Məhkəmə qərarları › İş №1(102)-1337/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1337/2021

26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1337/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin və Zərərçəkmiş şəxs iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsin in cinayət kollegiyasının 12 mart 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Qalib Rizvanov tərəfindən verilmiş kassasiya protesti, Zərərçəkmiş şəxs və məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim M.Ə.Bağırov, hakimlər D.H.İmanov və N.T.Əliyevdan ibarət tərkibdə) 1(100)-191/2020 nömrəli 12 noyabr 2020-ci il tarixli hökmü ilə 07 avqust 1982-ci ildə Kəlbəcər rayonu Yellicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşaqları olan, işsiz, məhkumluğu olmayan, Daşkəsən rayonu Quşçu kəndində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1-ci maddəsi ilə təqsirli b ilinib 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 31 dekabr 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 30 dekabr 2019-cu il tarixdə təxminən saat 11 radələrində yaşadığı Daşkəsən rayonu, Quşçu kəndində kommunal borclarını ödəmək məqsədilə poçt şöbəsinin inzibati binası istiqamətində küçə ilə hərəkətdə olarkən, torpaq mübahisəsinə görə aralarında kəskin münasibətləri olan X4, Zərərçəkmiş şəxs və X3 ilə qarşılaşmış, həmin vaxt şəxsi münasibətlər zəminində sonuncularla aralarında baş vermiş mübahisə zamanı üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsinin sol arxa-yan səthinə bir dəfə zərbə endirib həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Elçin Xasməmmədov, hakimlər Teyyub Muxtarov və Əlizamin Abdullayevdən ibarət tərkibdə) 1(104)-138/2021 nömrəli, 12 mart 2021-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı M.R.Rəhimov tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi2 verdiyi ka ssasiya şikayətində xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 12 mat 2021-ci il tarixli qərarı ləğv edilsin, Məhkum bəraət verilməsi barədə qərar qəbul edilsin, həmin qərardan narazı qalan dövlət ittihamçısı Qalib Rizvanov verdiyi kassasiya protestində xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 12 mat 2021-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilsin, həmçinin həmin qərardan narazı qalan Zərərçəkmiş şəxs verdiyi kassasiya şikayətində xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 12 mat 2021-ci il tarixli qərarı dəyişdirilsin və Məhkum əməli Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilsin. Kas sasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu kassasiya protestinin dəlillərini onunla əsaslandırır ki, Gəncə Apellyasiya Məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarı əsassızdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi hadisənin birbaşa şahidləri olmuş Ərəstun xxxun zərərçəkmiş şəxsin qardaşı, İsməli xxxun isə atası olmaqla yaxın qohumları olmasını nəzərə alsaq, Zərərçəkmiş şəxs xəsarət yetirilməsinin hər bir halda onlara əzab verməsi qəbul ediləndir. Həmin halın təqsirləndirilən şəxs tərəfindən dərk edilməsinə gəldikdə isə, məsələnin yalnız təqsirləndirilən şəxsin dərk etməsi fonunda həll edilməsi özü-özlüyündə yanlışdır. Belə ki, təqsirləndirilən şəxsin, hər bir halda, daha ağır əməllə məsuliyyətə cəlb edilməsinə imkan ya radan, kiməsə əzab verdiyini dərk etməsi barədə ifadə verməsi ağlabatan deyildir. Məhkəmənin Məhkum Zərərçəkmiş şəxs xəsarət yetirərkən sonuncunun qardaşı və atasına xüsusi əzab verdiyini dərk etməməsi qərarına gələrkən nəyə əsaslanması müəyyən deyildir. Qeyd edilən hal cinayətin subyektiv cəhətinə aid olmaqla yalnız təqsirləndirilən şəxsin hərəkətlərində və ifadəsində əks olunur. İş materiallarından görünür ki, Məhkum ilkin ifadəsindən məhkəmənin sonunadək verdiyi bütün ifadələrində ona istinad edilən əməli törətmədiyini, Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirmədiyini, əksinə hadisə zamanı özünün xəsarət aldığını bildirmişdir. Belə olan halda, məhkəmənin Məhkum Zərərçəkmiş şəxs sonuncunun atasının və qardaşının yanında ağır xəsarət yetirərkən onlara xüsusi əzab verdiyini dərk etməməsi b arədə gəldiyi qərar anlaşılan deyildir. İş materiallarında qeyd edilən halla bağlı hər hansı sübut olmadığı, təsdiq olunmadığı halda məhkəmə əsassız olaraq işin faktiki hallarına uyğun gəlməyən nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi istintaq zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs hadisədən sonra Məhkum atası və digər qohumlarının bir neçə dəfə onların yaşadığı evə gələrək üzrxahlıq etməklə barışıq əldə etmələri üçün müraciət etdiklərini bildirmiş, həmin danışıqların hadisənin Məhkum tərəfindən törədilməsini bir daha sübut etdiyi üçün istifadəsində olan mobil telefonla öz evində baş tutmuş danışığı iştirakçıların da məlumatı olduğu şəraitdə apardığı video çəkilişi 02 ədəd CD diskə köçürüb sübut kimi tanınması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə isə həmin CD disklərdə öz əksini tapan video görüntülərin qanunvericiliyin tələblərinə uyğun əldə edilməməsi, yəni həmin görüntülərin həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olması əsası ilə onları sübut kimi qəbul etməmişdir. Apellyasiya məhkəməsinin məhkəmə kollegiyasının qənaətinə görə həmin sübutlar zərərçəkmiş tərəfindən gizli yolla əldə edildiyindən, orada danışıqları keçən şəxslərin iradəsindən asılı olmayaraq əldə edildiyindən, xüsusən diskdə kimin olması və kimin danışıqlar aparması qeyri-müəyyən qaldığından həmin danışıqların məzmununun sübut kimi qəbul edilməsi yolverilməz olardı. Həmçinin onu da qeyd etmək yerinə düşər ki, həmin diskdə sübut kimi qəbul edilməsi tələb olunan məlumatlar yeganə sübutlar deyil, təqsirləndirilən şəxsin təqsiri başqa mötəbər sübutlarla kifayət qədər sübut a yetirilir. Məhkəmə həmin sübutlar əldə edilərkən qanunvericiliyin hansı tələblərinin pozulmasını, yaranma mənbəyinə və əldə edilməsi hallarına olan şübhələrin nədən ibarət olmasını əsaslandırmamış, formal qərar qəbul etmişdir. İş üzrə təqdim edilmiş 02 ədəd CD diskdə olan məlumatlar əməlin təqsirləndirilən şəxs Məhkum tərəfindən törədilməsi halını təsdiq edir, bundan başqa, videoçəkiliş zərərçəkmiş şəxsin evində aparılmış, orada iştirak edənlərin bu barədə məlumatı olmuş, videoçəkiliş zərərçəkmiş şəxsin mobil telefonu vasitəsilə aparılmaqla çəkilişin əsli həmin telefonun yaddaşında saxlanılmışdır. Qeyd edilən bu hallar məhkəmə istintaqı zamanı müəyyən edilmiş, həmin CD disklərin sübut qismində tanınmasını istisna edən hər hansı hal müəyyən edilməmişdir. Belə olan halda, məhkəmənin həmin hissədə gəldiyi qərar tam əsassız olmuşdur. Yuxarıda sadalananlardan göründüyü kimi məhkəmə təqsirləndirilən şəxsin əməlinin tövsifini hər hansı sübut olmadığı halda əsassız olaraq əhəmiyyətli dərəcədə dəyişdirməklə işin hallarına uyğun olmayan nəticəyə gəlmiş və əsassız olaraq 02 ədəd CD diskdə olan məlumatları sübut kimi qəbul etməmişdir. Bununla da, məhkəmə cinayət və cinayət-prosessual qanunvericiliyin normalarını, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarından irəli gələn mövqeyini və mövcud məhkəmə praktikasını nəzərə almamışdır. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırır ki, Gəncə Apellyasiya Məhkəməsinin 12 mart 2021-ci il tarixli əsassız və qanunsuz olduğu üçün ləğv edilməli və Məhkum bəraət verilməlidir. Belə ki, iş üzrə he ç bir şahid hadisə zamanı Məhkum əlində bıçağın olmasını görməmişdir. Məhkəmənin istinad etdiyi trasoloji və tibbi ekspertiza rəylərində biri-digərinə ziddir. İş materiallarında olan trasoloji ekspertizanın nəticəsinə əsasən zərərçəkmiş şəxsin maykasında heç bir kəsici və deşici əlamət yoxdur, üst paltar olan jaketin isə sökük, didik olması və kəsici əlamətində hansı mexanizm ilə bıçağın vurulması müəyyən deyil. Müdafiə tərəfi hesab edir ki, təqsirləndirilən Məhkum əməlində onun təqsirli bilindiyi maddi hüquq normamın tərkib əlamətləri yoxdur. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin ifadələri, zərərçəkmiş şəxsin atası İsməli xxxun və qardaşı Ərəstun xxxun ifadəsi təqsirləndirilən şəxsin ifadəsindən də görünür ki, tərəflər arasında düşmənçilik olmuş və düşmənçilik onlar arası nda İsməli xxxun yolu bağlayaraq torpaq sahəsini mənimsəməsi və sonra isə qanunsuz olaraq ona verilməsi ilə yaranmışdır. Bundan əlavə istintaqın ən başlanğıcından belə zərərçəkmiş şəxslər Məhkum onların gözü qarşısında İsmayıl Abbasovu vurması barədə bir dəfədə olsun heç bir ifadə vermirlər ancaq istintaqdan 3 ay keçəndən sonra dəfələrlə dindirilmiş zərərçəkmiş şəxs, onun atası, qardaşı və gəlinləri bu barədə istintaqa məlumat verirlər. Əgər təqsirləndirilən Məhkum xüsusi ilə amansızlıq etmək istəyərək bunu dərk etmək istəyirsə bəs niyə bircə dəfə zərbə endirir, bir neçə zərbələr endirərək xüsusi əzab vermək niyyətində olardı. Həmçinin iş üzrə dindirilmiş şahidlər belə heç biri Məhkum Zərərçəkmiş şəxs vurması barədə heç birinin görmədiyini bildirirlər. İşdə dolayı sübut kimi məhkəmə tərəfi ndən hüquqi qiymətləndirilmiş şahid kimi ifadə vermiş taksi sürücüsünün və qəsəbənin mərkəzində duran şahidin ifadəsi əsasında hansı ki, həmin şahidlər düşmənçilik aparan Zərərçəkmiş şəxs atasının və qardaşının onlara bildirdiyi məlumat əsasında bu ifadələri vermişlər. Həmçinin cinayət işi üzrə Məhkum əlinin qanaması hansı səbəbdən yaranmasında məhkəmə tərəfindən hüquqi olaraq qiymətləndirilməmişdir. Məhkəmənin iş üzrə bioloji ekspertizanın rəyi və məhkəmə istintaqı zamanı hadisə yerindən götürülmüş qan izlərinin də kimə məxsusluğu barədə verilmiş vəsatətə hüquqi qiymətləndirilməməsi Məhkum əməlinin düzgün olaraq tövsif etməməsi kimi qiymətləndirilməlidir. İş materiallarında olan liftli ekspertizanın nəticələrinin yenə də məhkəmə tərəfındən təqsirləndirilən Məhkum Zərərçəkmiş şəxs xəsarə t yetirməsi ilə bağlı gəldiyi nəticə kimi qiymtləndirilməsi əsassızdır. Belə ki, iş materiallarından da göründüyü kimi Məhkumla zərərçəkmiş təqsirləndirilən şəxsə yaxınlaşaraq onu itələyərək hadisə yerindən getməsini bildirdiyi onun ifadəsindən görünür, bu isə təmas olaraq liflərin uyğunluğunun olmasını inkar etmir. Məhkəmənin iş üzrə yalnız düşmənçilik və ədavət mövqeyi baxımından zərərçəkmiş şəxsin və onun atasının və qardaşının ifadəsi və dolayı sübut əsasında təqsirləndirilən Məhkum ittiham etməsi barədə hökm çıxartması əsassızdır və təqsirləndirilən şəxs barəsində yalnız bəraət hökmü çıxarılmalıdır. Məhkəmə istintaqı zamanı həmçinin zərərçəkmiş şəxsin özünün ifadəsinə əsasən üzünün çönərək evləri tərəfə getməsi ilə onun arxadan vurulması barədə bildirdiyi ifadə yenə də təqsirləndirilə n şəxsin onu vurmasını görməməsinə dəlalət edir, əgər məhkəmə onun ifadəsini mötəbər sübut hesab edirsə bu faktı da nəzərə almalı idi. Cinayət qanunvericiliyinin maddi hüquqi əsasının tələblərinin pozulması ilə baxılmış hazırki cinayət işi üzrə çıxarılmış məhkəmə aktı ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul edilə bilməz. Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırır ki, Gəncə Apellyasiya Məhkəməsinin 12 mart 2021-ci il tarixli qərarı əsassızdır. Belə ki, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. İbtidai istintaq zamanı Məhkum Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsi ilə ittiham irəli sürülsə də, məhkəmə istintaqı zamanı onun əməli əsassız olaraq Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmələr əməli tövsif edərkən qeyd etmişdir ki, “hadisə zərərçəkmiş şəxsin qardaşının və atasının gözləri qarşısında baş versə də lakin təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxınlarına əzab verdiyini dərk edə bilməz”. Birinci və apellyasiya məhkəmələrinin mövqeyi qeyd edildiyi kimi, məhkum edilmiş şəxsin zərərçəkmiş şəxsə xəsarət yetirən zaman həmin xəsarəti orada olan qardaşının və atasının yanında yetirdiyini dərk etməməsinə dair hər hansı bir sübut arqument irəli sürməmişdir. Əskinə hər iki instansiya məhkəməsi zərərçəkmiş şəxsin qardaşının və atasının hadisə yerində olmasını mübahisələndirməmişdir. Yəni məhkəmələr zərərçəkmiş şəxsin yaxınları qarşısında vurulması ilə razılaşmışdılar. Bu baxımdan məhkum edilmiş şəxsin yaxınlarının gözləri qarşısında vurulmasını qəbul e tmişlər. Məhkəmələrin zərərçəkmiş şəxsin yaxınlarının gözləri qarşısında vurulmasının onlara güclü emosional sarsıntı keçirməsini, əzab və iztirab keçirməsini arzu etməməsinə dair hər hansı bir fikir irəli sürməmişdir. Məhkəmə qərarlarında buna dair hər hansı bir əsaslı fikir görmək mümkün deyildir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətin ə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materialla rına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya protestinin və kassasiya şikayətlərinin apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olması barədə dəlillərinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyasında apellyasiya protestinin və apellyasiya şikayətlərini n bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası bu barədə protestin və şikayətlərin dəlillərini əsassız sayır. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin başlıca dəlili hazırkı cinayət işi üzrə məhkuma bəraət verilməməsinin qanunsuz və əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, Məhkum məhkəmə istintaqında özünü təqsirli bilməsə də, onun qeyd edilən cinayət əməllərini törətməsi iş üzrə zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə həm cinayət hadisəsi, həm cinayət əməlinin Məhkum tərəfindən törədilməsi tam təsdiq edilir. Məhkumun müdafiəçinin ekspertiza rəyi ilə əlaqədar (zədə ilə xəsarətin üst üstə düşməməsi) dəlilinə gəldikdə isə, qeyd olunmalıdır ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə trasoloji ekspertizasının (alət və vasitə izlərinin, tamın hissələr üzrə eyniləşdirilməsinin tədqiqi) 25 fevral 202 0-ci il tarixli, 99 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus uzunqol gödəkcənin və qolsuz poluverin üzərində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Təqsirləndirilən şəxs Məhkum məxsus uzunqol poluverin üzərində olan “a” və “b” zədələri və maykanın üzərində olan 01 ədəd zədə fiziki qüvvənin təsiri ilə, dartılma nəticəsində yaranmağa xarakterik dartılıb-cırılma zədələridir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübi və X6 şəhər şöbəsinin 03 yanvar 2020-ci il tarixli, 08 saylı rəyində göst ərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus uzunqol gödəkcənin və qolsuz poluverin üzərində olan zədələr müqayisə edilmiş və müəyyən olunmuşdur ki, bədəndə yerləşən “döş qəfəsinin sol arxa-yan səthinin daxilə keçən V qabırğanın kəsilməsi, sol ağciyərin və ürək kisəsinin zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yarası” xəsarəti ilə gödəkcənin və poluverin səthində olan zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Kollegiya müdafiəçinin kassasiya şikayətinin üzrə bu dəlilini də əsassız hesab edir. Dövlət ittihamçısı Qalib Rizvanovun kassasiya protestinin və Zərərçəkmiş şəxs kassasiya şikayətinin məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə düzgün tövsif edi lməməsi barədə dəlillərinə gəlincə isə kassasiya kollegiyası qeyd edir ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsi ilə tövsif edilməsi üçün xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə əməl qeyd olunan maddə ilə tövsif edilməlidir. İş materiallarından görünür ki, həm birinci instansiya, həm də ki, apellyasiya instansiyası məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, Məhkum 30 dekabr 2019-cu il tarixdə təxminən saat 11 radələrində yaşadığı Daşkəsən rayonu, Quşçu kəndində kommunal borclarını ödəmək məqsədilə poçt şöbəsinin inzibati binası istiqamətində küçə ilə hərəkətdə olarkən, torpaq mübahisəsinə görə aralarında kəskin münasibətləri olan X4, Zərərçəkmiş şəxs və X3 ilə qarşılaşmış, həmin vaxt şəxsi münasibətlər zəminində sonuncularla aralarında baş vermiş mübahisə zamanı üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsinin sol arxa-yan səthinə bir dəfə zərbə endirib həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə təqsirləndirilən şəxs Məhkum əməlini ittiham üzrə verdiyi CM-in 126.2.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edərkən hadisəni zərərçəkmiş şəxsin qardaşının və atasının gözləri qarşısında baş ver sə də təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxınlarına əzab verdiyini dərk edə bilmədiyi kimi izah etmişdir. Əməlin Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsi ilə tövsifi zamanı nəzərə almaq lazımdır ki, burada söhbət sadə amansızlıqdan deyil, xüsusi amansızlıqdan, yəni təqsirkarın müstəsna dərəcədə rəhmsizliyindən, qəddarlığından gedir. Qeyd edilən tövsifedici əlamət o zaman mövcud olur ki, təqsirkar zərərçəkmiş şəxsə sonuncunun yaxın qohumlarının gözü qarşısında xəsarət yetirməklə yanaşı, onun hərəkəti məhz zərərçəkmiş şəxsin yaxın qohumlarına əzab verməyə yönəlmişdir, yəni zərərçəkmiş şəxsə xəsarət yetirərkən onun yaxın qohumlarına əzab verdiyini dərk edir və bir qayda olaraq bunu arzu edir. Lakin cinayət işi üzrə məhkumun zərərçəkmiş şəxsə xəsarət yetirərək sonuncunun yaxın q ohumlarına əzab vermək niyyətini, habelə bunu dərk etməsini təsdiq edən heç bir hal müəyyən edilməmişdir. Belə ki, Məhkum həm ibtidai istintaq, həm də məhkəmə istintaqında göstərmişdir ki, əvvəllər də aralarında ədavət, narazılıq olduğuna görə zərərçəkmişin ailə üzvləri arasında söyüşmə şəkilində mübahisələr olmuşdur. Hadisə yerində olmuş şahid X5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Abbasla İsməli, İsmayıl və Ərəstunun arasında mübahisə baş vermiş, mübahisə zamanı Ərəstun Abbas tərəfə daş atmış, Abbasla İsmayıl əlbəyaxa olmuş, sonra isə Abbas İsmayıldan aralanaraq ona tərəf qaçmış, ona çatanda Abbasın əlindən qan axmış, Abbas ona İsməlinin, İsmayılin və Ərəstunun onun yolunu kəsib təklədiklərini bildirmişdir. Beləliklə bu hadisə zamanı zərərçəkmişə bir dəfə bıçaq zə rbəsi vurulmuş, zərbə qəflətən endirilmişdir. Təqsirkarın məqsədi zərərçəkmişdən qisas almaq olsa da bir dəfə zərbə vurulması şəraitində onun həm də zərərçəkmişin yaxın qohumlarına əzab vermək üçün onu vurması, yaxud xüsusi amansızlıq məqsədi güdməsi inandırıcı deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarında qeyd edilir ki, “Qəsdən adam öldürmə” cinayətinin tövsifedici əlaməti olan xüsusi amansızlıqla bağlı həmin qərarda göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq n ormasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum əməlinə hüquqi qiymət verərkən və onun törətdiyi cinayət əməlinin tövsifini müəyyənləşdirərkən sübutların CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq qiymətləndirilməsini düzgün həyata keçirmişdir. Odur ki, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Kassasiya protestinin digər dəlili isə məhkəmə istintaqına təqdim edilmiş 2 ədəd CD diskin sübut kimi qəbul olunmamasının əsassız olmasıdır. Bununla bağlı apellyasiya instansiyası öz qərarın əsaslandırma apararaq qeyd etmişdir ki, sözü gedən disklərdə olan məlumatlar ondan ibarət olmuşdur ki, təqsirləndirilən şəxsin yaxın qohumları zərərçəkmişin və onun ailə üzvlərinin evinə gələrək onlarla barışmağa cəhd edir, şikayətlərini geri götürməyə sövq edir. Zərərçəkmiş tərəf isə onların danışıqlarını gizli yolla qeydə alır və sonradan məhkəməyə sübut kimi təqdim edir ki, cinayət təqsirləndirilən şəxs Məhkum tərəfindən törədilməmişdirsə, belə olan halda niyə onun yaxınları barışmağa cəhd edirlər. Azərbaycan Respublikası CPM-nin 125.2-ci maddəsində sübutların mümkünlüyü məsələsi həll edilmişdir. Həmin Məcəllənin 125.1-ci maddəsində qeyd edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Qanunvericilik sübutun əldə edilməsi ilə bağlı olan pozuntuları onun mümkünlüyünü şübhə altına alan amil kimi qiymətləndirmişdir. Sözü gedən sübutlar zərərçəkmiş tərəfindən gizli yolla əldə edildiyindən, orada danışıqları keçə n şəxslərin iradəsindən asılı olmayaraq əldə edildiyindən, xüsusən diskdə kimin danışıqlar aparması qeyri-müəyyən qaldığından həmin danışıqların məzmununun sübut kimi qəbul edilməsi yolverilməzdir. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq protestin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm ə həmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün qanunda göstərilmiş halların heç biri müəyyən edilmir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq protestin və şikayətlərin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 12 mart 2021-ci i l tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxsin kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısınin kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 12 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar