Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1335/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 m art 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Xamməd Nuriyev (sədrlik edən və məruzəçi), Oruc Cəlilov və Əli Əliyev) 1(099)-500/2021 nömrəli, 03 noyabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1990-cı ildə Masallı rayonu Xıl kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu Xıl kəndində qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5,206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 32.5,206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 ( altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 20 may 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, həmkəndliləri Şahid1 Əizadə oğlu və Şahid2 və İran İslam Respublikası vətəndaşı olan şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin və külli miqdarda psixotrop maddə olan metamfetaminin əldə edilməsi, saxlanılması və daşınmaqla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi, Azərbaycan Respublikası ərazisində realizə edilərək pulunun ödənilməsi barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunan razılığa əsasən İran İslam Respublikasında olan şəxs onun sifariş etdiyi hər biri külli miqdarda olmaqla 350 qram narkotik vasitə heroini və 1085 qram psixotrop maddə hesab olunan metamfetamini istintaqa dəqiq məlum olmayan tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirib, Ələt-Astara avtomobil yolunun Masallı rayonu Sərçu var kəndi ərazisindən keçən hissəsində yolun kənarında olan 175-ci kilometr yol nişanının yaxınlığında gizlədərək bu barədə Məhkum məlumat verildikdən sonra xx.xx.2021-ci il tarixdə saat 00 radələrində Məhkum Şahid1 və Şahid2 ilə birlikdə sonuncunun idarə etdiyi “VAZ-21214” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sərçuvar kəndi ərazisinə gedərək qabaqcadan aralarında olan razılığa əsasən Şahid1 yol nişanının yaxınlığında gizlədilmiş bir torbada külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamini ümumi cinayətkar niyyətə uyğun olaraq götürüb qanunsuz əldə edərək üzərində daşımaqla avtomobilə gətirərkən saxlanılmışdır. Məhkum Şahid1 polis əməkdaşları tərəfindən saxlanıldığını görərək, oradan uzaqlaşaraq qaçmış, Şahid1 saxlanılaraq rayon polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış keçirilən zaman sağ əlində saxladığı sarı rəngli, üzərinə “Sultan 1121 BASMATİ SELLA RİCE” sözləri yazılmış torbadan külli miqdarda- 350 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1085 qram ağ rəngli, kristal formada psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş və bu barədə müvafiq rəsmiləşdirmə aparılmışdır. Bundan başqa, o, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitə olan 223,428 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək, Masallı rayonu Xıl kəndindəki evində saxlamış, 16 yanvar 2021-ci il tarixdə Məhkum yaşadığı Masallı rayonu Xıl kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən oradan istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak mi qdarından artıq miqdarda 223,428 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rafiq Cəfərov (sədrlik edən və məruzəçi), Elşad Əliyev və İlkin Abdullayev) 1(106)-148/2022 nömrəli 01 mart 2022-ci il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-in 32.5,206.3.2ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilmiş və o, CM-in 32.5,206.2-ci maddəsi ilə təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 8 (səkkiz) il 6 (altı) ay həddinəd ək azaldılmış, hökmlər Məhkum təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası CM-in 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla, Məhkum qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkum müdafiəçisi X3 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-ci il tarixli qərarının dəyişdirilməsini və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı aşağıda göstərilən halları nəzərə almaqla ləğv olunmalıdır. Belə ki, iş üzrə adları mütəşəkkil dəstə üzvləri kimi qeyd olunan və məhkumun həbs olunduqdan 4 ay öncə həbs olunan şəxslər öz ifadələrində onu tanıdıqlarını, lakin onunla birgə heç vaxt narkotik vasitələrin alış-verişində iştirak etmədiklərini bildirmişlər. Eləcə də nə ibtidai istintaq araşdırmasının, nə də məhkəmə istintaqı zamanı məhkumun CM-in 234.4.1-ci maddəsi ilə cinayət törətməsi sübuta yetirilməmiş və barəsində çıxarılmış hökm və qərar bu halı təsdiq etmir. O, həmçinin yaşadığı evdən baxış zamanı öz istifadəsi üçün saxladığı və istifadə etdiyi 223 qram qurudulmuş marixuanadan başqa heç bir narkotik vasitə aşkarlanmamış və aşkarlanmış kütlə 223 qram marixuana olduğu halda külli miqdar sayıla bilməz. Eyni zamanda o, həbs olunduqdan 4 ay öncə başqa şəxslərdə aşkarlanmış narkotik vasitələrə görə cinayət məsuliyyətinə heç bir halda cəlb olunmamalı olduğunu, həmin şəxslərdə aşkarlanan narkotik vasitələrin əldə olunmasında, daşınmasında və saxlanılmasında onun iştirakı olmadığını müvafiq şəxslər məhkəmə qarşısında səmimi etiraf etmişlər. İbtidai istintaq zamanı, eləcə də məhkəmə istintaqı zamanı o, aşkar edilmiş marixuananın heç bir yerdən alınmadığını və öz istifadəsi üçün əkdiyi 1 ədəd koldan, qurudub hazırladığı kütlənin qalıq hissəsi olmasını etiraf etmişdir. Eləcə də məhkəmə instansiyaları tərəfindən onun hansısa dövlət sərhədini və gömrük məntəqəsini gizli şəkildə keçməsi sübuta yetirilməmişdir. O, ittiham üzrə özünü qismən təqsirli bildiyini və əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini, özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd etmişdir. Bundan əlavə, hi mayəsində azyaşlı uşağının olması, əvvəllər məhkumluğunu olmaması, müsbət xarakterizə olunması və törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi kimi halların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilmədən saxlanılması barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkum kassasiya şikayətinin dəlili onun barəsində olan hökm və qərarın əsassız olmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPMin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.1, 234.4.1 və 234.4.3- cü maddələri ilə cinayət əməli tam sübuta yetirilmiş, onun qeyd olunan cinayət əməlləri özünün qismən etirafı ilə yanaşı, iş üzrə şahidlərin ifadələri, axtarış aparılması haqqında protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, maddi sübutlar və işin digər sübutları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Apelyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları nəzərdən keç irib, onların mötəbər və mümkün olmasını müəyyən edərək həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi təsdiq olunmuşdur. Birinci instansiya və apelyasiya instansiyası məhkəmələrinin müvafiq hökm və qərarından görünür ki, məhkəmə Məhkum, şahidlərin ifadələrini dinləyib onları iş üzrə toplanmış digər sübutlarla müqayisəli təhlil edib məhkumun məhkəmə iclasında verdiyi ifadənin işin hallarına uyğun olmaması, təqsirinin sübutlarla təsdiq edildiyi barədə nəticəyə gəlmişdir. Məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməl inə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Beləliklə hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanm ışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədə dəlili əsassızdır. Kassasiya şikayətinin digər dəlili Məhkum təyin olunmuş cəzanın ağ ır olması və əməlini yüngülləşdirən halların kifayət qədər nəzərə alınmamasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törə dilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM -in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, məhkəmələr himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə almışdır. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları və ailə vəziyyətini nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik d ərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Belə ki, Məhkum əməlində cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməsələr də, kollegiya qeyd edir ki, məhkumun törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi kifayət qədər yüksəkdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkind irici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhk əmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; CPM-in 416.1.15-ci maddəsinə əsasən törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının lə ğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şıkayətin təmin edilmədən, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apely asiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1335/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1335/2022
01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver