Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1335/2025 11.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Məhkum, onun müdafiəçisi Müdafiəçi2 və xüsusi ittihamçı X1 iştirakları ilə xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 148-ci maddəsi ilə məhk um edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-364/2025 nömrəli 15 yanvar 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək 1000 (min) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-364/2025 nömrəli 15 yanvar 2025-ci il tarixli qərarı ilə (hakimlər F.Ə.Qəniyev (sədrlik edən), İ.A.İbrahiml i və Ə.Q.Ələkbərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, X11 E.İsmayılovun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları kütləvi internet informasiya ehtiyatı olan “Getcontact” tətbiqində dəfələrlə yaymış, həmin məlumata 360 nəfər baxmışdır. X4 nə özü, nə də yaxın qohumları ona və onun ailə üzvlərinə heç bir zaman maraqlı olmayıb, həmçinin olmayacaqdır. “Getcontact”, "Spam Bloklama" və "zəng edən şəxsiyyəti müəyyənləşdirmə" tətbiqidir. “Getcontact” narahat edən zəngləri filtrləməyə və yalnız istədiyiniz insanların ünsiyyət qurmasına imkan verir, həmçinin həmin proqram vasitəsi ilə zəng edən nömrə nin teqlərinə, kimliyinə və şəxs barəsində yazılan şərhlərə baxmaq mümkündür. Bu proqramı həm sadə şəkildə, həm də “premium” versiyada yükləmək olur. “Premium” versiyadan istifadə ödənişlidir. Ödəniş həftəlik və ya aylıq olur. “Premium” versiya “Getcontact”ın istifadə funksiyası daha böyükdür, bununla nömrənizin kim tərəfindən sorğulandığını və kimin nə şərh yazdığını müəyyən etmək olur. İstənilən şəxsin nömrəsinə şərh yazıb-silmək olar. Sadə “Getcontact”dan istifadə zamanı isə şərh yazanın kimliyini müəyyən etmək, həmçinin yazılan şərhi silmək olmur. “Getcontact”ın ünvanı “Rua dos İlheus, n 6, 9000-176 Funchal, Madeira Portugal” ünvanıdır. Fəridə Şəfiyeva qardaşı X5 ilə 27 iyun 2022-ci ildə nikaha daxil olmuş, ancaq nikahları uzun müddət davam etməmiş və qardaşının iddiası əsasında Binəqə di Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onların nikahına xitam verilmişdir. Fəridə Şəfiyeva özünə məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə 09 dekabr 2023-cü ildə “Getcontact” tətbiqində əvvəlcə anonim adla qeydiyatdan keçmiş, sonradan öz adıyla, daha sonra isə "jajananska s" adıyla, ən son isǝ "вЮ, чб" adıyla həmin tətbiqdə fəaliyyətinə davam edir. Müxtəlif vaxtlarda sözügedən tətbiqdə onun mobil telefon nömrəsinə şərh yazaraq onu "petux" adlandırmışdır. X11 “Getcontact”da 10 dekabr 2023-cü ildə "Ürək" işarəsi olan profili ilə onun "Elimdar Hüseyin" profilinin altında "petux" yazmışdır. 08 yanvar 2024-cü ildə isə öz şəkili yerləşdirilmiş "Feride Shefiyeva" profili adı altında yenə onun profilinin altına "petux" yazıb. 7 aprel 2024-cü ildə isə "jajananska s" profili adı altında onun profilinin altına yenə "petux" şərhini yazmışdır. 17 aprel 2024-cü ildə bu dəfə istifadə etdiyi "вЮ, чб" profili adı altında yenə onun profilinin altına "petux" yazmışdır. Həmin profillərin Fəridə Şəfiyevaya məxsus olduğu həm istifadəçi adı ("Feride Shefiyeva"), həm də istifadə etdiyi mobil telefon nömrəsi “+**********16” ilə təsdiq olunur. xx.xx.2024-cü ildə Şəfiyeva Fəridənin vəkili X3 fəaliyyət göstərdiyi 19 saylı Vəkil Bürosuna getmiş, özü olmadığı üçün büronun müdiri X8 ilə görüşmüş və xahiş etmişdir ki, Şəfiyeva Fəridənin vəkili X6 bildirilsin ki, “X2 büroya gəlib sübutlar təqdim etməklə (fəridənin yazdığı təhqirləri) Şəfiyeva Fəridəyə qanuna zidd əməlləri yığışdırmasını, qanunu da, hüquqlarını bildiklərini söylənməsini bildirmişdir” Buna baxmayaraq, Fəridə Şəfiyeva yazıları silməmiş, bacısına da bildirilsə də, əməlindən əl çəkməmişdir. O, Yasamal Rayonu 29-cu Polis Şöbəsinin sahə müvəkkili Qərib Məmmədova “WhatsApp” vasitəsiylə X4 yazdığı təhqirlərin şəklini göndərmiş, həmçinin bildirmişdir ki, “Getcontact”a baxaraq görə bilər. Sahə müvəkkili X7 Bölməyə çağıraraq, ona və ailə üzvlərinin ünvanına yazdığı təhqiramiz şərhləri sildirmiş, X21 sonradan təhqiramiz şərhlərini yenə də davam etdirmişdir. Onun bu dəfə Bakı şəhəri Baş Polis İdarəsinə şikayətlərindən sonra həmin qurumun ictimai təhlükəsizlik idarəsinin əməkdaşı X20 Şəfiyevanı polisə dəvət edib xəbərdarlıq etmişdir. X21 yenə də oxşar əməllərini davam etdirmiş, “Getcontact” tətbiqində onun və ailə üzvlərinin ünvanına təhqiramiz şərhlərini davam etdirmişdir. Bu dəfə isə Yasamal rayon Polis İdarəsini n 29-cu Polis Bölməsi onun şikayətinə əsasən Fəridə Şəfiyevanı polisə dəvət edib sonuncunu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə (xırda xuliqanlıq) təqsirli bilərək barəsində inzibati tənbeh tətbiq etmişdir. Başqa sözlə, polis tərəfindən Fəridə Şəfiyevanın barəsində inzibati tənbeh tətbiq edilməsi və onun barəsində “Getcontact” tətbiqində yazılmış təhqiramiz şərhlərin bir hissəsinin sildirilməsi də həmin profillərin barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxsə məxsus olduğunu təsdiq edir. Fəridə Şəfiyevanın onun barəsində adı çəkilən sosial şəbəkədə yazdığı şərhlər onun şərəf və ləyaqətini ləkələyib, həmin ifadənin məzmununda barəsində təhqiredici məzmunun olmasını görməmək mümkün deyildir. Odur ki, barəsində xüsusi ittiham qaydasında şika yət verilmiş şəxs X11 onu dəfələrlə təhqir edib barəsində ləkələyici xarakterli məlumatları yaymaqda məqsədi onun nüfuzunu alçaltmaq, ictimaiyyət arasında onun haqqında yanlış fikirlər formalaşdırmaq, onu alçaltmaqdır. Hesab edir ki, bu şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət işi başlanmaqla cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən X11 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, sonuncuya həmin maddədə nəzərdə tutulmuş cəza təyin edilməsi məhkəmədən xahiş edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 1(103)-364/2025 nömrəli 15 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi, məhkuma bəraət verilməsi xahiş olunur. Məhkumun müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148- ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndində qeyd edilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya ve rilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayımlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-ni 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və v a kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid həmin şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göründüyü kimi cinayətin obyektiv cəhətinin olması üçün ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilməsi tələb olunur. Məhz buna görə də həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində şifahi vəsatət verərək israrla yazılan yazının kimlər tərəfindən görülməsinə dair sübutların təqdim edilməsi və məhkəmə prosesinə xüsusi ittihamçı tərəfindən ən az iki şahidin dəvət olunması tə ləb edilmişdir. Lakin xüsusi ittihamçı buna dair sübutlar təqdim edə bilməmiş və məhkəmə tərəfindən heç bir əsas gətirilmədən vəsatət təmin edilməmişdir. Məhkəmə xüsusi ittihamçının 360 nəfərin onu teq etməsini yazılan rəyin onlar tərəfindən baxılması kimi qiymətləndirilmiş, lakin “Getcontact” edən şəxslərin yazılan rəyi görməsinin mümkünlüyü araşdırılmamışdır. Əksinə, yazılan rəyin kənar şəxslər tərəfindən görülməsinin nıüıııkünsüzülüyü sübuta yetirilmiş və bu barədə eksperiment kimi hazırlanmış video məlumat diskə köçürülməklə məhkəməyə təqdim edilmişdir. Bu barədə nə birinci istansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi öz qərarında hər hansı bir qeydi əks etdirməmişdir. Bununla da Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125-ci (sübutların mümkünlüyü) və 145-ci madd əsinin (sübutların qiymətləndirilməsi) tələbləri kobud pozulmaqla hüquqlarını müdafiə etdiyi Məhkum barəsində qanunsuz və əsassız olaraq ittiham hökmü çıxarılmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi Müdafiəçi2, kassasiya şikayətinin təmin edilməməsi barədə xüsusi ittihamçı E.İsmayılovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya insta nsiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 148-ci maddəsinə görə “Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya” görə məsuliyyət nəzərdə tutulur və bu əməl min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələl ərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yet irilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X13rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarak teri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakim iyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha t əhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hes ab edir. Məhkəmə qərarlarından görünür ki, birinci instansiya məhkəməsində xx.xx.2024-cü il tarixli məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 şikayətini müdafiə etdiyini qeyd edərək bildirmişdir ki, Kərimli (Şəfiyeva) Fəridə Vaqif qızı 27 iyun 2022-ci ildə qardaşı Vüsal İsmayılov ilə ailə həyatı qurmuş, 40 gün onların ailəsində gəlin olmuşdur. xx.xx.2023-cü il tarixli qərarı ilə onların nikahına xitam verilmişdir. 2022-ci il tarixdən Fəridə ailə üzvləri ilə onların başına oyunlar açmışdır. Məhkum 2023-cü ilin dekabr ayından “Getcontact” tətbiqində onların ünvanına təhqirlər yazmış, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsində verdiyi izahatında da “getcontact”da yazılan təhqirləri özünün yazdığını etiraf etmişdir. Birinci instansiya məhkəməsində xx.xx.2024 -cü il tarixli məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 bildirmişdir ki, 2022-ci il tarixdə Baş Polis İdarəsindən Elnur Kərimova onun və ailəsinin təhlükəsizliyi təmin olunmasını xahiş etmişdir. Həmin sənədi də iş materiallarına əlavə etmişdir. Fəridənin və ailə üzvlərinin izahatları alınmış və xəbərdarlıqlar olunmuşdur. Buna baxmayaraq Fəridə onlardan əl çəkməmişdir Qardaşının qaynanası qardaşının intim videolarını və şəkillərini dayısı oğluna göndərmişdir. Ona da bir başqa nömrədən xanım calayıb, onları işə salmaq istəmişlər. Fəridə Şəfiyeva bildirir ki, həmin nömrədən istifadə etmir. Nömrənin istifadə olunmadığı halda, əgər telefonda həmin tətbiq qalırsa, bunun vasitəsi ilə istənilən vaxt internetə qoşulmaqla “Getcontact”a daxil olmaq mümkündür. Fəridə bunu bil dikdən sonra “Getcontact”da ayarlar sistemindən gizlilik bölməsindən hesabını anonimləşdirmişdir. Əgər şəxs öz nömrəsini məhkəməyə gətirərsə və burda nömrəsini aktiv edərsə, bütün yazdıqları hamısı üzə çıxacaqdır. Həmin qeyd etdiyi nömrə ***-***-**-** saylı nömrədir. Məhkum bildirir ki, guya həmin sözləri o yazmamışdır. Əgər həmin sözləri o yazmamışdırsa, o zaman niyə Polis Bölməsində etiraf edərək özünün yazdığını bildimişdir. Hər dəfə Polis Şöbəsinə və ya Baş Polis İdarəsinə dəvət olunanda Fəridə öz yazdıqlarını silmiş, bu hal 3 dəfə təkrarlanmışdır. O, axırıncı dəfə polisə şikayət etdikdən sonra Fəridə heç nə yazmamışdır. Fəridə 29-cu X12 Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə cərimə olunduqdan sonra yazılarını dayandırmış, cərimə olunduqdan sonra heç bir şərh yazmamışdır. Onun sübutla rı şikayətinə əlavə etdiyi “screenshot”lardır. Həmin söyüşlərdən yalnız 9 dekabr 2023-cü il tarixdə yazılan onun barəsində yazılmışdır. Digərlərini ailə üzvləri barəsində yazmışdır. Fəridə Şəfiyeva yazını gizliyə aldığı zaman görsənməmiş, sonradan isə yenə aktiv etmişdir. Polislər həmin yazıları sildirmiş, lakin bir müddət sonra o yenidən aktiv etmişdir. Fəridə onun barəsində yazdığı söyüşlü şərhi bir dəfə yazmış, sonra isə gizlətmişdir. O, müxtəlif tarixlərdə ekrandan həmin yazını “screenshot” etmişdir. Hər dəfə başqa profillər ilə görüb “screenshot” etmişdir. Məsələn, 10 dekabr 2023-cü il, 8 yanvar 2024-cü il, 7 aprel 2024-cü il, 17 aprel 2024-cü il tarixlərdə müxtəlif profillərdən həmin yazını görüb “screenshot” etmişdir. Ekran görüntülərindən həmin təhqirin 9 dekabr 2023-cü il tarixdə yazılması görünür, lakin o, həmin ekran görüntülərini müxtəlif tarixlərdə çəkmişdir. 17 aprel 2024-cü il tarixdən sonra heç bir şərh yazılmamışdır, çünki o həmin vaxtı artıq məhkəməyə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında təqsirləndirilən şəxs X11 bildirmişdir ki, hazırda nikaha girdiyindən soyadını dəyişmiş, hazırkı soyadı Kərimlidir və bunu təsdiq edən şəxsiyyət vəsiqəsini məhkəməyə təqdim edir. Əlavə olaraq 9 ay müddətdir ki, eyni məsələ üzrə əziyyət çəkdiyini bildirmişdir. X2 qeyd edir ki, guya 2022-ci il tarixdən o, Elimdarı və ailəsini təhqir edir. Əgər bu belə idisə, niyə həmin vaxtı Elimdar İsmayılov şikayət etmirdi. O, yenidən ailə həyatı qurduqdan 1 ay keçməmiş Elimdar və ailəsi şikayət etməyə başlamışlar. Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölmə sində yazılan izahatla bağlı bildirmək istəyir ki, Polis Bölməsindən ona zəng vuraraq Elimdar İsmayılovun artıq 4 aydır ki, Bölmədən əl çəkmədiyini, ona görə də Bölməyə getməsini tələb etmişlər. Bölmədə polis əməkdaşları ona bildirmişlər ki, izahat yazaraq əməlini etiraf etsin, ona yazılacaq cəriməni ödəsin və iş məhkəməyə getməsin, şikayətçidən canı qurtulsun. O da polisin dediyi kimi izahat yazmış, ona yazılmış 50 manat da cəriməni ödəmişdir. 29-cu Polis Bölməsində etirafedici izahatı buna görə vermişdir. Məhkəmə qərarlarından görünür ki, birinci instansiya məhkəməsində xx.xx.2024-cü il tarixli məhkəmə iclasında təqsirləndirilən şəxs Məhkum bildirmişdir ki, Polis Bölməsindəki izahatla bağlı onu qeyd edir ki, o, bölmədə polis əməkdaşının ona dediyi məzmunda izahat vermişdir. “Getcontact” tətbiqində uzun müddət əvvəl qeydiyyatdan keçmiş, ilk olar ki, orada qeyd olunan nömrələri istifadə etmir. Artıq 2 ildir həmin nömrədən istifadə etmir. ***-***-**-** saylı telefon nömrəsi onun istifadəsində olmamışdır. Həmçinin ***-***-**-** saylı mobil nömrəni də istifadə etməmişdir. Bundan başqa “Getcontact” mobil tətbiqində 2023cü il tarixdə ürək işarəsi olan profil də ona məxsus olmamışdır. “Fəridə Şəfiyeva” profili isə saxtadır, o profil hansısa üsullarla hazırlanaraq göstərilmişdir. ***-***-**-** saylı nömrə onun istifadəsində olmuşdur, lakin bir ildən çoxdur ki, istifadə etmir. “Getcontact” üzərindən olan ekran görüntüləri hamısı saxtadır. Bölmədə yazdığı izahata gəldikdə isə polis ona bildirmişdir ki, ailəli adamdır, məhkəməyə getməsin, etiraf etsin, 50 manat cərimə ödəsin, Elimdar ondan əl çəksin. O da buna görə razılaşmışdır. ***-***-**-** saylı nömrəni 2023-cü ilin sentyabr-oktyabr aylarına kimi istifadə etmiş, daha sonra ailə həyatı qurduğu üçün həmin nömrəni istifadə etməmişdir. Telefonununu da dəyişmiş, həyat yoldaşı təzə telefon almış, bundan sonra “getcontact” proqramından da istifadə etməmişdir. 2023-cü ilin oktyabr-noyabr ayından telefonunu dəyişib, həmin vaxtdan da “Getcontact”dan istifadə etmir. Yəni 9 dekabr 2023-cü il tarixdə həmin şərh yazılan zaman o nə həmin nömrədən, nə də “Getcontact” proqramından istifadə etməmişdir. Köhnə telefonu satmışdır, hazırda o telefondan istifadə olunur, lakin həmin tətbiq telefonda yoxdur. Məhkum son sözündə barəsində Cinayət-Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən bəraətverici hökmün çıxarılmasını xahiş etmişd ir. Məhkəmə qərarlarında olan xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində qismində dindirilmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin sahə rəisi Şahid bildirmişdir ki, X2 şöbəyə yaxınlaşıb ərizə ilə müraciət etmişdir ki, “Getcontact” tətbiqində rəy bölməsində onun və yaxın qohumlarının ünvanına qarşı nalayiq ifadə yazılmışdır. Həmin nalayiq ifadəni də ekran görüntüsü şəkilində gətirib göstərmişdir. Həmin ifadə 09 dekabr 2023-cü il tarixdə yazılmış “petux” ifadəsi olmuşdur. Daha sonra o da Fəridə Şəfiyevanın qardaşı ilə əlaqə saxlamış, özləri ilə danışmış, həmin günün sabahı şöbəyə dəvət etmişdir. Fəridə Şəfiyeva, qardaşı və atası birlikdə Şöbəyə gəlmişlər. X9rkən bildirmişdir ki, ailələrində problemlər olmuş, əvvəlki yoldaşı kənarda qalsa da, yoldaş ının qardaşı Elimdar İsmayılov ondan əl çəkmir. Fəridə Şəfiyevanın yazdığı şərhlərə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Fəridə Şəfiyevaya barəsində inzibati tənbeh tətbiq edildikdən sonra cəriməni ödəməyi məsləhət görmüşdür. Zənn etmişdir ki, cərimə ödəndikdən sonra aralarında olan münasibət sakitləşəcəkdir. Tənbeh tədbiri tətbiq olunduqdan sonra bu barədə Elimdara da məlumat verilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Fəridə Şəfiyevaya həmin vaxt Elimdarın təqdim etdiyi ekran görüntülərindən olan çıxarışları göstərmiş, Fəridə Şəfiyevaya həmin yazının tərəfindən yazılmasını etiraf etmiş, buna səbəb kimi əsəbi olmasını bildirmişdir. O, Fəridə Şəfiyevaya etdiyi əməli etiraf etm əsi barədə heç nə deməmiş, Fəridə Şəfiyeva özü könüllü şəkildə “Getcontact” tətbiqində Elimdar İsmayılova məxsus telefon nömrəsinin altına nalayiq şərhlər yazdığını özü səmimi etiraf etmişdir. Fəridə Şəfiyeva bildirmişdir ki, ailələrində olan problemlərlə bağlı həyat yoldaşı qalıb qıraqda, Elimdar isə ona şər-böhtan atır. Buna görə də əsəbləşərək Elimdar barəsində nalayiq şərhlər yazmışdır. Fəridənin izahatı alınarkən onun qardaşı və valideyini də orda olmuş, Fəridəyə hər hansı təzyiq və təsir olmamış, izahatı könüllü şəkildə özü yazmışdır. Fəridə Şəfiyeva barəsində inzibati tənbeh tədbiri tətbiq edilənə qədər Elimdar İsmayılov tərəfindən bir dəfə yazılı ərizə təqdim edilmiş, bir dəfə də telefonla zəng edərək maraqlanmışdır. Şəfiyeva Fəridə barəsində isə bir də araşdırma aparılmış, “Getc ontact”da Elimdar İsmayılovun və onun ailə üzvlərinin ünvanına nalayiq şərhlər yazdığını özü könüllü olaraq etiraf etmişdir. Həmçinin, iş materiallarında olan “Getcontact” mobil tətbiqindən olan çıxarışdan görünür ki, +**********35 mobil nömrə ilə qeydiyyatdan keçmiş “Elimdar Huseyin” adlı profil sahibinə “ürək” işarəsi qoyulmuş profil tərəfindən 9 dekabr 2023-cü il tarixdə “petuxdu” rəyi yazılmışdır; - “Getcontact” mobil tətbiqindən olan 10 dekabr 2023-cü il tarixli çıxarışdan görünür ki, +**********16 saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş hesabın profil adı “ürək işarəsi” qoyularaq qeyd edilmişdir; - “Getcontact” mobil tətbiqindən olan 17 aprel 2024-cü il tarixli çıxarışdan görünür ki, +**********16 saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş hesabın profil adı “вЮ, чб” kimi qeyd edilm işdir; - “Getcontact” mobil tətbiqindən olan 7 aprel 2024-cü il tarixli çıxarışdan görünür ki, +**********16 saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş hesabın profil adı “Jajananska S” qoyularaq qeyd edilmişdir; - “Getcontact” mobil tətbiqindən olan çıxarışdan görünür ki, +**********35 saylı mobil nömrə ilə qeydiyyatdan keçirilmiş “Elimdar Hüseyn” adlı profilinin altında profil şəkilində Məhkum (Şəfiyevaya) məxsus foto olan “Feride Shefiyeva” profilinin sahibi tərəfindən 9 dekabr 2023-cü il tarixdə “Petuxdu” şərhi yazılmışdır; - “Getcontact” mobil tətbiqindən olan çıxarışdan görünür ki, +**********35 saylı mobil nömrə ilə qeydiyyatdan keçirilmiş “Elimdar Hüseyn” adlı profilinin altında profil şəkili mövcud olmayan “ürək işarəsi” olan profilinin sahibi tərəfindən 9 dekabr 2023-cü il tarixdə “Petuxdu” şərhi yazılmışdır; - xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində inzibati qaydada 50 manat cərimə edilməsi barədə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur; - xx.xx.2024-cü il tarixli MN seriyalı 18668822 saylı “İnzibati xəta haqqında” protokolun surətindən görünür ki, X11 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş protokolda etdiyi əməldən peşman olmasını bildirərək həmin protokolu öz imzası ilə imzalamışdır. Məhkəmə qərarlarından görünür X11 barəsində aparılan inzibati araşdırma zamanı verdiyi xx.xx.2024-cü il tarixli izahatında aşağıdakı məzm unda izahat vermişdir: “Yuxarıda göstərilən ünvanda ailəmlə birlikdə yaşayıram. 2023-cü ilin aprel ayında rəsmi qaydada nigahda olduğum İsmayılov Vüsal adlı şəxslə rəsmi boşanmışam. Ailə münasibətində baş verən problemlərlə bağlı dəfələrlə təhqirə məruz qalmışam. Boşandıqdan sonra məndən əl çəkməmiş dəfələrlə telefonla narahat etmişlər. Bunun qarşılığında əsəblərimə hakim ola bilməyib “Getcontact” proqramının rəy bölməsində şəxsin adına nalayiq ifadə işlətmişəm. Bununla bağlı 29-cu Polis Şöbəsinə dəvət olunmuşam və barəmdə inzibati protokol tərtib olunmuşdur. Həmin protokolla bağlı heç bir şikayətim yoxdur. Səmimi olaraq qeyd etmək istəyirəm ki, bir daha belə hala yol verməyəcəm. İzahatı özüm yazdım, düzdür, əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm”. Aşağı instansiya məhkəmələri X1 “Getcontact” internet tətbiqində olan profilinin şərh bölməsinə yazılmış “petuxdu” sözünü təhqir hesab edilib-edilməməsinə münasibətdə isə qeyd etmişlər ki, həmin ifadənin işlədilməsi təhqir hesab olunur. Bunun səbəbi cəmiyyətdə həmin ifadənin alçaldıcı və aşağılayıcı bir ifadə kimi istifadə edilməsidir. Bu söz xüsusilə postsovet ölkələrində, cəmiyyətin müxtəlif səviyyələrində hörmətsizlik, alçaltma və şəxsi ləyaqəti təhqir etmək məqsədilə istifadə olunan ifadədir. Eyni zamanda həmin ifadə cinsi zorakılığa məruz qalmış şəxslərə və ya sosial olaraq “ən aşağı səviyyəli” kimi qəbul edilən insanlara aid edilir. Bu söz eyni zamanda mənfi mənalar daşıyır və insanları aşağı səviyyədə təsvir etmək üçün istifadə olunur. Ümumiyyətlə, şəxsin ləyaqətini və ya şərəfini zədələmək məqsədilə işlədilir. Hazırkı halda həmin ifadə birbaşa X1 şərəf və ləyaqətini alçaltmağa yönəldildiyindən məhkəmə hesab edir ki, həmin ifadə təhqir hesab edilməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, Cinayət Məcəlləsinin 147 və 148-ci m addələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kassasiya kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin müəllifi “Getcontact” mobil tətbiqinin internet informasiya ehtiyatı (sosial şəbəkə) hesab olunmaması barədə dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apelyasiya məhkəməsi is ə öz qərarında bu dəlilləri əsassız saymaqla, dəlilə münasibətdə qeyd etmişdir ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasınınnın Qanununa əsasən “internet informasiya ehtiyatı” dedikdə - internet şəbəkəsində yaradılan, informasiyanın yayılması üçün istifadə olunan, müraciət edilməsi üçün domen adına və sahibi tərəfindən müəyyənləşdirilmiş digər işarələnməyə malik olan informasiya ehtiyatı başa düşülür. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 148-ci maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassa siya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Müdafiə tərəfi məhkumun zor tətbiqi nəticəsində etiraf ifadəsi verməsini iddia etsə də, lakin bu məsələ də məhk əmələr tərəfindən qanunvericiliyin tələblərinə əsasən ətraflı yoxlanılmış və işgəncə faktı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halları nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı ç əkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından Məhkum bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzaya münasibətdədə qeyd edir ki, cəza məhkumun törətdiyi əməlin sanksiyasına uyğun ədalətli təyin edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikay ətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsin in mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-364/2025 nömrəli 15 yanvar 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlə rə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkumun müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)364/2025 nömrəli 15 yanvar 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1335/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1335/2025
11.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver