Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1334/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə x xxxxxx 1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 2 34.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2023-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 3 oktyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: F.N.Mahmudov (sədrlik edən), D.H.İmanov və E.İ.Rüstəmov) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli nin 9 may 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.M.Cəfərov (sədrlik edən), T.A.Muxtarov və N.T.Əliyev) apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 3 oktyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif olunmuş və o, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi t əmiz çəkisi 3,164 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla, daşıması və gəzdirməsi barədə Gəncə şəhər BPİnin 1-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında 09 may 2022-ci il tarixdə, saat 17:30 radələrində 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 yaxınlığında saxlanılaraq və üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 01 ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 3,164 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinay ət Kollegiyasının 11 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, ona görə də təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Protestdə qeyd olunur ki, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Məhkum həmin narkotik vasitə heroini haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamış, onun Gəncə şəhəri ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları var, lakin narkotik vasitəni konkret olaraq satmış olduğu şəxsləri müəyyən etmək mümkün olmamışdır. Qeyd edilənlərin ziddinə olaraq, məhkəmə əməliyyat məlumatına cavab məktubunun və iş üzrə polis əməkdaşlarının ifadələrini düzgün şərh etməməklə, yanlış qiymətləndirmə aparmış və əsassız olaraq, Məhkum aşkar edilmiş narkotik vasitənin satış məqsədilə əldə edilməsinə dəlalət edən hər hansı sübut olmaması nəticəsinə gəlmişdir. Dövlət ittihamçısının fikrincə, Məhkum aşkar edilmiş heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 21 dəfə, külli miqdardan isə təxminən 1.6 dəfə çox olması, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatları, bununla bağlı polis əməkdaşlarının ifadələrində göstərdiyi xüsusatlar məhkəmən in sübutları əlaqəli şəkildə təhlil etməməsini və gəldiyi nəticələrin əsassız olduğunu təsdiq edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yo xlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin hüquqi töv sifi mübahisə edilir. Apellyasiya instansiyası məhkəməsinin qərarı müdafiə tərəfindən mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası yalnız dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə məhkəmə qərarına münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, ist ehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” görə; Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində isə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənim sənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətlə ri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilm iş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011-ci il tarixli Qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik v asitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən norm alarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslanaraq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməlinin birinci instansiya məhkəməsi tərəfindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinə dair gəldiyi nəticə ilə razılaşmış və həmin maddə ilə təqsirli bilmişdir. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Məhkum ona elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış. Özü narkotik vasitənin kakos deyilən növündən istifadə etmiş və heroini iynə vurma yolu ilə qəbul edirdi. xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində yaşadığı evdə olan zaman polis idarəsində işləyən sinif yoldaşı X10 onu çağırmışdır. O da küçəyə çıxmış, yanında iki nəfər də mülki geyimli polis əməkdaşı olmuşdur. X10 ona narkotik vasitə qəbul etdiyini və səs-küy saldığını, bu barədə qonşuların şikayət etdiyini bildirmiş dir. Sonra onu 1-ci polis şöbəsinə aparmışlar. Üzərini axtarmışlar və üzərində narkotik vasitə aşkar olunmamışdır. Orada narkotik vasitə qəbul etdikdən sonra səs-küy salması barədə qonşular tərəfindən onlara şikayət olduğunu demişlər. Ona görə də üzərinə narkotik vasitə qoyacaqlarını və CM-in 234.1-ci maddəsi ilə az cəza alacağını və cəza çəkdiyi müddətdə narkotik asılılığından qurtaracağını demişlər.O da fikirləşib polis əməkdaşlarının dedikləri ilə razı olmuşdur. Bundan sonra Polis idarəsində ona hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət olunaraq ona təqdim olunmuşdur. Bundan sonra vəkilinin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, həmin vaxt ona hüquqları izah olunmuş və ona üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məh dudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməyi, bildirmişlər. Polis əməkdaşlarının əvvəlcədən ona verdikləri və əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoyduğu 1 ədəd gümüşü rəngli kağıza bükülmüş formada saxladığı narkotik vasitə kakos kimi tanıdığı heroin aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı polis əməkdaşlarına onların dedikləri kimi həmin kütlənin narkotik vasitə heroin olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, tutulmamışdan bir gün əvvəl Gəncə çayının kənarında yerdən tapdığını bildirmişdir. Həmçinin həmin kütlədən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Sonra üzərindən aşkar edilərək götürülmüş kütlə tərəzidə çəkilmiş və kütlənin falqa ilə birlikdə ümumi çəkisi 3,41 qram təşkil etmişdir. Bundan sonra həmin kütlə qablaşdırılaraq götürülmüş və üzəri möhürlənərək imzalarla təsdiq olunmuşdur. O heç kimə narkotik vasitə satmamış və belə məqsədi olmamışdır. İş materiallarında Məhkum narkotik vasitələrin hər hansı formada satışı ilə məşğul olması barədə heç bir sübut müəyyən edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 09 may 2022-ci il tarixdə saat təxminən 18:00 radələrində Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsində gündəlik xidmətində olan zaman məlumat daxil olmuşdur ki, Gəncə şəhər sakini X11 adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur və hal-hazırda Gəncə şəhəri Zərrabi küçəsindədir. Odur ki, daxil olmuş məlumat idarə rəisinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış və Məhkum Gəncə şəhəri, Zərrabi küçəsində yaşadığı evin yaxınlığında saxlayaraq Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinə gətirmişlər, şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra ona dövlət hesabına müdafiəçi təyin edilmiş və sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra Məhkum üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cin s şalvarın sağ yan cibindən 01 ədəd “gümüşü” rəngli siqaret kağızına bükülmüş formada narkotik vasitə kakos kimi tanıdığı heroin aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Məhkum həmin kütlənin narkotik vasitə heroin olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmin bükümü 08 may 2022-ci il tarixdə axşam saatlarında yaşadığı evin yaxınlığında Gəncə çayının sahilinin yaxınlığında yerdən tapdığını, həmçinin həmin narkotik vasitədən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Həmin kütlə tərəzidə çəkilmiş və kütlə falqa ilə birlikdə ümumilikdə 3,41 qram təşkil etmişdir. Bundan sonra həmin kütlə tərkibinin və miqdarının dəqiq müəyyən edilməsi üçün ekspertizaya təqdim etmək məqsədi ilə qablaşdırılaraq götürülmüş və üzəri möhürlənərək imzalarla t əsdiq olunmuşdur. Bundan sonra Məhkum üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Məhkum barəsində daxil olmuş əməliyyat məlumatında onun narkotik vasitənin qəbul etməsi, üzərində saxlaması barədə məlumat olmuşdur. İstintaq zamanı ifadəsində narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə verdiyi ifadəsini onunla əsaslandırmışdır ki, təcrübələrində belə halların çox olduğunu, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması göstərilir, onlar da qanunsuz dövriyyəni istifadəsi və satması və ya satış məqsədi ilə əldə etməsi kimi hesab edirlər, lakin keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satması və ya satış məqsədi ilə sa xlaması təsdiq olunmadığını, bununla əlaqədar əməliyyat axtarış tədbirləri davam etdirildiyini onun əlaqələri, həmin narkotik vasitəni kimdən, nə vaxt, hansı çəkidə əldə etməsi, kimlərə satması və ya digər formada verməsi barədə müsbət nəticə əldə edilmədiyini, narkotik vasitəni kiməsə satması təsdiq olunmadığını, Məhkum məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını, onun üzərinə narkotik vasitə qoymadıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailə üzvləri birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. Məhkum onun övladıdır və oğlu ilə münasibəti yaxşıdır. Övladlarının atası onlar uşaq olanda vəfat etmişdir, onları tək böyütmüşdür. Son iki ayda X11in narkotik vasitə olan heroinin aludəçisi olduğundan şübhələnmişdir. Belə ki, X11 tez-tez ondan pul istəmiş, o, da X11dən pulu nə üçün istədiyini soruşanda ona heç nə deməmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində yaşadığı evdə olan zaman polis idarəsində işləyən X11in sinif yoldaşı X10 onu çağırmışdır. O da küçəyə çıxmış, yanında iki nəfər də mülki geyimli polis əməkdaşı olmuşdur. Ona narkotik vasitə qəbul etdiyini və səs-küy saldığını, bu barədə qonşuların şikayət etdiyini bildirmişdir. Sonra X11i onu 1-ci polis şöbəsinə aparmışlar. Sonra X11in üzərində qanunsuz narkotik vasitə saxladığı üçün polis əməkdaşları tərəfindən tutulduğunu bilmişdir. Cinayət işinin materiallarında olan raportdan görünür ki, Məhkum narkotik vasitə qəbul etməsi, əldə edib üzərində saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair 18 avqust 2021-ci il tarixli qərardan görünür ki, «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Məhkum narkotik vasitələrin qəbul etməsi, narkotik vasitələrin çox vaxt üzərində saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. «Şəxsi axtarış haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Məhkum əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli folqanın içərisində toz şəkilli, qəhvəyi rəngli narkotik va sitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 3,41 qram olmuşdur. Bundan sonra həmin kütlə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in möhürü ilə möhürlənərək imzalanmışdır. Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Məhkum, Gəncə şəhəri, Zərrabi küçəsində yaşadığı binanın yaxınlığında saxlanılaraq Gəncə şəhər 1-ci polis şöbəsinin inzibati binasına gətirilmişdir. Məhkum hüquqlarını müdafiə etmək üçün Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 dövlət hesabına müdafiəçi kimi dəvət olunur. Bundan sonra təhqiqatçı tərəfindən Məhkum şübhəli şəxs kimi Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, şübhəli şəxs Məhkum saxlanılması qanunl a qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi təklif edildi, təklifdən sonra Məhkum əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd “gümüşü” rəngli falqaya bükülmüş bükümü təqdim edir. Sorğu zamanı Məhkum üzərindən aşkar olunaraq götürülmüş kütlənin narkotik vasitə heroin olduğunu, özü istifadə etmək üçün üzərində saxladığını, həmin bükümü 08 may 2022-ci il tarixdə axşam saatlarında yaşadığı evin yaxınlığında Gəncə çayının sahilinin yaxınlığında yerdən tapdığını və özü istifadə etmək məqsədi ilə üzərində daşıdığını, həmin bükümdən heç kimə satmadığını polis əməkdaşlarına bildirir. Bundan sonra həmin büküm elektron tərəzidə çəkilmiş, falqa ilə birlikdə çəkisi 3,41 qram olmuşdur. Bundan sonra həmin bükümdə olan narkotik vas itə heroin ekspertizaya təqdim edilməsi üçün polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülür, üzəri isə 120 saylı möhürlə möhürlənir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib edilir, protokol düzgün tərtib edildiyi üçün imzalarla təsdiq olunur. İş materiallarında olan məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 16/538 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Məhkum üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər 1 ədəd kütlə 3.41 qram çəkidə...” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli folqa bükümündə təmiz çəkisi 3,164 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığı na cavab məktubundan görünür ki, Məhkum həmin narkotik vasitə heroini haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamış, onun Gəncə şəhəri ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda bir sıra əməliyyat məlumatları var, həmin narkotik vasitəni konkret olaraq satmış olduğu şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. İşə əlavə edilmiş ambulator məcburi-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 857 saylı rəyindən görünür ki, Məhkum narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası cinayət işini n materiallarını təhlil edərək qeyd edir ki, məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, narkotik vasitələrin satışı ilə məşğul olması ilə əlaqədar ibtidai istintaq orqanı tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını, üzərində aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut və dəlil mövcud olmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasl ar vermir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüqu qları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcu d deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 yanvar 2023-cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1334/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1334/2023
26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver