Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1338/2019 29.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, mülki iddiaçının nümayəndəsi X3 və bəraət almış şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyu l 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2019-cu il tarixli hökmündən mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Zərərçəkmiş şəxs Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim İ.A.İbrahimli) xx xxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru vəzifəsində işləmiş, əvvəllər sınaq müddəti ilə şərti cəzaya məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2da yaşayan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə dövlət və özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2012-ci il tarixli, 1(089)-31/2012 saylı hökmü və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 7(009)-62/2018 saylı qərarı üzrə Təqsirləndirilən şəxs barəsində olan şərti məhkum etmə ləğv edilmiş və həmin hökm və qərarla ona təyin edilmiş 02 (iki) il müddətinə dövlət və özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 67.5-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş həm əsas, həm də əlavə cəzaya qismən birləşdirilərək onun üzərində, qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətinə dövlət və özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 25 iyul 2018-ci il tarixindən hesablanmışdır. Hökmdən müdafiəçi X2 və mülki iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Bayramov Әmir Novruz oğlu (sədrlik edən və məruzəçi), Qasımov Әflatun İbrahim oğlu və Məmmədo v Namiq Eyyub oğlundan ibarət tərkibdə) 21 fevral 2019-cu il tarixli hökmü ilə mülki iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətinə dövlət və özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 mart 2012-ci il tarixli, 1(089)-31/2012 saylı hökmü və hökm üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli, 7(009)-62/2018 saylı qərarı üzrə Təqsirləndirilən şəxs barəsində olan şərt i məhkumetmənin ləğv edilməsi və həmin hökm və qərarla ona təyin edilmiş 02 (iki) il müddətinə dövlət və özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 67.5-ci maddələrinə əsasən həmin hökmlə təyin edilmiş həm əsas, həm də əlavə cəzaya qismən birləşdirilərək, onun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətinə dövlət və özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 05 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmasına, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsinə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəində çəkməsinə, cəzaçəkmə müddətini n əvvəlinin 25 iyul 2018-ci il tarixdən hesablanmasına, iş üzrə mülki iddianın qismən təmin olunaraq 25956,17 (iyirmi beş min doqquz yüz əlli altı manat, on yeddi qəpik) məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulmasına dair 25 iyul 2018-ci il tarixli, 1(011)-8/2018 saylı hökmü ləğv edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirləndirildiyi əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə bəraət verilmiş, İş üzrə mülki iddiaçı - Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Zərərçəkmiş şəxs tərəfindən mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı verilmiş 22719,60 (iyirmi iki min yeddi yüz on doqquz manat, altmış qəpik) manat məbləğində mülki iddia qismən təmin edilmiş və 16241,52 (on altı min iki yüz qırx bir manat, əlli iki qəpik) manat pul vəsaiti mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2019-cu il tarixli qərarından mülki iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Zərərçəkmiş şəxs Baş İdarəsi kassasiya şikayəti verərək həmin hökmün mülki iddiaya dair hissədə ləğv edilməsini və mülki iddianın tam təmin edilməsini xahiş etmişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vergilə r Nazirliyi yanında Bakı Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 4N: **********) təsisçisi və direktoru vəzifəsində işləyərkən, cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları yerinə yetirərək, təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan, vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.4, 16.1.6, 16.1.7, 72, 77, 78.1, 103, 105, 159, 161.1, 174, 175, 177, 180.1-ci maddələrinin maddələrinin tələblərini pozaraq «xxxx» MMC-də cari bəyannamə ilə hesablanmış, 2015-ci il üzrə 8.335,51 manat məbləğində mənfəət vergisi, həmin ilin may ayı üzrə 4.342,02 manat məbləğində əlavə dəyər vergisi, eləcə də kameral vergi yoxlaması ilə hesablanmış, 2015-ci ilin mart, 2016-cı ilin fevral ayları üzrə 12.998,64 manat məbləğində əlavə dəyər vergisi və 2015-ci ilin mart ayı üzrə 280,0 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Təqsirləndirilən şəxs hüquqi ünvanı ünvan 5nda Zərərçəkmiş şəxsndə vergi ödəyicisi kimi qeydiyyata alınmış «xxxx» MMC-nin direktoru vəzifəsində işləyərkən 2015-ci ilin mart ayı üzrə üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 78.667,50 manat, büdcəyə ödənilmə li ӘDV məbləği 14.160,15 manat olduğu halda, vergi orqanına təqdim etdiyi əlavə dəyər vergisinin bəyannaməsini boş təqdim etməklə, büdcəyə ödənilmiş 4.398,08 manat ӘDV məbləği və 6.000 manat məbləğində əvəzləşdirilən ӘDV məbləği nəzərə alınmaqla, 3.762,07 manat ӘDV, 2015-ci ilin may ayı üzrə vergi orqanına təqdim etdiyi bəyannamədə əlavə dəyər vergisi tutulan dövriyyəsinin 152.455,66 manat, həmin dövriyyədən hesablanan ӘDV məbləğinin 27.442,02 manat, əvəzləşdirilən ӘDV məbləğinin 23.100,0 manat olduğunu göstərərək, 4.342,02 manat ӘDV məbləğini, 2016-cı ilin fevral ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 51.314,28 manat, büdcəyə ödənilməli ӘDV məbləği 9.236,57 manat olduğu halda, bəyannamə təqdim etməyərək, 9.236,57 manat məbləğində ӘDV məbləği olmaqla, cəmi 23.340,66 manat əlavə də yər vergisini, 2015-ci ilin mart ayı üzrə muzdla işləyən işçilərə ödənilmiş 2.750,0 manat məbləğində əmək haqqından Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən 14 faiz dərəcə tətbiq etməklə, 385,0 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini hesablamalı olduğu halda, həmin dövr üçün vergi orqanına muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin bəyannaməsini boş təqdim etməklə, özü tərəfindən ödənilmiş 105,0 manat muzdlu işlə əlaqədar vergi nəzərə alınmaqla, 280,0 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini, 2015-ci il üzrə vergi orqanına təqdim etdiyi bəyannamədə ümumi gəlirini 391.775,27 manat, həmin gəlirin əldə edilməsi üzrə çəkilən xərclərini 350.097,74, vergi tutulan dövriyyəsini 41.677,53 manat, həm in dövriyyədən tutulan mənfəət vergisini 8.335,51 manat göstərərək, 8.335,51 manat mənfəət vergisi olmaqla, ümumilikdə 25.956,17 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Kassasiya şikayətinin dəlilləri: Mülki iddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən gəlinmiş nəticələr işin faktiki hallarına uyğun olmamış və əsassız qərar qəbul edilmişdir. Belə ki, məhkəmə qeyd olunan qənaətə gələrkən qanunvericiliyin tələblərini nəzərə almayaraq ekspert rəyini sübut qismində düzgün qiymətləndirməmişdir. Ekspert tərəfindən rəy verilərkən vergi qanunvericiliyinin tələbləri nəzərə alınmamış və bununla da vergitutma obyekti, azaldılmış vergilərin məbləği düzgün müəyyənləşdirilməmişdir. Qeyd olunanlara əsasən kassasiya şikayətini n təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2019-cu il tarixli hökmünün mülki iddiaya dair hissədə ləğv edilməsi və mülki iddianın tam təmin edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə dövlət ittihamçısının və mülki iddiaçının nümayəndəsinin, kassasiya şikayətinin təmin edilməməsi barədə bəraət almış şəxsin çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli dir. Mülki iddiaçı kassasiya şikayətində mülki iddianın tam təmin edilməməsinə dair məhkəmə qərarını mübahisələndirmişdir. Kollegiya işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sübutları Azərbaycan Respublikası CPM-nin 143-146cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq edilərək əsaslı nəticəyə gəlmişdir. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. İş üzrə verilmiş əlavə komisyon məhkəmə-mühasibat ekspertizasının 24 yanvar 2019-cu il tarixli, 676 saylı rəyindən də göründüyü kimi, ekspertlər arasında hər hansı fikir ayrılığı olmamış, qoyulmuş suallara ekspertlər tərəfindən tam cavab, aparılmış tədqiqatda və rəydə boşluq olmamış və əlavə hər hansı bir halın ekspertiza yolu ilə tədqiq edilməsinə zərurət də yaranmamışdır Azərbaycan Respublikası Әdliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə verilmiş əlavə komisyon məhkəmə-mühasibat ekspertizasının 24 yanvar 2019-cu il tarixli, 676 saylı rəyindən görünür ki, həmin rəydə Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 72.5, 163, 174.2, 175.5, 159.5 istinad edilərək qeyd edilir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10.12.2018-ci il tarixli məktubunda göstərilənlər və Vergi Məcəlləsinin tələbləri nəzərə alınmaqla, “xxxx” MMC tərəfindən 2016-cı ilin fevral ayı üzrə aparılmış hesablamalara dair cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 dekabr 2018-ci il tarixli, **********01400 saylı məktubunda göstərilən HK seriyalı 566892 nömrəli, ӘDV məbləği 9714,65 manat təşkil edən, 18.04.2018 -ci il tarixdə ləğv olunmuş vergi hesab fakturasının (VHF) 2018-ci ilin aprel ayının əlavə dəyər vergisi bəyannaməsində əks etdirilməli olduğu müəyyən olunur. Hazırkı rəyin təsviri hissəsində qeyd olunduğu kimi, “xxxx” MMC tərəfindən 24.02.2016-cı il tarixdə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: **********) təqdim olunmuş və işə əlavə edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 dekabr 2018-ci il tarixli, **********01400 saylı məktubunda da göstərilən HK seriyalı 566892 nömrəli, ӘDV məbləği 9714,65 manat təşkil edən Vergi Hesab Fakturasının 18.04.2018-ci tarixdə ləğv olunması hazırkı cinayət işi üzrə ittihamın həcmi (iş üzrə vurulmuş ümumi ziyanın məbləği), yəni “xxxx” MMC-nin (VÖEN: **********) təsisçisi və direktoru Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə öd ənilməli vergilərin ümumi məbləğinin müəyyən olunması zamanı nəzərə alınmalı və ya çıxılmalı olması (həmin vergi hesab fakturasında göstərilən malların mal qalığı kimi qalması şəraitinə uyğun olaraq) müəyyən olunur. Bundan başqa qeyd olunur ki, təqdim olunmuş iş materiallarından olan sənədlrdən (Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında 15.10.2015-ci il tarixli məktub, ӘDV sub-uçot hesabından çıxarış və.s) göründüyü kimi, müəssisənin 2015-ci ilin mart ayı üzrə ӘDV-siz dövriyyəsi 78669,5 manat məbləğində ӘDV-si isə 14160,5 (78669,5x18%) manat məbləğində olmuşdur. Həmçinin ӘDV sub-uçot hesabından çıxarışdan göründüyü kimi, müəssisənin 2015-ci ilin mart ayı üzrə əvəzləşdirilən ӘDV-si 6000,00 manat məbləğində olmuşdur. Belə ki, müəəsisə tərəfind ən 6000,00 manat məbləği 28.03.2015-ci il tarixində ӘDV depozit hesabı vasitəsilə digər müəssisəyə köçürülmüşdür. Lakin vergi orqanı tərəfindən 2015-ci ilin mart ayı üzrə 6000,00 manat məbləğində əvəzləşdirilən ӘDV məbləği nəzərə alınmamış və müəssisəyə həmin dövr üzrə 9762,07 manat məbləğində ӘDV borcu hesablanmışdır. Hazırkı tədqiqatla 2015-ci ilin mart ayı üzrə 6000,00 manat məbləğində əvəzləşdirilən ӘDV məbləği nəzərə alınmaqla müəssisənin həmin ay üzrə vergi borcu 3762,07 manat məbləğində müəyyən olunur. Hazırkı ekspertizanın nəticələri ilə iş üzrə əvvəlki məhkəməmühasibatlıq ekspertizalarının rəyləri və ziyanın ümumi məbləğləri arasında fərqin səbəbi yuxarıda ətraflı şərh olunmuşdur. Beləliklə, müəssisə tərəfindən dövlət büdcəsinə ödənilməli olan vergi borcunun məbləği (ləğv olunmu ş vergi hesab fakturasında göstərilən malların “xxxx” MMC-də mal qalığı kimi qalması şəraitinə uyğun olaraq) 16241,52 (on altı min iki yüz qırx bir manat, əlli iki qəpik) manat məbləğində müəyyən olunur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırıb qanunvericiliyin tələblərini rəhbər tutmaqla haqlı olaraq iş üzrə verilmiş əlavə komisyon məhkəmə-mühasibat ekspertizasının 24 yanvar 2019-cu il tarixli, 676 saylı rəyini əsas götürmüşdür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2019-cu il tarixli hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutulmu ş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti və kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2019-cu il tarixli bəraət hökmü mülki iddiaçının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1338/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1338/2019
29.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver