Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1334/2020 26.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və X18 oğlundan ibarət tərkibdə, İbadzadə Anar Qənimət oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə xx xxx 1988-ci il tarixdə Yevlax rayonunun Əcəmi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Əcəmi kəndində qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,232.3.2, 237.2.3 və 315-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili Əfəndizadə Tural Qurbanəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim B.M.Məmmədov, hakimlər N.N.Mirzəyev və R.İ.Hüseynovdan ibarət tərkib) xx xxxx 2020-ci il tarixli hökmü ilə Məhkum CM-in 29,232.3.2, 237.2.3 və 315-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 29, 232.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.2.3-cü maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 315-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən Məhkum təyin olunan cəzalar qismən toplanaraq ona qəti olaraq 06 (altı) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş. Məhkum ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin başlanğıcının xx xxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən Məhkum və onun müdafiəçisi X3 tərəfindən apellyasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən hakim A.M.Eyvazov, hakimlər R.Ə.Əliyev və İ.H.Şükürovdan ibarət tərkib) apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum olunmuşdur ona görə ki, o, 2019-cu ilin aprel ayından may ayının 30-dək olan müddət ərzində yaşadığı Yevlax rayonu Əcəmi kəndinə yaxın olan Yevlax rayonu Bəydilli kəndi inzibati ərazisində yerləşən kolluq sahədə külli miqdarda-cəmi 93 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) kollarını qanunsuz olaraq əkib-becərib aqrotexniki qaydada qulluq edərək torpaqdan 0,6 metrədək olan hündürlük həddinədək yetişdirib, yəni kultivasiya etmiş və həmin kollar xx xxx 2019-cu il tarixdə Yevlax rayonu Bəydilli kəndi ərazisində, kolluq sahədə, əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli bitki əkilməsi barədə daxil olmuş əm əliyyat məlumatı əsasında Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat nəticəsində xx.xx.2019-cu il tarixdə saat 01:00 radələrində aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Qeyd edilən qanunsuz olaraq kultivasiya edilmiş həmin 93 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) kollarının Məhkum yaşadığı Yevlax rayonu Əcəmi kəndinə yaxın olan Yevlax rayonu Bəydilli kəndi inzibati ərazisində yerləşən kolluq sahədə aşkar edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə saat 01:00 radələrində keçirilən əməliyyat tədbiri zamanı Yevlax RPŞ-nin əməliyyat qrupuna daxil olan polis əməkdaşları-polis baş serjantı Zərərçəkmiş şəxs1 və polis baş serjantı Zərərçəkmiş şəxs2 qeyd edilən kolluq sahədə qanunsuz əkilmiş külli miqdarda çət ənə kollarını aşkar edib xidməti vəzifələrinin icrasını davam etdirərkən, həmin vaxt ərazidə külli miqdarda əkmiş olduğu narkotik tərkibli çətənə bitkilərinə nəzarət edib eyni zamanda bir qədər yığaraq evdə qurudub istifadə etmək üçün oraya gəlmiş Məhkum hakimiyyət nümayəndələri olmaqla xidməti vəzifələrini yerinə yetirən polis nəfərləri ilə qarşılaşdıqda sonuncuların şəxsiyyətini təqdim etməsi barədə qanuni tələblərinə tabe olmayaraq polis əməkdaşlarının oradan getmələri üçün onlara xəsarət yetirib qorxutmaq məqsədi ilə nalayiq söyüşlərlə söyüb təhqir edib polis baş serjantı Zərərçəkmiş şəxs2 üzərinə cumaraq onunla əlbəyaxa olub üzərində olan tiyəsinin uzunluğu 79 mm, dəstəyinin uzunluğu 91 mm olan zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici ucu deşici xassəyə malik olan soyuq silah hes ab edilməyən turist bıçağı ilə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyyələrindən dəfələrlə qəsdən vuraraq ona “sol bazunun orta 1/3-nin yan səthinin, sol budun aşağı 1/3-nin ön səthinin, sağ əlin İV barmağının arxa səthinin, sol saidin yuxarı 1/3-nin yan səthinin kəsilmiş-deşilmiş yaraları kimi, səhhətin qısa müddətə pozulmasına səbəb olmuş dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran xəsarətlər” yetirib üstündə olan xidməti odlu silahı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə talayıb ələ keçirməyə cəhd etdikdə həyatları üçün təhlükəli olan basqına məruz qalmış polis baş serjantı Zərərçəkmiş şəxs1 daha cəld davranıb onu qabaqlayıb, onunla süpürləşən xidmət yoldaşı polis baş serjantı Zərərçəkmiş şəxs2 xidməti silahını götürərək onun qanunsuz hərəkətlərini dayandırmağa m əcbur etmək məqsədi ilə həmin xidməti silahdan havaya 2 dəfə xəbərdarlıq atəşi açmış, lakin o, havaya açılan xəbərdarlıq atəşlərinə də məhəl qoymayaraq basqınını davam etdirib polis baş serjantı Zərərçəkmiş şəxs1 hücum edərək ona “sifətin sol yarısının şişkinliyi, sol gözün ağlı qişasına yayılmış qansızma, sağ saidin yuxarı 1/3-nin ön səthinin qançırı, döş qəfəsinin ön səthinin çoxsaylı sıyrıqları kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan bədən xəsarətləri” yetirmiş, davamlı hücuma məruz qalan polis baş serjantı Zərərçəkmiş şəxs1 davam etməkdə olan, həyatları üçün təhlükəli basqının qarşısını almaq, ondan qorunmaq üçün xidməti silahı bilavasitə ona qarşı tətbiq etmək məcburiyyətində qalıb həmin xidməti silahdan açdığı atəşlə Məhkum sol budun 1/3-ni dəlib keçən ağırlıq dərəcəsinə görə ağır bədən xəsarətlərinə aid edilən güllə yarası xarakterli xəsarət yetirməklə onun xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələri olan polis əməkdaşlarına qarşı həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq etməklə xidməti odlu silahlarını talayıb ələ keçirməyə cəhd ilə müşayiət edilən müqavimətini qıraraq zərərsizləşdirmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Müdafiəçi hesab edir ki, Məhkum CM-in 29,232.3.2 və 315-ci maddələri ilə bəraət verilməlidir. Belə ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi cinayətprosessual qan unvericiliyin tələblərinə zidd olaraq cinayət işinin istintaqını hərtərəfli, tam və obyektiv aparmamış, ittihamın əsaslı həlli üçün mühüm əhəmiyyətə malik xüsusatlara səthi yanaşaraq Məhkum əməlinə hüquqi baxımdan düzgün qiymət verilməmişdir. Şikayət müəllifi qeyd edir ki, Məhkum narkotik tərkibli bitkilər əkdiyi əraziyə gedərkən və kimliyi ona məlum olmayan şəxslərlə (polis əməkdaşları) qarşılaşarkən onların üzərində xidməti silahının olmasını görməmiş, silahı ələ keçirmək niyyəti olmamışdır. Sadəcə o polis əməkdaşlarını tanımadığı üçün və polis əməkdaşları onu saxlamaq üçün ona qarşı zor tətbiq etdiklərinə görə o da özünü müdafiə etməyə çalışmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şi kayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfində n müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində mübahisə edilən məsələ məhkumun CM-in 29,232.3.2 və 315-ci maddələri ilə elan edilən ittihamd a təqsirinin olmaması ilə bağlıdır. Kassasiya şikayətində qeyd edilənlə əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə iş mate riallarından göründüyü kimi, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair Azərbaycan Respublikası CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin alınması, ekspertiza rəyləri, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması zamanı ibtidai araşdırma orqanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verilməmişdir. Bundan b aşqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayətləri törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və birinci instansiya məhkəməsinin iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etmir. Belə ki, Məhkum elan edilmiş ittihamda özünü qismən təqsirli bilsə də, iş materiallarına əlavə edilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, şahidlər X1, X9, X7, X8, X4 ifadələri, ekspertiza rəyləri ilə, habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən arqument, yəni məhkumun xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələri olan polis əməkdaşlarına qarşı həyat və sağlamlı qları üçün təhlükəli olan zor tətbiq etməklə xidməti odlu silahlarını talayıb ələ keçirməyə cəhd etmə cinayətini törətməməsi iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası bildirir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma həmin epizodlar üzrə bəraət verilməsi məqsədə müvafiq deyildir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin Məhkum cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, törətdiyi əməldən peşiman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, baş vermiş hadisə zamanı özünün də ağır dərəcəli bədən xəsarəti almasını, zərərçəkmiş şəxslərlə barışmasını, sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını və ağırlaşdıran halların olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3 və 59-cu maddələrinin tələblərinə tam riayət etmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkəmə Məhkum barəsində Az ərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiy a şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1334/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-1334/2020
26.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver