Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1335/2021 08.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov X11 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X14, məhkumun müdafiəçi X6, zərərçəkmiş şəxs Şahbazov Nail Adil oğlunun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2021-ci il tarixli, 1(106)-114/202 1 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə, Məhkum və zərərçəkmiş şəxs Şahbazov Nail Adil oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 29 aprel 1982-ci il tarixdə Lerik rayonun Haran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, X25 İdarəsində işləyən, Lerik rayonu Haran kəndində qeydiyyatda olmaqla Lerik rayonunun Peştətürk kəndində yaşayan. 2. 31 avqust 2020-ci il tarixli ittiham aktı ilə Məhkum Azərbaycan Res publikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 259.3, 315-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. Lerik Rayon Məhkəməsinin hökmü ilə müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum meşə qırma bileti və meşə buraxılış orderi olmadan 2020-ci ilin mart ayının əvvəllərində Lerik rayonunun Haran kəndinin ərazisini əhatə edən, X18 X2 meşəbəyliyinin 13 saylı meşə dolayısında meşə fonduna daxil olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2004-cü il tarixli, 145 saylı qərarına əsasən qiymətləndirilmiş qızılağac cinsindən 64 sm diametrliyində 01 ədəd, ağcaqayın cinsindən 64 sm diametrda 01 ədəd və 76 sm diametrda 01 ədəd, cəmi 03 ədəd 15,60 kub metr həcmində 435,48 manat dəyərində işlik növünə aid köküstə yaş halda ağacları özünə məxsus motorlu mişarla qanunsuz kəsərək X18 Təsərrüfatı Mərkəzinin meşə fonduna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarının 7-ci əlavəsinə uyğun olaraq ağacların qanunsuz kəsilməsinə görə hesablanmış 1734,00 manat cərimə pulu ilə birlikdə X18 Təsərrüfatı Mərkəzinin meşə fonduna ümumilikdə 2169,48 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Məhkum qanunsuz kəsdiyi həmin ağacların gövdəsinin işlik hissəsini doğramaqla onlardan şpal hazırlamış, həmin şpalları 2020-ci ilin mart ayının 06-dən 07-nə keçən gecə Lerik rayonunun Bibiyoni kənd sakinləri, X5 və X3 atla meşə sahəsindən Haran kəndinə gedən yola daşıtdırıb özünə məxsus “Kamaz” markalı, **-ZT-*** qeydiyyat nişanlı avtomaşına yüklətdirdiyi zaman X18 Təsərrüfatı Mərkəzi nin sabiq direktoru X15 və həmin Mərkəzin direktor müavini - baş meşəbəyi X7 tərəfindən yaxalanmış, 5,0 kub metr həcmində 251,31 manat dəyərində işlik meşə materialı olan şpal müsadirə olunaraq Mərkəzin anbarına mədaxil edilmişdir.
4. Bundan başqa Məhkum 13 saylı meşə dolayısında qanunsuz kəsdiyi ağaclardan hazırladığı şpalların müsadirə olunmasından və barəsində müvafiq qaydada aktın tərtib edilməsindən nəticə çıxarmayaraq Mərkəzin sabiq direktoru Şahin Cəfərova qarşı qərəzli mövqe nümayiş etdirib təkrarən meşə sahəsində gizli formada ağacların kəsilməsini təşkil etmək qərarına gələrək Lerik rayonunun Çayrud kənd sakini, 2014-cü ildən 19 sentyabr 2018-ci il tarixə kimi keçmiş Vizəzəmin meşəbəyliyinin 15 saylı dolayısının gözətçisi işləmiş, işdə buraxdığı nöqsanlara görə meşə gözətçisi vəz ifəsindən azad edilmiş X4 və onunla yaxşı münasibətdə olan rayonun Bibiyoni kənd sakini, dayısı oğlu X5 ilə qabaqcadan əlbir olmaqla cinayət əlaqəsinə girərək bir qrup şəxs qismində birləşib, aralarındakı razılaşmaya və cinayətkar niyyətə uyğun olaraq 06 aprel 2020-ci il tarixdə, saat təxminən 13 radələrində Əfladdin Almasovun əvvəllər mühafizə etdiyi X18 Təsərrüfatı Mərkəzinin keçmiş Vizəzəmin, hazırda Lerik meşəbəyliyinin 15 saylı meşə dolayısının rayonun Zardonu kəndinin yaxınlığında yerləşən 22 saylı kvartalına Əfladdin Almasovun bələdçiliyi ilə gəlib həmin meşə sahəsində meşə fonduna daxil olan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2004-cü il tarixli, 145 saylı qərarına uyğun 502,90 manat məbləğində qiymətləndirilmiş, köküstə yaş halda, diametri 68 sm olan 02 (ik i) ədəd və diametri 76 sm olan 01 (bir) ədəd, cəmi 03 (üç) ədəd 16,24 kub metr həcmində işlik növünə aid fıstıq cinsindən ağacları özlərinə məxsus motorlu mişarla qanunsuz kəsib Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarının 7-ci əlavəsinə uyğun olaraq ağacların qanunsuz kəsilməsinə görə hesablanmış 1998,00 manat cərimə pulu ilə birlikdə X18 Təsərrüfatı Mərkəzinin meşə fonduna ümumilikdə 2500,90 manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Həmin vaxt 15 saylı meşə dolayısının mühafizəsini təmin etməklə meşə gözətçisi işləyən Şahbazov X22 Həşimov və digərlərinin yanına gəlib ağacları qanunsuz kəsdiklərini görərək xidməti vəzifəsini yerinə yetirməklə özünü təqdim edib iradını bildirməklə onlardan meşə sahələrini tərk etmələrini tələb etdik də Məhkum Əfladdin Almasov və Orxan Bayramovla birlikdə onun qanuni tələblərinə heç bir məhəl qoymadan mübahisə etməklə qanunsuz hərəkətlərini davam etdirib, xidməti vəzifələrini yerinə yetirən meşə gözətçisi Nail Şahbazovun üzərinə hücum edib zor tətbiq etməklə müqavimət göstərərək onu yerə yıxıb bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr vurmuş, Nail Şahbazov onların əlindən buraxılıb meşə sahəsindən çıxaraq atla Zardonu kənd məscidinin qabağına gəlmiş, həmin yerdə yenidən Məhkum və Əfladdin Almasovla rastlaşmışdır. Bu zaman Məhkum Əfladdin Almasovla birlikdə cinayətkar əməlini davam etdirib Nail Şahbazovun sifətinə yumruqla bir zərbə vurub ona qarın, sağ almacıq, alın nahiyələrində sıyrıqla, sağ baldır nahiyəsində bir ədəd qançırla nəticələnən, ümumilikdə sağlamlığa zərə r vurmayan və dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə, həyat və sağlamlığı üçün təhlükəli olmayan fiziki zor tətbiq edib müqavimət göstərmiş qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz ağac kəsməklə dövlət meşə fonduna xeyli miqdarda ziyan vurmuşdur. Bu hərəkətləri ilə Məhkum Azərbaycan Respublikası CM-nin 259.3 və 315-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
5. Lerik Rayon Məhkəməsinin 1(048)-33/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 259.3 və 315-ci maddələri ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkməsi, Azərbaycan Respublikası 259.3cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası 315-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına mə hkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzaçəkmə müddətinin başlanğıcı 08 oktyabr 2020-ci il tarixdən hesablanmışdır.
6. Həmin hökmlə həmçinin X4 və X5 da təqsirli bilinərək məhkum edilmişdilər.
7. Lerik Rayon Məhkəməsinin 1(048)-33/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli hökmündən məhkum olunmuş şəxs Məhkum apelyasiya şikayəti verərək ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini, barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir.
8. Məhkum olunmuş şəxs Məhkum müdafiəçisi X12 apelyasiya şikayəti verərək, Lerik Rayon Məhkəməsinin 1(048)33/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli hökmünün ləğv edilməsini və Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. X20 apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkum ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, qanunsuz ağac kəsməmiş və hakimiyyət nümayəndəsinə müqavimət göstərməmişdir. Məhkum meşə işçisi şahin Cəfərovun göstərişi ilə N maşın ağac kəsib hərbi hissə üçün aparmış, buna görə zəhmət haqqı kimi 3 ağac ona zəhmət haqqı kimi verilmişdir. İş materiallarından görünür ki, X10 Əfladdin Almasovla əlbəyaxa olmuş, Salman Naili vurmamışdır. Əfladdin Almasov və Orxan Bayramov ifadələrində X17 vurmadığını göstərmişlər. X10 həm ibtidai araşdırma zamanı, həmdə birinci instansiya məhkəməsində işə baxılarkən müxtəlif instansiyalara şikayət ərizəsi ilə müraciət edərək Məhkum onu döymədiyini, Salman meşə işçisi Şahinin təzyiqinə gör ə yalandan Salmanın onu döyməsi barədə şikayət ərizəsi yazmışdır. Nail Şahbazov ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edərək Məhkum onu döymədiyini, meşə idarəsinin müdiri Şahin Cəfərovun onu məcbur etdiyi üçün Salmanın onu döyməsi barədə şikayət ərizəsi yazdığını etiraf etmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən də Məhkum Nail Şahbazovu döyməsi, qanunsuz ağac kəsməsi sübuta yetirilmədi. Ona görə də Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir.
9. Lerik Rayon Məhkəməsinin 1(048)-33/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli hökmündən həmçinin zərərçəkmiş şəxs Şahbazov Nail Adil oğlu apelyasiya şikayəti verərək Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. 10.Şirvan Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının 03 mart 2021-ci il tarixli, 1(106)-114/2021 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi X12 tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş, zərərçəkmiş şəxs Şahbazov Nail Adil oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Lerik Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 1(048)33/2020 saylı hökmü məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi X12 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunm uş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 4 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 08 oktyabr 2020-ci il tarixdən 03 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı 4 (dörd) ay 25 (iyirmi beş) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla 9 (doqquz) ay 20 gün təyin edilmiş cəzadan çıxılmış və Məhkum üzərində qəti olaraq 3 (üç) il 02 (iki) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Lerik Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 1(048)-33/2020 saylı hökmü apelyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2021-ci il tarixli, 1(106)-114/2021 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti, Məhkum və zərərçəkmiş şəxs Şahbazov Nail Adil oğlu tərəfindən ayrıayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri:
12. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi Məhkum tərəfindən törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, törədilməsi halına, hadisənin baş vermə səbəbi və şəraitinə, cinayət əməlinin nəticələrinə uyğun olmayan qənaətə gələrək yüngül cəza təyin etmiş, həmin hissədə hökmü əsaslandırmamış, qeyd olunan halları və Məhkum şəxsiyyətini, onun tərəfindən törədilən cinayətlərin başa çatmış cinayət olmaqla az ağır cinayətlər kateqoriyasına ai d edilməsini, eləcə də bu cür əməli, yəni qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz ağac kəsməklə dövlət meşə fonduna xeyli miqdarda ziyan vurma və hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə cinayət əməllərini törədən Məhkum azadlıqdan məhrum etmə cəzasına məhkum edilmədən islah olunmasının mümkün olmamasını nəzərə almamaqla ona açıq-aydın ədalətsiz cəza təyin etmiş, cəza təyin edərkən cinayət qanunu normalarını düzgün tətbiq etməmiş, bu zaman cəza təyin etmə barədə Azərbaycan Respublikası CM-nin 8, 41 və 58.3 maddələrinin tələblərini pozmuş, Konstitusiya Məhkəməsinin məcburi olan şərhini və Ali Məhkəmənin tövsiyələrini nəzərə almamışdır. Lakin, məhkəmənin Məhkum təyin etdiyi cəza ilə sosial ədalət bərpa olunmamış, yü ngül olması ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm Məhkum, həm də başqa şəxslər tərəfindən eyni qəbildən olan cinayətlərin törədilməsinin Qarşısının alınmasına, bir sözlə qeyd olunan cəza ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2021-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
13. Məhkum kassasiya şi kayətini belə əsaslandırmışdır ki, onun Nail Şahbazovu vurmadığı və meşədə qanunsuz ağac kəsmədiyi sübuta yetirilmədiyi üçün ona bəraət verilməlidir. Məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2021-ci il tarixli qərarının ləğv edilməsini, onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir.
14. Zərərçəkmiş şəxs Şahbazov Nail Adil oğlu da kassasiya şikayətində eyni tələblə müraciət etmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, məhkum edilmiş şəxs Məhkum onu döymədiyinə görə və meşənin ağacının kəsilməsində təqsirli olmadığına görə ona bəraət verilməlidir. Məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2021-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. 1
5. Kassasiya protestinə və kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər:
16. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
17. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalar ının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
18. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
19. Dövlət ittihamçısı kassasiya protestində Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası yekun qərar qəbul edərkən və məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın açıq-aydın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi ba rədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.
20. Məhkum və zərərçəkmiş şəxs Şahbazov Nail Adil oğlu kassasiya şikayətlərində məhkəmələr tərəfindən cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə məhkum edilmiş şəxsin cinayət törətmədiyi, təqsirliliyi sübuta yetirilmədiyi halda Azərbaycan Respublikası CM-nin 259.3, 315-ci maddələri ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.6 və 416.1.8-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
21. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini, məhkum və zərərçəkmiş şəxsin kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
22. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalə tli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
23. Azərbaycan Respublikası CM-nin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
24. Cəzanın təyin edilməsinin ümumi əsa slarını təsbit edən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
25. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.
26. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CMnin 61-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası CM-nin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
27. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olm amasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
28. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.
29. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.
30. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsində ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icr aat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.
31. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.
32. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, müəyyən olunur ki, bu dəlillər Məhkum təyin olunmuş cəzanın açıq-aydın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.
33. Belə ki, kassasiya protestində qeyd olunduğu kimi Məhkum Azərbaycan Respublikası CM-nin 259.3-cü və 315-ci maddələri ilə təqsirli bilindiyi cinayət əməlləri - Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində az ağır cinayətlər kimi təsbit edilmişdir.
34. Azərbaycan Respublikası CM-nin 259.3-cü maddəsinin sanksiyasında doqquz min manatdan on bir min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya e dilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur.
35. Azərbaycan Respublikası CM-nin 315-ci maddəsinin sanksiyasında isə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur.
36. Məhkum təyin edilmiş cəza məsələsini müzakirə edərkən, apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin az ağır cinayət törətməsini, törətmiş olduğu cinayət əməlini etiraf edərək səmimi peşimançılıq hissi keçirmələrini, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi və barəsində cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.3 və 315-ci maddəsi ilə 03 (üç) il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmişdir.
37. Bununla belə, apellyasiya instansiya məhkəməsinin qənaətinə görə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum az ağır cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, cəzasını yüngülləşdirən hal kimi qiymətləndirsə də, faktiki olaraq cəza təyin edərkən bunu nəzərə almamış, yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunun Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.3 və 315-ci maddələri ilə cəza təyin olunarkən məhkumun barəsində Azərbaycan Respublikası CM-nin 259.3 və 315-ci maddələrinin sanksiyasında alternativ cəza kimi müəyyən olunmuş azadlğın məhdudlaş dırılması cəzasının təyin olunması üçün əsas verib-verməməsini, habelə Məhkum cəmiyyətdən tam təcrid olunmadan islah olunmasının mümkünlüyü məsələlərini müzakirə etməmiş və bununla da cinayət qanunvericiliyinin tələblərini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» tövsiyələrini nəzərə almamışdır. Nəticədə məhkum olunmuş şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Məhkum şəxsiyyətini və işdə cəzanı yüngülləşdirən hallara uyğun olmayan açıq-aydın ədalətsiz və ağır cəza olmuşdur.
38. Apellyasiya instansiya məhkəməsi iş materialları ilə müəyyən olunmuş yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq, Məhkum barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 259.3 və 315-ci maddələrinin sanksiyasında müəyyən edilən azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədi və cəza təyin edilmənin ümumi əsaslarını müəyyən edən Azərbaycan Respublikası CM-nin 8.1, 9.2, 41.2 və 58.1-ci maddələrinin tələbləri baxımından məqsədə uyğun saymış və ona 4 il müddətə azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir.
39. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsinin sözügedən xüsusatları cəzanın müəyyən edilməsinə təsir göstərən (yüngülləşdirici) hallar qismində nəzərə almaları qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz.
40. Məhkum və zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinin Məhku m oğlunun əsassız məhkum edilməsi və ona bəraət verilməsi ilə əlaqədar mübahisələndirilən dəlillərinə gəldikdə, məhkəmə kollegiyası bu mövzuda da şikayətlərin dəlilləri ilə razılaşmaq üçün əsas tapmır.
41. Belə ki, Məhkum ittiham olunduğu maddələr ilə bəraət verilməsinin mübahisələndirilməsi üzrə məhkumun müdafiəçi və zərərçəkmiş şəxs tərəfindən irəli sürülmüş dəlillər apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfin təqdim etdiyi və məhkəmə istintaqında təqdiq olunmu ş sübutlarla, yəni təqsirləndirilən şəxslərin özünün etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, zərərçəkmiş şəxsin ifadəsi və işdə olan istintaq və məhkəmə hərəkətlərinə dair digər sənədlərlə Məhkum CM-nin 259.3 və 315-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə, təqsirləndirilən şəxslərə ittiham olunan əməllərin cinayət olmasını aradan qaldıran halların, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olmamasına görə, sonuncuların həmin maddələrlə təqsirili bilinib cəzalandırılmalı olmasına dair yekun nəticəyə gəlmişdir. 43.Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya məhkəməsi hazırki dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb istər sübutlar və sübutetmə, istərsə də işin faktiki hallarının müəyyən edilməsi və onlara cinayət qanunu normasının tətbiqi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum əməllərində Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun əməllərinin düzgün tövsif edilməsi, Məhkum əsaslı və qanuni olaraq Cinayət Məcəlləsinin CM-nin 259.3 və 315-ci maddəsi ilə təqsirli bilinməsi, yəni baxılan işdə Cinayət-Prosessual Məcəlləsinin 42.1ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
44. Odur ki, apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun müdafiəçisini və zərərçəkmiş şəxsin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətlərində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum qeyd edilən maddələrlə təqsirli hesab edilməsi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
45. Beləliklə, məhkəmə kollegiyası istər kassasiya şikayətlərinin, istərsə də kassasiya protestinin dəlillərinin araşdırılması nəticəsində Azərbaycan Respublikası CPM-in 416.1-cı maddəsində göstərilən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi v ə yaxud dəyişdirilməsi əsaslarından hər hansı müəyyən etmir və bu səbəbdən həmin müraciətlərin təmin edilməsini mümkün saymır.
46. Nəticə etibarilə məhkəmə kollegiyası iclasda iştirak etmiş şəxslərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum və zərərçəkmiş şəxs Şahbazov Nail Adil oğlunun kassasiya şikayətləri və dövlət ittihamçısının kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2021-ci il tarixli, 1(106)-114/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti, Məhkum və zərərçəkmiş şəxs Şahbazov Nail Adil oğlunun kassasiya şikayətləri təm in edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 mart 2021-ci il tarixli, 1(106)-114/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.