Məhkəmə qərarları › İş №1(102)-1335/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1335/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1335/2024 11.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2024-cü il tarixli 1(103)-102/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (sədrlik edən hakim Əkrəm Qəhrəmanov) 18 sentryabr 2023-cü il tarixli 1(003)-502/2023 nömrəli hökmü ilə, xx xxxxxxx 1994-cü il tarixdə Naxçıvan MR, Şərur rayonu, Çərçiboğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Naxçıvan MR, Şərur rayonu, Çərçiboğan kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq qəsəbəsi fərdi evdə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məh rum etmə cəzasına məhkum edilmiş, CM-in 71.5-ci maddəsinə əsasən Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum barəsində təyin edilmiş şərti məhkum etmə ləğv edilmiş və həmin hökmlə ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir, şübhəli şəxs qismində 23 fevral 2023-cü il tarixdən 25 fevral 2023-cü il tarixə qədər saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 1 (bir) günə 1 (bir) gün hesablanmaqla ona təyin edilmiş 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmış və üzərində qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 24 iyul 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,395 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib Xəzər rayonu Binə Atçılıq qəsəbəsi “Real” marketin yaxınlığına qədə r saxlamaqla daşımış, 23 fevral 2023-cü il tarixdə saat 21:45 radələrində Bakı şəhəri Xəzər rayonu Binə Atçılıq qəsəbəsi “Real” marketin yaxınlığında Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 2-ci Polis Şöbəsinə gətirilmiş, üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən gümüşü kağıza bükülmüş 1 ədəd bükümdə təmiz çəkisi 0,395 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ramin Qaraqurbanlı (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Anar İbrahimov) 30 yanvar 2024-cü il tarixli 1(103)-102/2024 nömrəli qərarı ilə Bakı Şəhəri Xəzər rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli 1(003)-502/2023 nömrəli hökmü dəyişdirilmədən saxla nılmış, məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2024-cü il tarixli 1(103)-102/2024 nömrəli qərarının ləğv edilməsini və Məhkum təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, ibtidai istintaq zamanı şübhəli şəxs Məhkum saxlanılmış və saxlanılmasında iştirak etməyən Şahid2 və Şahid1 adlı əməliyyatçılar məhkəmədə şahid qismində çıxış etmişlər. Təqsirləndirilən şəxs bu barədə Bakı şəhəri Xəz ər Rayon Məhkəməsinin hakimi Əkrəm Qəhrəmanova bildirmişdir ki, “o, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Binə qəsəbəsi “Real” marketin yaxınlığında yaşadığı evə doğru piyada hərəkətdə olan zaman Elgiz və Rafiq adlı polis əməkdaşları onu saxlamış və 2-ci PŞ-nə aparmışlar”. Lakin birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən məhkəmədə dindirdiyi şahidlərin yalançı şahid olmasını araşdırmamış, nəticədə buna müvafiq hüquqi qiymət verməkdən də çəkinməmiş, apellyasiya məhkəməsi də bu barədə vəsatətdə qeyd olunmasına baxmayaraq, buna heç bir əhəmiyyət verməmişdir. Bundan əlavə, məhkum saxlanılarkən əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 Məhkum atası Aslan Mahmudova zəng edərək onu polis şöbəsinə çağırmış, sonra da bir otaqda atası Aslan Mahmudovu aldatmışlar ki, oğ lundan saxlanıldığı ərazidə velosiped oğurluğu ilə bağlı izahat alındıqdan sonra sərbəst buraxılacaq, digər otaqda isə oğlunu aldatmışlar ki, atanla razılaşmışıq, sənə verdiyimiz metamfetamini video-çəkilişlə cibindən çıxarıb təqdim etsən, sərbəst buraxılacaqsan. Eləcə də, cinayət işinin materiallarında Məhkum saxlanılması üçün əsas guya ki, narkotik vasitələrin satışı ilə bağlı əməliyyat məlumatı olmuşdur. Lakin, həmin məlumat heç araşdırılmamış, eləcə də psixotrop maddənin mənbəyinin müəyyən olunması istiqamətində heç bir tədbir görülməmiş, xüsusilə də Məhkum mobil və ya başqa əlaqələri yoxlanılmamışdır. Digər tərəfdən, Məhkum saxlanılarkən üzərində mobil telefon olmuş, lakin şəxsi axtarış və götürmə video-çəkilişlə aparılsa da, həmin çəkilişdən müəyyən edilir ki, onun üzərindən götürülm üş telefon görüntülərdə əks olunmamışdır. Bundan sonra da məlum olur ki, hər dəfə şəxsi mütəmadi polis orqanına dəvət edərkən onun atasının telefon nömrəsinə yığsalar da, cinayət işində bu barədə heç bir məlumat yoxdur. Cinayət işini də məhkəməyə təqdim etdikdə məhkəmə icraatında Məhkum, sistemdə onun adına olan işləməyən nömrəyə bildiriş göndərilməklə məhkəməyə çağırılsa da, şəxs bu bildirişi almadığından məhkəmə iclasının vaxtı barədə məlumatı da olmur. Apellyasiya məhkəməsinə təqdim olunan vəsatətdə göstərilmişdir ki, Məhkum üzərindən metamfetaminə bənzər psixotrop maddənin götürülməsi video-çəkilişi cinayət işi materiallarına əlavə olunmamışdır (daha dəqiqi, əlavə olunan diskdə əks olunmamışdır). Halbuki, video-çəkilişdəki görüntülərdən isə məlum olur ki, Məhkum götürülmüş metamfetam inə oxşar maddənin çəkisi və miqdarı müəyyən edilməmiş, maddənin qablaşdırıldığı zərfin üzərində məhkumun özünün, müdafiəçisinin və şahidlərin imzaları ilə təsdiq edilməmişdir (bununla da, qablaşdırılan maddənin Məhkum aid olması, ekspertizaya məhz həmin qablaşdırılmış zərfin təqdim edilməsi şübhəlidir). Bundan əlavə, çəkilişdən görünür ki, Məhkum ibtidai araşdırma zamanı təhkim olunmuş müdafiəçi də daxil olmaqla proses iştirakçıları buna əhəmiyyət verməmiş, sonradan da təqsirləndirilən şəxsə istinad olunan cinayət maddəsini xarakterizə edən iş üçün əhəmiyyət kəsb edən pozuntular aradan qaldırılmamış, aradan qaldırılması üçün da heç bir tədbir görülməmişdir. Göründüyü kimi, çəkilişdəki görüntülərin əksinə müstəntiq bunu şəxsi mülahizələri əsasında göstərmiş, halbuki belə hal mövcud olmamış, yəni təhqiqatçı tərəfindən zərfin üzərinə nə proses iştirakçıları yazılmamış, nə də imza edilməmiş, eyni zamanda çəkilişin bitdiyini elan edilmiş, müdafiəçi də daxil olmaqla proses iştirakçıları buna irad bildirməmişlər. Video-çəkilişə nəzər yetirdikdə həm də görünür ki, Məhkum üzərindən götürülən cəmi bir ədəd kütlədə metamfetaminə oxşar maddənin çəkisinin və miqdarının müəyyən edilməsi üçün nəinki tərəzidə çəkilməmiş, həm də masanın üzərinə dağıldıqdan sonra təhqiqatçı onu yalın əllə təkrar kütləyə doldurmuş, bununla da üzərində öz əllərinin izlərini saxlamaqdan da çəkinməmişdir. Halbuki, sübutlar AR CPM-də müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsull arına dair CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan sübutlar başa düşülür. CPM-in 125-ci maddəsində məlumatların, sənədlərin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla - onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. İş üzrə sübutlar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi üzrə ittihamın düzgün həlli üçün sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin cinayət işi üzrə sübut kimi qəbul edilməs inə yol verilmir. Bu mövqedən yanaşaraq belə nəticəyə gəlmək olar ki, məhkum olan şəxs Məhkum CM-in 234.1-ci maddəsi ilə verilən ittiham əsassızdır, o həmin cinayəti törətməmişdir. Digər tərəfdən, qablaşdırma axtarış və götürmənin əsas və vacib elementlərindəndir. Təhqiqatçı tərəfindən qanunun bu tələbinə əməl edilməmiş, videoçəkiliş aparılsa da aşkar olunan maddə qanuna müvafiq qablaşdırılmamış, bunun üçün isə hər cür şərait olmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2024-cü il tarixli 1(103)-102/2024 nömrəli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in norma larının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum barəsində əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkumun birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin dəlilli araşdırmış və onun əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Kon stitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiyası məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, şahidlər Şahid1 və Şahid2 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişd ir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Kassasiya şikayətində məhkumun üzərində şəxsi axtarış zamanı aşkar edilmiş psixotrop maddənin miqdarının təhqiqatçı tərəfindən müəyyən edilməməsi həmin istintaq hərəkəti nəticəsində əldə edilmiş maddi sübutun mümkünsüzlüyünü və qeyri-mötəbər olmasını əsaslandıran hal kimi göstərilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə əlaqədar qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il № 8 qərarının 3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsin Azərbaycan Respublikası CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən cinayətin predmetinin narkotik vasitə, psixotrop maddə, prekursor, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddə olmasının, onların tibbi məqsədlər üçün istifadəyə yararlı olub-olmamasının, bitkilərin tərkibində narkotik maddələr olan bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən, həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Predmetin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, bitkinin tərkibində isə narkotik maddələr olması, habelə onların miqdarı dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında CM-in yuxarıda göstərilən maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Hazırkı cinayət işi üzrə məhkumun üzərində aşkar edilmiş psixotrop maddənin növünü və miqdarını dəqiq müəyyən etməsi üçün cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizası keçirilmişdir. Ekspert tərəfindən müəyyən edilmişdir ki, məhkumun üzərində aşkar edilmiş bükümdə 0,395 qram ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetamin olmuşdur. Məhkəmə kollegiyası ekspertizanın aparılmasında hər hansı bir prosessual qanunun pozuntusu müəyyən edilməmişdir. Həmçinin, iş materiallarından göründüyü kimi maddi sübut (psixotrop maddə) ekspertizaya qablaşdırılmış və möhürlənmiş şəkildə təqdim edilmiş, ekspertiza tədqiq atına təqdim edilmiş maddi sübutun qablaşdırması və üstündə olan möhürü həmin maddi sübutların götürülməsi barədə protokola uyğun gəlir. Ekspert maddi sübutları ekspertiza aparılması qaydalarına uyğun tərtib edilmiş akt əsasında qəbul etmiş və təhvil vermişdir. Təqdim edilmiş psixotrop maddənin çəkisi ekspert tərəfindən onları təqdim etmiş polis nəfərinin iştirakı ilə elektron tərəzidə çəkmə yolu ilə müəyyən edilmişdir. Məhkəmələr isə məhkumda aşkar edilmiş psixotrop maddənin miqdarını Ali Məhkəmə Plenumunun yuxarıda göstərilən qərarında verilmiş tövsiyələrə uyğun ekspert rəyinə əsasən müəyyən etmişlər. Sübutu olan zərfin təhqiqatçı və proses iştirakçıları tərəfindən imzalanması ilə əlaqədar kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin xüsusat məhkum t ərəfindən mübahisələndirilmir, məhkum öz ifadəsində onun və şəxsi axtarışda iştirak edən digər şəxslərin şəxsi axtarış zamanı zərfi imzalamasını təsdiq etmişdir. Ona görə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri məhkumun üzərində şəxsi axtarışın aparılması barədə protokolun və əldə edilmiş maddi sübutun - psixotrop maddənin şübhə altına alınmasına əsas vermir. Sübutların kifayət edilməsi anlayışını ehtiva edən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsində qeyd edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Göründüyü kimi Məhkum şəxsi istehlak miqdarı ndan artıq psixotrop maddəni əldə edib saxlamasını təsdiq edən hallar - psixotrop maddənin növü və miqdarı hazırkı iş materialları ilə birmənalı olaraq təsdiq edilir, işin bu halı müəyyən edən sübutları şübhə altına almaq üçün heç bir hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri təsdiq etmək üçün kifayət edir. Beləliklə, birinci instansiya məhkəməsində Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi əməliyyat-axtarış və istintaq hə rəkətlərində iştirak etmiş şahidlərin dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, istintaq hərəkətlərinin protokolları və videogörüntülər, ekspert rəyi və toplanmış digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkum üzərində aşkar olunmuş psixotrop maddənin məhkumun üzərindən aşkar edilməsinə şübhə gətirən heç bir hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Res publikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Qanunun qeyd olunan normasına əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum üzərindən 0,395 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş yuxarıda qeyd olunan sübutlarla təsdiq olunmasına baxmayaraq, müdafiə tərəfi onların qəbul olunmasının yolverilməzliyini iddia etsə də, bunu əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası qeyd olu nanları nəzərə alıb, hesab edir ki, Məhkum əməlinin hüquqi tövsifi və işin faktiki halları barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmiş və həmin ittiham üzrə ona bəraət verilməsi və ya cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi üçün qanuni əsaslar yoxdur. Kassasiya şikayətinin qeyd edilən dəlilləri əsassızdır. Məhkəmələr Məhkum işin hallarına uyğun olmayan cəzanın təyin edilməsi barədə kassasiya şikayətlərinin dəlillərlə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi məhkuma təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə cəza təyin edərkən Azərbaycan Respubl ikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPMin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələblərinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tə rəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası bildirir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən məhkuma hökmlərin məcmusu üzrə qəti cəza təyin edərkən cəza müddətinin hesablanması barədə cinayət qanunu normalarına riayət edilməmişdir. Belə ki, iş materiallarından görünür ki, Mahmudov X2 MR Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmaqla 2 (iki) il sınaq müddəti təyin edilmişdir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, hazırkı cinayət işi üzrə təqsirli bilinən cinayətlə əlaqədar Məhkum 23 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-i n 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış, 25 fevral 2023-cü il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Hazırkı iş üzrə Bakı şəhər Xəzər Rayon Məhkəməsi düzgün nəticəyə gəlmişdir ki, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum barəsində təyin edilmiş şərti məhkum etmə Azərbaycan Respublikası CM-in 71.5-ci maddəsinə əsasən ləğv edilməli və həmin hökmlə ona təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Həmin qayda i lə birinci instansiya məhkəməsi Məhkum qəti olaraq 3 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş və CM-in 69-cü maddəsinə əsasən hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla çəkilməsi üçün üzərində 3 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlamışdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 19-cü bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmələr hökmlərin məcmusu üzrə əsas və əlavə cəzaların hansı hissəsinin faktiki olaraq çəkildiyini aydınlaşdırmalı və bu hal hökmün giriş hissəsində öz əksini tapmalıdır. Çəkilməmiş cəza müddətinə məhkumun şərti olaraq vaxtından əvvəl azad edildiyi cəza müddəti, əvvəlki hökmlə təyin edilmiş şərti məhkumetmənin bütün müddəti, hamilə qadınlar və ya səkkiz yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən çəkilməsi təxirə alınmış cəza müddəti aiddir. Həmin Qərarın 2-ci bəndində i sə qeyd edilmişdir ki, birinci hökm üzrə təyin olunmuş və məhkəmə tərəfindən şərti hesab olunmuş cəzanın da hökmlə təyin olunmuş cəzaya tam birləşdirilməsi zamanı məhkəmə birinci iş üzrə qətimkan tədbiri və ya tutma qaydasında həbsdə (əgər belə tədbir tətbiq olunmuşsa) olunma müddətini hökmlərin məcmusu üzrə cəzanın qəti müddətinə hesablamalıdır. Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə məhkum olunmasına dair Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli höhmündən görünür ki, Məhkum hökm çıxarıldığı cinayət işi üzrə 23 sentyabr 2021-ci ildən 24 dekabr 2021-ci il tarixədək, yəni 3 ay 1 gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-in 353.4.8-ci maddəsinin tələblərinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təq sirlənsirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinin tələbinə və Ali Məhkəmə Plenumunun yuxarıda qeyd edilən Qərarı ilə verilmiş izahlara zidd olaraq qərar qəbul edərək Məhkum hazırkı iş üzrə şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona qəti olaraq təyin edilən 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxsa da, Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli hökmü ilə bağlı cinayət işi üzrə onun həbsdə qaldığı 3 (üç) ay 1 (bir) gün müddət ona təyin edilmiş qəti cəzadan çıxmamışdır. Odur ki, qanunun yuxarıda sadalanan normalarının tələbləri pozulmuş, məhkumun vəziyyəti isə ağırlaşdırıl mışdır. Apellyasiya instansiyası məhkəməsi cinayət işinə müdafiəçinin kassasiya şikayətinə əsasən baxıb birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlayaraq həmin səhvi təkrarlamışdır. Azərbaycan Respublikası CPM-in 416.1.22-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 416.2-ci maddəsində nəzərdə tutulmuş hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hal mövcuddur. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəli lləri ilə qismən razılaşaraq, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 yanvar 2024-cü il tarixli qərarının dəyişdirilməsini əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.1.22 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Məhkum hökmlərin məcmusu üzrə təyin edilmiş 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına CM-in 69.3-cü maddəsinə əsasən onun hazırkı cinayət işi üzrə tutulduğu 2 (iki) gün müddət və Naxçıvan MR Ağır Cinayətlər Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli hökmünün çıxarıldığı cinayət işi üzrə həbsdə saxlanıldığı 3 (üç) ay 1 (bir) gün müddət hesablansın və üzərində çəkilməsi üçün 3 (üç) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar