Məhkəmə qərarları › İş №1(102)-1335/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1335/2019

22.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1335/2019 22.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Azərbaycan Respublikası Vergilər Nazirliyi 0Zərərçəkmiş şəxs nümayəndəsi X4 və müdafiəçi X6 iştirakları ilə, Xaçmaz rayon məhkəməsinin 08 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilin ib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2019-cu il tarixli qərarından Azərbaycan Respublikası Vergilər Nazirliyi 0Zərərçəkmiş şəxs nümayəndəsi S6 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz rayon Məhkəməsinin 08 may 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X5) Məhkum- 14.10.1979-cu il tarixdə Xaçmaz şəhərində nadan olmuş Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli ailəli, Bakı şəhər Yasamal rayon məhkəməsinin 10.05.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə 2 (iki) il müddətinə mülkiyyət və təşkilat fotmasından asılı olmayaraq hər hansı müəssisədə cra və sərəncamverici rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddət inə azadlıqdan məhrum etmə cəzası məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 27.12.2010-cu il tarixdən 29.12.2010-cu l tarixədəkşübhəli şəxs qismində saxlandığı müddət və 12.05.2014-cü il tarixdən 10.05.2017-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət, ümumilikdə 3 (üç) ilin bir gününə, azadlıqdan məhrum etmə cəzasının bir günü bərabər tutulmaqla təyin edilmiş cəza faktiki olaraq çəkilmiş hesab edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23.01.2018-ci il tarixli qərarına əsasən Bakı şəhər Yasamal rayon məhkəməsinin 10.05.2017-ci il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası CMnin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək, cinyət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə barəsində cəza təyin edilməmiş mülki iddia qism ən təmin edilməklə ondan 85.119,90 manat pulun tutularaq dövlət büdcəsinə keçirilməsi qərara alınmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan. Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə cəza təyin edilməməsi, 23.160,96 manat Məhkum alınaraq dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, fiziki şəxs (VÖEN:**********) kimi 2011-ci ildə Azərbaycan Respublikası ərazisində müxtəlif kənd təsərrüfatı məhsullarının tədarükünü təşkil etmə Rusiya Federasiyası və Qazaxıstan Respublikasında fəaliyyət göstərən müxtəlif fiziki və hüquqi şəxslərlə bağladığı müqavilələr əsaəında sahibkarlıq fəaliyyəti ni həyata keçirməkl ə qeyd olunan illər ərzində həmin məhsulları ixrac etmiş, vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinın təmin edilməsinə cavabdeh şəxs olduğu halda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 72, 77.3,78.1, 101.3, 130.1, 152.1-ci maddələrinin tələblərini pozmaqla qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi hesabatlara təhrif edilmiş məlumatları daxil etmiş və ümumilikdə külli miqdar təşkl edən 803292,03 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum fərdi sahibkar kimi 2011-ci ildə kənd təsərrüfatı məhsullarını Rusiya Federasiyasına ixrac fəaliyyəti ilə məşğul olaraq, həmin fəaliyyətə görə qeyd olunan il ərzində əlavə dəyər vergisini “0”dərəcə ilə tətbiq olunmasına baxmayaraq, qeyd iyyatda olduğu vergi orqanına təqdim etdiyi ƏDV bəyənnaməsində 20195,88 manat ƏDV-ni, həmçinin həmin il üzrə 48,00 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergini və yenidən həmin il üzrə sadələşdirilmiş vergini 2030,93 manat artıq, 383,04 manat isə az hesablamaqla, cəmi 21891,77 manat vergiləri dövlət büdcəsinə artıq hesablamşdır. Bundan əlavə Məhkum 2011-ciilin yekunları üzrə vergi orqanına təqdin etdiyi gəlir vergisi bəyənnaməsində, malların təqdim edilmsindən gəliri 21190540,38 manat, gəlirin əldə edilməsi ilə bağlı xərcləri 16852422,08 manat, gəliri 4238118,30 manat və ödənilməli gəlir vergisini 847623,66 manat göstərməli olduğu halda, gəlirini 112199,32 manat və ödənilməli gəlir vergisini 22439,86 manat göstərərək 825183,80 manat gəlir vergisini az hesablamış, ümumilikd ə isə 803292,03 manat vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Hökmdən Azərbaycan Respublikası Vergilər Nazirliyi 0Zərərçəkmiş şəxs nümayəndəsi Sərxan Məmmədov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: E.M.Əhmədov (sədrlik edən və məruzəçi), N.R.Mövsümov və H.Ə.Nəbiyevdən ibarət tərkibdə) 13 mart 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2019-cu il tarixli qərarından Azərbaycan Respublikası Vergilər Nazirliyi 0Zərərçəkmiş şəxs nümayəndəsi Sərxan Məmmədov kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini mülki iddianın tam həcmdə təmin edilməsini xahiş etmişdir. Kassasiy a şikayətinin dəlilləri: Azərbaycan Respublikası Vergilər Nazirliyi 0Zərərçəkmiş şəxs nümayəndəsi Sərxan Məmmədov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04.11.2014-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizası rəyində 2011-ci il üzrə 825.183,80 manat məbləğində fiziki şəxsin gəlir vergisinin dövlət büdcəsinə ödənilməsindən yayındırılması öz təsdiqini tapmışdır. Lakin birinci instansiya məhkəməsində keçirilmiş 27.01.2017-ci il tarixli və apellysiya məhkəmə baxışı zamanı keçirilmiş 28.01.2019-cu il tarixli məhkəmə mühasibatlıq ekspertizaları nəticəsində isə Məhkum yoxlamanın əhatə etdiyi dövrdə 2.306,81 manat sadələşdirilmiş vergi, 12246,70 manat əlavə dəyər vergi si və 13607,45 manat gəlir vergisi, ümumilikdə isə 28.160,96 manat vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırıldığı müəyyən edilmişdir. Eyni ekspertiza mərkəzinin mütəxəssisləri tərəfindən istintaqda bir cur, məhkəmədə başqa cür rəy vermələri məhkəmədə şübhə yaratmalı idi. Eyni zamanda ibtidai istintaq zamanı verilmiş 04.11.2014-cü il tarixli rəy inzibati aktın mübahisələndirilməsi ilə bağlı inzibati iş üzrə məhkəmələr tərəfindən sübut kimi qəbul edilmiş və qanuni qüvvəli məhkəmə akları ilə təsdiq edilmişdir. Belə ki, Məhkum 0Zərərçəkmiş şəxs “vergi ödəyicisinin vergi qanunvericilitinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23.06.2014-cü il tarixli qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddianın əsası kimi bağlanmış müqavilələrə əsasən faktiki olaraq agent xidməti göstərdiyini qeyd etmişdir. Sumqayıt inzibati-iqtisad məhkəməsinin 17.12.2014-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsinin və Ali Məhkəmənin İnzibatiiqtisad kollegiyalarının qərarları ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır. Hazırkı iş üzrə preyudisial olan həmin məhkəmə qərarları Azərbaycan Respublikası CPM-nin 142.2-ci maddəsinin tələbi pozulmaqla nəzərə alınmamışdır. Məhkəmələrin sübut kimi istinad etdiyi ekspert rəyi ilə onu da qeyd etmək lazımdır ki, ekspert tərəfindən heç bir rəsmi sənədə istinad etmədən dövriyyə azaldılmış, fiziki şəxsin 2011-ci ilin yanvar-iyun ayları üzrə gəliri 115.340,41 manat, iyul-noyabr ayları üzrə 68037,23 manat olduğu göstərilmişdir. Halbuki vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlaması zamanı 2011-ci ilin yanvar-dekabr ayları ərzində yük gömrük bəyənnamələrinə əsasən 21.703.160,48 manat dəyərində idxal-ixrac əməliyyatlarının həyata keçirildiyi müəyyən edilmişdir. Məhkəmə 04.11.2014-cü il tarixli rəydə əsaslı şübhələr olduğunu bildirsə də bu şübhələrin nədən ibarət olduğunu, həmin rəyin sübut kimi qiymətləndirilməməsinin səbəbini, məhkəmə istintaqı zamanı keçirilmiş ekspertizanın nəticələrinin ibtidai araşdırma zamanı keçirilmiş ekspertizanın nəticələrindən nəyə görə üstün olduğunu qərarda əsaslandırmamışdır. Cinayət işinə apellyasiya instansiya məhkəməsində baxılarkən keçirilmiş komission ekspertizanın rəyindən görünür ki, əvvəlki ekspertizalar arasındakı ziddiyyətlərin aradan qaldırılması barədə sual qoyulmamışdır. Məh kəmə qərarlarının əsaslandığı ekspert rəyində göstərilir ki, Məhkum Firudin oğlunun bağladığı “gömrük daşıyıcısı xidmətinin göstərilməsi haqqında” tapşırıq müqavilələrinə əsasən Məhkum faktiki halda agent xidməti göstərmişdir. X3 ünvanına ixrac edilmiş kənd təsərrüfatı məhsullarına görə ödənilmiş pul vəsaitinin 01.07.2011-ci ilin avqust ayınadək 1 faizi, sonrakı dövr üzrə ona və digər hüquqi və fiziki şəxslərin ünvanına ixrac edilmiş məhsullara görə ödənimiş pul vəsaitinin 0,5 faizi gəlir kimi göstərilməklə Məhkum tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergi borcu müəyyən edilmişdir. 01.01.2012-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 162.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış və Azərbaycan Respublikasın ın gömrük işini aparan icra hakimiyyətindən gömrük daşıyıcısı kimi fəaliyyət göstərmək üçün icazə almış hüquqi şəxs olan müəssisələr gömrük daşıyıcısı ola bilərdilər. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 02 sentyabr 2002-ci il tarixli 782 saylı fərmanına əsasən gömrük brokeri, gömrük daşıyıcısı, gömrük ərazisində malların emalı və gömrük ərazisindən kənarda malların emalı fəaliyyəti üçün Azərbaycan Respublikasının Gömrük Komitəsindən xüsusi razılıq (lisenziya) alınmalıdır. Təqsirləndirilən şəxs öz sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi həyata keçirmişdir. Belə olan halda Məhkum özünü gömrük daşıyıcısı kimi təqdim etməsi, habelə gömrük daşıyıcısı olmaq hüquq u olmadığı halda daşıyıcı xidmətlərinin göstərməsi üçün müqavilə bağlaması, həmin müqaviləyə istinad etməklə vergi öhdəliklərini müəyyən etməsi qanunvericiliyin tələbinə ziddir. Bağlanmış müqavilələrdən görünür ki, bu əqdlər sadəcə alqı-satqı müqaviləsinin tapdan satış formasında həyata keçirilən “mal göndərmə müqaviləsi” növü kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. Göründüyü kimi hazırkı əmə liyyatlara tapşırıq haqqında müddəaların tətbiqinə dair hər hansı əsasın olmadığına baxmayaraq, ekspert tərəfindən kobud səhvə yol verilmişdir. Ona görə kassasiya şikayətinin təmin edilməsin xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə nümayəndənin və dövlət ittihamçısının, kassasiya şikayətinin təmin edilməməsi barədə müdafiəçinin çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin dü zgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayara q, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 0Zərərçəkmiş şəxs nümayəndəsi Sərxan Məmmədov kassasiya şikayətində qərarın ləğv edilməsi, mülki iddianın tam həcmdə təmin edilməsi xahiş etmiş və kassasiya şikayəti yuxarıda göstərilən dəlillərlə əsaslandırılmışdır. Kassasiya şikayətində göstərilmişdir ki, ibtidai istintaq zamanı verilmiş 04.11.2014-cü il tarixli rəy inzibati aktın mübahisələndirilməsi ilə bağlı inzibati iş üzrə məhkəmələr tərəfindən sübut kimi qəbul edilmiş və qanuni qüvvəli məhkəmə akları ilə təsdiq edilmişdir. Belə ki, Məhkum 0Zərərçəkmiş şəxs “vergi ödəyicisinin vergi qanunvericilitinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23.06.2014-cü il tarixli qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə mür aciət etmiş, iddianın əsası kimi bağlanmış müqavilələrə əsasən faktiki olaraq agent xidməti göstərdiyini qeyd etmişdir. Sumqayıt inzibati-iqtisad məhkəməsinin 17.12.2014-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsinin və Ali Məhkəmənin İnzibati-iqtisad kollegiyalarının qərarları ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt İnzibati-iqtisad məhkəməsinin 17 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Məhkum tərəfindən vergilər digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin yoxlanması məqsədi ilə 10.06 2013-cü il tarixdən 19 may 2014-cü il tarixədək səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın nəticələrinə dair 19 may 2014-cü il tarixli akt tə rtib edilmişdir. Həmin akta əsasən 2011-ci ilin oktyabr ayı üzrə 15739,5 manat, noyabr ayı üzrə 4456,38 manat, ümumilikdə 20195,88 manat əlavə dəyər vergisinin artıq, sadələşdirilmiş verginin 2011-ci ilin 1-ci rübbü üzrə 383,04 manat az, 2-ci rübbü üzrə 2030,93 manat artıq hesablanması, həmçinin 2011-ci il üzrə gəlir vergisinin 825183,8 manat azaldılması müəyyən edilmişdir. Həmin qərarda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş Məhkum gömrük daşıyıcısı kimi fəaliyyət göstərə bilməsi məsələsinə də hüquqi qiymət verilmişdir. Belə ki qərarda göstərilir ki, 01.01.2012-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 162.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq yaradılmış və Azərbaycan Respublikasının gömrük işini aparan icra hak imiyyətindən gömrük daşıyıcısı kimi fəaliyyət göstərmək üçün icazə almış hüquqi şəxs olan müəssisələr gömrük daşıyıcısı ola bilərdilər. Məhkəmə hesab etmişdir ki, göstərilən normanın tələbindən göründüyü kimi gömrük daşıyıcısı kimi yalnız hüquqi şəxslər fəaliyyət göstərə bilər. Lakin, iddiaçı öz sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi həyata keçirmişdir. Belə olan halda iddiaçının özünü gömrük daşıyıcısı kimi göstərməsi, habelə gömrük daşıyıcısı olmaq hüququ olmadığı halda daşıyıcı xidmətinin göstərilməsi üçün müqavilə bağlaması, həmin müqaviləyə istinad etməkə vergi öhdəliklərini müəyyən etməsi qanunvericiliyin tələbinə ziddir. Sumqayıt İnzibati-iqtisad məhkəməsinin 17 dekabr 2014-cü il tarixli qərarı ilə Məhkum 0Zərərçəkmiş şəxsnə qarşı iddiaçının fəaliyyəti ndə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl etmə vəziyyətinin yoxlanmasına dair tərtib edilmiş 19 may 2014-cü il tarixli səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsinə dair iddiası təmin edilməmişdir. Deməli həmin vergidən yayınma barədə aktın qanuniliyi və əsaslılığı, Məhkum vergidən yayınma faktlarının həqiqiliyi sübut edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.7-ci maddəsinə əsasən məhkəmənin mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş qərarı cinayət prosesini həyata keçirən orqan və cinayət işinə baxan məhkəmə üçün yalnız hadisənin olubolmaması hissəsində məcburidir. CPM-nin 142.2.-ci maddəsinə əsasən mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Sumqayıt İnzibati-iqtisad məhkəməsinin 17 dekabr 2014-cü il tarixli qərarı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtusad kollegiyasının 06 iyul 2015-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtusad kollegiyasının 06 iyul 2015-ci il tarixli qərarı da Ali Məhkəmənin müvafiq kollegiyasının 29.12.2015-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmışdır və deməli bu qərarlar qanuni qüvvədədir. Həmin qərarlarla müəyyən edilmiş Məhkum fəaliyyətində vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl etmə vəziyyətinin yoxlanmasına dair t ərtib edilmiş 19 may 2014-cü il tarixli səyyar vergi yoxlaması aktının qanuniliyi təsdiq edilmişdir və bu qərar cinayət işinə baxan məhkəmə üçün məcburidir. Hadisənin mövcudluğunu təsdiq edən preyudisial sübut mövcud olduğu halda məhkəmələrin yenidən ekspertizalar təyin etməsi, preyidisial sübut mövcud olduğu halda yenidən həmin halın araşdırılması lüzumsuz olmuş və həmin ekspertizanın rəylərinə preyudisial sübutdan üstünlük verməsi bu barədə yuxarıda göstərilən qanunların tələbinə zidd olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı əsasında keçirilmiş 27.01.2017-ci il tarixli və apellysiya məhkəmə baxışı zamanı keçirilmiş 28.01.2019-cu il tarixli məhkəmə mühasibatlıq ekspertizalarının rəylərində Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 172.1 və 172.4.1-ci maddələrinə istinad edilmi şdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinimn 172.1-ci madəsinə əsasən digər şəxsin (vəkalət verən) agenti (vəkalət alan) olan şəxs tərəfindən mallar göndərilməsi, işlər görülməsi və ya xidmətlər göstərilməsi vəkalət verənin həyata keçirdiyi əməliyyat sayılır. VM-nin 172.4.1-ci maddəsinə əsasən digər şəxsin agent vasitəsilə həyata keçirdiyi əməliyyatlar üzrə ƏDV-nin vergitutma bazası aşağıdakı kimi müəyyənləşdirilir: 172.4.1. Digər şəxs agent vasitəsilə malları təqdim etdikdə, işlər gördükdə və ya xidmətlər göstərdikdə, həmin malların (işlərin, xidmətlərin) dəyəri vergi tutulan əməliyyatların dəyəri və vergitutma bazası hesab edilir. Agent tərəfindən göstərilən xidmətlərə görə ona ödənilən haqlar (mükafatlar) agentin vergi tutulan əməliyyatlarına daxil edilməklə yanaşı, digər şəxsin gə lirdən çıxılan xərclərinə aid edilir. Agentin digər şəxsdən aldığı elektron vergi hesab-fakturası ona ƏDV məbləğini əvəzləşdirmək hüququ vermir. Ekspertlər Məhkum fərdi sahibkar olaraq fəaliyyət göstərdiyi halda “agent” olmasını təsdiq edən heç bir hüquq normasına istinad etmədən “agentə” dair Vergi Məcəlləsinin göstərilən maddələrinə istinad etmişlər. Vergi Məcəlləsinin göstərilən maddələrində isə digər şəxsin (vəkalət verən) agenti (vəkalət alan) olan şəxs tərəfindən mallar göndərilməsi, işlər görülməsi və ya xidmətlər göstərilməsi və digər şəxsin agent vasitəsilə həyata keçirdiyi əməliyyatlar üzrə ƏDV-nin vergitutma bazası barədə nizamlamalar nəzərdə tutulmuşdur. Bu maddələrin Məhkum barəsində tətbiq edilmsi üçün, ilk olaraq onun “agent” statusunun olmasını təsdiq edən normalara və sü butlara istinad edilməli idi. Lakin belə əsaslar nə ekspertiza rəyində, nə də cinayət işinin materiallarında müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt İnzibati-iqtisad məhkəməsinin 17 dekabr 2014-cü il tarixli qanuni qüvvəli qərarı ilə həll edilmiş məsələni ekspertlər yenidən tədqiq edərək həmin qərarla verilmiş qiymətlə tamamilə ziddiyyət təşkil edən nəticəyə gəlmişlər. Cinayət işinə baxmış məhkəmələr də qanuni qüvvəli məhkəmə qərarını deyil buna zidd olan “ekspert” rəyini əsasə götürmüşlər. Nəzərə almamışlar ki, Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Cinayət işinə baxmış məhkəmələr cinayət işinin materiallarında olan hazırkı iş üzrə preyudisial xarakterli məhkəmə qərarlarını nəinki tədqiq edib nəzərə almamışlar, hətta həmin qərarlara istinad belə etməmişlər (görməmişlərmi ?). Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası həmin məhkəmənin Sumqayıt İnzibati-iqtisad məhkəməsinin 17.12.2014-cü il tarixli qərarını nəzərə almamışdır. Eyni məhkəmənin iki kollegiyası eyni məsələ barədə bir-birinə zidd nəticələrə gəlmişlər. Vahid məhkəmə təcrübəsinin formalaşması barədə tələblər pozulmuşdur. Kassasiya şikayətində və səyyar vergi yoxlaması aktında göstərildiyi kimi ekspertin əsaslandığı “gömrük daşıyıcısı xidməti göstə rilməsi haqqında” tapşırıq müqavilələri, tərəflərin imzaları və müqavilədə göstərilən şərtlərdə şübhəli məqamlar olmuşdur. Vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş yük-gömrük bəyənnamələrində, malların yüklənməsi, satış üçün göndərilməsini təsdiq edən sənədlərdə, bank sənədlərində, yükün göndərilməsini təsdiq edən beynəlxalq qaimələrdə, dəmiryolu nəqliyyatı sahəsinə xidmətlərinə görə yığımları təsdiq edən qəbzlərdə və sair ödəniş sənədlərində “vəkalət verən” kimi Məhkum adı qeyd edilmişdir. Bundan əlavə xarici ölkə vətəndaşı olan şəxslərin Azərbaycan Respublikasının sərhəddindən gedib-gəlmələri öz təsdiqini tapmamışdır. Həmçinin yarımqoşqular vasitəsilə ixrac olunan kənd təsərrüfatı məhsullarının faktiki olaraq Məhkum adına rəsmiləşdirilməklə 28 rüyslə Rusiya Federasiyasının müx təlif şəhərlərinə daşınmasının həyata keçirildiyi müəyyən edilmişdir. Göstərilən hallar da cinayət işinə baxmış birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən tədqiq edilmədən qərar qəbul edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsaslıdır və cinayət işinə baxmış məhkəmələr cinayət işi üzrə toplanmış sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası Vergilər Nazirliyi 0Zərərçəkmiş şəxs nümayəndəsinin kassasiya şikayətinin və dövlət ittihamçısının kassasiya protestinin dəlillərini tam və hərtərəfli araşdırmamış, nəyə görə həmin dəlillərlə razılaşmadığına hüquqi qiymət verməmiş dir. Azərbaycan Respublikası CPM-nin 416.0.2-ci madəsinə əsasqən məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2019-cu il tarixli qərarı ləğv edilməli və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Azərbaycan Respublikası Vergilər Nazirliyi Zərərçəkmiş şəxs nümayəndəsi Sərxan Məmmədov kassasiya şikayəti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2019-cu il tarixli qərarı ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar