Məhkəmə qərarları › İş №1(102)-1334/2018

Ali Məhkəmə Qərar — İş №1(102)-1334/2018

06.12.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1334/2018 06.12.2018 ALİ MƏHKƏMƏ İş № 1(102)-1334/2018 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 06 dekabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), X8 və X3 ibarət tərkibdə; Röya Əli qizi Həsənovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və zərərçəkmiş şəxs N iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilətəqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xx 2017-ci il tarixli, 1 (089)-xx/2017 saylı hökmü ilə (hakimlər X9 (sədrlik edən), X7 və X4 ibarət tərkibdə), Məhkum, xx xx 1990-cı ildə Salyan rayonu Qarabağlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Salyan rayonu Qarabağlı kəndində qeydiyyatda olan və yaşayan, xx xx 2017ci il tarixdən həbsdə olan, Azərbaycan Respublikası CM-nin 126.1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx xx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qayınatası Zərərçəkmiş şəxs evində olan arvadı X5 öz evinə aparmaq məqsədi ilə xx xx 2017-ci il tarixdə saat 01 radələrində atası X2 ilə birlikdə özünə məxsus “Mersedes” markalı avtomaşınla qayınatasının Salyan rayonu Qarabağlı kəndində yerləşən evinin həyətinə getmiş, evin həyətində aralarında ailə münasibətləri zəminində baş vermiş münaqişə zamanı qayınatası Zərərçəkmiş şəxs oğlu X6 ilə birlikdə onu vurub yerə yıxmaqla burun nahiyyəsində cüzi şişkinlik və sıyrıq kimi sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə döyərkən Məhkum əsəbiləşərək əli ilə Zərərçəkmiş şəxs vurub yerə yıxmaqla ona təpə və ənsə nahiyyəsində sıyrıqlardan ibarət, sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, bununla kifayətlənməyərək üzərində gəzdirdiyi kəsici-deşici alətlə qayınatasının sol sifət nahiyyəsinə qəsdən bir dəfə zərbə vuraraq ona sifətin sol yarısında ağız boşluğuna nüfuz edən, üz sinirinin soltərəfli neyropatiyası, sifətdə asimmetriya və mimika pozğunluğu yaradan, sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan kəsilmiş yara xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Hökmdən məhkumun müdafiəçisi F və Zərərçəkmiş şəxs tərəfindən ayrı-ayrılı qda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Ə.Ə.Novruzov, hakimlər E.Ə.Camalov və K.S.Bəşirovdan ibarət məhkəmə tərkibdə) xx xx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xx 2017-ci il hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2017-ci il tarixli qərarının dəyişdirilməsini və Məhkum təyin edilmiş cəzanın şərti hesab olunması barədə qərar qəbul edilməsini x ahiş etmişdir. xx xx 2018-ci il tarixdə Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsindən AzərbaycanRespublikasıAliMəhkəməsinin Cinayət Kollegiyasına ərizə ilə müraciət edərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarından müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının və zərərçəkmiş şəxsin ərizənin təmin edilməsi barədə çıxışlarını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı və kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassas iya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinin tələblərinə əsasən, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün hesab edir. ŞərhedilənlərəəsasənvəAzərbaycanRespublikasıCPM-nin414.1 və 41 4.5-ci maddələrini rəhbərtutaraqməhkəməkollegiyası Q Ə R A R A A L Dİ: Məhkumun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilətəqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xx 2017-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkumun ərizəsinə əsasən baxılmadan geri qaytarılsın. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi İnqilab Nəsirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar