Məhkəmə qərarları › İş №1(102)-1336/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1336/2025

17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1336/2025 17.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2 iyul 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Hüseyinova Zeynalova Səkinə İrzəvan qızı tərəfindən verilmiş kassasiya protestinə və Məhkum kassasiya şikayəti adlandırdığı müraciətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2 iyul 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Tağıyev Vüsal Adıgözəl oğlu) Məhkum, xx xxxx 1990-cı il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, heç yerdə işləməmiş, əvvəllər Salyan Rayon Məhkəməsinin 14 d ekabr 2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 12 dekabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, ünvan 1 ünvanda yaşamış, CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 1 (bir) il 9 (doqquz) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qanunsuz olaraq komplekt hissəsi ilə birlikdə olan odlu silah və döyüş sursatını əldə etmə, saxlama, daşıma və üzərində gəzdirmə c inayətini törətmişdir. Belə ki, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq komplekt hissəsi ilə birlikdə odlu silah və döyüş sursatı əldə etdikdən sonra üzərində saxlamaqla özü ilə Bakı şəhəri, Nərimanov rayonu Keşlə dəmir yolu stansiyasına daşımış, Biləcəri st. XPŞ-nin əməkdaşları tərəfindən əvvəlcədən hazırlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində 17 yanvar 2024-cü il tarixdə saat 01:40 da Keşlə dəmir yolu stansiyası ərazisində saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 2 ünvanında yerləşən Biləcəri st. XPŞ-yə gətirilmiş və həmin gün saat 03:05-də üzərində şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarın arxa sağ tərəfdən içərisinə keçirilmiş vəziyyətdə 1 (bir) ədəd Tula silah zavodunda istehsal olunmuş, Tokarev (T T) konstruksiyalı, saz vəziyyətdə, atəşə yararlı, seriya-nömrəsi silinmiş, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, yivli odlu silah 7,62 mm kalibrli tapança, tapançanın üzərindən bir ədəd zavod üsulu ilə hazırlanmış, 8 (səkkiz) ədəd 7,62x25 mm kalibrli patron tutumuna malik olan, təyinatı üzrə istifadəyə yararlı, Tokarev (TT) konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan sandıqça, əynindəki qara rəngli gödəkçənin sol iç cibindən isə zavod üsulu ilə istehsal olunmuş, Tokarev (TT), «GESKA ZBROCOVKA» konstruksiyalı tapançalarda, «PPŞ», «PPS» konstruksiyalı tapança-pulemyotlarda və sair yivli odlu döyüş silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş, pistonlan mərkəzdən alışan, 5 ədəd ataşə yararlı, 7,62 mm kalibrli döyüş sursatı aşka r edilərək götürülmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2 iyul 2024-cü il tarixli hökmündən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı Zakirzadə Babək Yamən oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əyyubov Fərid İlham oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Əliyev Emin Zöhrab oğlundan ibarət tərkibdə) 10 sentyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, hökm isə həmin apellyasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Hüseyinova Zeynalova Səkinə İrzəvan qızı kass asiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində cəza təyin etmənin prinsipləri, şərtləri, qaydaları və əsasları təsbit edilmiş CM-in müvafiq normalarına və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) bir sıra müddəalarına, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununa, BMT-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokola, Avropa Komissiyası və Avropa Şurası tərəfindən “Pis rəftarla və cəzasızlıqla” mübarizə adlı Birgə Proqram çərçivəs ində hazırlanmış Ümumi hesabata, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 dekabr 2003-cü il tarixli qərarına, işin müəyyən edilmiş faktiki hallarına, həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı S.İ.Hüseyinova Zeynalova kassasiya protestini belə əsaslandırmışıdr ki, Məhkum əvvəllər də məhkum olunmuş, onun həmin məhkumluğu ödənilmədən o, yenidən odlu silahın və döyüş sursatının qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş və bu hallar onun əməlinin və şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət edən hallardır. Lakin, Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmələr həm bu halları, həm də iş üzrə cəzanı yüngülləşdirən ha lların müəyyən edilməməsini, əksinə, iş üzrə onun əməlində cinayətlərin residivi olması kimi cəzanı ağırlaşdıran halın olmasını kifayət qədər nəzərə almamış, nəticədə isə ona təqsirli bilindiyi CM-in 228.1-ci maddəsi ilə cəzanın məqsədini təmin etməyən açıq-aşkar yüngül cəza təyin edilmişdir. Kassasiya protesti müəllifinin qənaətinə görə, həmin cəzanın həddi yüngüllüyünə görə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə, mövcud məhkəmə təcrübəsinə, eləcə də ölkəmizdə bu sahədə aparılan qabaqlayıcı-profilaktik tədbirlərə uyğun olmamış, onun və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuş, nəticədə isə, eyni cinayət ə məlləri törətmiş və barəsində oxşar hallar olan şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cinayət qanununun xəbərdaredici funksiyasının əhəmiyyətinin itirilməsi təhlükəsi yaranmışdır. Dövlət ittihamçısı həmçinin qeyd etmişdir ki, son dövrlərdə daxili işlər orqanlarının əməkdaşlarına qarşı qanunsuz olaraq əldə olunmuş odlu silahlarla müqavimət göstərmə halları təhlil edilərkən Məhkum törətdiyi cinayətin aktuallığı daha da nəzərə çarpır. Belə ki, Azərbaycan Respublikası Dövlət Statistik Komitəsinin rəsmi statistik məlumatlarından aydın görünür ki, 2022-ci il ərzində ölkədə odlu silahdan istifadə edilməklə törədilmiş 42 cinayət qeydə alınmış, onlardan da 13-ü qəsdən adam öldürmə cinayətləri olmuşdur. Dövlət ittihamçısı S.İ.Hüseyinova Zeynalovanın fikrin cə, bu məlumat da yuxarıda göstərilən hallarla birlikdə Məhkum onun təqsirli bilindiyi cinayətə görə daha ağır cəzanın təyin edilməsi şərtləndirildiyindən kassasiya protesti təmin edilməklə hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Eyni zamanda Məhkum də kassasiya şikayəti adlandırdığı, lakin bu şikayətində heç bir dəlil irəli sürmədən ərizə ilə Ali Məhkəməyə müraciət edərək barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya protestinə və Məhkum kassasiya şikayəti adı altında Ali Məhkəməyə ünvanladığı müraciətinə baxılmasının vaxtı və yeri haqqında cin ayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir.. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.imranovun rəyini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum iştirakı olmadan baxılmasını mümkün saymışdır. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsi n olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı S.İ.Hüseyinova Zeynalova apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində Məhkum açıq-aşkar yüngül cəzanın təyin edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul edilməsi barədə tələbini CPMin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-in 416.1.21-ci maddəsinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarı nı kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutlar ın mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəm ə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qə rarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum məhkəməyədək icraat dövründə verdiyi etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələrinə, məhkəmə-ballistik ekspertizasının 17 yanvar 2024-cü il tarixli 24/127 saylı və 14 fevral 2024-cü il tarixli 3-16-16/2-3/133 saylı rəylərinə, şəxsi axtarışın və götürmənin aparılması haqqında, bir sıra digər istintaq hərəkətlərinin aparılması haqqında protokollara, maddi sübutlara və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-in 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkumun ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi və bu əməlinin CM-in 228.1-ci maddəsi ilə tövsif edilməsi haqqında nəticəyə gəlmişlər. Kassasiya protestinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılıb-araşdırılmaması, onların düzgün qiymətləndirilib-qiymətləndirilməməsi, Məhkum təqsirinin sübuta yetirilib-yetirilməməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər dövlət ittihamçısı S.İ.Hüseyinova Zeynalova tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası da bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür və həmin protestin dəlillərinə cavab verilməsi üçün əvvəla qeyd edir ki, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sur satı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə əməllərini törətmiş şəxsin CM-in 228.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə və bu maddənin sanksiyasında nəzərdə tutulmuş iki ilədək müddətə islah işləri, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalarındırılmasına səbəb olur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda məhkəmələr tərəfindən Məhkum barəsində seçilmiş cinayət-hüquqi xarakterli tədbirin açıq-aşkar yüngül olmasına dair kassasiya protes tində göstərilən, əsasən də mülahizə xarakterli dəlillərin və həmin dəlillərə əsasən irəli sürülmüş tələbin qəbuledilməz olmasını müəyyən edir, məhkuma təyin olunmuş cəzanın – 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının yüngül hesab edilməsi və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün isə əsaslar görmür. Məhkum təyin edilmiş cəzanın açıq-aşkar yüngül olması barədə kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası əvvəla qeyd edir ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmdən verilmiş apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxıb iş üzrə müvafiq yekun qərar qəbul etməklə onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsiri müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidirlər (CPM-in 8.05-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasıyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəza nın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduqda məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəbl ərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Bundan başqa, məhkəmə kollegiyası vurğulayır ki, cinayət törətmiş şəxsə təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bütün təsvir edilənlər isə cinayət qanunvericiliyinin aşağıdakı normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında sərgilədiyi hüquqi mövqedən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrindən irəli gəlir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictima i təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərp ası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən kassasiya qaydasında baxılmış işlərin təhlili göstərir ki, məhkəmələr baxdıqları işlər üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında, bir qayda olaraq, təqsirləndirilən şəxsə onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsinin mümkünsüzlüyünü deyil, daha yüngül cəzanın təyin edilməsinin məqsədə uyğunluğunu əsaslandırmağa çalışırlar, lakin CM-in 58.1-ci maddəsinin ikinci cümləsinin tələbləri baxımından heç bir əsaslandırma aparmırlar. Məhkəmə kollegiyası isə hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə yuxarıda göstərilən qaydada, yəni CM-in 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. Hazırki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından görünür ki, məhkəmələr Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən məhz CM-in 58.1-ci maddəsinin tələblərindən çıxış edərək bu məsələ ilə bağlı gəldikləri nəticəni kifayət qədər əsaslandırmış, lakin dövlət ittihamçısı ilə yanaşı, bu aktlarda iş üzrə CM-in 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi haqda səhv mövqe sərgiləmişlər. Halbuki, cinayət işinin materiallarından görünür ki, Məhkum himayəsində 20 noyabr 2015-ci il tarixdə anadan olmuş, yəni azyaşlı X8 var, bu hal iş materiallarına əlavə edilmiş sonuncunun AZE seriyalı 11408828 nömrəli şəxsiyyət vəsiqəsi ilə təsdiq olunur və həmin vəsiqədə uşağın atasının Məhkum, anasının isə - X olmaları göstərilmişdir. Bu hal isə CM-in 59.1.4-cü maddəsində cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur ki, CM-in 58.3-cü maddəsinin tələblərinə görə də, şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti ilə yanaşı cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Təsadüfi deyil ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum barəsində tərtib edilmiş ittiham aktında da sonuncunun himayəsində azyaşlı uşağının olması CM-in 59.1.4cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmiş, buna baxmayaraq nə işə mahiyyəti üzrə baxan məhkəmələr, nə də ki birinci instansiya məhkəməsinin hökmündən apellyasiya protesti, apellyasiya instansiyası məhkəməsinin yekun qərarından isə kassasiya protesti vermiş dövlət ittihamçıları buna nəzər yetirməyərək düzgün olmayan, yəni iş üzrə cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi barədə nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası isə hesab edir ki, təhlil edilən hala görə birinci instansiya məhkəməsinin məhkəmə iclasında dövlət ittihamını müdafiə etmiş prokuror B.Y.Zakirzadənin onun təklif etdiyi kimi, Məhkum təqsirli bilindiyi CM-in 228.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının ən yuxarı həddində cəzanın təyin edilməsini istisna etmişdir, baxmayaraq ki, apellyasiya və kassasiya protestlərinin dəlilləri də əsasən məhz bu təklifdən qaynaqlanmışıdır. Kassasiya protestinin məzmunundan görünür ki, onun müəllifi bu hala ümumiyyətlə münasibətini bildirməmiş, müdafiə tərəfi də həmin halı mübahisələndirməyərək apellyasiya instansiyası məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli qərarından kassasiya şikayət i verməmişdir (yuxarıda göstərildiyi kimi, məhkumun kassasiya şikayəti adlandırdığı müraciətində istər bu halla, istərsə də digər hallarla heç bir dəlil irəli sürülməmişdir). Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-in 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuş və apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum cəza təyin olunarkən həmin məhkəmə sonuncunun əməlində cinayətlərin residivinin, yəni CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halın müəyyən edilməsini nəzərə alaraq bu hala görə müvafiq növdə və həddə cəzanın təyin edilməsinə dair qanunvericiliyin tələblərini pozmamış, eyni z amanda həmin məsələni həll edərkən Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini də kifayət qədər nəzərə almışdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Məhkum əvvəllər Salyan Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş az ağır cinayəti qəsdən törətməkdə təqsirli bilinərək CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 12 dekabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və bu tarixdən hesablanmaqla iki il müddət keçməmiş, yəni qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilmədən və ya götürülmədən 17 yanvar 2024-cü il tarixdə hazırk i iş üzrə təqsirli bilindiyi yenə də qəsdən az ağır cinayəti törətmişdir. CM-in 83.1-ci maddəsinə əsasən isə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinin tələbindən görünür ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsində təsbit edilmişdir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hiss əsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Məhkum tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. CM-in 18.1-ci maddəsində müəyyən edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-in 65.1-ci maddəsinə görə, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağ ırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törəd ilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. İş üzrə toplanmış sübutların cinayət qanununun yuxarıda təsvir edilmiş tələbləri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ilə müqayisəli təhlili göstərir ki, işə baxan məhkəmələr düzgün olaraq əvvəllər qəsdən cinayət törətmiş Məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən az ağır cinayət törətməsində residivinin yaranması halını görmüş, bu halı CM-in 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal kimi qiymətləndirib həmin halı nəzər almış və sonuncuya CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hətta bu maddədə müəyyən edilmiş həddən də yuxarı olan həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq bilmişlər. Belə olan halda məhkəmə kollegiyası Məhkum təyin edilmiş cəzanın açıq aşkar yüngül hesab edilməsi üçün heç bir əsas görmür və bununla bağlı yalnız mülahizələr üzərində qurulmuş kassasiya protestinin dəlillərini əsassız və qəbul edilməz sayır. Çünki, əvvəla, həmin protestin müəllifli öz müraciətində Məhkum təyin olunmuş cəzanın məqsədlərinə xidmət etməməsini hər hansı mötəbər dəlilə əsaslanmadan kifayət qədər əsaslandırmamış və məhkəmə kollegiyasını buna inandıra bilməməmişdir. Digər tərəfdən dövlət ittihamçısı hazırki işə heç bir aidiyyəti olmayan bir sıra statistik məlumatlara əsaslanıb Məhkum qanunsuz olaraq əldə edib saxladığı və üzərində gəzdirdiyi odlu silahdan və ona aid olan döyüş sursatından istifadə etməklə başqa cinayətləri də törədə biləcəyi barədə ehtimal xarakterli dəlillər irəli sürsə də, belə halların da baş verəcəyini təsdiq edən sübutlar istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə iclaslarında əldə edilməyərək araşdırılmamış, sonuncuya qarşı isə odlu silahı və döyüş sursatını qanunsuz əldə etməklə hər hansı başqa cinayəti və ya cinayətləri törətməyə hazırlıq görməsinə görə ittiham irəli sürülməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, işə mahiyyəti üzrə baxaraq Məhkum barəsində cəza tədbirinin seçilməs i məsələsini həll edərkən qanunvericiliyin aşağıda təsvir edilmiş tələblərinə də əməl etmiş (CM-in 59.1.4-cü maddəsində göstərilən cəzanı yüngülləşdirən halı nəzərə almamaları istisna olunmaqla), eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında əksini tapmış hüquqi mövqeyi və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrini nəzərə almışlar. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsas landırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-in 349.5-ci maddəsinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaət ini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin şəxsin barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayətlə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya M əhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları) “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi n əticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictim ai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipin dən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il ta rixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Kassasiya protestində istinad olunan bir sıra beynəlxalq müqavilələrdə əksini tapmış müddəaların Məhkum cəzanı n təyin edilməsi zamanı nəzərə alınmamasına dair dəlillərə cavab olaraq isə məhkəmə kollegiyası qeyd edir ki, həmin sənədlərdə əsasən bu və ya digər cinayəti, o cümlədən odlu silahların, döyüş sursatlarının və partlayıcı maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərini törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri və cəzalandırılmalı tövsiyə edilir ki, hazırki iş üzrə cinayət təqibini aparan orqan və məhkəmələr bu tövsiyələrə əməl edərək qanunsuz olaraq odlu silahı və döyüş sursatını əldə edərək üzərində saxlamış və gəzdirmiş Məhkum cinayət məsuliyyətinə cəlb olunmasını, sonradan isə bu əmələ görə barəsində çıxarılmış ittiham hökmü ilə təqsirli bilinərək cəzalandırılmasını təmin etmiş, bununla da qeyd olunan tövsiyələrə də əməl olunmuşdur. Kassasiya protestində göstər ilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Hazırki iş üzrə 10 sentyabr 2024-cü il tarixli qərarından apellyasiya instansiyası məhkəməsi tərəfindən bu kimi çatışmazlıqlara yol verilməsi görünmür. Məhkəmə kollegiyası Məhkum tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərə cəsini, onun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, təyin edilmiş cəzanın məhkumun islah olunmasına xidmət edə bilməsini nəzərə alaraq bu məsələ ilə bağlı həm birinci, həm də apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, ona təyin olunmuş cəzanı isə ədalətli və qanuni hesab edir və bu cəzanın ağırlaşdırılması üçün əsaslar görmür. Bütün yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin dəlillərini qəbul edilməz sayır və qeyd edir ki, təsvir edilənlər apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilm əsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını və kassasiya protestinin dəlillərini nəzərdən keçirib həmin protestin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməli, Məhkum CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2024cü il tarixli qərarı isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkum kasssiya şikayəti adlandırdığı müraciətinə gəldikdə isə, məhkəmə kollegiyası iş üzrə gəldiyi qənaəti nəzərə alaraq hesab edir ki, həmin müraciətdə heç bir dəlil irəli sürülmədiyindən həmin müraciət də təmin olunma malıdır ona görə ki, CPM-in 419-cu maddəsinin tələblərinə uyğun olaraq kassasiya instansiyası məhkəməsi kassasiya müraciətlərinə onların müəllifləri tərəfindən irəli sürülmüş dəlillər həcmində baxaraq, habelə bu dəlillərdən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməsini yoxlayaraq CPM-in 419.10-cu maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul edir, müraciətdə heç bir dəlil irəli sürülmədiyi halda isə belə müraciətin təmin olunması üçün əsaslar yaranmır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı S.İ.Hüseyinova Zeynalovanın kassasiya protesti və Məhkum kassasiya şikay əti adlandırdığı müraciəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 sentyabr 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar