunu təsdiqləmir. Bundan əlavə, ölkədaxili məhkəmələrdən iddia ed ilən pis rəftara görə təqsirkarların fərdi cinayət məsuliyyətinin araşdırması ərizəçiyə aid cinayət prosesində gözlənilməsə də, onlar (daxili məhkəmələr) ərizəçinin təqsirinin müəyyən edilməsi ilə bağlı sübutların mümkünlüyü və etibarlılığı üzrə tam, müstəqil və hərtərəfli araşdırılma və qiymətləndirilmə aparılması vəzifəsinin daşıyıcısı idilər. Bu öhdəlik təqsirsizlik prezumpsiyası prinsipindən və təqsirləndirilən şəxsin ona qarşı hər hansı sübuta etiraz etmək hüququndan irəli gəlirdi (Dursun Əliyev Azərbaycana qarşı, № 20216/14, § 141, 27 aprel 2023-cü il). Polis əməkdaşları X12, X9 və X10 ifadələrinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasının protokolundan göründüyü kimi, həmin şahidlərin A.N.Süleymanovun təqsirini müəyyən edən digər sübutların qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən hal – onun tutulması vaxtı və yeri barədə ifadələri cinayət işi üzrə tədqiq edilmiş digər sübutlarla ziddiyyət təşkil edir. Bu səbəbdən də, şahidlər X12, X9 və X10 ifadələrinin digər sübutlarla ziddiyyət təşkil etməsi nəzərə alınaraq, məhkəmələr onların ifadələrini mötəbər sübut kimi qəbul etməməklə haqlı qərara gəlmişlər. Məhkəmə kollegiyası işin hallarını və qanunun yuxarıda sadalanan normalarını nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, A.N.Süleymanova qarşı Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən onun özünün ilkin etirafedici ifadəsi, şəxsi axtarış keçirilməsi barədə protokol, şahidlər X12, X9 və X11 ifadələri şübhə doğurur və mötəbər sübutlar kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144146-cı maddələrinin tələblərinə və Avropa Məhkəməsinin sübutların standartlarına tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş s übutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin t əqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İşə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, A.N.Süleymanovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törətməsi sübuta yetmir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə to planmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, A.N.Süleymanovun təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin A.N.Süleymanov barəsində olan hökmünün ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 oktyabr 2024-cü il tarixli 1(106)-461/2024 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 oktyabr 2024-cü il tarixli 1(106)-461/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1332/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1332/2025
09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver