Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1338/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin və zərərçəkmiş şəxsin hüquqi varisi X4 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 23 aprel 2021-ci il tarixli qərarından dövlət itt ihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisi Aqqraxov Aslan Rüstəm oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Qazax Rayon Məhkəməsinin (sədrlik edən N.Ə.Musayev) 1(023)-69/2020 nömrəli, 27 noyabr 2020-ci il tarixli hökmü ilə 28 aprel 1985-ci ildə Qazax rayonu Yuxarı Salahlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Qazax rayonu Qaz İstismar İdarəsində çilingər işləyən, Qazax rayonu Yuxarı Salahlı kəndində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməkl ə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 01 fevral 2020-ci ildə saat 18:40 radələrində Bakı-QazaxGürcüstan sərhəddi yolunun Qazax rayonu Yuxarı Salahlı kəndi ərazisindən keçən 491-ci kilometrliyində "Yol Hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq idarə etdiyi VAZ-21154 markalı ** RF *** dövlət qeydiyyat nişanlı avtomobili yaşayış məntəqəsi daxilində 60 km/saatdan çox, 70 km/saat sürətlə Sınıq körpü istiqamətində hərəkət etdirərkən həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək yolun sol tərəfindən digər tərəfinə keçmək istəyən piyada X3 vurması nəticəsində sonuncuya açıq kəllə-beyin travması, başın ənsə nahiyyəsinin əzilmiş-cırılmış yarası, ənsə sümüyünün açıq-qəlpəli sınığı, baş beyin toxumasının əzilməsi və beyin mayesinin evakuasiyası, sağ baldır sümüyünün aşağı 1/3nin qapalı yerdəyişməli sınığı, sol budun aşağı 1/3-nin arxa-yan səthinin əzilmiş-cırılmış yarası, sol qasıq və sol budun yuxarı 1/3-nin iç səthinin sıyrıqla rı ilə müşayiət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (hakimlər Elçin Xasməmmədov (sədrlik edən və məruzəçi), Çingiz Məmmədov və Teyyub Muxtarovdan ibarət tərkibdə) 1(104)-181/2021 nömrəli, 23 aprel 2021-ci il tarixli qərarı ilə Qazax Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 5 (beş) il həddində müəyyən edilmiş və onun üzərində qəti olaraq 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqs irləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısının apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan dövlət ittihamçısı Q.A.Rizvanov verdiyi kassasiya protestində, zərərçəkmiş şəxsin hüquqi varisi A.R.Aqqraxov verdiyi kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 23 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya protestinin dəlillərini dövlət ittihamçısı Qalib Rizvanov onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən onun ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində azyaşlı uşağı olmasını, əməlindən səmimi peşman olub təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd göstərməsini və müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmiş, cəzasını ağırlaşdıran hal olmamasını nəzərə almaqla əsas cəza kimi ona 4 (döprd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi də, öz növbəsində apellyasiya şikayət və protestinə münasibət bildirərək təyin olunmuş əsas cəzanı yüngül hesab edərək hökmü dəyişdirmişdir. İş materialalrından görünür ki, apellyasiya məhkəməsinin təyin etdiyi cəza da cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmamışdır. Apellyasiya instansiya məhkəməsi məhkuma təyin olunmuş əsas cəza həddini 1 il artırılsa da, bu onun ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsinə yox, yenə eyni qaydada məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkməsinə şərait yaratmışdır. Son illər ərzində insanların ölümü və ya müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə nəticələnən avtoqəzaların sayının artması ölkənin ictimai həyatında ciddi rezonans doğuran məsələlərdən birinə çevrilmişdir. Məhz buna görə Azərbaycan Respublikası Prezidenti yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması üçün ciddi tədbirlərin görülməsini nəzərdə tutan 27 dekabr 2012-ci il tarixli “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücl əndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalamışdır. Qeyd olunan sərəncamda yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsinin mühüm əhəmiyyəti nəzərə alınmaqla, yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması üçün əlavə tədbirlər görülməsinin və cinayət məsuliyyətinin sərtləşdirilməsinin vacibliyi vurğulanmışdır. Cinayət işindən göründüyü kimi təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsin hüquqi varisi Aqqraxov Aslan Rüstəm oğlu ilə barışıq əldə etməmiş, sonuncu özü də birinci instansiya məhkəməsində ifadəsində Məhkum üzrxahlığını qəbul etmədiyini göstərib onunla barışmadığını bildirmişdir. Məhkəmələr təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının həddinə münasi bətdə yüngül cəza təyin etməklə Məhkum islah olunması qənaətinə gəlməsini və belə bir mövqe nümayiş etdirməsini birinci instansiya məhkəməsi hökmdə, apellyasiya məhkəməsi isə qərarda əsaslandıra bilməmişdir. Məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələblərini nəzərə almamış, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsdən şikayətçi olması, təqsirləndirilən şəxsin əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Məhkum məhz azadlıqdan məhrum etmə cəzasının həddinə münasibətdə ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmə əksinə olaraq ona azadlıqdan məhrum etmə cəzasının həddinə münasibətdə yüngül cəza təyin etməklə sosial ədalət prinsipini pozmuş, O.Yoçuyevə yüngül cəza təyin etməklə cəzanın ədalətli olması ilə bağlı prinsipi nəzərə almamış, nəticədə sosial ədalət bərpa edilməmiş və cəzanın məqsədinə nail olunmamışdır. Hazırki iş üzrə məhkəmə Məhkum cəza təyin edərkən Cinayət Qanununun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının tələblərinə əməl etməyərək, əsassız və qanunsuz nəticəyə gəlmişdir. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin mənasına görə cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınarkən bunun motivləri hökmdə göstərilməlidir. Məhkəmə cəza təyini zamanı cinayət qanununda nəzərdə tutulmayan halları cəzanı yüngülləşdirən hallar kimi qəbul etsə də, onların qəbul edilməsinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Məhkum cəza təyin edilərkən cəzanı yüngülləşdirən hallardan heç də hamısı məhkəmə tərəfindən qanunun tələblərinə əməl edilməklə nəzərə alınmamışdır. Belə ki, məhkəmə cəza təyin edərkən Məhkum törətdiyi əməldən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmişdir. CM-in 72.1-ci maddəsində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başq a yolla aradan qaldırması səmimi peşmançılıq kimi qiymətləndirilmişdir. Yəni şəxsin əməlindən səmimi peşman olmasını bildirməsi həmin maddədə göstərilən ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması ilə müşayət olunmalı, bu isə şəxsin və əməlin ictimai təhlükəliliyini azalmasını təsdiq edir. Qanunvericilik məhz buna görə həmin maddəni müəyyən etmişdir. Hazırki iş üzrə Məhkum törətdiyi əməl böyük ictimai təhlükə törətməyən deyil, az ağır cinayət olmaqla onun hərəkətlərində yuxarıda göstərilənlər olmadığından, məhkəmə onun səmimi peşmançılığını cəzasını yüngülləşdirən hal kimi nəzərə almaqda h aqlı olmamışdır. Bundan başqa, məhkəmə Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alarkən onun hansı cəhətlərinə görə müsbət xarakterizə olunması və bunun nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını və hansı səbəbdən bunu cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını əsaslandırmamış, yaşayış yerindən verilmiş formal arayışı əsas götürərək Məhkum müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Eyni zamanda məhkəmə Məhkum məhkəmə istintaqı zamanı ifadəsində səsləndirdiklərini əsas götürərək onun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmağa cəhd etməsini təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, konkret olaraq məhz hansı hərəkətləri ilə Məhkum barışığa cəhd etməsi açıqlanmamış və hökmdə əsaslandırılmamışdır. Bununla da məhkəmə təqsirləndirilən şəxsin müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışmağa cəhd göstərməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almaqda haqlı olmamışdır. Kassasiya şikayətinin dəlillərini zərərçəkmiş şəxsin hüquqi varisi Aslan Aqqraxov onunbla əsaslandırır ki, Gəncə Apelyasiya Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qərarı qanunsuz və əsassızdır. Zərərçəkmiş şəxsin hüquqi varisi cinayət işi üzrə aparılmış istintaqla narazı qaldığını, hadisə zamanı Məhkum sərxoş olma ehtimalını yüksək olmasını, lakin müstəntiq tərəfindən bu halın araşdırılması üçün vaxtında lazımi tədbirin görülməməsini kassasiya şikayətində qeyd etmişdir. İş üzrə ekspertiza rəyləri, işin halların hərtərəfli, tam və obyektiv tədqiq edilməmişdir. Bundan əlavə məhkəmələr Məhkum açıq aydın yüngül cəza təyin etmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti təmin olunmalı, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 23 aprel 2021-ci il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına qaytarılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Məhkəmə kollegiyası ilk öncə zərərçəkmiş şəxsin hüquqi varisi Aqqraxov Aslan Rüstəm oğlunun kassasiya şikayəti üzrə hadisə zamanı məhkumun sərxoş olub olmamasını tam və obyektiv tədqiq edilməməsindən şikayətinə münasibət bildirməyi lüzum görür. Bu dəlilə qiymət verməzədən öncə məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq orqanı məhkum XXX oğlunun törətdiyi ictimai təhlükəli əməli Azərbaycan Respublikas ı CM-in 263.2-ci maddəsi ilə tövsif edərkən və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin əməlinin qeyd olunan maddə ilə düzgün təqsirli bilinməsini əsaslandırarkən iş üzrə sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olaraq qiymət vermişlər. Kollegiya qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozulduqda əməl Azərbaycan Respublikası CM-in 263-1ci maddəsi ilə tövsif edilməlidir. İş materiallarında olan 01 fevral 2020-ci il tarixli, 122/3 nömrəli protokoldan görünür ki, hadisə baş verən zaman Məhkum ayıq olmuşdur. İş materiallarında olan MTE və PA Birliyinin Məhkəmə-Kimya Şöbəsi tərəfindən verilmiş 13 mart 2020-ci il tari xli 448/K nömrəli rəydə göstərilmişdir ki, Məhkum götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu) fenotaizin, priazalon, 1,4 benzodiazepin törəmələri, salisatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) və fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi kassasiya şikayətində təqsirləndirilən şəxsin sərxoş olduğunu bildirsə də, o, bu halı hər hansı bir sübuta deyil ehtimala əsaslandırmışdır. Azərbaycan Respublikası CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bundan başqa həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. İş materiallarından görünür ki, məhkəməyədək icraat dövründə hadisə törətmiş Məhkum sərxoş olub-olmamasını müəyyən etmək üçün o, hadisədən sonra (hadisənin baş verdiyi gün) tibbi müayinədən keçirilmiş, daha sonra onun qan nümunəsi götürülmüş və onun ayıq olması barədə rəylər alınmışdır. Bundan başqa, birinci instansiya məhkəməsində hadisədən əvvəl və hadisədən dərhal sonra Məhkumlə unsiyyətdə olmuş şahidlər M.H.Tanrıverdiyev, S.İ.Muradova və V.H.Həsənov öz ifadələrin də Məhkum sərxoş əlamətlərin olmadığını göstərmişlər. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisinin Məhkum sərxoş vəziyyətdə hadisəni törətməsi və bununla əlaqədar məhkəmə tərəfindən onun əməlinin düzgün tövsif etməməsi barədə dəlilini əsassız hesab edir. Dövlət ittihamç ısı Qalib Rizvanovun kassasiya protestinin başlıca dəlili və zərərçəkmiş şəxsin hüquqi varisi Alsan Aqqraxovun kassasiya şikayətinin digər dəlili apellyasiya instansiyası məhkəməsinin cinayət qanunu normasını düzgün tətbiq etməməsi və təqsirləndirilən şəxsə cinayətin ağırlığına uyğun olmayan yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhku mun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradı lmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyə edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, cinayətin ictimai təhlükəliliyi qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin i ctimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanı törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başq a şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Cinayət-hüquq normalarının mənasına görə təqsirkara təyin edilmiş cəzanın ədalətli hesab edilməsi üçün sadalanan halların ayrı-ayrılıqda, bir-birindən asılı olmayan kateqoriyalar kimi deyil, birlikdə götürülməklə nəzərə alınması tələb olunur, yəni CM-in 58ci maddəsinin nəzərdə tutduğu müəyyən hallara həddindən artıq önəm verilməsi, digər halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab v erən cinayət-hüquqi tədbir kimi qiymətləndirilməsini istisna edir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsin hüquqi varisindən üzrxahlıq edib onunla barışmağa cəhd göstərməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirici hal kimi qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uygün olaraq onun şəxsiyyətini nəzərə almışdır. Bununla yanaşı məhkəmələr məhkumun şəxsiyyətini xarakterizə edilən hallar - onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşa yış yeri üzrə müsbət xarakterizə olunmasını təkrar cəzanı yüngülləşdirən hallar qismində nəzərə almaqla məhkuma təyin edilmiş cəzanın ədalətli və qanuna uygun olduğunu əsaslamışlar. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin cəza hissəsi ilə razılaşmayaraq, təqsirləndirilən şəxsin zərərçəkmiş tərəflə barışmağa cəhd etməyə səy göstərməsini və zərərçəkmiş tərəfin təqsirləndirilən tərəflə barışmaqdan imtina etməsini əsas gətirərək əsas cəza kimi təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasının 5 il həddində artırmışdır. Lakin, apellyasiya instansiyası məhkəməsi təyin olunmuş əsas cəza həddini artırarkən cəzanın məqsədinə yəni sosial ədalətin bərpasına nail ola bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri tərə findən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən kimi nəzərə alınmış yuxarıda sadalanan hallar törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan və ona təqsirli bilindiyi maddədənin sanksiya həddində yüngül cəzanın tətbiq edilməsinə əsas verən hallara aid edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs Xalid Məmmədov barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab etmir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş əsas cəzanın müddəti artırsa da, məhkuma məntəqə tipli cəzacəkmə müəssisəsində çəkilməli olan cəzanın təyin edilməsi ədalətli hesab etməklə cinayət qanunvericiliyinin yuxarıda qeyd edilmiş normaların tələblərinə formal yanaşmış və məhkuma cəza təyin edilməsi ilə əlaqədar mövqeyi kifayət qədər əsaslandırmamışdır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmənin məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etməsi həmin qərarın kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, dövlət ittihamçısının kassasiya protestinin və zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan protest və şikayət təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının Məhkum haqqında 23 aprel 2021-ci il tarixli qərarı ləğv edilməli və iş həmin məhkəməyə yeni apellyasiya baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.21 və 419.10.2-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya protesti təmin edilsin. Zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 23 aprel 2021-ci il tarixli qərarı kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varsinin kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1338/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1338/2021
02.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver