Məhkəmə qərarları › İş №1(102)-1334/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1334/2025

04.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1334/2025 04.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri X1 iştirakı ilə, xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Mə hkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-63/2025 nömrəli 28 yanvar 2025ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər M.V.Məmmədovun sədrliyi ilə, C.C.Nəbiyev və C.Ş.Səfərlidən ibarət tərkibdə) 14 avqust 2024-cü il tarixli 1(099)335/2024 nömrəli hökmü ilə Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümu mi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 13 iyun 2023-cü ildən hesablanması qərara alınmışdır. Həmin hökmlə Təqsirləndirilən şəxs1 və X2 da Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxs Məhkum və müdafiəçisi Müdafiəçi5 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-63/2025 nömrəli 28 yanvar 2025-ci il tarixli qərarı ilə (hakimlər Y.X.Həşimov (sədrlik edən), E.İ.Əliyev və H.X.Bəhmanov) apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 avqust 2024-cü il tarixli hökmü d əyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmə qərarlarına əsasən Məhkum 2023-cü ilin iyun ayının əvvəlində əslən Lənkəran rayonundan olub, Bakı şəhəri Sabunçu rayonunda yaşayan tanışı Təqsirləndirilən şəxs1, sonuncunun Lənkəran rayonu, Bürcəli kənd sakini olan qohumu Təqsirləndirilən şəxs2, istintaqa Arif adı ilə məlum olan şəxs və digər şəxslərlə külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin Lənkəran rayonunda əldə edilməsi, saxlanması, Bakı şəhərinə daşınması və satışından qazanc əldə etmələri ilə bağlı əvvəlcədən razılığa gəlib, həmin şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, bu məqsədlə əldə edilmiş razılığa və ümumi niyyətə uyğun olaraq 12 iyun 2023-cü il tarixdə saat 16 radələrində qrup üzvü Təqsirləndirilən şəxs1 istifadəsində olan “Toyota Pr ius (Hibrid) minik” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Bakı şəhərindən çıxıb, həmin gün saat 20 radələrində Lənkəran rayonu, Bürcəli kəndinə gəlib, orada qrupun digər üzvü Təqsirləndirilən şəxs2 ilə görüşərək, külli miqdarda narkotik vasitələri və psixotrop maddəni götürəcəkləri ərazi və vaxt barədə öz aralarında və “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlamaqla qrup üzvü Arif adlı şəxslə razılığa gəldikdən sonra əvvəlcədən razılaşdıqları kimi Arif adlı qrup üzvünün tapşırığı ilə qrup üzvü olan digər şəxslərin istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri 2 (iki) ədəd bağlamada, ayrıayrılıqda təmiz çəkiləri 1520,0 qr və 1080,0 olmaqla, ümumi təmiz çəkisi 2600,0 qram olub külli miqdar təşki l edən, tiryəkdən kustar üsulla hazırlanmış, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan narkotik vasitə heroini, 1 (bir) ədəd bağlamada, təmiz çəkisi 2130,0 qram olub külli miqdar təşkil edən, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bitki mənşəli narkotik vasitə qurudulmuş marixuananı və 1 (bir) ədəd bükülüdə təmiz çəkisi 480,0 olub külli miqdar təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini 12 iyun 2023-cü il tarixdə köhnə Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu, Göyşaban kəndinin ərazisindən keçən hissəsində üzərində sürət həddini göstərən 70 yazısı həkk olunmuş dəmir lövhə nişanın yanında gizlətdikdən sonra, saat 22 radələrində Arif adlı qrup üzvündən həmin narkotik vasitələrin və p sixotrop maddənin gizlədildiyi yer barədə “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə məlumat alıb, əvvəlcədən razılaşdıqları kimi 13 iyun 2023-cü il tarixdə gecə saat 00:00 radələrindən etibarən qrup üzvü Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota Prius (Hibrid) minik” markalı avtomobildə özü avtomobilin ön sərnişin oturacağında və digər qrup üzvü Təqsirləndirilən şəxs2 avtomobilin arxa sərnişin oturacağında əyləşməklə birlikdə narkotik vasitələrin və psixotrop maddənin gizlədildiyi, Lənkəran rayonu, Göyşaban kəndindən keçən avtomobil yolundakı üzərində sürət həddini göstərən 70 yazısı həkk olunmuş dəmir lövhənin yanına çatıb, aralarında olmuş ümumi niyyətə uyğun olaraq qrup üzvü Təqsirləndirilən şəxs2 avtomobildən düşüb dəmir lövhənin yanında gizlədilmiş sarı rəngli torbanın içərisində qeyd olunan çəkidə və bağlamalarda narkotik vasitələr heroin, qurudulmuş marixuana və psixotrop maddə metamfetamini götürüb avtomobilə əyləşmiş, birlikdə torbaya baxış keçirib, onların Arif adlı qrup üzvünün qoydurduğu maddələr olduğuna əmin olduqdan sonra hər üçü həmin çəkidə və bükümlərdə narkotik vasitələri və psixotrop maddəni əldə edib, salonunda olduqları “Toyota Prius (Hibrid) minik” markalı avtomobilin yük yerində saxlayaraq, üzü Bakı şəhəri istiqamətində daşıyarkən, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının həmin tarixdə saat 00:30 radələrində keçirdikləri əməliyyat tədbirləri nəticəsində qrup üzvü Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildə Lənkəran rayonu, Göyşaban kəndində hərəkətdə olduqları vaxt saxlanılaraq hər üçü ünvan 2 ünvanında yerləşən rayon polis şöbəsinin inzibati binasına gətirilib, şöbənin həyətində iştirakları ilə “Toyota Prius (Hibrid) minik” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən 1 (bir) ədəd sarı rəngli bağlamanın içərisindən külli miqdarda - 2 (iki) ədəd bağlamada, ayrıayrılıqda təmiz çəkiləri 1520,0 qram və 1080,0 qram olmaqla, ümumi təmiz çəkisi 2600,0 qram olan narkotik vasitə heroin, 1 (bir) ədəd bağlamada, təmiz çəkisi 2130,0 qram olan narkotik vasitə qurudulmuş marixuana və 1 (bir) ədəd bükülüdə təmiz çəkisi 480,0 olan psixotrop maddə metamfetamin aşkar edilib, qablaşdırılaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi verdiyi kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 28 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərmişdir ki, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan hallarının araşdırılmasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübütün mənsubiyyəti və mötəbərliyi üzrə qiymətlindirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifı düzgün olunmayıb və yuxarı da qeyd olunan ağır maddələrlə cinayət törətməsində Məhkum təqsiri tam sübuta yetirilməmişdir. Məhkum qeyd olunan cinayət işi üzrə təqsirləndirilən digər şəxs olan Təqsirləndirilən şəxs1lə hər hansısa əlbirliyinin olmasını təsdiq edəcək heç bir sübut istintaq orqanı tərəfindən təqdim edilməmişdir. Bundan başqa onların bir-biri ilə telelon danışıqlarının yox dərəcəsində olması, sms yazışmalarının olmaması kimi hallar cinayət işində aydın şəkildə görünsə də, məhkəmə instansiyaları tərəfindən bu faktlara heç bir qiymət verilməmişdir. O ki qaldı adları çəkilən şəxslərin əvvəlcədən razılaşmalarına, həmçinin bu fakl da cinayət işinin materiallarında heç bir sübutlarla təsdiqlənməmişdir. Cinayət işi üzrə ibtidai istintaq dövründə işi aparan müstəntiq yalnız təzyiq altında verilmiş ilkin ifadəyə i stinad edərək təqsirləndirilən şəxs Məhkum qarşı ağır ittiham irəli sürmüşdür. Lakin ifadələrdə belə Məhkum çayxanadan çıxıb gedəndə yalnız çəkmək üçün narkotik vasitə götürüləcəyini bilib və razılığını ona görə verdiyini bildirmişdir. Bu xüsusat bütün ifadələrdə və məhkəmə instansiyalarında da öz təsdiqini tapmışdır. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı N.İmanovun çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cin ayət kollegiyası cinayət-prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2024-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar