Məhkəmə qərarları › İş №1(102)-1337/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1337/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1337/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 221.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 yanvar 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Süleymanov Telman Salman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Ağdam Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 1(013)-36/2023 nömrəli (hakim: Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi) hökmü ilə xx xxxx 2004-cü ildə x rayon x kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, xxx daimi qeydiyyatda olmaqla, hazırda xxx-də yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinə dəyişdirilməsi və Məhkum məhkəmə iclas zalından həbs olunması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzaçəkməsinin əvvəlinin 24 oktyabr 2023-cü il tarixdən hesablanması hökm edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən məhkumun müdafiəçisi Süleymanov Telman Salman oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 yanvar 2024-cü il tarixli 1(104)-69/2024 nömrəli (hakimlər: Abdullayev Ə lizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Əliyev Nural Turab oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Ağdam Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 yanvar 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi Süleymanov Telman Salman oğlu kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Ağdam Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, 21 avqust 2022-ci il tarixdə saat 23 radələrində ünvan və Zərərçəkmiş şəxs3 mülkiyyətində olmaqla faktiki olaraq Zərərçəkmiş şəxs2 tərəfindən icarə əsasında işlədilən ictimai y er hesab edilən “Əli Market” adlı ticarət (xidmət) obyektində heç bir əsaslı səbəb olmadan, yəni Zərərçəkmiş şəxs1 ona nisyə ərzaq verməməsini bəhanə edərək cüzi səbəbdən sonuncu ilə mübahisəyə başladıqdan sonra yaxınlıqda yerləşən yaşadığı evə gedib mətbəx otağından silah qismində istifadə etdiyi soyuq silah hesab edilməyən kustar üsulla hazırlanmış məişət təyinatlı mətbəx bıçağı götürüb həmin mağazaya qayıdıb cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya, hamı tərəfindən qəbul olunmuş davranış normalarına əhəmiyyətli dərəcədə laqeydlik, etinasız lıq göstərib cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, o cümlədən öz şəxsiyyətini başqa şəxslərin fövqündə qoyub üstünlüyünü nümayiş etdirmək məqsədilə və digər şəxslərin gözü qarşısında əvvəlcə əlindəki mətbəx bıçağı ilə “Əli Market”-in giriş hissəsində olan uzunluğu 1 metr, eni 0,50 metr, qalınlığı 6 sm olan 80 manat dəyərində qoşa laylı şüşəsini sındırıb özgə əmlakını məhv etmiş, qeyri-qanuni hərəkətlərini davam etdirdiyi üçün əlində olan mətbəx bıçağını alıb onu sakitləşdirən, yəni ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 ayaqla endirdiyi zərbənin dəyməsi nəticəsində sonuncunun sağ cibində olan “İphone 12” markalı mobil telefonun 40 (qırx) manat dəyərində olan üz qabığını zədələmiş, qanunsuz hərəkətlərini davam etdirib uca səslə nalayiq ifadələr işlədərək üzərinə hücum çəkməklə iş rejimini pozduğu marketin içərisinə daxil olub orada Zərərçəkmiş şəxs1 sağ əli ilə sonuncunun sifət nahiyəsinə qəsdən bir dəfə yumruq zərbəsi vuraraq alt dodağın sağ yarısında dodaq haşiyəsinin və üst dodağın sıyrıqları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə yanaşı həmin marketin içərisindən əldə etdiyi silah qismində istifadə etdiyi şüşə materialdan hazırlanmış butulka ilə vurmaq istədiyi və dava-dalaş zamanı yerə yıxılmış Zərərçəkmiş şəxs1 üzərindəki 150 (yüz əlli) manat dəyərində olan bir ədəd “Samsung A12” markalı mobil telefonu sındırıb özgə əmlakını zədələməklə ictimai qaydaları kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə, həmçinin ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Məhkumun müdafiəçisi Süleymanov Telman Salman oğlu verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum barəsində çıxarılmış ittiham hökmü ədalətsiz olmaqla yanaşı, həmçinin əsassız və qanunsuzdur. Belə ki, iş üzrə kifayət qədər əsaslar olmasına baxmayaraq apellyasiya instansiya məhkəməsi məhkəmə baxışını məhkəmə istintaqının aparılması ilə təyin etməmişdir. İşin hallarınd an göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən işin bütün faktiki halları araşdırlmamışdır. İttiham aktında təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri olduğu kimi ittiham hökmündə də öz əksini tapmışdır. Halbuki, apellyasiya şikayətinin dəlillərindən biri də zərərçəkmiş şəxslər və şahidlərin məhkəmə istintaqı zamanı fərqli ifadələr verməsindən ibarət olmuşdur. Belə olan halda apellyasiya instansiya məhkəməsi qeyd edilən ziddiyyətlərin aradan qaldırılması və obyektiv həqiqətə nail olmaq üçün məhkəmə baxışının məhkəmə istintaqının aparılması ilə təyin etməli idi. Bundan başqa apellyasiya şikayətinin dəlillərinin də X2 əməlində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin tərkib əlamətinin olmaması və bununla bağlı “Xuliqanlıq işləri üzrə məhkəmə tə crübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli və “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarının olmasına baxmayaraq apellyasiya instansiya məhkəməsi də eyni ilə birinci instansiya məhkəməsi tərəfindən əməlin silah qismində tətbiq edilən xuliqanlıq cinayəti olmasının təsdiq edən sübutların konkret olaraq nədən ibarət olmasını əsaslandırmamışdır. Eyni zamanda, X6 xx xxxx 2004-cü ildə doğulmuş, hadisə isə 21 avqust 2022-ci ildə baş vermişdir. Hadisə baş verən zaman X 18 yaşına, yəni yetkinlik yaşına çatmamışdır. Bundan başqa X-in atası vəfat etmişdir, ailənin yeganə övladıdır, Kəlbəcər rayonundan məcburi köçkündür, məc buri köçkün kimi x rayonu x qəsəbəsində məskunlaşıb, anası onun himayəsində olmaqla ailənin yeganə qazanc gətirə bilən üzvüdür. Habelə iş üzrə zərərçəkmiş şəxslərə vurulmuş zərər ödənilmişdir. İş üzrə hər hansı şikayət və tələb yoxdur. X əvvəllər məhkum olunmamaqla yaşayış yerindən müsbət xarakterizə olunur. Odur ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarının ləğv edilərək, cinayət işinin yenidən araşdırılması üçün yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 yanvar 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən ə saslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi verdiyi kassasiya şikayətində Məhkum təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə) və 416.1.2-ci (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 yanvar 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cin ayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddə lərinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barəd ə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 yanvar 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum verilmiş ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, özgənin zədələnməsi ilə müşayiət olunduqda xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərək ətlər ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olu nduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı qərarına əsasən məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İzah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar s urətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmçinin, “Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin İcmalında qeyd olunmuşdur ki, təsvir edilən normada (Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi) cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Qeyd olunanlara əsasən, kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum ona elan olunmuş ittiham üzrə xuliqanlıq hərəkətlərini törətməsi, özü nün məhkəmə istintaqında CM-in 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilməsinə dair ifadəsi, zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələri, məhkəmə-tibbi ekspertizasının 3 fevral 2023-cü il tarixli 03/292 nömrəli rəyi, məhkəmə-ballistik ekspertizasının 6 sentyabr 2022-ci il tarixli 16/1064 nömrəli rəyi, “X13” MMC-dən verilmiş 16 iyul 2023-cü il tarixli mütəxəssis rəyi, istintaq hərəkətinin aparılmasına dair protokolları və işin digər halları ilə məhkəmədə tədqiq olunmuş mötəbər, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və onun atası Şahid2 tanıyır. Onlarla eyni qəsəbədə yaşayır və sonucularla əvvəllər aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. X7 və Şahid5 onun doğma bibisi oğlanlarıdır. Əvvəlki ifadəsini təsdiq edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində pivə almaq məqsədi ilə Ağdam rayon Dördyol-1 qəsəbəsində yerləşən və Zərərçəkmiş şəxs2 məxsus olan “Əli Market”-ə getmişdir. O, marketə daxil olaraq spirtli içki olan pivə və pivəyə aid məhsullar götürərək pulunu ödəmək üçün satıcı piştaxtasına yaxınlaşmışdır. Həmin vaxt mağazanın sahibi Zərərçəkmiş şəxs2 kənarda hesab-kitab işləri aparırmış, piştaxtada isə Zərərçəkmiş şəxs1 dayanmışdır. O, X-ə yaxınlaşaraq götürdüyü ərzaqları hesablatmışdır. Ərzaqlar 13 manat tutmuşdur və o, X-ə 5 manat verərək qalıq 8 manatını nisyə yazması nı bildirmişdir. X isə mağaza sahibi X-in qardaşı Pərvinin nisyə mal verilməsinə icazə vermədiyini deyərək ondan pulun qalığını da ödəməyini istəmişdir. Həmin vaxt o, X-in hərəkətini özünə hörmətsizlik kimi qəbul edərək pulun qalığını yazmasını təkid etmişdir. X dediyini etmədiyi üçün o, X-lə mübahisə etməyə başlamışdır və bu zaman X X-ə pulun qalığını nisyə yazmasını bildirmişdir. X-in dediklərindən sonra o, X-ə mağaza sahibinin dediklərinə əməl etməyi bildirmişdir. X isə bundan əsəbləşərək pulu almadan bayıra çıxmışdır. X özü gəlib ondan 5 manatı almışdır və 8 manatı nisyə olaraq yazmışdır. Həmin vaxt o, X eşidəcək şəkildə sonuncunun ünvanına ifadələr işlətmişdir. X isə dediklərini eşidərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt o, X-lə dalaşmaq istəsə də X və Pərvin icaz ə verməmişdir. Bundan sonra o, X-in X və Pərvinin yanında ona qarşı etdiyi hərəkətləri özünə hörmətsizlik kimi qəbul edərək sonunculara özünün X-in qarşısında aciz olmadığını göstərmək üçün X-ə mağazada gözləməsini deyib yaxınlıqda yerləşən evinə gedərək yaşadığı evin mətbəxindən mətbəx bıçağı götürüb X-ə xəsarət yetirmək məqsədilə həmin mağazaya qayıtmışdır. O, yaşadığı evdən çıxarkən bir həyətdə yaşadığı bibisi oğlu X nə baş verdiyini soruşmuşdur. O, qapıdan çıxa-çıxa X-ə X-i vurmağa getdiyini bildirmişdir. Evdən çıxdıqdan sonra mağazaya tərəf qaçmağa başlamışdır. Mağazaya çatanda X onu görərək mağazaya girib qapını bağlamışdır. O, həmin vaxt ətrafda daha çox adamın olduğunu görərək əlindəki bıçaqla mağazanın şüşəsini sındıraraq mağazaya daxil olmağa çalışmışdır. Lakin, X ona çataraq onu arxadan tutub geri çəkmiş və özü X-ə xəsarət yetirməyinin qarşısını almaq üçün mağazaya daxil olmuşdur. Sonra isə X onu tutaraq saxlamış və bıçağı əlindən almışdır. Həmin vaxt o, ətrafdakılara X-dan üstün olduğunu göstərmək üçün ətrafdakıların və X-in eşidəcəyi uca səslə sonuncunun ünvanına nalayiq ifadələr işlətmiş, X isə onu sakitləşdirməyə çalışmışdır. Qısa müdətdə X X-i mağazanın digər qapısından çıxararaq evlərinə yola salmağa çalışmışdır. X isə onun söyüşlərini eşidərək ona cavab qaytarmağa başlamışdır. Bir müddət o, X-i söymüş, lakin X ona cavab qaytardığı üçün X-in əlindən çıxaraq X-in üzərinə hücum etmiş və yumruqla bir dəfə X-in sifət nahiyyəsinə vuraraq sonucuya xəsarət yetirmişdir. Yumruq zərbəsindən sonra orada olanlar onu tutaraq bayıra çıxarmışdır. Həmin vaxt bibisi oğlu X onu götürərək evlərinə aparmağa çalışmışdır və bu səbəblə hadisə yerinə sonradan çatmış digər bibisioğlu Z-ə Xi aparmağı tapşırmışdır. Z onunla birlikdə evlərinə gedərkən hadisə yerindən bir neçə metr aralıda X-in atası Şahid2 görərək əsəbi halda qəsdən bir dəfə yumruqla Şahid2 sifətinə vuraraq yerə yıxıb yerdə bir dəfə təpiklə vurmuşdur. Sonra bibisi oğlu Z N-in qolundan tutaraq qaldırmışdır. Bibisi oğlanları Z və X onu aralaşdıraraq iradlarını bildirmişlər, X və Zlə birlikdə yaşadığı evə getmişdir. Belə ki, cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 3 fevral 2023-cü il tarixli 03/292 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – alt dodağın sağ yarısında dodaq haşiyəsinin və üst dodağın sıyrıqları küt əşy anın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Həmçinin məhkəmə-ballistik ekspertizasının 6 sentyabr 2022-ci il tarixli 16/1064 nömrəli rəyindən görünür ki, təhqiqata təqdim edilən 1 (bir) ədəd bıçaq kustar üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. “X13” MMC-dən verilmiş 16 iyul 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 1 ədəd işlənmiş “Samsung A12” markalı mobil telefonun 2022-ci ilin avqust ayının 22-nə orta bazar qiyməti 150 manat, 1 ədəd “İphone 12” markalı mobil telefonun üz qabığının 2022-ci ilin avqust ayının 22-nə olan orta bazar qiyməti 40 manat və uzunluğu 1 metr, evi 0,5 metr, qalınlığı 6mm ol an qoşa laylı şüşənin 2022-ci ilin avqust ayının 22-nə olan orta bazar qiyməti 80 manat təşkil etmişdir. Cinayət işinin materiallarına nəzər yetirən kassasiya məhkəmə kollegiyası da belə nəticəyə gəlir ki, Məhkum zərərçəkmiş şəxslərə qarşı ictimai qaydaları kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının zədələnməsi ilə, həmçinin ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək silah qismində istifadə olunan əşyadan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etməsi barədə həm Məhkum, həm də zərərçəkmiş şəxslərin ifadələri, həmin ifadələrə uyğunluq təşkil edən və bir-birini tamamlayan şahid ifadələri, ekspert rəyləri və iş üzrə toplanılmış digər sübutlarla tam təsdiq olunur. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir hə cmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası bütün sübutları təkrarən sadalamağa zərurət görmür. Müdafiəçinin verdiyi kassasiya şikayətində iş üzrə yeni faktiki hallardan çıxış edərək məhkumun ittiham olunduğu əməli törətməsi barədə apellyasiya məhkəməsində işin hallarının kifayət qədər araşdırılmaması səbəbindən onun barəsində olan apellyasiya məhkəməsinin qərarının ləğv edilməklə cinayət işinin yenidən araşdırılması üçün apellyasiya baxışına qaytarılmalı olduğu iddia edilir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, müdafiəçinin kassasiya şikayətində (iş üzrə müəyyən olunmuş faktiki hallarından fərqli hallara istinad etməklə) kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət e dir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid ed ilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilmə z. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər müdafiəçi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərinə təsir göstərə biləcək hər hansı bir kobud pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasından və cina yət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, onun hərəkətlərində Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəməsi və onun peşmançılığı) olması, ağırlaşdıra n halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, müdafiəçinin verdiyi kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiy a şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Süleymanov Telman Salman oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 yanvar 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar