Məhkəmə qərarları › İş №1(102)-1333/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1333/2024

04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1333/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə xx xxxx 1994-cü ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Mirmehdizadə Rəşad Mehdi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli 1(005)500/2023 nömrəli hökmü ilə (hakim H.E.Kamranov) Məhkum – Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkm ə müddətinin əvvəlinin 1 sentyabr 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli 1(103)-284/2024 nömrəli qərarı ilə (hakimlər: E.E.Rəhimov (sədrlik edən), F.İ.Əyyubov və E.Ə.Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6 dekabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum satış məqsədilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına daxil edilmiş narkotik vasitə metadon həblərini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində 01 sentyabr 2023-cü il tarixdə, saat 16:55-də ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq ünvan 4 yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib həmin gün saat 19:20-dən etibarən orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sol yan cibindən xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olmaqla üzərində “Methadone 40” göstəricisi qeyd olunmuş iki ə dəd qəhvəyi rəngli, dairəvi formalı, təsir maddəsinin ümumi miqdarı 0,08 (sıfır tam yüzdə səkkiz) qram olan narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarının dəyişdirilməsi, Məhkum törətmiş olduğu cinayət əməlinin CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması,məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, cina yət qanunu normasının düzgün tətbiq edilməməsi, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi ilə çıxarıldığı üçün dəyişdirilməlidir. Məhkəmə cinayət təqibi üzrə toplanmış bütün sübutları tam, hərtərəfli və obyektiv yoxlamamışdır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, bir ildən çoxdur ki, narkotik vasitənin müxtəlif növlərindən istifadə edir. Üstündən aşkar edilmiş 2 ədəd narkotik tərkibli metadona oxşar həbləri təxminən 3 gün əvvəl onlayn qaydada sosial şəbəkədən tanış olduğu adını bilmədiyi şəxsdən 50 manat müqabilində əldə etmişdir. Həmin şəxsə pulu onlayn qaydada ödədikdən sonra narkotik vasitəni satan şəxs bu həbləri Bakı şəhəri, Yasamal rayonu ərazisində ye rə qoymuş, bundan sonra o, həmin həbləri qeyd olunan yerdən götürmüşdür. Məhkum ifadəsinə əsasən o, həmin həbləri satmaq, pay və ya hədiyyə vermək məqsədi ilə əldə etməmişdir, o, bu həbləri yalnız şəxsi istifadəsi üçün əldə etmişdir. 2023-cü il sentyabrın 01-də saat 17 radələrində Xırdalanda olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə gətirilmişdir. İdarədə üzərinə axtarış keçirilmiş, axtarış zamanı o, üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Heç zaman narkotik satışı ilə məşğul olmamış, üzərindən aşkar edilən narkotiki öz şəxsi istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən Məhkum narkotikdən istifadə etməsini səmimi olaraq bildirmişdir. Lakin iş üzrə qeyd etdiyim faktlara və təqdim etdiyim mötəbər sübutlara əsasən narkotik vasitəni satış üçün yox, yalnız şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmədə şahid qismində dindirilən polis əməkdaşlarının ifadələrində narkotik maddənin satılması niyyəti ilə əldə olunması barədə hər hansı hala rast gəlmək olmur. Həmin şahidlər sadəcə Məhkum üzərindən narkotik maddə aşkar olunduğunu qeyd etmişlər. Məhkum narkotik vasitə ilə əlaqədar hər hansısa bir istehlakçı ilə əvvəlcədən razılaşması müəyyən edilməmişdir. Yəni onun narkotik vasitəni satmaq və ya başqasına verməklə bağlı birbaşa qəsdi olmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitənin özünün istifadə üçün əldə etdiyini də dəfələrlə bildirmişdir. Onun narkotik maddənin şəxsi istehlak miqdarından artıq əldə etməsi heç vaxt satış niyyətini yarada bilməz. Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham edilməsini istisna edən çoxsaylı hallar olsa da, lakin nə istintaq, nə məhkəmə baxışı zamanı qeyd olunan hallar və onun ifadəsində göstərdiyi dəlillər ətraflı araşdırılmamış, qeyri-obyektiv istintaq aparılmış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, təqsirsizlik prezumpsiyası ilə bağlı qanunvericiliyin tələbləri nəzərə almamışdır. Bu isə Məhkum əsassız və qanunsuz həbs olunması, hüquqlarının pozulmasına səbəb olmuşdur. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş material ları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı E.İbrahimovun çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdaf iəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qayt

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar