Məhkəmə qərarları › İş №1(102)-1334/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1334/2019

03.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1334/2019 03.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nurlan Sahib oğlu Əliyevin, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun, bəraət almış (zərərçəkmiş) şəxs X1 və Məhkum iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 19 iyun 2019-cu il tarixli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ağdam Rayon Məhkəməsinin (hakim M.Ş.Niftəliyev) 1(013)-11/2019 nömrəli 16 aprel 2019-cu il tarixli hökmü ilə 01 may 1980-ci ildə Ağdam rayonu Çullu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Çullu kəndində yaşayan; Məhkum Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib qazancının 20 (iyirmi) faizi dövlət nəfinə pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş, 25 noyabr 1987-ci ildə Ağdam rayonu Çullu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, himayəsin də 4 azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Çullu kəndində yaşayan; X10 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinib qazancının 10 (on) faizi dövlət nəfinə pul tutulmaqla 9 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 18 iyul 2018-ci il tarixdə saat 07:30 radələrində Ağdam rayonu Çullu kəndi ərazisində yerləşən meşə sahəsinin kənarında atla evinə gedən həmkəndlisi və qohumu X10un qarşısını kəsib əvvəllər aralarında torpaqdan və sudan istifadə məsələlərinə görə yaranmış ədavətlə bağlı baş vermiş mübahisə zamanı X10u söymüş, əlində olan ağacla X10u vuraraq sonuncunun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Birinci instansiya məhkəməsinin hökmünə əsasən X10 18 iyul 2018-ci il tarixdə saat 07:30 radələrində Ağdam rayonu Çullu kəndi ərazisində yerləşən meşə sahəsinin kənarında atla evinə gedən həmkəndlisi və qohumu Məhkum onun qarşısını kəsib əvvəllər aralarında torpaqdan və sudan istifadə məsələlərinə görə yaranmış ədavətlə bağlı əlində olan ağacla Məhkum vuraraq sonuncunun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elçin Xasməmmədov (sədrlik edən və məruzəçi), Çingiz Məmmədov və Teyyub Muxtarovdan ibarət tərkibdə) 1(104)-173/2019 nömrəli 19 iyun 2019-cu il tarixli hökmü ilə Ağdam Rayon Məhkəməsinin 16 aprel 2019-cu il tarixli hökmü məhkum X11ə aid hissədə ləğv edilmiş və X11ə A zərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə bəraət verilmiş, təqsirləndirilən şəxs X10nun müdafiəçisi Müdafiəçinin apellyasiya şikayəti təmin edilmiş, təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu hökmündən narazı qalan Məhkum verdiyi kassasiya şikayətində Gəncə Apellyasiya məhkəməsinin 19 iyun 2019-cu il tarixli hökmünün ləğv edilməsini, barəsində bəraət hökmü çıxarılmasını və bəraət almış şəxs X10nun təqsirli bilinməsini və ona cəza təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, apellyasiya instansiya məhkəməsinin hökmü ləğv edilməli, Məhkum barəsində bəraət hökmü çıxarılmalı və X10 isə məsuliyyətə cəlb edilm əlidir. Cinayət qanunvericiliyin şərhinə görə cinayət qanuni ilə təqib olunan cinayət əməlinin törədilməsinə görə cinayət məsuliyyəti cinayətin nəticəsi, yəni faktiki olaraq vurulmuş zərərin (maddi, mənəvi və ya fiziki) həcmi ilə deyil, cinayət törədən şəxsin cinayətkar niyyəti ilə tövsif edilməlidir. Bəraət almış şəxs X10 atın üstündə olaraq onu ağacla vurması, nəticədə ağır kəlləbeyin travması alması X8in barəsində ittiham hökmünün çıxarılması üçün əsas olduğu halda sonuncuya bəraət qazandırılmışdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyində keçirilmiş təkrar komisyon məhkəmə-tibbi ekspertizasının 21.01.2019-cu il tarixli 13 saylı rəyindən görünür ki, Məhkum baş beyin silkələnməsi ilə müşayiət ol unan qapalı kəllə-beyin travması, ənsə nahiyyəsinin əzilmiş yarası müəyyən edilmişdir. Bu xəsarət küt (küt kənarlı) əşyanın, o cümlədən ağac parçasının təsirindən əmələ gələ bilərdi, əmələ gəlmə müddəti 18.07.2018-ci il tarixə uyğun gələ bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciət in dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili məhkəmələrdə işə baxılarkən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi və təqsirinin sübuta yetirilməməsidir. İş materialından görünür ki, Məhkum 18 iyul 2018-ci il tarixdə saat 07:30 radələrində Ağdam rayonu Çullu kəndi ərazisində yerləşən meşə sahəsinin kənarında atla evinə gedən həmkəndlisi və qohumu X10un qarşısını kəsib əvvəllər aralarında torpaqdan və sudan istifadə məsələlərinə görə yaranmış ədavətlə bağlı baş vermiş mübahisə zamanı X10u söymüş, əlində olan ağacla X10u vuraraq sonuncunun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkum birinci instansiyası məhkəməsində verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamda təqsirli bilməsə də, onun həmin cinayət əməlini törətməsi zərərçəkmiş şəxs X10 ifadələri ilə yanaşı, məhkəmə iclasında dindirilərək tədqiq edilmiş şahidlərdən X11, X2, X6 və X5 ifadələri ilə, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə və işin digər materialları ilə tam təsdiq edilir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri hökm və qərarda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi Məhkum təqsirli olmasını müəyyən edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Kassasiya şikayətinin digər dəlili X10un barəsində bəra ət hökmünün çıxarılmasının qanunsuz və əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi X10un təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə əməlinin sübuta yetirilmədi əsası ilə bəraət verərkən sübutların yoxlanılması barədə Azərbaycan Respublikası CPM-in tələblərinə tam riayət etməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. İşdən görünür ki, ibtidai istintaq zamanı X10 ilkin izahatında iş üzrə Məhkum onu ağacla döyməsin in gördükdə sonra o da özünü müdafiə etmək məqsədilə onu (Azəri) vurduğunu göstərmişdir. Bundan sonra verdiyi ifadəsində isə X8 Məhkumu vurmadığını və ilkin izahatında verdiyi ifadəsində özündə olmadığı üçün elə deməsinin bildirmişdir. Apellyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə X8in ifadələrindəki ziddiyyətləri araşdırmamış, bu ziddiyyətlərin aradan qaldırılmasına səy göstərməmişdir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin təkrar ekspertizalar şöbəsində keçirilmiş komisyon məhkəmə-tibbi ekspertizasının 25.10.2018-ci il tarixli T 297/2018 saylı rəyindən görünür ki, Məhkum baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, ənsə nahiyyəs inin əzilmiş yarası olmuşdur. Qeyd edilən xəsarət küt əşyanın təsirindən törənmiş, yetirilmə müddəti 18.07.2018-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyində keçirilmiş təkrar komisyon məhkəmətibbi ekspertizasının 21.01.2019-cu il tarixli 13 saylı rəyindən görünür ki, Məhkum baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, ənsə nahiyyəsinin əzilmiş yarası müəyyən edilmişdir. Bu xəsarət küt (küt kənarlı) əşyanın, o cümlədən ağac parçasının təsirindən əmələ gələ bilərdi, əmələ gəlmə müddəti 18.07.2018-ci il tarixə uyğun gələ bilər, dərəcəsinə görə üm umilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Qeyd olunan ekspertiza rəylərindən görünür ki, Məhkum bədəni üzərində olan xəsarətlər hadisə zamanı törənməyə uyğun gəlir. Lakin, apellyasiya instansiyası məhkəməsi məhkəmə-tibbi ekspertizasının rəyinə hüquqi qiymət verməmiş, X8i birbaşa ifşa edən bu hala münasibət bildirməmişdir. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi X8in barəsində bəraət hökmünü çıxararkən iş üzrə dindirilmiş X7 X8in Məhkumu vurduğunu görməməsi barədə ifadəsinə istinad etmişdir. Lakin, X7 X8in Məhkumu vurmasını görməməsi birincinin sonuncunu vurmaması kimi qiymətləndirilməsi üçün əsas vermir. Belə ki, X7 X8in Məhkumu vurmadığını iddia etmir, sadəcə bunu görmədiyini bildirir. Azərbaycan Respublikası CPM-in 28-ci mad dəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nətic ələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27.12.1996-cı il tarixli 3 saylı qərarının 4-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CPM-in 327-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Həmin qərarın 6-cı bəndinə əsasən hökmdə məhkəmənin əsaslandığı bütün suallar təhlil edilməli və bu zaman təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. İşdə eyni məsələ barədə bir-birinə zidd bir neçə ekspert rəy i olduqda, məhkəmə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə onlara qiymət verməli, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmalıdır. Apellyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə baxışı məhkəmə istintaqı aparılmaqla keçirilməsinə baxmayaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrindəki ziddiyyətlər aradan qaldırılmamış, sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq toplanması, yoxlanılması və qiymətləndirilməsi təmin edilməmiş, ittiham tərəfinin dəlilləri tədqiq edilərək onlara qiymət verilməmiş, bu dəlillərin nəyə görə əsassız hesab edilməsi qəbul etdiyi hökmündə göstərilməmiş, gəldiyi nəticə əsaslandırılmamışdır. Odur ki, məhkəmə kollegiyası ape llyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.0.1 və 416.0.2-ci maddələrində göstərilən pozuntulara yol verilməsi haqqında nəticəyə gəlib, mübahisləndirilən hökmün ləğv edilməsini, yuxarıda qeyd olunan məsələlərin tam, hərtərəfli və obyektiv araşdırılması və bundan asılı olaraq sübutların kifayətedilənliyi və təqsirlilik məsələlərinin həll edilməsi üçün apellyasiya baxışının təkrarən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiya məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkə məsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və həmin işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində göstərilir ki, hakimlər və andlı iclasçılar cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-in tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya a z əhəmiyyət verilməsi yolverilməzdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir s ıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya ş ikayətinin dəlilləri qismən əsaslı olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyun 2019-cu il tarixli hökmü maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması təmin edilməli, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa məhkəmə istintaqı aparılmaqla tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı, araşdırılmış sübutlara onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üz rə qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.0.1, 416.0.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqındakı 19 iyun 2019-cu il tarixli hökmü X10a bəraət verilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına təyin edilsin. Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar