Məhkəmə qərarları › İş №1(102)-1333/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1333/2025

15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1333/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X3 üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X3 və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, X11 Əhmədağa oğlunun iştirakları ilə, Kərimov Mübariz Əhmədağa oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 dekabr 2024-cü il tarixli, 1(106)-770/2024 nömrəli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Bəraət almış şəxs Kərimov Mübariz Əhmədağa oğlu 12 fevral 1976-cı il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.3.3-cü maddəsi ilə 9 il müddətə azadlıqdan məh rumetmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixli Surxanı rayon məhkəməsinin qərarına əsasən xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndi tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə müəssisədən cəza müddətinin sonu ilə azad olunmuş və məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri, Səttarxan küçəsi ev 86-da qeydiyyatda olmaqla yaşayır.

2. Bəraət almış şəxs Kərimov Mübariz Əhmədağa oğluna ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 2023-cü ilin yanvar ayında, Lənkəran şəhərində, istin taqa məlum olmayan mənbədən və şəraitdə, satış məqsədi ilə qanunsuz olaraq, 4 ədəd sellofan bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,173; 0,216; 0,199; 0,202, qram- ümumi təmiz çəkisi 0,790 qram olan tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları almış Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən 18 yanvar 2023- cü il tarixdə saat 17:30-da keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Z.Əliyeva küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilmiş və şöbənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən qeyd edilən bükümlərdə və çəkilərdə narkotik vasitə olan heroin və əynindəki şalvarın sol yan cibindən narkotik vasitələrin satışında vasitə kimi istifadə etdiyi, üzərində narkotik vasitə heroinin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

3. Lənkəran Rayon Məhkəməsinin (sədrlik edən hakim: X9) 8 iyul 2024-cü il tarixli, 1(049)-9/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Kərimov Mübariz Əhmədağa oğlunun təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-in 234.2-ci maddəsi ilə bəraət verilməsi, Kərimov Mübariz Əhmədağa oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi, onun dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilməsi, bəraət alması ilə əlaqədar Kərimov Mübariz Əhmədağa oğluna cinayət təqibi zamanı qanunsuz tu tulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olmasının izah edilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün ləğv edilərək Kərimov Mübariz Əhmədağa oğlunun CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cinayət qanunvericiliyinin tələblərinə uyğun cəza təyin edilməklə barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən), X5 və X6 ibarət məhkəmə tərkibində) 4 dekabr 2024-cü il tarixli, 1(106)770/2024 nömrəli qərarı ilə Kərimov Mübariz Əhmədağa oğluna CM-in 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair Lənkəran Rayon Məhkəməsinin 8 iyul 2024-cü il tarixli, 1(049)-9/2024 nömrəli hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması, apellyasiya protestinin təmin edilməməsi qərara alınmışdır.

6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:

7. Dövlət ittihamçısı kassasiya protestində cinayət işi materiallarında öz əksini tapan sübutlar siyahısına, birinci və apellyasiya instansiya məhkəmələrinin gəldikləri nəticəyə və bir sıra qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, məhkəmələr təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdikləri ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri mötəbər hesab etməmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqında fiziki zora məruz qalması barədə göstərdiyi xüsasatlarla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən alınmış tibbi kitabçaya müvafiq olaraq müayinə zamanı Mübariz Kərimovun bədənində xəsarət aşkar olunmamasına və təqsirləndirilən şəxsin döyülməsi ilə bağlı araşdırma aparılaraq cinayət hadisəsi olması faktı öz təsdiqini tapmadığından xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilməsinə baxmayaraq məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsini iş üzr ə əhəmiyyəti və obyektiv həqiqətin müəyyən edilməsi üçün zəruri sübut növü kimi qiymətləndirmişdir.

8. Hər hansı nəzarət orqanı tərəfindən ləğv edilməyən, yəni qüvvədə olan həmin qərarın surətinin cinayət işi materiallarında olmasına baxmayaraq, məhkəmə öz hökmündə Mübariz Kərimova qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilməsi nəticəsində etirafedici ifadə verməsi qənaətinə gəlmişdir ki, bu da anlaşılan deyildir.

9. Dövlət ittihamçısı apellyasiya protestinin dəlillərini təkrarlamaqla qeyd etmişdir ki, məhkəmə kollegiyası tərəfindən qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Mübariz Kərimova CM-in 234.2-ci maddəsi ilə əsassız verilmiş bəraət hökmünü qüvvədə saxladığından həmin qərar ləğv ed ilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir.

10. Bununla da, kassasiya protestinin müəllifi məhkəmələr tərəfindən hərtərəfli, tam və obyektiv araşdırma aparılmadığını, yalnız təqsirləndirilən şəxsin ifadəsinin əsas götürülməklə barəsində bəraətverici hökm çıxarılmasını qeyd edərək, kassasiya protestində göstərilənləri CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 dekabr 2024-cü il tarixli, 1(106)-770/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.

11. Kassasiya protestinə qarşı etiraz verilməmişdir.

12. Qərardan bəraət almış şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:

13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən X11 Əhmədağa oğlu kassasiya protestinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər:

15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

16. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Res publikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

17. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

18. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası C inayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Kərimov Mübariz Əhmədağa oğlu Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

19. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 dekabr 2024-cü il tarixli, 1(106)-770/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

20. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”.

21. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetir ilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.

22. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

23. Birinci instansiya məhkəməsi isə belə nəticəyə gəlmiş və apellyasiya instansiyası məhkəməsi onunla razılaşmışdır ki, Kərimov Mübariz Əhmədağa oğlunun satış məqsədi ilə qanunsuz olaraq, 4 ədəd sellofan bükümündə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,173; 0,216; 0,199; 0,202, qram - ümumi təmiz çəkisi 0,790 qram olan tiryəkdən kustar üsulla haz ırlanmış eyni tərkibli narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməkdə təqsirliliyinin sübuta yetirilmədiyindən, Kərimov Mübariz Əhmədağa oğlunun CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutları təşkil etdiyindən, habelə ilkin, təməl sübutların qanun pozuntusu və təqsirləndirilən şəxsə digər qəddar davranışların tətbiqi yolu ilə əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan Kərimov Mübariz Əhmədağa oğluna CM-in 234.2-ci maddəsi ilə bəraət verilməsi qanuni və əsaslı olmuşdur.

24. Lənkəran Rayon Məhkəməsi həmin nəticəyə gələrkən, apellyasiya instansiyası məhkəməsi bəraət hökmünü dəyişdirilmədən saxlayarkən aşağıdakı əsaslarla çıxış etmişlər.

25. Belə ki, bəraət almış şəxs Kərimov Mübariz Əhmədağa oğlu məhkəmə istintaqı zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 18 yanvar 2023-cü il tarixdə dostları Hüseyn Cavadov, Ümid Əkbərli və o, saat 10 radələrində görüşmüşlər, üçü bir yerdə çayxanada oturmuşlar. Hüseyn Cavadova verdikləri pula sonuncu narkotik vasitə alıb gəlmişdir. Narkotik vasitəni istifadə etmək üçün Hüseyn Cavadovun yaşadığı evə getmişlər. Nə o özü, nə də dostları Hüseyn Cavadov və Ümid Əkbərli narkotik vasitələrdən istifadə etsələrdə də, heç vaxt onun satışı ilə məşğul olmamışlar. Çox vaxt bir yerə pul qoyaraq narkotik vasitə əldə edib üçü bir yerdə narkotik vasitəni Hüseyn Cavadova məxsus evdə qəbu l etmişlər. Həmin gün birlikdə aldıqları narkotik vasitənin çəkisi 0.03 qram olmuşdur. Narkotik vasitəni bişirdikdən sonra, onu şprisə çəkib növbə ilə qəbul etmək istədikləri evin qapısı zərblə vurulmuş, təpiklə qapını kimsə vurmuşdur. Qapını 3-4 dəfə təpiklə vurandan sonra qapı sınmış, polis əməkdaşları mənzilə daxil olmuşlar. Evin qapısı köhnə taxta qapıdır. Hüseyn Cavadov əlində olan narkotik vasitəni itirmək üçün balkona tullanmış, narkotik vasitə Hüseyn Cavadovun əlindən düşmüş, polis əməkdaşları narkotik vasitəni götürüb stolun üstünə qoymuşlar. Hüseyn Cavadov də tullanaraq 5-ci mərtəbədən 4-cü mərtəbəyə, daha sonra 3-cü mərtəbə, ordan isə 2-ci mərtəbəyə düşmüş, sonra isə polis əməkdaşları onu tutmuşlar. Polis əməkdaşları onu yenidən yuxarı qaldırmışlar, Polislər evi axtarmışlar, h eç bir növ narkotik vasitə və tərəzi aşkar olunmamışdır. Evə polis işçilərinin daxil olması xəbəri qonşular tərəfindən Hüseyn Cavadovun bacısı Zərifə Həsənovaya bildirildikdən sonra o da mənzilə daxil olmağa çalışsa da polis əməkdaşları onun mənzilə daxil olmasına icazə verməmişlər. Polis əməkdaşları tərəfindən üçü də döyülmüşdür. Onları polis şöbəsinə aparandan sonra hədə-qorxu gəlmişlər. Polis əməkdaşlarına spid xəstəsi olduğunu demiş, narkotik vasitələrdən istifadə etmiş, polis əməkdaşları onu döydüklərinə görə ciyərinə ləkə düşmüş, qara ciyəri şişmiş, 2 dəfə «tubzonda» olmuşdur. Polis əməkdaşları ona demişlər ki, evinə narkotik vasitə qoyacağıq. Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə rəsmişlədirmişlər. Bunun səbəbini polis əməkdaşlarından soruşduqda, polis əməkdaşları ona Cinayət Mə cəlləsinin 234.1-ci maddəsi ilə həbs olunanda həbsdən tez çıxdığını bildirmişlər. Tərəzini Səbuhi, Əlvan gətirib çəklişdə qoymuşlar, hədə-qorxu gəlmişlər ki, bunu eləməlisiniz. Həmin vaxtı üçü də ağrıda olmuşlar. Ona təyin edilmiş müdafiəçinin kim olduğunu bilməmişdir. Ümid Əkbərli ilə onu MSY-yə salmışlar, Hüseyn Cavadovdan xəbərsiz olmuşlar, gecə saat 1-ə işləmiş Hüseyn Cavadov MSY-yə gətirilmişdir. Hüseyn Cavadov onlara polis işçilərinin yaşadığı evə aparıb divanın altında 5 kiloqram narkotik vasitə qoyduqlarını demişdir. İttiham aktında qeyd olunan 04 ədəd bükümdə narkotrik vasitə və elektron tərəzi ona məxsus deyildir. Üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə, mənzildə özlərinin istifadələri üçün şprisə doldurulmuş heroin deyildir. Döyülməsi ilə bağlı Lənkəran rayon prokuro rluğunun adını bilmədiyi əməkdaşı onu Bakı İstintaq Təcridxanasında dindirsə də, ona tibbi müayinədən keçməyi təklif etməmişdir. İbridai istintaq zamanı onu tibbi ekspert Şərifin Şərifovun yanına aparsalar da, Şərif onu müayinə etməmiş, sadəcə “Səndə xəsarət var?” sualını vermiş, cavabında “yox” eşitdikdə onda xəsarətin olmaması barədə rəy vermişdir. Onların hər üçünü eyni vaxtda polis şöbəsinə aparmışlar. Cinayət işi materiallarında onun 18 yanvar 2023-cü il tarixdə, saat 17:30-da Lənkəran şəhəri, Z.Əliyeva küçəsində piyada hərəkətdə olarkən saxlanıldığı qeyd edilsə də, həqiqətdə o və dostları Ümid Əkbərli və Hüseyn Cavadov 18 yanvar 2023-cü il tarixdə saat 11 radələrində sonuncunun mənzilində polis əməkdaşları tərəfindən saxlanılmışlar. Onu Əlvan və Səbuhi adlı polis əməkdaşları döymüşlə r. Döyüldüyü üçün ibtidai istintaq zamanı etirafedici ifadə verməyə məcbur olmuşdur. Şprisə doldurulmuş heroini hərəsi 10 manat qoymaqla özlərinin istifadələri üçün almışlar.

26. Kərimov Mübariz Əhmədağa oğlunun ibtida istintaq zamanı “etirafedici” ifadələrinin işin faktiki halları ilə uzlaşmadığından və işin gerçək hallarını əks etdirmədiyindən birinci və apellyasiya instansiyası məhkəmələri onun məhkəməyədək vermiş olduğu ifadələrinə şübhə ilə yanaşmış və bu ifadələrin ittihamı təsdiq edən sübut kimi qəbul etməkdən imtina etmişlər.

27. Məhkəmələrin Kərimov Mübariz Əhmədağa oğlunun məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini daha inandırıcı və mötəbər qəbul etmələri ilə bağlı qənaətləri “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il t arixli Qərarında təqsirləndirilən şəxsin müxtəlif məzmunlu ifadələrin tədqiqinin xüsusiyyətləri ilə verilmiş izahları ilə də üst-üstə düşür.

28. Belə ki, adı çəkilən Qərarda qeyd olunur ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlil ini aparmaqla əsaslandırmalıdır.

29. Göründüyü kimi, birinci instansiya məhkəməsi Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən çıxış edərək sübutların ədalətli qiymətləndirilməsini həyata keçirmiş və Kərimov Mübariz Əhmədağa oğlu həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini qarşılıqlı təhlil etmiş və sonuncunun məhkəmə iclasında vermiş olduğu ifadələri cinayət iş materiallarında olan digər sübutlarla uzlaşmasını əsas tutaraq daha mötəbər hesab etmiş, apellyasiya instansiyası məhkəməsi isə sübutların bu cür təhlil və tədqiqi ilə razılaşmışdır.

30. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, ittiham tərəfi təqsirləndirilən şəxsin təqsirini mötəbər sübutl arla sübuta yetirə bilmədiyindən, ittihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayət-prosessual qanunvericliklə müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermədiyindən, bu sübutların şübhəli və ziddiyyətli olması, ittiham tərəfin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması, o cümlədən iş üzrə əsas sübut olan Kərimov Mübariz Əhmədağa oğlunun üzərinə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntülərdə onun üzərindən aşkar edilmış narkotik vasitənin olması ilə bağlı təqsirləndirilən şəxsin ifadəsində göstərilən xüsusatların məhkəmədə yoxlanılaraq təsdiq edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

31. Məhkəm kollegiyası eyni zamanda dövlət ittihamçısının kassasiya protestində göstərdiyi “məhkəmələrin təqsirləndirilən şəxsi n ibtidai istintaq mərhələsində verdiyi ifadələrini, şəxsi axtarış və götürmə protokolunu hansı mötəbər əsaslarla sübut kimi qəbul etməmələri” kimi dəlillərinə münasibətdə qeyd edir ki, bu hallar istər birinci instansiya məhkəməsində məhkəmə istintaq zamanı, istərsə də apellyasiya instansiya məhkəməsində araşdırılaraq qanuni və əsaslı nəticəyə gəlinmişdir.

32. Belə ki, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Mübariz Kərimov 18 yanvar 2023-cü il tarixdə, saat 11 radələrində dostu Hüseyn Cavadovun yaşadığı Lənkəran şəhəri, Z.Əliyeva küçəsi 78/18 mənzil 34-dən Ümid Əkbərli və Hüseyn Cavadovla birlikdə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq aparılmış, cinayət işininin materiallarının olan «tutulma protokolu»ndan görünür ki, Mübariz K ərimov 18 yanvar 2023-cü il tarixdə, saat 17:30-da şübhəli şəxs qismində saxlanılaraq, həmin gün saat 18:00-da tutulmuşdur. Göründüyü kimi Mübariz Kərimov təqribən yeddi saat müddətində qanunsuz olaraq, müdafiə hüququ pozulmaqla Lənkəran ŞRPŞ-də saxlanılmışdır.

33. Belə ki, o, 18 yanvar 2023-cü il tarixdə saat 11 radələrində dostları X10 və X2 ilə birlikdə sonuncunun valideynlərinə məxsus və yaşadığı mənzildə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq aparılmasına baxmayaraq təhqiqatçı tərəfindən həmin tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuş, üzərində şəxsi axtarış aparmışdır. Mübariz Kərimovun təxminən yeddi saat ərzində hər hansı müdafiəçi təyin edilmədən polis əməkdaşlarının nəzarəti altında olduğundan sonuncunun həmin müddət ərzində müdafiə hüququ kobud şəkildə pozulmuşdur.

34. Bundan əlavə, məhkəmələr tərəfindən Mübariz Kərimova elan edilmiş ittihamla «Lənkəran TV» də yayımlanmış reportaj əlaqəli şəkildə təhqiq edilərək, onlar arasında kəskin ziddiyət olduğu müəyyən edilmişdir. Birinci halda Mübariz Kərimov tərəfindən narkotik vasitənin naməlum mənbədən əldə edildiyi göstərildiyi halda, ikinci halda ona həmin narkotik vasitənin Hüseyn Cavadov tərəfindən verildiyi göstərilmişdir.

35. Həmçinin, kassasiya kollegiyası kassasiya protestinin dəlilləri qismində ittiham tərəfində “anlaşılmaz” olaraq qalan, məhkəmələrin Lənkəran Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına qiymət verilməsinə münasibətdə qeyd edir ki, məhkəmələr tərəfindən prosessual qanunvericiliyin tələblərinə əsasən cin ayət işi materiallarında olan digər sübutlarla əlaqəli qiymətləndirilərək müəyyən edilmişdir ki, hazırkı cinayət işi (230620026 istinaq nömrəli) üzrə ittiham aktı Lənkəran rayon prokuroru tərəfindən təsdiq edilərək məhkəməyə göndərilmişdir. Təqsirləndirilən şəxsin fiziki zora məruz qalması ilə bağlı araşdırma da məhz yenə Lənkəran rayon prokurorluğu tərəfindən araşdırılmışdır. Məhkəmə hesab etmişdir ki, eyni prokurorluq tərəfindən işgəncə faktının araşdırılması qərəzsiz və müstəqil hesab oluna bilməz. Buna görə də hazırkı iş üzrə də qərəzsizlik prinsipinə uyğun olmadığı üçün məhkəmə tərəfindən qeyd olunan qərar da subyektiv yanaşma olmaqla bərabər obyektiv nəticənin əldə edilməsinə yönəlmiş ittihamın həlli üçün kifayət edən sübut deyildir.

36. Məhkəmələr Kərimov Mübariz Əhmədağa oğlunun tə qsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, işgəncə verilməklə, hədəqorxu, aldatma təsiri altında, eləcə də müdafiə hüququ pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan çoxsaylı ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab etmişlər ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Mübariz Kərimovun cin ayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur.

37. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlillərinə nəzər yetirdikdə müəyyən edilir ki, həmin dəlillər birinci və apellyasiya instansiya məhkəmələrinin gəldikləri nəticələri təkzib etməməklə, bəraət almış şəxsə qarşı irəli sürülmüş ittihamı təsdiq edəcək hər hansı mötəbər sübuta istinad edilməməklə, yalnız şəxsə qarşı ittihamla irəli sürülmüş və birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin qərarlarında təhqiq edilib şəxsin təqsirinin sübuta yetirilməsini təkzib edən sübutların təkrarən (apellyasiya protestinin dəlilləri ilə eynilik təşkil etməklə) sadalanması ilə kifayətlənilmişdir.

38. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərətərfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”.

39. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1 və 144-cü maddələri ilə müqayisəsindən görünür ki, həmin sübutların yolverilməzliyinə dair nəticəyə gəlməklə məhkəmələr qeyd olunan normaların tələblərini pozmamışlar.

40. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsip i cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir.

41. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5). 4

2. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).

43. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

44. Əməliyyat-axtarış tədbiri qanunun tələblərinin kobud surətdə pozulması ilə aparıldığı, şahid ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğu müəyyən edildiyi vəziyyətdə birinci instansiya məhkəməsinin Mübariz Kərimova Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verməsi, apellyasiya məhkəməsinin isə həmin nəticə ilə razılaşması Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir.

45. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü ma ddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

46. Belə olan halda məhkəmə kollegiyası dövlət ittihamçısının və bəraət almış şəxsin çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli və Kərimov Mübariz Əhmədağa oğlunanın təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-in 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 dekabr 2024-cü il tarixli, 1(106)770/2024 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci madd əsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kərimov Mübariz Əhmədağa oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 dekabr 2024-cü il tarixli, 1(106)770/2024 nömrəli qərarı dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar