Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1333/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu, Məhkum - Məhkum, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Qədirov Ağabba İntiqam oğlunun iştirakları ilə, Hacıqabul Rayon Məhk əməsinin 18 yanvar 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Qədirov Ağabba İntiqam oğlu ilə birlikdə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Hacıqabul Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli hökmü ilə (sədrlik edən Vahid Hacıyev) xx.xx.1977-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində dörd nəfər ailə üzvü olan, 2-ci qrup əlil olan, işsiz, əvvəllər məhkum olunmamış,zxxx qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərd ə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, təyin edilmiş cəza müddəti ərzində Məhkum üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməməsi, elektron nəzarət vasitəsini gəzdirməsi və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməməsi hökm edilmişdir. Hökmdən məhkumun müdafiəçisi Qədirov Ağabba İntiqam oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Bə şirov Kamil Şücəddin oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və X2 ibarət tərkibdə) 29 aprel 2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarından məhkum müdafiəçisi ilə birgə kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Hacıqabul Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, qəsdən epidemiya əleyhinə və karantin rejimlərini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, o, «COVİD-19» tipli koronavirus infeksiyasının Azərbaycan Respublikası ərazisində yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qər argah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövr ərzində «COVİD-19» tipli koronavirus infeksiyasının daşıyıcısı olduğunu və həmin infeksiyanın daşıyıcısı olmaqla müalicə olunduğu müddət (14 gün) ərzində yaşadığı evi tərk etməməli olduğunu, həmin virusa başqa şəxsləri yoluxdurması üçün real təhlükə yaratdığını bildiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 01 may tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülməsi və təcrid olunma» Qaydalarının mənzili (evi) tərk etməməsinə dair karantin rejiminin tələblərini qəsdən, kobud şəkildə pozub xx.xx.2021-ci il tarixdə saat 12:40 radələrində idarə etdiyi “VAZ-21014» markalı ** BU *** dövlət qe ydiyyat nişanlı avtomobillə yaşadığı Hacıqabul şəhəri, Şirvan küçəsi 50 №-li evi tərk edib insanların sıx toplaşdığı Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən “Kaspi” adlı YDM-nə getməklə «COVİD-19» koronavirus tipli xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi ilə birgə verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində çıxarılmış ittiham hökmü ədalətsiz olmaqla yanaşı, həmçinin əsassız və qanunsuzdur. Belə ki, ittiham tərəfindən cinayət işinə sübut kimi əlavə edilmiş video diskə baxış keçiriləndə açıq-aşkar olaraq görünür ki, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil yanacaq doldurma məntəqəsini tərk edir. Yalnız avtomaşının arxa hissəsi görünür. Həmin avtomobil i təqsirləndirilən şəxs Məhkummu idarə edir, edirsə saatı, vaxtı və günü görünmür. Eyni zamanda, ittiham tərəfindən cinayət işinə sübut kimi əlavə edilmiş 3 ədəd foto şəkildən görünür ki, 2 ədədində olan şəkillərdə avtomobili idarə edən şəxsin sağ, qabağ oturacağında sərnişin qismində oturan yoxdur. Digər şəkildə isə bir nəfər şəxsin oturduğu açıq aşkar görünür. Həmin şəkillərin ümumiyyətlə nə vaxt, yəni günü, ayı və ildə çəkilməsi göstərilməyib. Bunula bağlı, işdən göründüyü kimi müvafiq ekspertiza təyin edilməmişdir. Həmçinin, ibtidai istintaq orqanı tərəfindən cinayət işinə əlavə edilmiş 10 sentyabr 2021-ci il tarixli götürmənin aparılması və telefonda olan videyo görüntüyə baxış keçirmə və götürmə haqqında protokollar saxtalaşdırılmışdır. Ona görə ki, həmin protokollar müvafiq qaydada qeydiyyatdan keçməmiş, üzərindən uzun müddət keçməsinə baxmayaraq İlqar Qəhərmanov həmin foto şəkilləri telefonunda saxlaya bilməz və ya həmin hal şahidləri polis şöbəsində dəfələrlə başqa cinayət işlərində hal şahidi kimi iştirak etmiş şəxslərdir. Cinayət işi materiallarına əlavə edilmiş 25 avqust 2021-ci il tarixli, 895 nömrəli və 01 dekabr 2021-ci il tarixli 2821 nömrəli raportlar bir- birinə ziddir. Ona görə ki, 25 avqust 2021-ci il tarixli, 895 nömrəli raportda şəxsin yaşadığı evdə müalicə alması və sonunda isə evi tərk etməsi görünür. Digər raport isə 01 dekabr 2021-ci ildə əməliyyat müvəkkili müraciət edir və Məhkum yaşadığı evi tərk etmiş və digər şəxslərlə ünsiyyətdə olmuş və həmin şəxsləri “COVİD 19” xəstəliyinə yoluxdurmamışdır. Bu raport əslində göründüyü kimi özü-özlüyündə əvv əlki raportu möhkəmləndirmək üçün verilmiş raportdur. Bütün bunlardan başqa məhkəmə baxış iclasında təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM- nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi barədə olan sübutlar Şirvan Apellyasiva Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən kifayət qədər sübuta yetirilmiş hesab edildiyi qənaətinə gələrsə, o halda Azərbaycan Respublikası Nazirlə Kabinetinin 22 yanvar 2022-ci il tarixli, 26, 27 və 28 nömrəli qərarlarına əsasən CM-nin 74-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişlər. Lakin məhkəmə qərarında buna heç bir hüquqi qiymət verməmişdir. Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ləğv edilməsi və cinayət işi üzrə icraata xitam verməklə məhkuma bər aət verilməsi xahiş edilmişdir. Kassasiya məhkəmə baxışında müdafiəçi A.İ.Qədirov kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, hadisənin 2021-ci ilin avqustunda baş verdiyini, həmin vaxtı COVİD-19 xəstələrinin karantin müddətinin 14 gün olduğunu, lakin 2022-ci il yanvar ayında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə karantin müddətinin 14 gündən 7 günə endirildiyini, bu səbəbdən də Məhkum barəsində CM-nin 74-cü maddəsinin tətbiq edilərək şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilməsini mümkün hesab etdiyini bildirib, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya məhkəmə baxışında Məhkum çıxış edərək, müdafiəçinin dediklərinə əlavəsinin olmadığını bildirib, kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya ka ssasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum müdafiəçisi ilə birgə verdiyi kassasiya şikayətində təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisi ilə birgə vediyi kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kolleg iyasının 29 aprel 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əmə lində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azər baycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun və müdafiəçinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olması və xəstəliklərin yayılması üçün real təhlükə yaratması ilə bağlı ittiham birinci insta nsiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş məhkumun ifadəsi, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişd ir. Məhkum müdafiəçisi ilə birgə verdiyi kassasiya şikayətində barəsində apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin icraatına xitam verilməli olduğu və ona bəraət verilməli olduğu iddia edilir. Belə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 Məhkum tanıdığını, aralarında ədavət olmadığını, Bəxtiyar adlı şəxsin onu Hacıqobul rayon polis şöbəsinə çağırdığını, Məhkum tanıyıb-tanımadığımı soruşduğunu, onu Məhkum işinə görə çağırdığını, Məhkum karantin müddətində görmədiyini, Bəxtiyarın ona səni şahidlikdən çıxaracam qol çək deyərək adından saxta izahat yazdığını, ona inanıb həmin izahata qol çəkdiyini, onun imzaladığı izahatında guya Məhkum görüb YDM- də onun maşınına mindiyini, onun adından yazılan izahata oxumadan imza etdiyini b ildirmişdir. Apellyasiya məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, Şahid2 apellyasiya instansiya məhkəməsində məhkəmə istintaqı zamanı verdiyi ifadəsi müdafiə xarakteri daşıyır, iş üzrə toplanmış sübutlarla təsdiq olunmur və Məhkum məsuliyyətdən kənarda qalmaq niyyətini təsdiq etmişdir. Bundan başqa, apellyasiya instansiya məhkəməsində məhkəmə istintaqı zamanı ifadə vermiş şahid X1 Xəyyam Əliqadir oğlunu tanıdığını, ibtidai aşdırma zamanı verdiyi ifadəni təsdiq etdiyini, 22 avqust 2021-ci il tarixdə növbədə olduğunu, həmin gün YDM-də olan zaman təxminən saat 12:45 radələrində Məhkum idarə etdiyi «Vaz-21014» markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillə YDM-ə gəlib avtomobilinə 2 manatlıq Aİ-92 markalı yanacaq aldığını, 15- 20 dəqiqə sonra polislərin gələrək Məhkum YDM-nə gəl ibgəlmədiyini soruşduqlarını, sonra təhlükəsizlik kameralarından Məhkum YDM-nə gəldiyini gördüklərini, Şahid2 orada görüb-görmədiyini xatırlamadığını, polis şöbəsində Məhkumla üzləşmə aparıldığını, qeyd edilən işlə bağlı kənardan heç kimin ona təsir etmədiyini bildirmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid3 göstərmişdir ki, məlum pandemiya dövründə mütəmadi olaraq “Covid 19” xəstələrini yoxladıqlarını, 22 avqust 2021-ci il tarixdə “covid 19” xəstəsi olan Məhkum avtomobillə evdən çıxaraq YDM-nə getdiyi, orada İlqar adlı şəxsin ona xidmət etdiyini, daha sonra Şahid2la birgə qayıtdığı barədə məlumat daxil olduğunu, Rauf və qar adlı şəxsə dəqiqləşdirmə aparmaq üçün söhbət etdiyini və faktı təsdiq etdiklərini, heç kimin onlara təzyiq etmədiyini, raportla məruzə edib araşdır ma apardığını, Məhkum avtomobili ilə YDM-yə getdiyini şahid ifadələri təsdiq edildiyini və müşahidə kameraları ilə avtomobilin onun tərəfindən idarə olunduğunu göründüyünü bildirmişdir. Bunda başqa, kassasiya şikayətində məhkum barəsində CM-nin 74-cü maddəsinin tətbiq edilərək şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilməsini mümkün olduğu iddia edilmişdir. Belə ki, şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər (CM-nin, 74-cü maddəsi). Şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyi şməsi anlaşılır. Belə hallarda şəraitin dəyişməsi fərdi xarakterdə olub ancaq şəxsin həyatı ilə bağlı olur. Bu, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi qulluğa getməsində və s. ifadə oluna bilər. Şəraitin dəyişməsinin nisbətən geniş miqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini - ictimai təhlükəliliyini itirir. Göründüyü kimi, ölkəmizdə mövcud karantin rejimində yumşalmalar olsa da, tam ləğv edilməmiş və həmin rejimin pozulması ilə xəstəliklərin yayılmasına səbəb olması və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratması ilə bağlı cinayət məsuliyyəti də qüvvədədir. Qeyd edilənlərə əsasən, Məhkum barəsində şəraitin dəyişməsi ilə bağlı cinay ət məsuliyyətindən azad edilməsinə dair kassasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətində sübutların əldə olunması, tədqiqi və qiymtələndirilməsi ilə əlaqədar iddia olunananların əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində quru lmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə i ttihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Müdafiə tərəfinin kassasiya şikayətində məhkuma bəraət verilməli olduğu iddia olunur, cinayəti tərkibinin olmaması, qeyd olunan cinayətdə onun təqsirliliyinin müəyyən edilməməsi haqqında qənaətlərini və bu qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi və ləğv edilməsi haqqında tələ blərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşlar. Bu isə onu göstərir ki, məhkumun müdafiəçisi ilə birgə verdiyi kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olubolmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhk əməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl o lunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının bəraətverici əsaslarla ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, mahiyyət etibarı ilə bu şikayətlərin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayətləri təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normalarının tətbiqi, məhkəməyədək icraatda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxslərin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, məhkuma isnad edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyasından və cinayət qanununun Ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində n əzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsi və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Cəza məsələsini m üzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarını n ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Qədirov Ağabba İntiqam oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1- ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Qədirov Ağabba İntiqam oğlu ilə birlikdə verdiyi kassasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1333/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1333/2022
19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver