Məhkəmə qərarları › İş №1(102)-1337/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1337/2022

27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1337/2022 27.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum2 müdafiəçisi Müdafiəçi5, Məhkum3 müdafiəçisi Müdafiəçi6 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-372/2022 nömrəli, 30 mart 2022-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi5 və Məhkum3 müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum2 xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır.

2. Məhkum3 xx xxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşamışdır. 3. 25 fevral 2021-ci il tarixli ittiham aktına görə Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbayc an Respublikası CM”) 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 4. 08 aprel 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum2 və Məhkum3 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

5. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum2, 12 aprel 2010-cu il tarixdən "xxxx" ASC-nin Əməliyyat Departamentinin İnkassasiya şöbəsinin Bankomatlarla iş qrupunda kassir, 1 oktyabr 2012-ci il tarixdən həmin bankın Qiymətlilərlə iş şöbəsinin kassiri vəzifəsində işləyərkən, onunla 12 aprel 2010-cu ildə bağlanmış əmək müqaviləsi və tam fərdi maddi məsuliyyət haqqında tipik müqaviləsinə əsa sən özü və istərsə də başqasının hesabına heç bir əlavə əməliyyat aparmamalı, işəgötürənin və ya onun rəhbər işçilərinin yazılı və şifahi sərəncamlarını və ya əmrlərini, təlimatlarını, qərarlarını şərtsiz yerinə yetirməli, işəgötürənin ona həvalə etdiyi əmlaka, sənədlərə, pul vəsaitinə və digər maddi vəsaitlərə görə tam maddi məsuliyyət daşımalı, öz fəaliyyəti və ya fəaliyyətsizliyi ilə işəgötürənə zərər vurduğu halda məsuliyyət daşımalı, zərərin qarşısının alınması üçün tədbirlər görməli, ona həvalə olunmuş dəyərlilərin qorunub saxlanılmasının təmin edilməsinə təhlükə yaradan bütün hallar, maddi itkiyə səbəb olacaq və ya işəgötürənin nüfuzuna, etibarlılığına xələl gətirə biləcək istənilən vəziyyətin yaranması faktları barədə məlumat verməli, dəyərlilər ilə əməliyyatların aparılması və onl arın saxlanması üçün müəyyənləşdirilmiş qaydalara ciddi riayət etməli, habelə «Bankomatlarla nağd pulun inkassasiyasına dair» daxili prosedur qaydalarına əsasən bankomatların inkassasiya qrupunun üzvləri kassa məxaric orderi əsasında götürdükləri nağd pul vəsaitlərinə görə, bölüşdürülmüş iş qrafikinə uyğun olaraq tabeçiliklərində olan bankomatların nağd pul vəsaitinin qalıqlarına görə bərabər şəkildə tam maddi məsuliyyət daşımalı, bankomatların inkassasiya qrupu iki əməkdaşdan ibarət olmalı, müvafiq qaydada bunlardan biri bankomatın açarı, digəri bankomat seyfinin kodu ilə təchiz olunmalı, hər biri müvafiq qaydada onlara təqdim edilmiş açar və yaxud kodu birbirinə bildirməməyə və gizli saxlanılması barədə öhdəlik götürməli, həmin əməkdaşlar qeyd olunan öhdəliyi pozduqları halda qanunverici liyə uyğun olaraq məsuliyyət daşımalı, ayda bir dəfə və yaxud zərurət yarananda bankomat tam boşaldılmalı, inkassasiya qrupunun üzvləri çıxarılmış kasetləri və bankomatın çap qurğusundan götürülmüş kağız lentini müvafiq qaydada bankın mərkəzi kassasına çatdırmalı, nağd pulun qalığını bankomatın hesabındakı məbləğin qalığı ilə tutuşdurub uçot məlumatları ilə üzləşdirməli, kassa mədaxil orderini hazırlayaraq bankın mərkəzi kassasına mədaxil etməli, fərq aşkar edildikdə müvafiq akt tərtib etməli, bankomatın qapısı və onun içində olan seyfin qapıları tələblərə uyğun açılandan sonra bankomatların inkassasiya qrupunun üzvlərinin hər ikisinin mütləq iştirakı ilə seyfdəki kasetlər çıxarılaraq yeniləri ilə əvəz edilməli, bankomatın çap qurğusundan götürülmüş kağız lentini çıxarılmış kasetlərə əlavə etməli, əvəzetmədən sonra qrupun üzvü (kod sahibi) bankomatın daxilində olan seyfin qapısını örtərək, kodu gizli şəkildə daxil edib seyfin qapısını, digər üzvü isə (açar sahibi) bankomatın arxa hissəsindən bankomatın qapısını bağlamalı, qrupun hər iki üzvünün mütləq iştirakı ilə bankomat qaydalara uyğun testdən keçirilməli olduğu halda, həmin normativ sənədlərin tələblərinə əməl etməyərək, qeyd edilənlərə görə öhdəlik daşıyan maddi məsul vəzifəli şəxs kimi həmin şöbənin baş kassiri Məhkum1 və kassiri Məhkum3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib xidməti vəzifəsinin icrası ilə əlaqədar sonuncular və özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, 2015-ci ilin noyabr-dekabr, 2016-cı ilin yanvar-fevral aylarında nağd pul vəsaitinin çatışmazlığı ilə əlaqədar bankomatlara pul vəsaitinin torbalarla aparılıb yerində yüklənməsinə, bir bankomatdan götürülmüş pul vəsaitinin faktiki olaraq xəzinəyə mədaxil edilmədən digər bankomata yüklənməsinə bank rəhbərliyinin verdiyi razılığa, habelə bankomatların həmin aylarda boşaldılmamasına görə yaranmış şəraitdən istifadə edib, mərkəzi xəzinədən və ya digər bankomatlardan götürdüyü pul vəsaitinin bir hissəsini bankomatlara yükləmədiyi halda, həmin şöbənin baş kassiri Məhkum1 və kassir Məhkum3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə informasiya resursu olan bankomatlarda quraşdırılmış avtomatlaşdırılmış məlumat bazasına guya pul vəsaitinin tam yüklənməsi, habelə bankomatdan faktiki götü rdüyü vəsait barədə düzgün olmayan, yəni guya daha az məbləğ götürülməsi barədə biləbilə yalan məlumatları daxil etməklə qeyd edilən şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində onlara etibar edilmiş "xxxx" ASC-yə məxsus pul vəsaitini qulluq mövqelərindən istifadə edərək mənimsəməklə talamaq məqsədilə Şirvan, Neftçala və Bakı şəhərinin ayrı-ayrı rayonlarının ərazisində yerləşən həmin banka məxsus cəmi 12 bankomata, o cümlədən, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, X5rşısında yerləşən 086 saylı bankomata mədaxil olunan 4.427.860 manat pul vəsaitindən 12.080 manatını, Şirvan rayonunun ərazisində yerləşən 111 saylı bankomata mədaxil olunan 1.616.854 manat pul vəsaitindən 61.491 manatını, Bakı şəhəri, Səbaii rayonu, Bakı Dəniz Limanın yaxınlığında yerləşən 136 saylı bankomata mədaxil olunan 753.358 manat pul vəsaitindən 24.980 manatını, Şirvan rayonunun ərazisində yerləşən 395 saylı bankomata mədaxil olunan 1.631.110 manat pul vəsaitindən 192.300 manatını, ünvan 5 ünvanında yerləşən 879 saylı bankomata mədaxil olunan 923.132 manat pul vəsaitindən 69.966 manatını, Neftçala rayonu, Mirzəqurbanlı kəndi ərazisində yerləşən 1095 saylı bankomata mədaxil olunan 549.980 manat pul vəsaitindən 5.000 manatını, Bakı şəhəri, Suraxanı rayonu, Ziğ şossesi, Sex № 3 ünvanında yerləşən 1184 saylı bankomata mədaxil olunan 590.724 manat pul vəsaitindən 14.984 manatını, Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən 119 ünvanda yerləşən 1331 sayilı bankomata mədaxil olunan 1.011.980 manat pul vəsaitindən 80.968 manatını, Bakı şəhəri, Nəsimi rayonu, "Turan Market” adlı dükanda yerləşən 13 74 saylı bankomata mədaxil olunan 952.527 manat pul vəsaitindən 29.950 manatını, ünvan 8 ünvanda yerləşən 1691 saylı bankomata mədaxil olunan 557.002 manat pul vəsaitindən 29.699 manatını, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 165 ünvanda yerləşən 1834 saylı bankomata mədaxil olunan 63.000 manat pul vəsaitindən 5.000 manatını, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 1835 saylı bankomata mədaxil olunan 221.041 manat pul vəsaitindən 10.010 manatını, bununla da həmin bankomatiara mədaxil olunan ümumilikdə 13.298.568 (on üç milyon iki yüz doxsan səkkiz min beş yüz altmış səkkiz) manat pul vəsaitindən 536.428 (beş yüz otuz altı min dörd yüz iyirmi səkkiz) manatını 2015-ci ilin noyabr-dekabr, 2016-cı ilin yanvarfevral aylarında şəxsən və əlbir olduğu Məhkum1 və Mə hkum3 vasitəsilə götürərək aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək onlara etibar olunmuş "xxxx" ASC- yə məxsus 536.428 (beş yüz otuz altı min dörd yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaitini həmin Cəmiyyətə vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəməklə talamış, həmin hərəkətləri ilə "xxxx" ASC-nin nüfuzuna xələl gətirib, əmlak hüquqlarının müdafiəsi, vətəndaşlar qarşısında öhdəliklərinin layiqincə icrası və nüfuzunun qorunub saxlanılmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla Məhkum1 və Məhkum3lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, sonuncularla qabaqca dan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə informasiya resurslarına bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir.

6. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum3, 15 aprel 2008-ci il tarixdən "xxxx" ASC-nin İnzibati Departamentinin sürücüsü, 15 oktyabr 2012-ci il tarixdən həmin bankın Qiymətlilərlə iş şöbəsinin kassiri vəzifəsində işləyərkən, onunla 15 aprel 2008-ci il tarixdə bağlanmış əmək müqaviləsi və tam fərdi maddi məsuliyyət haqqında tipik müqaviləsinə əsasən özü və istərsə də başqasının hesabına heç bir əlavə əməliyyat aparmamalı, işəgötürənin və ya onun rəhbər işçilərinin yazılı və şifahi sərəncamlarını və ya əmrlərini, təlimatlarını, qərarlarını şərtsiz yerinə yetirməli, işəg ötürənin ona həvalə etdiyi əmlaka, sənədlərə, pul vəsaitinə və digər maddi vəsaitlərə görə tam maddi məsuliyyət daşımalı, öz fəaliyyəti və ya fəaliyyətsizliyi ilə işəgötürənə zərər vurduğu halda məsuliyyət daşımalı, zərərin qarşısının alınması üçün tədbirlər görməli, ona həvalə olunmuş dəyərlilərin qorunub saxlanılmasının təmin edilməsinə təhlükə yaradan bütün hallar, maddi itkiyə səbəb olacaq və ya işəgötürənin nüfuzuna, etibarlılığına xələl gətirə biləcək istənilən vəziyyətin yaranması faktları barədə məlumat verməli, dəyərlilər ilə əməliyyatların aparılması və onların saxlanması üçün müəyyənləşdirilmiş qaydalara ciddi riayət etməli, habelə «Bankomatlarla nağd pulun inkassasiyasına dair» daxili prosedur qaydalarına əsasən bankomatların inkassasiya qrupunun üzvləri kassa məxaric orderi əs asında götürdükləri nağd pul vəsaitlərinə görə, bölüşdürülmüş iş qrafikinə uyğun olaraq tabeçiliklərində olan bankomatlarm nağd pul vəsaitinin qalıqlarına görə bərabər şəkildə tam maddi məsuliyyət daşımalı, bankomatların inkassasiya qrupu iki əməkdaşdan ibarət olmalı, müvafiq qaydada bunlardan biri bankomatın açarı, digəri bankomat seyfinin kodu ilə təchiz olunmalı, hər biri müvafiq qaydada onlara təqdim edilmiş açar və yaxud kodu bir-birinə bildirməməyə və gizli saxlanılması barədə öhdəlik götürməli, həmin əməkdaşlar qeyd olunan öhdəliyi pozduqları halda qanunvericiliyə uyğun olaraq məsuliyyət daşımalı, ayda bir dəfə və yaxud zərurət yarananda bankomat tam boşaldılmalı, inkassasiya qrupunun üzvləri çıxarılmış kasetləri və bankomatın çap qurğusundan götürülmüş kağız lentini müvafiq qaydada bankın mərkəzi kassasına çatdırmalı, nağd pulun qalığını bankomatın hesabındakı məbləğin qalığı ilə tutuşdurub uçot məlumatları ilə üzləşdirməli, kassa mədaxil orderini hazırlayaraq bankın mərkəzi kassasına mədaxil etməli, fərq aşkar edildikdə müvafiq akt tərtib etməli, bankomatın qapısı və onun içində olan seyfin qapıları tələblərə uyğun açılandan sonra bankomatların inkassasiya qrupunun üzvlərinin hər ikisinin mütləq iştirakı ilə seyfdəki kasetlər çıxarılaraq yeniləri ilə əvəz edilməli, bankomatın çap qurğusundan götürülmüş kağız lentini çıxarılmış kasetlərə əlavə etməli, əvəzetmədən sonra qrupun üzvü (kod sahibi) bankomatın daxilində olan seyfin qapısını örtərək, kodu gizli şəkildə daxil edib seyfin qapısını, digər üzvü isə (açar sahibi) bankomatın arxa hissəsindən bankomatın qapısını bağlamalı, qrupun hər iki üzvünün mütləq iştirakı ilə bankomat qaydalara uyğun testdən keçirilməli olduğu halda, həmin normativ sənədlərin tələblərinə əməl etməyərək, qeyd edilənlərə görə öhdəlik daşıyan maddi məsul vəzifəli şəxs kimi həmin şöbənin baş kassiri Məhkum1 və kassiri Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib xidməti vəzifəsinin icrası ilə əlaqədar sonuncular və özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, 2015-ci ilin noyabr-dekabr, 2016-cı ilin yanvar-fevral aylarında nağd pul vəsaitinin çatışmazlığı ilə əlaqədar bankomatlara pul vəsaitinin torbalarla aparılıb yerində yüklənməsinə, bir bankomatdan götürülmüş pul vəsaitinin faktiki olaraq xə zinəyə mədaxil edilmədən digər bankomata yüklənməsinə bank rəhbərliyinin verdiyi razılığa, habelə bankomatların həmin aylarda boşaldıimamasına görə yaranmış şəraitdən istifadə edib, mərkəzi xəzinədən və ya digər bankomatlardan götürdüyü pul vəsaitinin bir hissəsini bankomatlara yükləmədiyi halda, həmin şöbənin baş kassiri Məhkum1 və kassir Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyətilə informasiya resursu olan bankomatlarda quraşdırılmış avtomatlaşdırılmış məlumat bazasına guya pul vəsaitinin tam yüklənməsi, habelə bankomatdan faktiki götürdüyü vəsait barədə düzgün olmayan, yəni guya daha az məbləğ götürülməsi barədə biləbilə yalan məlumatları daxil etməklə qeyd edilən şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində onlara etibar edilmiş "xxxx" ASC-yə məx sus pul vəsaitini qulluq mövqelərindən istifadə edərək mənimsəməklə talamaq məqsədilə Şirvan, Neftçala və Bakı şəhərinin ayrı-ayrı rayonlarının ərazisində yerləşən həmin banka məxsus cəmi 12 bankomata, o cümlədən, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, X5rşısında yerləşən 086 saylı bankomata mədaxil olunan 4.427.860 manat pul vəsaitindən 12.080 manatını, Şirvan rayonunun ərazisində yerləşən 111 saylı bankomata mədaxil olunan 1.616.854 manat pul vəsaitindən 61.491 manatını, Bakı şəhəri, Səbail rayonu, Bakı Dəniz Limanın yaxınlığında yerləşən 136 saylı bankomata mədaxil olunan 753.358 manat pul vəsaitindən 24.980 manatını, Şirvan rayonunun ərazisində yerləşən 395 saylı bankomata mədaxil olunan 1.631.110 manat pul vəsaitindən 192.300 manatını, ünvan 10 ünvanında yerləşən 879 saylı banko mata mədaxil olunan 923.132 manat pul vəsaitindən 69.966 manatını, Neftçala rayonu, Mirzəqurbanlı kəndi ərazisində yerləşən 1095 saylı bankomata mədaxil olunan 549.980 manat pul vəsaitindən 5.000 manatını, Bakı şəhəri, Suraxanı rayonu, Ziğ şossesi, Sex № 3 ünvanında yerləşən 1184 saylı bankomata mədaxil olunan 590.724 manat pul vəsaitindən 14.984 manatını, Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən 119 ünvanda yerləşən 1331 saylı bankomata mədaxil olunan 1.011.980 manat pul vəsaitindən 80.968 manatını, Bakı şəhəri, Nəsimi rayonu, "Turan Market" adlı dükanda yerləşən 1374 saylı bankomata mədaxil olunan 952.527 manat pul vəsaitindən 29.950 manatını, ünvan 8 ünvanda yerləşən 1691 saylı bankomata mədaxil olunan 557.002 manat pul vəsaitindən 29.699 manatını, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 165 ünvanda yerləşən 1834 saylı bankomata mədaxil olunan 63.000 manat pul vəsaitindən 5.000 manatım, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 1835 saylı bankomata mədaxil olunan 221.041 manat pul vəsaitindən 10.010 manatını, bununla da həmin bankomatlara mədaxil olunan ümumilikdə 13.298.568 (on üç milyon iki yüz doxsan səkkiz min beş yüz altmış səkkiz) manat pul vəsaitindən 536.428 (beş yüz otuz altı min dörd yüz iyirmi səkkiz) manatını 2015-ci ilin noyabr-dekabr, 2016-cı ilin yanvarfevral aylarında şəxsən və əlbir olduğu Məhkum1 və Məhkum2 vasitəsilə götürərək aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək onlara etibar olunmuş "xxxx" ASC-yə məxsus 536.428 (beş yüz otuz al tı min dörd yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaitini həmin Cəmiyyətə vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəməklə talamış, həmin hərəkətləri ilə "xxxx" ASC-nin nüfuzuna xələl gətirib, əmlak hüquqlarının müdafiəsi, vətəndaşlar qarşısında öhdəliklərinin layiqincə icrası və nüfuzunun qorunub saxlanılmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla Məhkum1 və Məhkum2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə informasiya resurslarına bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir.

7. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-866/2021 nömrəl i, 17 noyabr 2021ci il tarixli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə və bank sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə və bank sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələr inə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Məhkum2 qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə və bank sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 11 fevral 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Məhkum2 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmişdir.

8. Həmin hökmlə Məhkum3 Azərbaycan Respubl ikası CM-nin 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə və bank sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə və bank sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplam aq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Məhkum3 qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə və bank sahəsində vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 11 fevral 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Məhkum2 Azərbaycan Respublikası CPM-nin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmişdir.

9. Hökmlə həmçinin Məhkum1 da təqsirli bilinərək məhkum edilmişdir.

10. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum2 müdafiəçisi Mü dafiəçi5 apellyasiya şikayəti verib hökmün dəyişdirilməsini, Məhkum2 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməklə cəzasının şərti hesab edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Məhkum2 himayəsində iki azyaşlı uşağının (xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X4) olması və eyni zamanda yaşayış yeri üzrə müsbət xarakterizə olunması məhkəmə tərəfindən nəzərə alınmamışdır.

11. Hökmdən Məhkum3 müdafiəçisi Müdafiəçi6 apellyasiya şikayəti verib, hökmün ləğv edilməsini və Məhkum3 bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, iş materiallarında 536,428 manat məbləğin Səfərəliyev Pərviz tərəfindən mənimsənilməsini təsdiq edən heç bir sübut yoxdur. 1

2. Hökmdən Məhkum1 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və Məhkum1 bəraət verilməsini xahiş etmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-372/2022 nömrəli, 30 mart 2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxslərin müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-866/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

14. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkumlar Məhkum2 müdafiəçisi Müdafiəçi5 və Məhkum3 müdafiəçisi Müdafiəçi6 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

15. Məhkum3 müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eynidir, müdafiəçi onları təkrarlamaqla hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibinin əlamətləri olmadığına görə, sonuncuya bəraət verilməsini xahiş edir.

16. Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eyni olmuş, müdafiəçi onları təkrarlamaqla məhkum edilmiş şəxsə təyin olunan cəza mübahisələndirmişdir. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2022-ci il tarixli qərarın ləğv edilməsini, cinayət işinin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir.

17. Zərərçəkmiş hüquqi şəxs Məhkum2 müdafiəçisi Müdafiəçi 5 tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. III. Hüquqi məsələlər

18. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

19. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

20. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

21. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsasları Azərbaycan Respublikası CPM-nin 416cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən hallardan (ən azından onlardan biri) olduqda, apellyasi ya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

22. Məhkum2 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsə təyin edilən cəzanı mübahisələndirərək, xahişini faktiki olaraq məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-cı maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

23. Məhkum3 müdafiəçisi Müdafiəçi6 kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibinin olmadığını qeyd edib Məhkum3 bəraət verilməsini xahiş edərək, faktiki olaraq xahişini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.6-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

24. Odur ki, məhkəmə kollegiyası məhkumların müdafiəçilərinin kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

25. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törət məkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Ple numunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

26. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun t örədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

27. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

28. Cəzanın məqsədini təsvir edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

29. İstinad edilən maddi və prosessual cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədaləti n bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

30. Məhkəmə kollegiyası müdafiəçinin məhkum edilmiş şəxs Məhkum2 daha yüngül cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə yuxarıda istinad edilən maddi cinayət-hüquqi normalarına uyğundur. Belə ki, məhkəmələr cəza təyin edərkən Məhkum2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını ağırlaşdıran halın olmamasını, habelə ki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alaraq, qanunla müəyyən edilmiş məqsədinə xidmət edən ədalətli cəza təyin etmiş, o c ümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

31. Məhkəmə kollegiyası həmçinin Müdafiəçi6 məhkum edilmiş şəxs Məhkum3 əməlində cinayət tərkibinin əlamətləri olmadığına görə ona bəraət verilməsi barədə dəlillərini də əsassız hesab edir.

32. Belə ki, Məhkum3 ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməllini törətməsi faktı birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.

33. Müdafiəçinin Məhkum3 yuxarıda təsvir edilən əməlləri törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri (cinayəti törətməməsi, təqsirliliyinin sübuta yetirilməməsi barədə iddiaları) apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və işin digər materialları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq məhkum edilmiş şəxslərin, şahidlərin ifadələrinin, maliyyə və ekspertiza sənədlərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların mə cmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, məhkum edilmiş şəxslərin cinayət əməlinin hüquqi tövsifi məsələsi ilə bağlı düzgün nəticəyə gələrək Məhkum1, Məhkum3 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir.

34. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum3 hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyn i zamanda Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313-cü maddələrinin dispozisiyasından və Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum3 əməlində ona ittiham edilən cinayətin tərkibinin olması, bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instans iyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum3 əməlinin Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə tövsif edilməsi, bu maddələrlə onların təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib şərh olunduğundan, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.

36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə ke çirilmiş, məhkumlara cinayət hadisəsinin öz mənafeylərinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın də yişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

37. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumlar Məhkum2 müdafiəçisi Müdafiəçi5 və Məhkum3 müdafiəçisi Müdafiəçi6 tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-372/2022 nömrəli, 30 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum2 müdafiəçisi Müdafiəçi5 və Məhkum3 müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-3 72/2022 nömrəli, 30 mart 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar