Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1335/2023 22.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ X1 (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov X6 ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Məhkum və onun müdafiəçisi X5 Xüsusi ittihamçı Həsənov Vaqif Bəhram oğlunun müdafiəçisi X2 iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, Ağdam rayonunun Pərioğullar sahəsi ev 67-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, halhazırda həbsdə olan Məhkum Azərbaycan Respubli kasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2023-cü il tarixli, 1(104)-181/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdam Rayon Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli, 1(013)-02/2023 nömrəli hökmü ilə ( sədrlik edən: Mahir Niftəliyev ) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə 5 (beş) ay müddətə azadlıqdan məhrumetmə cəzasına və 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzаçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin 13 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: N.T.Əliyev (sədrlik edən), S.B.Hüseynov və Ə.G.Abdullayev) apellyasiya şikayəti təmin edilməmiş, Ağdam Rayon Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyi şdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti və Məhkum tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum, xx.xx.2022-ci ildə «Facebook» sosial şəbəkəsinin «Kanal 13.TV.» kanalında və öz «Facebook» səhifəsində paylaşılmış videoda «icra başçısı mərhum general-mayor Polad Həşimovun şəhid olduğu gün içkili halda Ağdam rayonu Birinci Dördyol qəsəbəsi ərazisinə gəlmiş və həmin ərazidə çayxana işlədən şəxsə get soyun gəl demişdir. Bundan sonra həmin şəxs icra başçısına ağır sözlər demiş və icra başçısı da öz növbəsində həmin şəxsə ağır sözlər demişdir. Bizim bu icra başçımız içkili halda rayonda təxribat törətmişdir. Nəticəd ə ara qarışmışdır. İcra başçısı tələb etmişdir ki, həmin vətəndaşı tutun, içəri salın. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov el dilində desək dilinə yiyəlik eliyə bilməyən bir adamdır, Ağdamın icra başçısı X17 Kommunal Müəssisələr Kombinatı ilə (Komxozla) idarə müdirlərinin müqavilə bağlamasına görə iclas keçirərkən üzünü qəfildən Ağdam Kommunal Müəssisələr Kombinatının müdiri Fəzailə tutub mənim haqqımda deyir ki, ə o geydir, onunla məşğul ola bilərsənmi?!. Vaqif Həsənov bizi boğaza yığıb. Orda onu təhqir eliyir, burda bunu təhqir eliyir, orda ona pis cavab verir, burda buna söyüşlə cavab verir. Vətəndaşın biri gedib qapısına yalvarıb ki, ay başçı balam ölür, başına dönüm, ayağının altında ölüm mənə bir dənə kömək elə bir skoru (təcili tibbi yardım maşını) ver. O da həmin şəhidin ailəsini təhqir edib yola salıb. Nəticədə uşaq ölüb. Başçı da hüquq mühafizə orqanlarının birini çağırıb yalvardı və vətəndaşın uşağının qəbir üstünü götüzdürdü. Mənim dediklərim faktdır, mənim dediklərimi bütün ağdamlılar təsdiq edə bilər. Başçı Birinci Dördyol qəsəbəsində vətəndaşları qəbul edəndə beş min əhalisi olan qəsəbədə beş adam tapa bilməyiblər ki, dursun başçıya müraciət eləsin. Çünki heç kəs başçıya inanmır, hamını aldadır, hamını yola verir, hamını bir cür incidir. Adam özünə sığışdırmır ki, bir şəhid qardaşını qəbul eliyə, deyə ki, yox yanlışdır, deyə ki düzdür və ya səhvdir. Vaqif Həsənov, ermənilər də bizim şəhidlərimizin onların ailə üzvlərinin şəkillərinin üzərində bəzi iyrəncliklər edib paylaşırlar, siz də burda şəhid qardaşına qarşı o iyrənc əməli edirsiz. X12 kimi bir bəlası var, X12 kimi bir əsəbi var, gərginliyi var. Adam danışığını bilmir. Dostlar, tanışlar mənə deyir ki, ay qardaş, bəlkə o, içkili olub sənə deyib. Ümumiyyətlə nə icra başçısı heç küçə uşağına yaraşmayan şeydi ki, kiminsə haqqında geydir deyə, qəhrəman bir şəhidin qardaşı haqqında gey deyə. Heç kəsə yaraşmayan sözdür» məzmunda Həsənov Vaqif Bəhram oğlunun barəsində böhtan, yəni yalan olduğunu bilə-bilə sonuncunun şərəf və ləyaqətini ləkələyən və nüfüzdan salan məlumatları kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymış, həmçinin Həsənov Vaqif Bəhram oğlunun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etiraz: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məh kəmələr tərəfindən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq tədqiq edilməmiş, həmçinin aidiyyət qaydalarında yanlış məhkəmə təcrübəsi yaradılmışdır. Müdafiəçi bildirir ki, istər birinci instansiya məhkəməsi tərəfindən istərsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət Prosessual Qanunvericiliyinin tələbləri pozularaq işdə Məhkum cəzasını yüngülləşdirən kifayət qədər hallar (əvvəllər məhkum olunmaması, törətdiyi əməldən peşman olduğunu bildirməsi, həmçinin himayəsində üç azyaşlı övladının olması, ailədə yeganə qazanc gətirən şəxs olması, qardaşının şəhid olması, ailəsinin Ağdam rayonundan məcburi köçkün olması, bir böyrəyinin olmaması) olmasına baxmayaraq bu hallar müzakirə edilməyərək nəzərə alınmamışdır. Məhkum təqsirləndirildiyi CM-nin 147.1 və 148-ci ma ddələri ilə nəzərdə tutulan cinayət əməlləri böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasına baxmayaraq, habelə həmin maddələrin sanksiyasında cərimə, ictimai və islah işləri kimi alternativ cəzaların olmasına baxmayaraq, ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan ən ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının ən yuxarı həddində təyin edilmişdir. Bununla da o, törətdiyi əməllə uzlaşmayan həddindən artıq ağır cəzaya məruz qalmışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin 17 fevral 2023-cü il tarixli 1(104)-181/2023 nömrəli qərarının dəyişdirilməsini, Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməklə islah işləri cəzası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkum verdiyi kassasiya şikayətinə əlavədə göstərmişdir ki, o Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmədiyindən özünü təqsirli bilmir. Əslində Ağdam Rayon icra hakiminin fəaliyyətini tənqid etməyinə görə məhkum olunmuşdur. Göstərilənləri nəzərə alaraq Gəncə Apellyasiya Məhkəməsinin 17 fevral 2023-cü il tarixli 1(104)-181/2023 nömrəli qərarının ləğv edilməsini və ona məhkum olunduğu maddələrlə bəraət verilməsini xahiş edir. Xüsusi ittihamçı Həsənov Vaqif Bəhram oğlu kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməli tam sübuta yetirildiyindən, düzgün olaraq Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinmişdir. Həmçinin Məhkum cəza təyin edilərkən onun şəxsiyyəti, ailə vəziyyəti kifayət qədər nəzərə alınmış və bu əsaslarla ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilmişdir ki, həmin cəzanın ədalətli olduğu qənaətindədir. Xüsusi ittihamçı V.X13 Məhkəməsinin 17 fevral 2023-cü il tarixli 1(104)-181/2023 nömrəli qərarının düzgün və ədalətli olduğu qeyd edərək, məhkəmə kollegiyasından verilmiş kassasiya şikayətinin təmin edilməməsini və mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsini n 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından h əmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi kassasiya şikayətində məhkəmələrin xüsusi ittiham qaydasında şikayət üzrə icraata aid cinayət-prosessual normaların tətbiqi üzrə hüquqi mövqeyini mübahisələndirməklə yanaşı məhkumun əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi məhkuma islah işləri ilə bağlı yüngül cəza təyin edilməsi haqqında tələbini, həmçinin Məhkum kassasiya şikayətinə əlavəsində isə ona bəraət verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.6 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdi rilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər. Odur ki, kollegiya Məhkum müdafiəçisinin kassasiya şikayətini (kassasiya şikayətinə əlavə ilə birlikdə) Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası məhkum və müdafiəçisinin kassasiya şikayətində istinad etmiş olduqları ərazi aidiyyətinin pozulması (Bərdə rayonu ərazisində qeydiyyatda olmaqla həmin ərazidə yaşamasını iddia edir) ilə bağlı dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, kassasiya müəlliflərinin iddialarının əsassız olduğu müəyyən olunur. Belə ki, Məhkum "şəxsiyyət vəsiqəsinin elektron məlumat”larından görünür ki, təqsirləndirilən şəxsin yaşayış yeri Ağdam Rayonu, Ağdam şəhəri, Pərioğlular sahəsi ev 67dir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Ağdan rayon bölməsinin 21 noyabr 2022-ci il tarixli arayışından görünür ki, Ağdam rayon Pərioğullar sahəsindən məcburi köçkün Məhkum Bərdə rayonu, 588 saylı qəsəbədə bina 10, mənzil 38-də evlə təmin olunmuş, lakin Ağdam rayonu Birinci Dördyol qəsəbəsində bir otaqlı 827 saylı mənzili qeyri qanuni zəbt edərək orada müvəqqəti yaşayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2023-cü il tarixli 2(104)-407/2023-cü il tarixli qətn aməsindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Ağdam rayonu Birinci Dördyol qəsəbəsində bir otaqlı 827 saylı mənzildən cavabdehlər Məhkum, X4, X3 çıxarılması tələbinə dair iddia ərizəsi ilə Ağdam rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 27 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və həmin qətnamədən verilmiş apellyasiya şikayətinə baxılaraq qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında 12 bəndində qeyd olunur ki, kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxu d da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Göründüyü kimi aşağı instansiya məhkəmələri Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən çıxış edərək cinayət mühakimə icraatını həyata keçirərkən ərazi üzrə məhkəmə aidiyyətinin tələblərinin pozulması ilə bağlı hallara yol verməmişlər. Məhkum kassasiya şikayətinə əlavəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmədiyi halda əsasız olaraq məhkum edilməsi ilə bağlı dəlilərinə münasib ətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8.0.3-cü maddəsində “...c inayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq”, 8.0.5-ci maddəsində isə “cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək” cinayət mühakimə icraatının vəzifələri sırasında təsbit edilmişdir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi tələb edir ki, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəllədə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxsınlar (CPM, maddə 28.1). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən cinayət mühakimə icra atının həyata keçirilməsində toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirməyi tələb edir. Bu prinsipə görə cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4) və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 33.3). Cinayət Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlan ılmasından və qiymətləndirilməsindən ibarətdir”. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır”. Öyrənilmiş cinayət işi materiallarından müəyyən olunur ki, Həsənov Vaqif Bəhram oğlu Məhkum xx.xx.2022-ci ildə «Facebook» sosial şəbəkəsinin «Kanal 13.TV.» kanalında və ona məxsus «Facebook» səhifəsində paylaşılmış videoda onun barəsində böhtan, yəni yalan olduğunu bilə-bilə sonuncunun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları kütləvi nümayiş etdirməklə internet informasiya ehtiyatında yayması, həmçinin onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldılması barədə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Göründüyü kimi xüsusi ittihamçı Həsənov Vaqif Bəhram oğlu Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin iki ayrı-ayrı maddələri ilə yəni CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi ilə bağlı ittiham irəli sürmüşdür. Ağdam Rayon Məhkəməsinin 05 yanvar 2023-cü il tarixli, 1(013)-02/2023 nömrəli ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsinə diqqət yetirdikdə məhkəmənin sübuta yetirilmiş hesab etdiyi cinayət əməlinin məhz xüsusi ittihamçının şikayət ərizəsində göstərmiş olduğu kimi (heç bir dəqiqləşmə aparmadan) təsviri etdiyini, daha sonra tərəfindən qəbul edilmiş hökmün aşağıdakı ardıcıllıqla tərtib olunduğu müəyyən olunur. _ Həsənov Vaqif Bəhram oğlu xüsusi ittiham qaydasın da şikayət ərizəsi, _ Həsənov Vaqif Bəhram oğlunun məhkəmə baxışında məhkəməyə ünvanlandığı yeni ərizəsi, _ xüsusi ittihamçının nümayəndəsinin ifadəsi (hökmdə məhz ifadəsi qeyd olunmuş), _ X.S. Salmanzadənin özünü təqsirli bilməməsi ilə bağlı vermiş olduğu ifadəsi, _xx.xx.2022-ci il tarixli 4/1136 saylı məhkəmə ekspertiza rəyi _ cinayət işi üzrə toplanmış materiallar _ hökmün qəbul edilməsində məhkəmənin istinad etdiyi qanunların normaları Məhkəmə ilk növbədə qeyd edir ki, CM-in müvafiq maddəsinin dispozisiyasında bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi çıxış etdiyindən həmin cinayət əməli təsvir edilərkən məhkəmə (hazırkı işin xüsusi ittiham qaydasında baxılması nəzərə alınmaqla) həmin əlamətin tərəfindən qəbul edilmiş yeku n məhkəmə aktında sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlara əsaslanmalıdır. Həmçinin nəzərə alınmalıdr ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Lakin birinci instansiya məhkəməsinin hakimi Mahir Niftəliyev tərəfindən tərtib olunmuş ittiham edici hökmə diqqət yetirdi kdə Məhkum xx.xx.2022-ci ildə «Facebook» sosial şəbəkəsinin «Kanal 13.TV.» kanalında və həmin şəxsə məxsus «Facebook» səhifəsində paylaşılmış videoda işlətmiş olduğu hansı ifadələrin “böhtan” xarakterli olmaqla sonuncun CM-nin 147.1-ci maddəsinin, hansı ifadələrin isə “təhqir” xarakterli olmaqla CMnin 148-ci maddəsinin tərkib əlamətlərini yaratdığı aydın etmək mümkün deyil. (göstərilən hal X.Samanzadənin müdafiəsinin qurulması baxımından da əhəmiyyət kəsb edir) Belə ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunduğu kimi sübuta yetirilmiş hesab etdiyi cinayət əməlinin məhz xüsusi ittihamçının şikayət ərizəsində göstərmiş olduğu kimi təsviri etdikdən sonra, xüsusi ittihamçının nümayəndəsinin ifadəsini (hökmdə məhz ifadəsi qeyd olunmuş), X.S. Salmanzadənin özünü təqsirli bilməməsi ilə bağlı vermiş olduğu ifadəsini və daha sonra xx.xx.2022-ci il tarixli 4/1136 saylı məhkəmə ekspertiza rəyini sadalamaqla Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin iki ayrı-ayrı maddələri təqsililiyinin sübuta yetirildiyi qənaətinə gəlmişdir. Bununla da, birinci instansiya məhkəməsi səthi araşdırma aparaq Məhkum qarşı irəli sürülmüş hər iki ittiham üzrə sübutları sonuncunun təqsirli bilindiyi hər bir maddəyə münasibətdə ayrı ayrılıqda tam, hərtərəfli və obyektiv qiymətləndirməmiş, həmin sübutların təhlili verməmişdir. Halbuki “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkə mənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Bir neçə təqsirləndirilən şəxs barəsində və ya təqsirləndirilən şəxsin bir neçə cinayət törətməsinə dair ittihamlar üzrə işlərə baxılarkən məhkəmə sübutların məcmusunu qiymətləndirərək hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində onların təhlilini verməlidir. Həm də bu zaman nəyə görə bir sübutun mötəbər hesab edilməsi, digərinin isə rədd olunması hökmdə əsaslandırılmalıdır. Göründüyü kimi Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş bir neçə cinayəti törətməsi barədə ittiham irəli sürüldüyü halda birinci instansiya məhkəməsi hər bir cinayət əməli üzrə ittihamın əsaslı hesab edilməsi barədə nəticəni və gəldiyi qəna ətin motivlərini hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməyərək Məhkum CM-nin 147.1 və 148-ci maddələrilə təqsirli bilinib cəzalandırılması ilə bağlı nəticəyə gəlmişdir ki, məhkəmə kollegiyasının qənaətinə görə qeyd olunan pozuntular fonunda qəbul edilmiş məhkəmə hökmü ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilinməsi istisna olunur. Bundan başqa birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum ona verilmiş ittihama münasibət bildirərək özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri təqsirli hesab etmədiyini bildirməklə buna dair öz dəlillərini gətirmişdir. Lakin birinci instansiya məhkəməsi Məhkum özünün müdafiəsi məqsədilə gətirdiyi dəlillərin heç birinə qiymət verməmişdir. Halbuki cinayət prosessual qanunvericiliyinin tələbləri bax ımından məhkəmə tərəfindən tərtib edilmiş yekun məhkəmə aktında təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiəsi məqsədilə gətirdiyi dəlillərə iş üzrə toplanmış sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Göstərilən yuxarıdakı pozuntular fonunda apellyasiya instansiya məhkəməsi cinayət prosessual qanunvericiliyinin tələblərinə zidd olaraq birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanununun normalarının tətbiq edilməsinin düzgünlüyünə qiymət verməmiş və birinci instansiya məhkəməsinin yekun qənaəti ilə razılaşmışdır. Təsvir edilənlər məhkəmələr tərəfindən sübutların yoxlanılmasını, tam, hərtərəfli və obyektiv araşdırılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, işin mühüm halla rı üzrə məhkəmə qənaətinin sübutetmə predmeti barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən (kifayət edən) sübutların üzərində qurulmasını tələb edən cinayət-prosessual qaydalara əməl olunmadığını göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutların tədqiqinə dair cinayət-prosessual qaydalara əməl olunmadan əldə edilmiş – Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirliyinin sübuta yetirilməsinə dair nəticə mötəbər və inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblə rə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələrinin Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən irəli gələn araşdırmanın həyata keçirmələri öyrənilmiş cinayət işi materiallarından müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, hazırkısı üzrə tam, hərtərəfli və obyektiv apellyasiya araşdırılmasını zəruri edən - adekvat prosedur daxilində təkrar araşdırma aparılmalıdır. Odur ki, Məhkum müdafiəçisi Müdafiəçi verilmiş kassasiya şikayəti və məhkumun kassasiya şikayətinə əlavəsi ilə əlaqədar müəyyən edilən hallar məhkəmə qərarının kassasiya qaydasında məhkuma münasibətdə ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntular kimi çıxış edir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsinə dair məhkum və müdafiəçisinin, qeyd olunan müraciətlərin təmin edilməməsinə dair xüsusi ittihamçının nümayəndəsinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 17 fevral 2023-cü il tarixli, 1(104)-181/2023 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təy in edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 17 fevral 2023-cü il tarixli, 1(104)-181/2023 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1335/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1335/2023
22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver