Məhkəmə qərarları › İş №1(102)-1333/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1333/2021

15.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1333/2021 15.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12 qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X14, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 avqust 2019-cu il tarixli, 1 (103)-919/2019 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum Təqsirləndirilən şəxs xx xxxxxx 1989-cu il tarixdə Tovuz rayonunun Xatınlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Tovuz rayonunun Cilovdarlı kəndində qeydiyyatda olmaqla Bakı şəhərində müxtəlif ünvanlarda yaşamışdır. 2. 30 oktyabr 2018-ci il tarixli ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 178.3.2, 193-1.1.1, 310, 320.1, və 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Birinci instansiya məhkə məsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədilə tanışı X13 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək ev-alqı satqısı ilə məşğul olmaqla cinayətdən xəbərsiz olan Şahid2 və sonuncunun tanışı Astara rayon sakini Zərərçəkmiş şəxs1 29 mart 2018-ci il tarixdə özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Mənzil X7 səlahiyyətli məsul əməkdaşı, qabaqcadan əlbir olduğu X8 isə həmin Agentlikdə işləyən özünün rəisi «Rasim Fərəcov» adı ilə qəsdən təqdim etməklə həmin Agentliyin vəsaiti hesabına tikilmiş evlərdən güzəştli şərtlərlə ucuz qiymətə mənzil satmaq imkanına malik olduğunu, Zərərçəkmiş şəxs1 güzəştli şərtlərlə kreditlə ucuz qiymətə ev satmaq imkanına malik olduğunu, ilkin ödəniş olaraq 7.000 manat pulu ona verdikdən sonra, 5 il ərzində isə hər ay 200 manat pulu Agentliyin bank hesabına ödəməklə Bakı şəhəri Yasamal rayonu «Qanlıgöl» adlanan ərazidə yerləşən yeni tikilidə təmirli, 3 otaqlı mənzilin sahibi ola biləcəyini Fərid Cəfərxanlı ilə birgə yalandan bildirib aldadaraq, həmin adla Zərərçəkmiş şəxs1 vahid niyyətlə 06 aprel 2018-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində metronun «28 may» stansiyasının yaxınlığında 4000 manat, 18 aprel 2018-ci il tarixdə həmin metro stansiyasının yaxınlığında 2000 manat pulu nağd olaraq, 26 aprel 2018-ci il tarixdə isə "xxxx" ASC-nin Astara filialında Zərərçəkmiş şəxs1 cinayətdən xəbərsiz olan dostu X3 vasitəsilə onun adına göndərdiyi 1000 manat pulu və 01 may 2018-ci il ta rixdə isə Zərərçəkmiş şəxs1 özünün həmin bank vasitəsilə ******************** nömrəli debit hesaba köçürdüyü 135 manat məbləğində pulu "xxxx" ASC-nin Bakı şəhəri ərazisində yerləşən müxtəlif filiallarından və bankomatlarından çıxarıb nağdlaşdırmaqla, vahid niyyətlə cəmi 7.135 (yeddi min bir yüz otuz beş) manat məbləğində Zərərçəkmiş şəxs1 məxsus pulu ələ keçirərək özlərinin şəxsi ehtiyaclarına sərf edib qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikasının Mənzil X9 Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzi l təminatına) şərait yaratmaqla bağlı məqsəd və funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar əhali arasında nüfuzdan salmaqla həmin qurumun qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuşdur. Bundan başqa o, təkrarən, özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə tanışı X13 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncu ilə birlikdə 11 aprel 2018-ci il tarixdə Bakı şəhər sakini Zərərçəkmiş şəxs3 özbaşına özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Mənzil X7 səlahiyyətli məsul əməkdaşı kimi qəsdən təqdim etməklə həmin Agentliyin vəsaiti hesabına tikilmiş evlərdən güzəştli şərtlərlə ucuz qiymətə mənzil satmaq imkanına malik olduğunu, Zərərçəkmiş şəxs3 güzəştli şərtlərlə kreditlə ucuz qiymətə e v satmaq imkanına malik olduğunu, nağd qaydada ilkin ödəniş edildikdən sonra 6 il ərzində hər ay Agentliyin "xxxx" ASC-dəki bank hesabına 185 manat ödəməklə Bakı şəhəri Yasamal rayonu «Qanlıgöl» adlanan ərazidə yerləşən yeni tikilidə təmirli, 2 otaqlı mənzilin sahibi ola biləcəyini Fərid Cəfərxanlı ilə birgə yalandan bildirib aldadaraq, həmin adla və Pakizə Qəmbərovada gördüyü iş barəsində tam əminlik yaratmaq məqsədilə 24 aprel 2018-ci il tarixdə Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında yerləşən 5 saylı ASAN xidmətin inzibati binasında notarial müqavilə ilə rəsmiləşdirməklə 14.000 manat məbləğində pulu nağd olaraq alıb, Zərərçəkmiş şəxs3 inandırmaq üçün onun 2 otaqlı mənzillə bağlı müraciətinin 3M-178 nömrə ilə qeydə alınması, onun tərəfindən 14.000 manat ödəniş ed ilməsi və həmin mənzili seçməsinə dair tamah niyyəti ilə bilə-bilə məzmununa yalan məlumatlar daxil etdiyi hüquq verən rəsmi sənəd olan 25 aprel 2018ci il tarixli Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verilməsi görüntüsü yaradan saxta məlumat qəbzini istintaqla müəyyən edilməyən tarixdə və şəraitdə hazırlayıb mobil telefon vasitəsilə şəklini çəkib həmin tarixdə Zərərçəkmiş şəxs3 qızı Samirə Qənbərovaya məxsus mobil telefonda istifadə olunan «WhatsApp» mobil tətbiqetməsinə göndərməklə bilə-bilə həmin saxta sənəddən istifadə edib, Zərərçəkmiş şəxs3 məxsus 14.000 (on dörd min) manat məbləğində pulu Fərid Cəfərxanlı ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaq la təkrarən dələduzluq etmiş, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikasının Mənzil X9 Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaratmaqla bağlı məqsəd və funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar əhali arasında nüfuzdan salmaqla həmin qurumun qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə məzmununa yalan məlumatlar daxil etməklə hüquq verən saxta rəsmi sənəd hazırlayaraq həmin sənəddən istifadə etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə tanışı X13 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək www.lalafo.az internet saytında «Günel» adı ilə qeydiyyatdan keçməklə özünə məxsus istifadə hesabı açaraq həmin hesabda güzəştli şərtlərlə kreditlə ucuz qiymətə ev satmaq imkanına malik olması barədə hamı tərəfindən görülə bilən elan yerləşdirib özünə məxsus ***-***-**-** mobil telefon nömrəsini əlaqə saxlanılması üçün qeyd edərək ev almaq üçün ona 11 aprel 2018-ci il tarixdə müraciət etmiş Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 özbaşına özünü vəzifəli şəxs, yəni Mənzil X7 səlahiyyətli məsul əməkdaşı kimi, qabaqcadan əlbir olduğu Fərid Cəfərxanlını isə özünün həmin qurumda rəisi işləyən «Ağa» kimi qəsdən təqdim etməklə həmin Agentliyin vəsaiti hesabına tikilmiş evlərdən güzəştli şərtlərlə ucuz qiymətə mənzil satmaq imkanına malik olduğunu, n ağd qaydada 5.000 manat ilkin ödəniş edildikdən sonra Agentliyin "xxxx" ASC-dəki bank hesabına 210 manat ödəməklə Bakı şəhəri Yasamal rayonu «Qanlıgöl» ərazisində yerləşən yeni tikilidə təmirli, 2 otaqlı mənzilin sahibi ola biləcəyini Fərid Cəfərxanlı ilə birgə yalandan vəd verib, görəcəyi işə Zərərçəkmiş şəxs2 inam yaratmaq məqsədilə ilkin ödənişin onun öz adına olan kartla edilməsinin mümkünlüyünü bildirib, Zərərçəkmiş şəxs2 14 may 2018-ci il tarixdə "xxxx" ASC-də ******************** saylı debet hesab açdıraraq hesaba 4.700,30 manat pul mədaxil etdirdikdən sonra həmin hesabdan istifadə imkanı verən plastik kartı ondan ödənişləri etmək adı ilə aldadıb alaraq, həmin tarixdə "xxxx" ASC-nin Abşeron filialında olan bankomata daxil etməklə həmin kart vasitəsilə hesabdan 3.000 manat, 15 may 20 18-ci il tarixdə "xxxx" ASC-nin Həzi Aslanov filialında olan bankomata daxil etməklə həmin kart vasitəsilə hesabdan 1.650 manat olmaqla, ümumilikdə 4.650 (dörd min altı yüz əlli) manat pulu çıxarıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 inandırmaq üçün onun 2 otaqlı mənzillə bağlı müraciətinin qeydə alınması, onun tərəfindən 4.730 manat ödəniş edilməsi və həmin mənzili seçməsinə dair tamah niyyəti ilə bilə-bilə məzmununa yalan məlumatlar daxil etdiyi «Qeydiyyat müraciət – MİDA» başlıqlı hüquq verən rəsmi sənəd olan Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verilməsi görüntüsü yaradan 22 iyun 2017-ci il tarixli saxta məlumat qəbzini istintaqla müəyyən edilməyən tarixdə və şəraitdə hazırlayıb Zərərçəkmiş şəxs2 təqdim edib biləbilə həmin saxta sənəddən istifadə etməklə, Zərərçəkmiş şəxs2 əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikasının Mənzil X9 Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaratmaqla bağlı məqsəd və funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar əhali arasında nüfuzdan salmaqla həmin qurumun qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuş, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə məzmununa yalan məlumatlar daxil etməklə hüquq verən saxta rəsmi sənəd hazırlayaraq həmin sənəddən istifadə etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 dələ duzluq yolu ilə ələ keçirdikləri əmlakını qabaqcadan əlbir olduğu Fərid Cəfərxanlı ilə aralarında böldükdən sonra özünə qalan pul vəsaitinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədilə cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin pul vəsaitlərindən istifadə edib 25 aprel 2018-ci il tarixdə Şahid5 ilə Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti 30-cu məhəllədə "xxxx" MTK tərəfindən inşa edilmiş 18 saylı binanın 2-ci blok 2-ci mərtəbəsində yerləşən 128 nömrəli mənzilin 16.000 manata satın alınmasına dair əqd, alqı-satqı müqaviləsi bağlayaraq həmin məbləğdə pulu Şahid5 təqdim edib cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmışdır. Bundan başqa o, təkrarən, özgənin külli miqdarda əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 18 oktyabr 2018-ci il tarixdə cinayətdən xəbərsiz olan X2 və Zərərçəkmiş şəxs4 özbaşına özünü vəzifəli şəxs, yəni X16 səlahiyyətli məsul əməkdaşı kimi qəsdən təqdim etməklə Azərbaycan Respublikasının Mənzil X7 vəsaiti hesabına tikilmiş Bakı şəhəri Yasamal rayonu, «Qanlıgöl» adlanan ərazidə yerləşən evlərdən təmirli, hər biri 3 otaqlı 3 ədəd mənzilin güzəştli şərtlərlə hər mənzili 25000 manata satmaq imkanına malik olduğunu yalandan bildirib aldadıb, hər mənzili 20.000 manata satacağı barədə razılaşmaqla, Zərərçəkmiş şəxs4 19 oktyabr 2018-ci il tarixdə həmin ünvanda yerləşən binaların yanına aparıb, yolun kənarında 4-cü mərtəbədə 3 mənzili kənardan göstərərək, habelə görəcəyi iş barəsində tam əminlik yaratmaq məqsədilə, 20 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu, Atatürk pro spekti 36A ünvanda yerləşən 38 saylı notariat kontorunun inzibati binasında Zərərçəkmiş şəxs4 övladı X11 ilə sonuncudan 40.000 manat pul alması barədə və Zərərçəkmiş şəxs4 rəfiqəsi X4 ilə sonuncudan 20.000 manat pul alması barədə notarial qaydada tədsiq olunmuş kredit müqaviləsi bağladıqdan sonra, həmin tarixdə notariat kontorunda Zərərçəkmiş şəxs4 cəmi 60.000 manat məbləğində pulu nağd olaraq alıb ələ keçirərək, sonuncunu inandırmaq üçün 3 otaqlı mənzillərlə bağlı müraciətlərinin qeydə alınması, Nuranə Vəliyeva və Çinarə Bağırova tərəfindən cəmi 60.000 manat ödəniş edilməsi və həmin mənzilləri seçməsinə dair tamah niyyəti ilə bilə-bilə məzmununa yalan məlumatlar daxil etdiyi «Azərbaycan Respublikasının yanında Mənzil İnşaat AğentliyiMİDA» başlıqlı hüquq verən rəsmi sənəd olan Mənzil İnşaa tı Dövlət Agentliyi tərəfindən verilməsi görüntüsü yaradan tarixsiz saxta ödəniş qəbzlərini istintaqla müəyyən edilməyən tarixdə və şəraitdə hazırlayıb 21 oktyabr 2018-ci il tarixdə Zərərçəkmiş şəxs4 təqdim edib bilə-bilə həmin saxta sənəddən istifadə etməklə, sonuncunun külli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmiş, təkrarən, özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməsində ifadə olunan hərəkətləri ilə Azərbaycan Respublikasının Mənzil X9 Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə (uyğun qiymətə mənzil təminatına) şərait yaratmaqla bağlı məqsəd və funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar əhali arasında nüfuzdan salmaqla həmin qurumun qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmuş, təkrarən, bilə-bilə məzmununa yalan məlumatlar daxil etməklə hüquq verən saxta rəsmi sənəd hazırlayaraq həmin sənəddən istifadə etmişdir.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2019-cu il tarixli, 1(101)-177/2019 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2, 1931.1.1, 310, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 193-1.1.1-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (d örd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə və dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzaları ayrı-ayrılıqda qismən toplanılmaqla və əsas cəzaya əlavə cəza birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tu tmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətə islah işləri cəzası və 4.000 manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzası 6 ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırki hökmlə təyin edilən 3 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilmiş, Təqsirləndirilən şəxs qəti olaraq 4.000 manat cərimə cəzası və 3 (üç) i l müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 23 oktyabr 2018-ci il tarixdən hesablanması qərara alınmışdır.

5. Həmin hökmlə X13 da Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 310, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir.

6. Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2019-cu il tarixli, 1(101)-177/2019 nömrəli hökmündən məhkum X5 müdafiəçisi Müdafiəçi3 tərəfindən, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri, Zərərçəkmiş şəxs4 tərəfindən apellyasiya ş ikayəti və apellyasiya şikayətinə əlavə verilmişdir.

7. Bakı Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 avqust 2019-cu il tarixli qərarı ilə məhkum X5 müdafiəçisi Müdafiəçi3 və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş apellyasiya şikayətləri, habelə Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin X13 və Təqsirləndirilən şəxs barəsində olan 29 mart 2019-cu il tarixli hökmü X6 aid hissədə dəyişdirilmiş, onun haqqında Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinin tətbiqi həmin Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tətbiqi ilə əvəz edilmiş, F.Ə.Cəfərxanlının barəsində Azərbaycan Respublikası CM-nin 66.4-cü maddəsinin tətbiqi hökmdən x aric edilmiş, hökm X5 barəsində qalan hissələrdə, həmçinin Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 avqust 2019-cu il tarixli, 1(103)-919/2019 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti vermişdir. Müdafiəçi4 tərəfindən həmçinin kassasiya şikayətinə əlavə verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar

9. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələbləri pozularaq sübutlar düzgün tədqiq edilməmişdir. Bunun nəticəsində m əhkəmə törədilmiş əməlin tövsifində səhvə yol vermişdir. Həmçinin məhkəmə məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 79-cu maddəsinin tətbiqinin edilməsi üçün əsaslar olduğu halda, bunu etməmişdir. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin 21 avqust 2019-cu il tarixli qərarının dəyişdirilməsini, məhkum Təqsirləndirilən şəxs verilmiş Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilməsini, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanın CM-nin 178.2.4-cü maddəsinin sanksiyasına uyğunlaşdırılmasını və məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş cəzanın çəkilməsinin himayəsində olan azyaşlı uşağının 14 yaşına çatanadək təxirə salınması barədə qərar qəbul edilsini xahiş etmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əlavənin dəlilləri kassasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. Kassasiya şikayətinə əlavədə əsas kassasiya şikayətində olan tələblərə baxılaraq təmin olunması xahiş edilmişdir. 10.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində ka ssasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

15. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməlinin hüquqi tövsifində səhvə yol verildiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın dəyişdirilməsi - Azərbaycan Respub likası CM-nin 178.3.2-ci maddəsindən Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəısinə tövsüf edilərək, təyin edilmiş cəzanın qeyd edilən maddənin saksiyasına uyğunlaşdırılması, həmçinin məhkum barəsində Azərbaycan Respublikası CM-nin 79.1ci maddənini tətbiq edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

16. Odur ki, kollegiya məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-nin 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 avqust 2019-cu il tarixli qə rarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CPM-ni 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

18. Azərbaycan Respublikası CPM-ni 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün ş əxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

21. Məhkəmə kollegiyası müdafiəçisi Müdafiəçi4 məhkum Təqsirləndirilən şəxs əməlinin hüqüqi tövsifinin mübahisələndir ilməsi üzrə dəlillərini əsassız hesab edir.

22. Belə ki, məhkum Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə tövsif olunaraq cəza verilməsinin mübahisələndirilməsi üzrə onun tərəfindən irəli sürülmüş dəlillər apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.

23. Apellyasiya instansiya məhkəməsi sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək qeyd etmişdir ki, məhkum Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri ona özünün tam etirafı ilə, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə, işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkum Təqsirləndirilən şəx s cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 178.3.2, 1931.1.1, 310, 320.1 və 320.2-ci maddələri ilə düzgün olaraq, tövsif edilmişdir.

24. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkum Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. 25.Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 79-cu maddəsinin tətbiq edilməsi üçün əsasların olması barədə dəlillərini də əsassız hesab edir.

26. Belə ki, Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

27. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərə cəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

28. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

29. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülm əsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. 30.Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınmasından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya səkkiz yaşına qədər uşağı olan qadınlar, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq səkkiz yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.

31. Məhkum еdilmiş şəхs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəza ilə raz ılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, işdə olan yüngülləşdirici halları nəzərə alaraq onun şəxsiyyətinə, cinayətin ağırlığına uyğun cəza təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 79-cu maddəsini tətbiq edilməklə cəzanın çəkilməsinin uşağı on dörd yaşına çatanadək təxirə salınması üçün əsasların olmadığı qənaətinə gəlmişdir.

32. Mahiyyət etibarı ilə məhkumun apellyasiya şikayəti ilə üst-üstə düşən kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edən dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınmış halları məh kum Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsini və yaxud cəzanın çəkilməsinin Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə müvafiq olaraq təxirə salınmasını mümkün edən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər.

33. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

34. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti və kassasiya şikayətinə əlavəsi təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 avqust 2019-cu il tarixli, 1(103)-919/2019 nömrəli qərarı məhkum Təqsirləndirilən şəxs münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar