Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1337/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxxx 1996-cı ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, himayəsində 1 azyaşlı övladı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə və CM-nin 240.1-ci maddəsi ilə bəraət almasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Cabbarlı Bəhruz Qənbər oğlu təX13ndən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin 3 noyabr 2022-ci il tarixli hökmü ilə (hakim N.M.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən, xx.xx.20 22-ci il tarixdən xx.xx.2022ci il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 4 gün müddət onun cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Məhkum Azərbaycan Respublikasının CM-in 240.1-ci maddəsi ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı təX13ndən apellyasiya protesti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 yanvar 2023-c3 il tarixli qərarı ilə (hakimlər: İ.H.Şükürov (sədrlik edən), A.M.Eyvazov və X.H.Səmədov) apellyasiya protesti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsini n 3 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı təX13ndən Məhkum CM-in 234.2 və 240.1-ci maddələri ilə ittiham olunur ondan ötrü ki, o, istintaqa məlum olmayan şəraitdə və mənbədən təmiz çəkisi 1.773 qram olan psixotrop maddə metamfetamini və 01 ədəd şüşə ampulada içərisində 0.1 qram maye halında narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan Tramadolu satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, üzərində saxlayaraq daşımış və həmin psixotrop maddə və güclü təsir edən maddə xx.xx.2022-ci il tarixdə saat 15:16-da ünvan 2 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında Məhkum üzərindən aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı təX13ndən verilmiş kassasiya protestində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi təX13ndən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, ona görə də təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifində səhvə yol verilmiş və CM-in 240.1-ci maddəsi ilə ona əsassız olaraq bəraət verilmişdir. Məhkəmə Məhkum əməlini CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edərkən, həmçinin CM-in 240.1-ci maddəsi ilə sonuncuya bəraət verərkən gəldiyi nəticəni onunla əsaslandırmı şdır ki, məhkəmə istintaqı zamanı Məhkum qanunsuz olaraq əldə etdiyi və üzərində saxladığı ümumilikdə təmiz çəkisi 1,773 qram təşkil edən psixotrop maddə metamfetamini və 0.1 qram maye halında narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan Tramadolu saxlamasında satış məqsədinin olması heç bir sübut növü ilə öz təsdiqini tapmır. Protest müəllifinin fikrincə, məhkəmənin qeyd olunan mövqeyi əsassız olmaqla, gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Belə ki, iş materiallarında Məhkum ilə müxtəlif şəxslər arasında narkotik vasitələrin dövriyyəsi ilə bağlı çoxsaylı SMS mətnləri mövcuddur. Hətta Məhkum mesajlarının birində “Örxan. bu. men. oz. nomremdi. 1qizm. var. on. cana. and. olsun, pirablemsz. adamdi. ruslanöm. cetn. 2qatidi. yanmda. bxb. s ora, alarsan, qardawi.turmededi.un. yana, getmycn. ver. valah. sen. xetri. cox. istrem.5m.bdamci.alnca.val ah.superde. maldı. 3m.50q.al11dne. qaib. me. he. yox. de. istemesn.bwqasna. dym” məzmununda SMS yazması Məhkum aşkar şəkildə narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edir. Məhkum məhkəmə istintaq zamanı ifadəsində həmin mesajda qeyd etdiyi narkotik vasitələrin özünün olmadığını, Şahid4 məxsus olduğunu, sonuncuya məxsus narkotik vasitələri digər şəxslərə almaları üçün təriflədiyini bildirmişdir. Lakin, işin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Məhkum ona məxsus narkotik vasitəni digər şəxsə təklif etməsi ilə bağlı yalan danışdığını, ola bilsin ki, Məhkum özünə məxsus narkotik vasitələri digər şəxslərə təklif etməsini bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətlili yi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr təX13ndən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı təX13ndən verilmiş kassasiya protestində Məhkum əməlinin hüquqi tövsifi və əssasız olaraq ona CM-in 240.1-ci maddəsi ilə bəraət verilməsi mübahisə edilir. Apellyasiya instansiyası məhkəm əsinin qərarı müdafiə təX13ndən mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası yalnız dövlət ittihamçısı təX13ndən verilmiş kassasiya protestinə münasibətdə məhkəmə qərarına münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” görə; Azərbaycan Respublikası CM-in 240.1-ci maddəsində “Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, h ədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun m əhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər təX13ndən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011-ci il tarixli Qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın ol ması və işin digər halları nəzərə alınmalıdır Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslanaraq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum ibtidai araşdırma orqanı təX13ndən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmiş cinayət əməlinin birinci instansiya məhkəməsi təX13ndən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinə, CM-in 240.1-ci maddəsi ilə isə ona bəraət verilməsinə dair gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Məhkum ona qarşı irəli sürülmüş ittihamla bağlı özünü təqsirli bilməyərək ifadəsində narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olduğunu, xx.xx.2022-ci il tarixdə Maşad küçəsində gedərkən yerdə bir ədəd büküm gördüyünü və yerdən götürüb içərisinə açıb baxarkən içərisindən bir ədəd sellofan bükümdə patı,yəni metamfetamin olduğunu,digər bükümdə limon duzu olduğunu, bundan başqa bir ədəd də üzərinə “Tramadol” yazılmış ampula olduğunu gördüyünü və həmin bükümdə olan iki ədəd sellofan bükümü və am pulanı cibinə qoyaraq üzərində saxladığını, bundan sonra təxminən saat 14:35 radələrində Ağdaş şəhəri Maşad küçəsində piyada yol gedərkən polis əməkdaşlarının ona yaxınlaşaraq üzərində narkotik vasitənin olması və qəbul etməyi barədə məlumatlarının olmasını bildirdiklərini, onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, özünün də polis əməkdaşları ilə birgə Ağdaş RPŞ-nə getdiyini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli şəxs kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 02 ədəd sellofan büküm və üzərinə tramadol yazılan 01 ədəd ampula, qara rəngli gödəkcəsinin sağ cibindən telefon üçün nəz ərdə tutulmuş ağ rəngli USB, əynində olan göy rəngli cins şalvarının sağ cibindən Samsung J2 markalı mobil telefon aşkar olunduğunu, şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd sellofan bükümün içərisində psixotrop maddə olduğunu, digər sellofan bükümün içərisində limon duzunun olduğunu, 01 ədəd ampulanın içərisində tramadol olduğunu, içərisində narkotik maddə olan 01 ədəd sellofan bükümü və 01 ədəd üzərinə tramadol yazılan ampulanı xx.xx.2022-ci il tarixdə səhər saatlarında Ağdaş şəhəri Maşad küçəsində tapdığını və həmin bükümü və ampulanı Ağdaş rayon polis şöbəsinə təqdim etmək üçün üzərində saxladığını bildirdiyini, daha sonra üzərindən aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən ağ rəngli, toz və kristal halında psixotrop maddəyə oxşar maddə aşkar olunduğunu, həmin i çərisində psixotrop maddəyə oxşar maddə olan 01 ədəd sellofan büküm elektron tərəzidə çəkildiyini, çəkisinin 1.59 qram olduğunu, içərisində limon duzu olan 01 ədəd sellofan büküm də elektron tərəzidə çəkildiyini, çəkisinin 22.62 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 02 ədəd sellofan büküm, 01 ədəd ampula və 01 ədəd mobil telefon 02 ədəd ayrıca zərfə qablaşdırılaraq, üzərinə DİNnin 111 nömrəli möhürü vurulduğunu, özünün və digər iştirakçılar həmin zərfə imza etdiklərini, şəxsi axtarışın video çəkilişlə aparıldığını və protokol tərtib olunduğunu, heç vaxt heç kimə narkotik vasitə satmadığını, özündə başqa narkotik vasitə olmadığını göstərmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq ittihamda göstərilən sms-lərin məzmunu açıqlayaraq ona məxsus ***-***-**- ** və ***-***-**-** saylı mobil nömrələrin olduğunu, X1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə xx.xx.2021-ci il tarixdə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə mesaj yazaraq “45MANATA 1LTR KOLA VAR İSTESEN XEBER ELE”, sms-inin onun yazmadığını, X11 adında adam tanımadığını, həmin nömrənin Ləkidən X11 adlı şəxsin işlətdiyini, həmin SMS-i də X11ın ona yazdığını, xx.xx.2021-ci il tarixdə yenidən X11ın ona “Sen gordun 2q p var mende 1 p ko ay wehane bulari hacan sene fikirlewdim men yeke adamsan” sözlərini yazmasını, xx.xx.2021-ci il tarixdə yenidən X11 ona yazaraq “Men varyoxun....... 3 q kola vR 1 yariDa daw men eyni insanam Senssn ozunu Axirnci yola qoyan Mal goren kimi Bidene X12in nomresin isdedim onda vermedin”, xx.xx.2021-ci il tarixdə onun X11a me saj yazaraq “Kola-pati-herainen-insulinde-cxara-bilersen2si10-nuq-olsn-İynede-hazra-gelem-sencanicay-xejesi-sadi-olnasn-Xeje-sat-olnasn-Me-..... gelmrem-sende-gelme-Seni-qizimin-canaand-olsn-......-gözde-X11”, həmin gün ona X11 yenidən yazaraq “Wako narmalni tokurem ikisinde opwi 20m verersen”; X4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə mesaj yazaraq “yixsan-burda-asda-teli-noıar10yqcam-seni-asdamen-kmese-möhdac-eleme-aqriram-nolar” mesajına cavab olaraq bildirmişdir ki, X14nı tanımadığını həmin nömrənin “X13” adlı şəxsin istifadə etdiyini, həmin tarixdədə onun X13yə mesaj yazdığını göstərmişdir; xx.xx.2022-ci il tarixdə yenidən X13yə mesaj yazmış “axsamnan-vezyetm-pisdi-sencani-komey-ele”; xx.xx.2022-ci il tarixdə X15 adlı şəxsin onun telefonu ilə X13 adlı şəxsə yazdığını “yanundayilari-aralasdir-özinen-senen-basasalcam-xetri-cox-isdrem-aralas-yq-meni-un-nömre-baqla-cx-°aradan-mem-telmnen-yqrsma-aqlin-olsun-getzdrme-sen-men-aqridan-cixartmsan-isdemrem-pissey-ols-aqlin-olsungetzdrme-sen-men-aqridan-cixartmsan-isdemrem-pissey-ols-nolar yarmsada-sadagörsük-me20m-kola-duzet-qurban-olm-men-olara-mohdac-olmym-qadan-akm”; xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə onun X16 adlı şəxsə mesaj yazdığını “Sencani-duranda-meni-yq-aqrm-yaman-acilib-Axsamn-xeyr-nolar-ölerem-menen-elaqesaxla-zeheri-harasa-qoymusam-tapamiram-tezden alndiraqda-qurban-olm-senalah-Nolar qurban-olm-buguny-me-kömey-ele-sabax-derman-alcm-xais-elirem-isdemrem.......möhdac-olm”, “erseyi-görur-ac-bu-teli-Nye-bele-elirsen-......-elemsem-se-qarsineynemsemki-insanda-vicd an-yaxsi-seydi heyatdi-yadnda-saxlaki-nen-isdemezdm-sen qarsi-alcalameleme-bele-Allah-h”; Şahid5 istifadəsində ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə onun mesaj yazaraq “X17” adlı şəxsin narkotikinin ona təklif etdiyini və həmin narkotikin X18 un narkotikindən yaxşı olduğunu və qramının çox olduğunu bildirmişdir “X12. bu. men. oz. nomremdi. 1qizm. var. on. cana. and. olsun. pirablemsz. adamdi. X125m. cetn. 2qatidi. yanmda. bxb. sora. alarsan. qardawi. turmededi.un. yana. getmycn. ver. valah. sen. xetri. cox. istrem.5m.bdamci.alnca.val ah. superde. maldı. 3m.50q.al11dne. qalb. me. he. yox. de. istemesn.bwqasna. dym”, X3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdə ona məxsus olan mobil nömrə ilə X19 adlı tanışı mesaj yazmışdır- “gulu a qridasansa malım var yq cxardm lmkadan gr suse tapa blsen zor olar”; X18un istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021ci il tarixdə onun Ruslan adlı şəxsə mesaj yazaraq “Ay. olerem. me.4m. pati. vere.vlersen.qeveleye.gedrem.cekcem.takridym.a”, X6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə ona mesaj yazaraq “Pati varimdi” bildirməsini göstərmişdir. Cinayət işinin ibtidai araşdırılması zamanı verdiyi ifadələrində də Məhkum bildirmişdir ki, həmin psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə ünvan 2 qeydiyyatda olan xx.xx.1996-cı il təvə llüdlü Məhkum narkotik vasitələri üzərində saxlaması qəbul etməsi barədə RPŞ-nə məlumat daxil olduğunu, Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 raportla RPŞ-nin rəhbərliyinə məruzə etdiyini və müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 14:35 radələrində 14:35 radələrində CAB-nin əməliyyat müvəkkili Müdafiəçilə ilə birlikdə Məhkumni Ağdaş şəhəri Maşad küçəsində piyada hərəkətdə olduğunu gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə özlərində məlumat olduğunu bildirdiklərini, həmçinin onu RPŞ-nə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Məhkumnin üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Məhkumnin əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 02 ədəd sellofan büküm və üzərinə tramadol yazılan 01 ədəd ampula, qara rəngli gödəkcəsinin sağ cibindən telefon üçün nəzərdə tutulmuş ağ rəngli USB, əynində olan göy rəngli cins şalvarının sağ cibindən Samsung J2 markalı mobil telefon aşkar olunduğunu, şəxsi axtarış zamanı Məhkumnin aşkar edilmiş 01 ədəd sellofan bükümün içərisində psixotrop maddə olduğunu, digər sellofan bükümün içərisində limon duzunun olduğunu, 01 ədəd ampulanın içərisində tramadol olduğunu, içərisində narkotik maddə olan 01 ədəd seloffan bükümü və 01 ədəd üzərinə tramadol yazılan ampulanı xx.xx.2022-ci il tarixdə səhər saatlarında Ağdaş şəhəri Maşad küçəsində tapdığını və həmin bükümü və ampulanı Ağdaş rayon polis şöbəsinə təqdim etmək üçün üzərində saxladığını bildirdiyi ni, daha sonra aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içərisindən ağ rəngli rəngli, toz və kristal halında psixotrop maddəyə oxşar maddə aşkar olunduğunu, həmin içərisində psixotrop maddəyə oxşar maddə olan 01 ədəd sellofan büküm elektron tərəzidə çəkildiyini, çəkisinin 1.59 qram olduğunu, içərisində limon duzu olan 01 ədəd sellofan büküm də elektron tərəzidə çəkildiyini, çəkisinin 22.62 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 02 ədəd sellofan büküm, 01 ədəd ampula və 01 ədəd mobil telefon 02 ədəd ayrıca zərfə qablaşdırılaraq, üzərinə DİNnin 111 nömrəli möhürü vurulduğunu, Məhkum və digər iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış video çəkilişlə aparıldığını və protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iş tirak edən hər bir şəxsin protokola imza etdiklərini, Məhkum narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə RPŞ-nə heç bir məlumat daxil olmadığını, Məhkum üzərində şəxsi axtarış aparılan zaman orada müdafiəçi və polis əməkdaşlarının olduğunu, həmçinin şəxsi axtarış videoçəkilişlə aparıldığını bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən, lakin ibtidai istintaqda verdiyi ifadəsi elan edilib tədqiq edilən Şahid1 da iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid4 ifadəsində hal-hazırda Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə məhkum olunduğunu, Məhkum ilə aralarında normal münasibətlər olduğunu, aralarında heç vaxt düşmən münasibətinin və ya ədavət olmadığını, Məhkumyə heç vaxt satmaq və istifadə etmək üçün narkotik vasitə vermədiyini, ona məxsus narkotik vasitəni Şahid5 təklif etməsi barədə Məhkumnin ifadəsinin yalan olduğunu, əlavə olaraq onun barəsində olan cinayət işi üzrə məhkəmə istintaqı zamanı Məhkumnin məhkəmə iclasında “onun narkotik vasitə satdığını eşitmədiyini” göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 ifadəsində əvvələr məhkum olunduğunu, Məhkum Ağdaş şəhər sakini kimi tanıdığını,onunla heç bir əlaqəsi olmadığını, Məhkum ifadəsində ona məxsus narkotik vasitəni Şahid5 təklif etməsinin yalan olduğunu, onun hal-hazırda narkotik vasitələrdən istifadə etmədiyini və satmadığını bildirmişdir. “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” 10 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Məhkum narkotik vasitələri üzərindən saxlaması və qəbul etməsi barədə əməliyyat məlumatı olduğundan təxirəsalınmaz hal kimi Məhkum üzərinə şəxsi axtarış keçirilməsi qərara alınmışdır. «Şəxsi axtarış və götürmə aparılması haqqında» 10 yanvar 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 15:16-dan saat 15:30-a dək Ağdaş RPŞ-nin inzibati binasında növbətçi hissəsində Məhkum əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 02 ədəd sellofan büküm və üzərinə tramadol yazılan 01 ədəd ampula, qara rəngli gödəkcəsinin sağ cibindən telefon üçün nəzərdə tutulmuş ağ rəngli USB, əynində olan göy rəngli cins şalvarının sağ cibindən Samsung J2 markalı mobil telefon aşkar olunmuş, aşkar edilmiş 01 ədəd sellofan büküm açılan zaman içəris indən ağ rəngli, toz və kristal halında psixotrop maddəyə oxşar maddə aşkar olunmuş, həmin içərisində psixotrop maddəyə oxşar maddə olan 01 ədəd sellofan büküm elektron tərəzidə çəkilmiş, çəkisi 1.59 qram olmuş, içərisində limon duzu olan 01 ədəd sellofan büküm də elektron tərəzidə çəkilmiş, çəkisi 22.62 qram olmuş, daha sonra şəxsi axtarış zamanı aşkar olunmuş 02 ədəd sellofan büküm, 01 ədəd ampula və 01 ədəd mobil telefon 02 ədəd ayrıca zərfə qablaşdırılmış, zərflərin üzəri iştirakçılar təX13ndən imzalanmış, üzəri DİN-nin 111 nömrəli möhür vurulmuş, bütün iştirakçılar imza etmiş, prosesi TB-nın təhqiqatçısı polis baş leytenantı Ruhid Yaqublu təX13ndə video qeydə almışdır. “Şübhəli şəxsin dindirilməsi haqqında” 10 yanvar 2022-ci il tarixli protokoldan və “Təqsirləndirilən şəxsin dindirilm əsi haqqında” 11 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Məhkum həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən o içərisində pisxotrop maddə hesab olunan metamfetamin olan bükümü və üzərində tramadol yazılmış ampulanı xx.xx.2022-ci il tarixdə səhər saatlarında Maşad küçəsindən tapdığını və Ağdaş RPŞ-nə təhvil vermək məqsədi il üzərində saxladığını, lakin heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Sonra həmin kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmiş və üzəri imzalanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin rayonlararası narkoloji dispanseri təX13ndən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-сi il tarixli 2 74 saylı rəyində göstərilmişdir ki, Məhkum psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin 10 mart 2022-ci il 315 saylı arayışından görünür ki, Məhkum Ağdaş RMX PHŞ-in poliklinika şöbəsində “Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji qeydiyyatdadır. Ruhi-əsəb xəstəlikləri üzrə qeydiyyatda deyil. Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək qeyd edir ki, məhkəmədə araşdırılmış sübut ların məcmusundan göründüyü kimi, Məhkum üzərində aşkar edilmiş təmiz çəkisi 1.773 qram olan psixotrop maddə metamfetamini və 01 ədəd şüşə ampulada içərisində 0.1 qram maye halında narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan Tramadolu satış məqsədi ilə əldə etməsi ilə əlaqədar ibtidai istintaq orqanı təX13ndən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Məhkum üzərində aşkar olunmuş psixotrop maddələrin və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan Tramadolu satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut və dəlil mövcud olmamışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhkum polis əməkdaşları təX13 ndən psixotrop və güclü təsir edən maddələrin satışını həyata keçirərkən, bilavasitə realizə edərkən saxlanılmamış, barəsində əməliyyat məlumatı daxil olduğu üçün xx.xx.2022-ci il tarixdə saat 15:16-da ünvan 2 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında şəxsi axtarış zamanı ittihamda qeyd edilən psixotrop və güclü təsir edici maddələr aşkar olunmuşdur. Habelə şahid ifadələrindən və Ağdaş Rayon Polis Şöbəsinə yazılmış raportdan müəyyən olunur ki, Məhkum barəsində əməliyyat axtarış tədbirlərinin həyata keçirlməsi üçün əsas narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi ilə bağlı daxil olmuş məlumatdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verən aşağı instansiya məhkəmələri haqlı olaraq Məhkum əməlini Azərbaycan Respublik ası CM-in 234.1-ci maddəsi ilə tövsif etmiş, CM-in 240.1-ci maddəsi ilə isə ona bəraət vermişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi və CM-in 240.1-ci maddəsi ilə isə təqsirli bilinməsi üçün əsaslar vermir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə və CM-in 240.1-ci maddəsi ilə isə ona bəraət verilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Ba rbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham təX13nin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyas ı məhkəməsi təX13ndən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədə n saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarı dövlət ittihamçısı təX13ndən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1337/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1337/2023
26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver