Məhkəmə qərarları › İş №1(102)-1336/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1336/2022

20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1336/2022 20.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və onun müdafiəçisi X4 iştirakları ilə, Şəki Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi Navaid Abbasov tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 28 oktyabr 2020-ci il tarixli 1(046)-50/2020 nömrəli hökmü ilə xx xxxxxx 1960-cı ildə Göyçay rayonu Qarayazı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Göyçay rayonu Qarayazı kəndində qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2.-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 29 noyabr 2019-cu il tarixdə saat 18:10-da sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi oğlu Zərərçəkmiş şəxs3 mülkiyyətində olan QAZ- 270710 markalı **-BO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Göyçay rayonu Üngütlü kəndi ərazisində yerləşən «Maqnit» meyvə qəbulu anbarının qarşısından Göyçay-Ucar avtomobil yolununa daxil olduqda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub, hərək ət hissəsini əks istiqamətli hərəkət zolaqlarına ayıran 1.1-1.3 üfüqi nişanlanma xəttini kəsib keçən zaman üzü Ucar rayonu istiqamətinə doğru Zərərçəkmiş şəxs1 mülkiyyətində olan VAZ-21063 markalı ** BM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən Şahid1 hərəkət zolağına çıxıb sonuncunun hərəkəti üçün təhlükə yaradaraq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qanunun bu tələblərinə riayət etməməsi səbəbindən həmin avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Şahid1 idarə etdiyi avtomobili yararsız hala salıb zərərçəkmiş şəxsin hüquqi varisi X2 3700 manat, idarə etdiyi QAZ-270710 markalı **-BO*** dövlət nömrəli avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs3 isə 1790 manat ziyan vurmaqla, Şahid1 avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs2 sağ gözün buynuz qişanın mərkəzi bulanması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər və digər sərnişin Zərərçəkmiş şəxs1 isə döş qəfəsinin açıq travması, sağ ağ ciyərin yuxarı payının zədələnməsi, sağ İ-İİ-İİİ-İV-V-Vİ qabırğalarının qoltuqönü xətt üzrə yerdəyişən sınığı, daxili qanitirmə (1500,0 ml), sağ bazu sümüyünün aşağı 1/3-nin qapalı sınığı, döş qəfəsinin sağ qoltuqaltı nahiyəsinin, sağ dirsək oynağının arxa səthinin yaraları, döş qəfəsinin ön sağ nahiyəsinin, sağ mil bilək oynağının iç səthinin, sol diz oynağının arxa səthinin, sağ baldırın orta 1/3-nin ön səthinin sıyrıqları ilə nəticələnən ehtiyatsızlıqdan ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Gündüz Abbasov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və İmanverdi Şükürov) 1(107)-3/2022 nömrəli 31 mart 2022-ci il tarixli qərarı ilə Göyçay Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 1(046)-50/2020 nömrəli hökmü ilə cəzaya aid hissədə dəyişdirilmiş, hökmü Məhkum təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) il 06 (altı) aya artırılmışdır. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmişdir. Dövlət ittihamçısı2 kassasiya protesti və məhkumun müdafiəçisi Navaid Abbasov isə kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışı nın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestinin dəlillərini onunla əsaslandırmışdır ki, birinci instansiya və apelyasiya instansiyası məhkəmələri Məhkum təqsirli bilindiyi maddə ilə yüngül cəza təyin etmişlər. Belə ki, cinayət işi üzrə Məhkum törətmiş olduğu cinayət əməlinə görə onun barəsində cəza təyini zamanı sosial ədalətin bərpası, məhkumun islah edilməsi və cəzanın məqsədinə nail olunması istiqamətində ədalətli mövqe nümayiş etdirilməmiş, cinayət qanunvericiliyinin normalarına uyğun cəza təyin edilməmişdir. Məhkəmələr Məhkum barəsində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilk dərəcəsini, Məhkum ilk dəfə az ağır cinayət törə tməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanın ödəmək cəhdini, digər zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Birinci instansiya məhkəməsi Məhkum ilk dəfə az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirməkdə haqlı olmamışdır. Bundan başqa, Məhkum zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanın ödəmək cəhdi isə ona münasibətdə qanunun tələblərinə əməl olunmadan cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Məhkum məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilmiş, məhkəmə istintaqının sonunadək zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd göstərməmiş, yalnız məhkəmə istintaqının sonunda, məhkəmə çıxışlarından sonra ona təyin oluna biləcək ağır cəza təhdidi altında zərərçək miş şəxsə 1500 (min beş yüz) manat pul təklif etmiş, lakin zərərçəkmiş şəxs həmin pulu götürməkdən imtina etmişdir. Məhkum bu hərəkətlərində könüllülük və əməlindən səmimi peşmançılıq hissi olmamış, cinayət nəticəsində dəymiş ziyanı ödəməmiş, eyni zamanda başqa yolla aradan qaldırmamış və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməmiş, əksinə zərərçəkmiş şəxsin hüquqi varisi ondan şikayətçi olmuşdur. Ümumiyyətlə, məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə aldığı xüsusatların nə ilə sübut olunmasını hökmdə aydın göstərməmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutları təhlil və bir-biri ilə müqayisə etməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirməli, hər bir sübu tu mənsubiyyəti, mümkünlülüyü və mötəbərliyi üzrə qiymətləndirməli olduğu halda, qeyd edilən halları tam, hər tərəfli yoxlamamış və qiymətləndirməmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, müdafiə tərəfi işə apellyasiya qaydasında baxılarkən vəsatətlə çıxış edərək təkrar kompleks məhkəmə-yol nəqliyyat hadisələri və məhkəmə-trasoloji ekspertizası təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmiş, lakin apellyasiya instansiyası məhkəməsi əsassız olaraq vəsatəti təmin etməmişdir. Məhkəmə yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2020-ci il tarixli 31940 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edərək Məhkum təqsirli bilməkdə səhvə yol vermişdir. Həmin rəy həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı mübahisələndirilmiş, ekspertiza təyin edilməsinə dair müstəntiqin qərarını düzgün hesab etməmiş, qərarda göstərilən məlumatların doğru olmadığını, hadisə yerinə baxış protokolu və sxemin düzgün olmadığını, iş üzrə ziddiyyətli sxemin olmasına baxmayaraq bunlardan nəyə görə birinin qəbul edildiyini, digərinin qəbul edilməsini məhkəmə əsaslandırmamış, ziddiyyətləri aradan qaldırmamışdır. İttiham hökmünə əsasən, Məhkum təqsirli bilinmişdir ona görə ki, o, 29 noyabr 2019-cu il tarixdə QAZ- 270710 markalı **-BO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Göyçay rayonu Üngütlü kəndi ərazisində yerləşən «Maqnit» meyvə qəbulu anbarının qarşısından G öyçay-Ucar avtomobil yoluna daxil olduqda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub, hərəkət hissəsini əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.11.3 üfüqi nişanlanma xəttini kəsib keçmişdir. Apellyasiya Məhkəməsində, məhkəmə istintaqı zamanı istintaq və məhkəmə tərəfindən səhv olaraq Göyçay rayonu Üngütlü kəndi ərazisində yerləşən «Maqnit» meyvə qəbulu anbarının qarşısında, Göyçay-Ucar avtomobil yolunda üfüqi nişanlanma xətti (1.11.3) olduğunun göstərildiyini, ekspertin də bu səhv məlumatlar əsasında rəy verdiyini bildirmiş, həmin ərazidə üfüqi nişanlanma xəttinin və “1.1-1.3” nişanın olmadığını təsdiq edən fotoşəkilləri məhkəməyə təqdim etmiş, məhkəmə iclasında həmin fotoşəkillər tədqiq edilmiş və iş mate riallarına əlavə edilmişdir. Məhz bundan sonra məhkəmə bu halı müəyyən etmək üçün Daxili İşlər Nazirliyinə dəfələrlə sorğu edilmiş, nəticədə 12 yanvar 2022-ci il tarixli 016-3812-1222 nömrəli məktubu ilə Baş Dövlət Yol Polisi İdarəsindən cavab alınaraq müəyyən edilmişdir ki, R-13 Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonu Üngütlü kənd ərazisindən keçən hissəsində yol nişanlarında və cizgi xətlərində tərəflərindən heç bir dəyişiklik edilməmişdir. Bununla yanaşı, həmin ərazidə yerləşən “Maqnit” meyvə qəbulu anbarının sahibkarı tərəfindən qeyd olunan yol sahəsində giriş-çıxışın razılaşdırması barədə DİN-in Baş Yol Polisi İdarəsinə müraciət daxil olmamışdır. İttihamın əsasını təşkil edən bu halı müəyyən etmək üçün Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası 14 yanvar 2022-ci il tarixd ə yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, bir daha Göyçay rayonu Üngütlü kəndi ərazisində yerləşən «Maqnit» meyvə qəbulu anbarının qarşısında, Göyçay-Ucar avtomobil yolunda düz üfüqi nişanlarıma xətti və buna dair nişan (1.1- 1.3) olmadığını müəyyən etmişdir. Bununla da ümumiyyətlə Göyçay rayonu Üngütlü kəndi ərazisində yerləşən «Maqnit» meyvə qəbulu anbarının qarşısında, Göyçay-Ucar avtomobil yolunda ümumiyyətlə düz üfüqi nişanlanma xətti və buna dair nişan (1.1-1.3) olmadığı təsdiq edilmişdir. Bu hal təkzib edilməz sübutlarla təsdiq edilsə məhkəmə kollegiyası təkrar yolnəqliyyat hadisəsi ekspertizası keçirmək əvəzinə birinci instansiya məhkəməsinin Məhkum təqsirli olması barədə gəldiyi səhv nəticə ilə razılaşmış və hətta qərəzli olaraq təyin edilmiş cəzanı da artırmaqla məhkumun vəziyyətini ağırlaşdırmışdır. Göründüyü kimi məhkəmə kollegiyası məhkəmə iclasında sübutları tədqiq etsə də əsassız olaraq ekspertiza keçirilməsindən imtina etmiş, sübutları düzgün qiymətləndirməmiş, təqsirləndirilən şəxs Məhkum CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyət i üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Müdafiəçi Navaid Abbasovun kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkuma elan edilmiş ittihamda təqsiri məhkəm ə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, birinci instansiya məhkəməsi sübutları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə uyğun tədqiq etmədən qərəzli mövqe tutaraq, mümkün olmayan sübutlara əsaslanıb onun barəsində qanunsuz və əsassız olaraq ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı cinayət işinin materialları araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icra at zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sü butların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, Məhkum özünü qismən təqsirli bilsədə onun, qeyd olunan maddə ilə təqsiri cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti və apellyasiya protesti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin işin halların müəyyən edilməsi və məhkumun elan edilmiş ittiham üzrə təqsirli olmasına dair gəldiyi nəticə ilə sübut etmə hissəsində tam razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri əməlin tövsifi və təqsirləndirilən şəxsin cinayəti törətməsində təqsirliliyi barədə iş üzrə düzg ün nəticəyə gəlmişlər. İş materiallarından görünür ki, məhkəmələrin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Müdafiəçinin kassasiya şikayətinin hadisənin baş verdiyi avtomobil yolunda yolhərəkət qaydaları ilə nəzərdə tutulmuş 1.1-1.3 üfüqi nişanlanma xəttinin olmamasına dair dəlili, iş üzrə toplanmış sübutlara – hadisə yerinə baxış keçirilməsi barədə 29 noyabr 2019-cu il tarixli və hadisə yerinə əlavə baxış keçirilməsi barədə 30 noyabr 2019-cu il tarixli protokollara uyğun gəlmir və həmin sübutlarla təkzib olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hök mü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apelyasiya instansiyasında apelyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, Məhkum əmə li CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, Məhkum əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət- prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halla rı və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edi lmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Yekun məhkəmə qərarları qəbul edilərkən məhkəmələr tərəfindən araşdırılmış sübutlara Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Müdafiəçi Navaid Abbasov kassasiya şikayətində həmçinin qeyd etmişdir ki, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətləri təmin əsassız olaraq təmin olunmamış və rədd edilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görü nür ki, məhkəmə istintaqı zamanı birinci instansiya məhkəməsi verilmiş vəsatətləri müzakirə edib tərəflərin fikrini öyrənilməklə müvafiq qərarlar qəbul etmişdir. İşdən görünür ki, məhkəmə tərəfindən vəsatətlərə baxılarkən heç bir prosessual pozuntulara yol verilməmiş, vəsatətlərlə bağlı proses iştirakçılarının fikirləri dinləyib qərarları qəbul edilmişdir. Həmin qərarların əsassız olmasına dəlalət edən hallar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin bu dəlili də əsassızdır. Kassasiya protestinin başlıca dəlili Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası C M-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şə xsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictim ai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlü kəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. İşdən görünür ki, birinci instansiya məhkəməsi müvafiq olaraq hökm üzrə təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən onun ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanın ödəmək cəhdini, digər zərərçəkmiş şəxslər ondan şikayət və tələbinin olmadığını cəzanı yüngülləşdirən yal kimi nəzərə alıb ona əsas cəza kimi 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi apellyasiya protestini qism ən təmin edərək birinci instansiya məhkəməsinin hökmündə cəzasını yüngülləşdirən halları cinayət qanunvericiliyin normalarına uyğun olmadığını qeyd edərək, yüngüllüyünə görə açıq-aydın ədalətsiz və törədilmiş cinayətin ictimai təhlükəliliyinə, habelə təqsirləndirilən şəxsin şəxsiyyətinə adekvat olmayan hökm çıxarmasını nəzərə alıb təyin olunmuş cəzanı 4 il 6 aya artırmışdır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə kollegiyasının fikrincə Məhkum təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxsiyyətinə uyğun gəlir. Belə ki, Məhkum törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsi analoji kateqoriya cinayətlərdən daha yüksək ictimai təhlükəlilik dərəcəsi ilə fərqlənmir, cinayət işi üzrə Məhkum əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr işin hallarını və məhkumun şəxsiyyətini nəzərə alıb Məhkum təqsirli bilindiyi maddədə müəyyən edilmiş aşağı həddə cəza təyin etməklə onun islah oluna biləcəyi barədə nəticəyə gələrək həm milli qanunvericiliyinin normalarına, həm də Avropa Məhkəməsinin tövsiyələrinə düzgün əməl etmişlər. Məhkum təyin edilmiş cəza Azərbaycan Respublikası CM-in 41.1 və 58.3-cü maddələrinin tələbləri baxımından açıq-aşkar ədalətsiz cəza kimi qiymətləndirilə bilməz. Qərardan görünür ki, məhkəmə Məhkum təyin edəcək cəzanın növünü müəyyən edərkən məhkumun şəxsiyyətini və işin hallarını düzgün nəzərə almışdır. İşin materiallarında da Məhkum cəzasının ağırlaşdırılması üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya protestinin dəlilləri əsassızdır. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkum Ş.O.Qədirova təyin edilmiş cəzanın əsaslılığını müzakirə edərək onun cinayət törətməsində təqsirinin dərəcəsini də nəzərə alır. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi həm Ş.Q.Qədirovun, həm onun avtomobili ilə toqquşmuş avtomobilin sürücüsü Şah id1 təqsiri ucbatından baş vermiş və sonuncu da Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və onun barəsində cinayət işi ayrıca icraata ayrılmışdır. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protesti və kassasiya şikayəti ilə razılaşmayaraq həmin protest və şikayətin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli Məhkum haqqındakı qərarının həm kassasiya protestinə həm kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 mart 2022-ci il tarixli qərarı kassasiya protestinə və məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar