Məhkəmə qərarları › İş №1(102)-1336/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1336/2021

17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1336/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rüstəmova - Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum müdafiəçisi, “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Əliyev İlham Yəhya oğlunun iştirakları ilə xx xxxx 1989-cu ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1də yaşamış və hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 120.2.4 və 126.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi, “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Əliyev İlham Yəhya oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 iyul 2020-ci il tarixli hökmünə əsasən (hakimlər: X.H.Səmədov (sədrlik edən), F.N.Mahmudov və E.İ Rüstəmov) Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.2.4 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 29, 120.2.4-cü maddəsi ilə 14 (on dörd) il, CM-in 126.2.4-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanması yolu ilə ona qəti olaraq 14 (on dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 31 oktyabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: E.İ.Xasməmmədov, hakimlər: Ç.B.Məmmədov və T.A.Muxtarov) apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 01 iyul 2020-ci il tarixli hökmü d əyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 30 oktyabr 2019-cu il tarixdə qohumları Məhəbbət Məmmədovun qızının toy məclisində əmisi Zərərçəkmiş şəxs1 ilə şəxsi münasibətlər zəminində mübahisə etmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 ona yumruq və əllə vurmağa xarakterik olan sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, qohumları X10 və X11 tərəfindən sakitləşdirildikdən sonra, gecə saatlarında Zərərçəkmiş şəxs1 müxtəlif vaxtlarda ona zəng edərək onu təhqir etmişdir. Bundan sonra Məhkum əmisi Zərərçəkmiş şəxs1 qisas almaq üçün onu öldürmək qərarına gələrək ünvan 1ndə yaşadığı evdə saxladığı, mərhum babası X12a məxsus olmuş tək lüləli, 16 kalibrli, «ИЖ-18» modelli, «KH39737» nömrəli yivsiz odlu ov tüfəngini götürərək 31 oktya br 2019-cu il tarixdə səhər saat 10 radələrində istifadəsində olan gümüşü rəngli, C478AP186 Rusiya Federasiyasının dövlət qeydiyyat nişanlı “Mercedes E class” markalı avtomobilin arxa oturacağına qoyub, kənd ərazisində Zərərçəkmiş şəxs1 axtarmağa başlamış, həmin gün saat 13 radələrində Zərərçəkmiş şəxs1 məxsus “Nissan Patrul” markalı **-LN-*** dövlət nömrə nişanlı avtomobilin Köçəsgər kəndinin mərkəzində X13un işlətdiyi çayxananın yaxınlığında görərək Zərərçəkmiş şəxs1 həmin çayxanada olduğunu bilib, cinayətkar niyyətini həyata keçirmək üçün avtomobili yolun kənarında işlək vəziyyətdə saxlayaraq avtomobilin içərisində, qoltuq altında olan bir ədəd əvvəlcədən qoyduğu patronu və arxa oturacaqdan tüfəngi götürüb avtomobildən enərək tüfəngin güllə yatağına patronu yerləşdirmiş, iki-üç addım av tomobildən qabağa gedərək əmisi Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 ilə birgə bir masa arxasında əyləşdiyini görüb, əmisini ümumi təhlükəli üsulla qəsdən öldürmək məqsədilə 19,65 metr məsafədən nişan alaraq digər şəxsin də, yəni Zərərçəkmiş şəxs2 da xəsarət ala biləcəyini dərk edib, baş verə biləcək nəticələri qabaqcadan görməklə belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verərək bir dəfə atəş açmaqla Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığına ağır zərər vuran arxa kürək nahiyəsinin odlu silah yaralanması, sol tərəfli hnevmotraks, belində çoxlu sayda qəlpə yaraları xəsarətlərini, sonuncunun yanında olan Zərərçəkmiş şəxs2 isə dərəcəsinə görə sağlamlığa ağır zərər vuran döş qəfəsinin daxilə nüfuz edən arxa hissəsinin, kürək nahiyəsinin çoxsaylı, sol gicgah və sol qulağın ön səthin də saçmalı güllə yaraları xəsarətlərini yetirdikdən sonra avtomobilinə minib qaçmış, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ətrafda olan şəxslərin köməyi ilə vaxtında xəstəxanaya çatdırılmaqla onlara ixtisaslı tibbi yardım göstərilmiş, təxirəsalınmaz zəruri tibbi tədbirlər nəticəsində Zərərçəkmiş şəxs1 həyatının xilas edilməsi səbəbindən o bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd etmiş və qəsdən sağlamlığa ümumi təhlükəli üsulla ağır zərər yetirmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması xahiş olunur. Müdafiəçi qeyd edir ki, apellyasiya instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum əməlini düzgün tövsif etməmişdir. Belə ki, təqsirləndirilən şəxsin zərərçəkənin həyat və sağlamlığı üçün təhlükə törətməyən hissəsini hədəf götürməsi, onun ikinci dəfə atəş açmaq üçün yetərli vaxt və şəraiti (əlavə patronunun) olması, qeyd edilən hadisə törədilərkən həmin şəxsə zərərçəkən və ya digər şəxs tərəfindən atəş açmasının qarşısını ala biləcək real hədənin olmamasına baxmayaraq sonuncunun yalnız bir dəfə atəş açması təqsirləndirilən şəxsin əsl niyyətini ortaya qoyur. Məhkəmə isə mülahizələrdən çıxış edərək həmin hallara heç bir arqument gətirmədən təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol vermişdir. Müdafiəçi hesa b edir ki, Məhkum əmisini öldürmək niyyəti olsaydı, o, atəşi yaxın məsafədən də həyata keçirə bilərdi. Lakin o bunu etməmişdir. Müdafiəçinin fikrincə, Məhkum Zərərçəkmiş şəxs1 xəsarət yetirməsi epizodu üzrə əməli CM-in 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Müdafiəçi qeyd edir ki, zərərçəkən şəxs Zərərçəkmiş şəxs2 ilə Məhkum heç bir ədavəti olmamış və ona qarşı heç bir cinayət törətmək niyyəti olmamışdır. Ona görə də hesab edir ki, Zərərçəkmiş şəxs2 xəsarətləndirilməsinə münasibətdə Məhkum əməli ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma kimi CM-in 131-ci maddəsi ilə tövsif edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi İ.Əliyevi n, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin m əhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normalarının tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum əməlinin hüquqi tövsifi mübahisələndirilir. Odur ki, məhkəmə kolleg iyası cinayət işinin materiallarını və iş üzrə qəbul edilmiş məhkəmə qərarlarını kassasiya şikayətinin dəlillərinə münasibətdə qiymətləndirməyi, bununla əlaqədar cinayət qanunvericiliyin normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarında verilən tövsiyələrə müraciət etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vll bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin lll bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əl amətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsinə əsasən: “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmədoqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsinə əsasən eyni əməllər qəsdən: 120.2.4. xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə- on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. ” Azərbaycan Respublikası CM-in 126-cı maddəsinə əsasən “Qəsdən sağlamlığa ağır zərər vurma”: “126.1. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya h ər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma” – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 126.2. Eyni əməllər: 126.2.1. iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə; 126.2.4. “ ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə törədildikdəaltı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmçinin, həmin qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyə tləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzif ələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 29, 120.2.4 və 126.2.4-cü maddələri ilə tövsif edilməsi ilə bağlı aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olma yan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında deyilir: Qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Burada təqsirkarın niyyəti məhz nəyə yönəlməsi məsələsi həl l edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hər hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin, həmçinin başqalarının (heç olmasa bir nəfərin) da həyatı üçün təhlükəli olur. Ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun oldu ğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs Məhkum tək lüləli, 16 kalibrli, «ИЖ-18» modelli, «KH39737» nömrəli yivsiz odlu ov tüfəngindən açdığı bir atəş nəticəsində ağır zərər vurmaya aid xəsarətlər alması mübahisələndirilmədiyindən məhkəmə kollegiyası bununla əlaqədar sübutların şərhini zəruri hesab etmir. İş materiallarından görünür ki, Məhkum 31 oktyabr 2019-cu ildə saat 13 radələrində məhkum Köçəsgər kəndinin mərkəzində olarkən əmisi zərərçəkmiş şəxsin avtomobilinin də orada olduğunu görmüş, əmisinin çayxanada oturduğunu bilmişdir. məhkum əmisi zərərçəkmiş şəxsin onu əvvəllər aralarında olan şəxsi münasibətlər zaminində dəfələrlə təhqir etdiyini, şəx siyyətini alçaltdığını düşünərək öz avtomobilində olan ov tüfəngini götürmüş, əmisi zərərçəkmiş şəxsin arxa tərəfindən çayxanaya yaxınlaşmış və 19,65 metr məsafədən əmisinin və digər şəxslərin oturduqları çayxana istiqamətində tüfəngdən bir dəfə atəş açmışdır. Bundan sonra Məhkum avtomaşına oturub sürüb getmiş və əmisi Zərərçəkmiş şəxs1 və digər zərərçəkən şəxsə qarşı hər hansı bir hərəkət etməmişdir. 31 oktyabr 2019-cu ildə Məhkum Ağstafa Rayon Polis Şöbəsinə təqsirini boynuna almaqla könüllü gələrək tüfəngdən atəş açmaqla əmisi Zərərçəkmiş şəxs1 və digər zərərçəkən şəxs Zərərçəkmiş şəxs2 xəsarətləndirdiyini bildirmişdir. (cild 1, vərəqə 24). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” ETT Birliyinin Ağstafa rayon Şöbəsinin verdiyi 25 noyabr 2019-cu il tarixli 490 s aylı rəyi ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət – arxa kürək nahiyəsinin odlu silah yaralanması, sol tərəfli hnevmotraks, belində çoxlu sayda qəlpə yaraları oval formalı əşyanın təsirindən törənmişlər. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 31 oktyabr 2019-cu il tarixdə ov tüfəngindən atılmış güllənin qırmalarının dəyməsi nəticəsində əmələ gələ bilər. Dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aiddir. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PA” ETT Birliyinin Ağstafa rayon şöbəsi tərəfindən verilmiş 25 noyabr 2019-cu il tarixli 491 saylı rəyi ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin daxilə nü fuz edən arxa hissəsinin, kürək nahiyələrinin çoxsaylı, sol gicgah və sol qulağın ön səthində saçmalı güllə yaraları oval formalı əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 31 oktyabr 2019-cu il tarixdə ov tüfəngindən atılmış güllənin dəyməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs Məhkum törətdiyi cinayət əməlinin obyektiv tərəfini hər iki zərərçəkən şəxsə münasibətdə eyni hərəkətlər təşkil edir. Yəni yuxarıda qeyd olunduğu kimi Məhkum 19,65 metr məsafədən əmisi Zərərçəkmiş şəxs1 və digər Zərərçəkmiş şəxs2 oturduqları çayxana istiqamətində tüfəngdən bir dəfə atəş açmış, nəticədə hər iki şəxs ağır zərər vurmaya aid xəsarətlər almışlar. Buna baxmayaraq həm ibtidai araşdırma orqanı, həm də aşağı instansiya məhkəmələri heç bir əsaslandırma aparmadan, Məhkum hərəkətlərini zərərçəkən şəxslərdən birinə, yəni Zərərçəkmiş şəxs1 münasibətdə adam öldürməyə cəhd, digər zərərçəkən şəxsə - Zərərçəkmiş şəxs2 münasibətdə isə qəsdən bədənə ağır zərər vurma kimi qiymətləndirmişlər. Halbuki, iş materiallarında Məhkum əmisi Zərərçəkmiş şəxs1 öldürmək niyyətinin olmasını, bu niyyəti həyata keçirməsi üçün onun konkret hansı hərəkətləri etməsini təsdiq edən sübutlar yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli ümumi təhlükəli üsulla adam öldürməyə cəhd kimi qiymətləndirilə bilməz. Belə ki, iş materiallarında olan ifadələrdən görünür ki, məhkumun Zərərçəkmiş şəxs1 öldürmə k niyyəti olmamış, atəş açmaqda məqsədinin ona xəsarət yetirməklə onu cəzalandırmaq olmuş və bu məqsədlə onun oturduğu istiqamətdə atəş açmış və bu zaman onunla yanaşı oturmuş Zərərçəkmiş şəxs2 da xəsarət almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə görə şəxs yalnız o cinayəti törətməyə görə təqsiləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Yəni cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən əlamətlər kimi ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını güman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlar onu deməyə əsas verir ki, Məhkum qəsdi Zərərçəkmiş şəxs1 öldürməyə yönəlməmişdir. Əgər Məhkum zərərçəkmiş şəxsi öldürmək istəsəydi, bunun üçün kifayət qədər imkan var idi. Toplanmış materialların təhlili belə bir nəticəyə gəlməyə kifayət qədər əsas verir ki, Məhkum Zərərçəkmiş şəxs1 atəş açması ilə bağlı qəsdi qeyri müəyyən olmuşdur. Ona görə də onun əməli faktiki baş vermiş nəticələrə görə qiymətləndirilməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 29, 120.2.4 və 126.2.4-cü maddələrindən CM-in 126.2.1 və 126.2.4-cü maddələrinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübu tlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə edilməsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qa rşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyini nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imk an verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxslərlə barışmış və sonuncuların ondan heç bir şikayət və tələbi yoxdur. CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəz ərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə görə Məhkum cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmin normaya görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübə si haqqında” 28 iyun 2002-ci il tarixli 2 saylı Qərarında qeyd edilir ki, cinayət törətmiş şəxslərin islah olunası nəinki onlara törətdikləri cinayətə görə şəxsiyyətlərinə və əməllərinin xarakterinə uyğun qanuni, obyektiv və ədalətli cəza verilməsindən, həmçinin azadlıqdan məhrum edilmiş məhkumlara cəzaçəkmə müəssisəsinin növünün düzgün tətbiq edilməsindən xeyli dərəcədə asılıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, De Cubber Belçikaya qarşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası CPM -in 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiya məhkəməsi həmin qərarı ləğv edə və ya dəyişdirə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2021-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4 və 126.2.4cü maddələrindən həmin Məcəllənin 126.2.1 və 126.2.4-cü maddələrinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.1 və 126.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsi n. Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar