Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1338/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 və məhkum X1 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmünə əsasən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 204.1,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, Məhkum7 Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Məhkum2 Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-ci maddələri, Məhkum3, Cinayət Məcəlləsinin 204.2-ci maddəsi Məhkum4 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi, Məhkum5 Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri, X1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 yanvar 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: sədrlik edən X12, X6 və X2 ibarət tərkibdə) 25 iyun 2021-ci il tarixli hökmü ilə 30 noyabr 1963 -cü ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şirvan şəhərində fəaliyyət göstərən 10 №-li sərnişin avtobusunun sürücüsü işləyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. xx xxxx 1980-cı ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, sözlərindən əvvəllər məhkum olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1 -ci maddəsinə əsasən üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək v əziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasının daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Hökmlə digər şəxslər - Məhkum1, Məhkum7, Məhkum2, Məhkum3 və Məhkum5 da məhkum olunmuşlar. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Abdulov Rəşad M əhərrəm oğlunun sədrliyi və məruzəsi ilə, X10 və X7 ibarət tərkibdə) 19 yanvar 2022-ci il tarixli qərarı ilə dövlət ittihamçisi X16 tərəfindən verilmiş apellyasiya protesti, həmçinin məhkum edilmiş şəxs Məhkum7 müdafiəçisi Müdafiəçi1 və məhkum edilmiş şəxs Məhkum1 müdafiəçisi X8 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, məhkum edilmiş şəxs Məhkum5 tərəfindən verilmiş apellyasiya şikayəti əsasiz olduğundan təmin edilməmişdir. Baki Ağir Cinayətlər Məhkəməsinin 1(101)-138/2021 sayli, 25 iyun 2021-ci il tarixli hökmü dövlət ittihamçisi X16 tərəfindən verilmiş apellyasiya protestinə, həmçinin məhkum edilmiş şəxs Məhkum7 müdafiəçisi Müdafiəçi1 və məhkum edilmiş şəxs Məhkum1 müdafiəçisi X8 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmişdir. Məhkum1 Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsinə tövsif edilmiş, Məhkum1 Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 04 il 06 ay müddətinə azadliqdan məhrum etmə cəzasi təyin edilmiş, Azərbaycan Respublikasi CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza Məhkum1 Baki Ağir Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş Azərbaycan Respublikasi Cinayət Məcəlləsi 204.1-ci maddəsi ilə 06 il müddətinə, Azərbaycan Respublikasi Cinayət Məcəlləsi 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 il müddətinə azadliqdan məhrum etmə cəzalari ilə qismən toplanilmış, onun üzərində qəti olaraq 09 il 06 ay müddətinə azadliqdan məhrum etmə cəzasi saxlanil mışdır. Məhkum7 Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 206.3.2, maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsinə tövsif edilmiş, Məhkum7 Azərbaycan Respublikasi Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 04 il 06 ay müddətinə azadliqdan məhrum etmə cəzasi təyin edilmiş, Azərbaycan Respublikasi CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəza Məhkum7 Baki Ağir Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş Azərbaycan Respublikasi Cinayət Məcəlləsi 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış, onun üzərində qəti olaraq 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum6 həmin hökmə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4, 9.2 və 9.3-cü bəndləri tətbiq olunmuş və Məhkum6 təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 06 ay azaldılmaqla, üzərində qəti olaraq 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkum6 barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş, barəsində "həbs” qismində qətimkan tədbiri seçilərək o, məhkəmə iclas zalından dərhal həbs edilmiş və onun cəzaçəkmə müəssisəsinə göndərilənədək həbsdə saxlanı lması Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli qərar elan edildiyi gündən, yəni 19 yanvar 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə hökmünə əsasən, Məhkum4 2019-cu ilin avqust ayının ortalarında qardaşı oğlu cinayət törətməkdə hər hansı maddi və sair nemətlər qarşılığında marağı olmayan Məhkum6 xahişdən və təkidindən sonra Şirvan şəhər sakini Məhkum5 500 manat müqabilində külli miqdarda narkotik vasitə olan heroin və özü tərəfindən şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərdən külli miqdarda narkotik vasitə olan metodonu, eləcə də şəxsi istehlak miqdarından artıq miqdarda olan qurudulmuş marixuananı və şəxsi istehlak miqdarından artıq miqdarda olan psixotrop maddə metafetamini satış məqsədilə qəsdən qanunsuz olaraq əldə etmiş daşıyaraq yaşadığı ünvan 1 ünvanında gizlətməklə satış məqsədilə qanunsuz saxlamışdır. 09 sentyabr 2019-cu il tarixdə DTX əməkdaşları tərəfindən Məhkum4 yaşadığı ünvan 1 ünvanında keçirilmiş axtarış zamanı evin yataq otağından külli miqdarda, yəni çəkisi 4.25 qram olan narkotik vasitə heroin, eləcə də külli miqdarda, yəni 3 ədəd həblərdən ibarət ümumi çəkisi 1.20 qram olan və kristallardan ibarət ümumi çəkisi 0.68 qram olan, ümumilikdə çəkisi 1.88 qram təşkil edən narkotik vasitə metodon aşkar edilərək götürülmüşdür. Habelə həmin ünvanda keçirilmiş axtarış zamanı evin yataq otağından şəxsi istehlak miqdarından artıq miqdarda olan ümumi çəkisi 6.2 qram təşkil edən na rkotik vasitə qurudulmuş marixuana və şəxsi istehlak miqdarından artıq miqdarda çəkisi 1.20 qram olan psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkum6 əmisi Məhkum4 narkotik vasitələrin istifadəçisi olduğundan və narkomaniya xəstəliyindən əziyyət çəkdiyi üçün ondan Şirvan şəhər sakini, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan Məhkum5 tanıdığını soruşmuş, müsbət cavab aldıqdan sonra tanımadığı üçün Məhkum5 onun öz istifadəsi üçün narkotik vasitə olan heroin almasını xahiş etmiş, Məhkum6 onunla birlikdə Şirvan şəhərində taksi fəaliyyəti ilə məşğul olan Məhkum5la görüşmüş əmisi Məhkum4 ağrıları olduğu üçün ona narkotik vasitə olan heroin lazım olduğunu bildirmişdir. Məhkum5 Məhkum4 üçün narkotik vasitə olan heroinin tapılmasının problem olmadığını Səyavuşa bildirmiş və həmin gün axşam saatlarında istintaqa məlum olmayan mənbədən əldə edərək yaşadığı ünvanda gizlətdiyi 20 qram heroini 500 (beş yüz) manat müqabilində Məhkum4 çatdırılması üçün Məhkum6 sonuncuların evlərinin qarşısında vermiş, Məhkum6 satış məqsədi olmadan qəsdən qanunsuz olaraq əldə etdiyi heroini qanunsuz daşıyaraq əmisi Məhkum4 çatdırmışdır. 09 sentyabr 2019-cu il tarixdə DTX əməkdaşları tərəfindən Məhkum4 yaşadığı ünvan 1 ünvanında keçirilmiş axtarış zamanı evin yataq otağından 2019-cu ilin avqust ayının təxminən ortalarında Məhkum5 qanunsuz olaraq əldə etdiyi narkotik vasitə 20 qram heroinin tərkib hissəsi olan külli miqdarda, yəni çəkisi 4.25 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində göstərilir ki, məhkum edilmiş şəxslər Məhkum4 və Məhkum6 barələrində onların şəxsiyyətinə, törətdiyi cinayətlərin ağırlığına və ictimai təhlükəliliyinə uyğun olmayan həddə cəza təyin edilmişdir. Belə ki, məhkəmələr Məhkum4 yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini və yaşının 50-dən çox olmasını, Məhkum6 isə ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini əsas götürərək onun törətdiyi cinayətlərin xarakterinə, ağırlığına və ictimai təhlükəliliyinə uyğun olmayan həddə yüngül cəza təyin etdiyi halda, apellyasiya instansiyası məhkəməsi həmin mövqe ilə razılaşmışdır. Məhkum4 58 yaşında olmasında hansı xüsusi əlamətlərin olması, bunun hansı cəhətlərinə görə həmin şəxsə başqa yaşda olanlara münasibətdə üstünlük verməsi və məsuliyyətini yüngülləşdırməsı birin ci instansiya və apellyasiya instansiyası məhkəmələrinin qərarlarından aydın deyildir. Məhkəmə Məhkum4 və Məhkum6 yaşadıqları yer üzrə müsbət xarakterizə edildiyini yüngülləşdirici hal kimi göstərməklə haqlı olmamışdır. Şəxsin müsbət xarakterizə olunması cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasına əməl olunmasının nəticəsidir və məhkəmə Cinayət Məcəlləsinin 59 2-ci maddəsinin tələbini pozaraq həmin halı məhz nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini hökmdə əsaslandırmamışdır. Məhkəmə yalnız təqsirləndirilən şəxslərin müsbət xarakterizə olunmasını göstərməklə kifayətlənmiş, lakin bunun nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını məhkəmə hökmünün təsviriəsaslandırıcı hissəsində göstərməmişdir. Məhkəmə Məhkum 6 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hal kimi qəbul etmişdir. CM-in 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəzanı yüngülləşdirən haldır. Lakin məhkəmə Məhkum6 tərəfindən cinayət əməlinin hadisələrin təsadüfi axarı zəminində törədilməsini məntiqi olaraq əsaslandıra bilməmişdir. İşin halları ilə müəyyən edildiyi kimi, Məhkum4nın və Məhkum6 törətdikləri CM-nin 234-cü maddəsi ilə olan cinayət əməlinin bilavasitə obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Göründüyü kimi, Məhkum4 və Məhkum6 tərəfindən törədilən cinayətin ictimai təhlükəlililiyinin xarakteri ağır və az ağır cinayətlər kateqoriyasına aid olmaqla, qəsdən törədilməsində, cinayətlərin ictimai təhlükəliiiyinin dərəcəsi isə dövriyyəsi qadağan olunmuş narkotik vasitələrin əldə edilib saxlanılmasında ifadə olunmuşdur. Birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum4 və Məhkum6 şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəliliyinə əhəmiyyət vermədən onları əsassız olaraq yüngül cəzaya məhkum etməsi, apellyasiya instansiyası məhkəməsinin isə həmin mövqe lə razılaşması anlaşılan deyildir. Apellyasiya instansiyası məhkəməsinin qərarının nəticəvi hissəsində apellyasiya protestinin Məhkum4 dair hissəsinə ümumiyyətlə qiymət verilməmiş, protestin həmin hissədə təmin edilib-edilməməsinə dair müddəa təsbit edilməmişdir. Qeyd olunanlardan əlavə bildirilməlidir ki, hazırki cinayət işi üzrə məhkum edilmiş 7 şəx sdən 3-ü (Məhkum1, Əlızamin Əliyev və Məhkum5) apellyasiya şikayəti verdiyi, apellyasiya protesti isə Məhkum4 və Məhkum6 barələrində verildiyi halda qərarın nəticəvi hissəsində yer almış, “hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın” müddəası barəsində apellyasiya şikayəti və ya apellyasiya proteti verilməmiş məhkum edilmiş şəxslərin (Məhkum3 və Məhkum2) hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, ümumi şəkildə ifadə edilən “hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın” müddəası barəsində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş şəxslərə münasibətdə də apellyasiya baxışının keçirilməsi, həmin şəxslərə dair apellyasiya icraatının aparılması anlamına gəlir. Qeyd olunan hal Məhkum3 və Məhkum2 gələcəkdə apellyasiya şikayəti vermək hüququndan faktiki olar aq məhrum edilməsi ilə nəticələnə bilər. Kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 yanvar 2022-ci il tarixli qərarı ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin təmin olunmaması barədə məhkumun, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesi təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məc əlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mah iyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası Məhkum4 Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində birinci instansiya məhkəməsi, Məhkum6 isə apellyas iya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş və kassasiya protestində mübahisələndirilən cəzalara dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cina yət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haq qında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Məhkum4 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, o cümlədən yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməllərini mahiyyət etibarı ilə etiraf edib, peşman olduğunu bildirməsini və 50-dən ç ox yaşının olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəza təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət etməklə ona ittiham olunduğu maddənin sanksiyasının həddində qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya Məhkəməsi Məhkum6 təyin edilmiş cəzaya münasibətdə qeyd etmişdir ki, o, hüquqi tövsif baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə əhatə olunan cinayət əməlini törətmiş olmasına baxmayaraq, iş materialların dan müəyyən edilir ki, Məhkum6 Məhkum5 əldə etdiyi narkotik vasitə şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla yanaşı, həmçinin külli miqdarda olmuş, həmçinin Məhkum6 əldə etdiyi həmin narkotik vasitəni yekunda özü istifadə etməyərək, həmin narkotik vasitəni əmisi Məhkum4 vermiş və sonuncu da sonradan həmin narkotik vasitənin satışını həyata keçirərək daha ictimai təhlükəli cinayəti törətməsi ilə nəticələnmişdir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə Məhkum6 törətmiş olduğu cinayət əməlinin, şəxsi istifadəsi üçün narkotik vasitə əldə edən şəxslərin yekunda özlərinin istifadə etməsi ilə nəticələnən cinayət əməllərinə (klassik 234.1) nisbətən daha ictimai təhlükəli xarakter daşıdığı qənaətinə gəlmiş və təyin edilmiş cəzanın məhkumun islah olunmasın a və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab etmişdir ki, Məhkum6 təyin edilmiş cəzanın həddi ilə sonuncunun islah edilməsi və cəzanın məqsədlərinə nail olunması mümkün olmadığından ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının növü ağırlaşdırılmaqla dəyişdirilməli, Məhkum6 ddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Bundan əlavə məhkum barəsində "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum6 cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını nəzərə almışdır. Belə ki, Məhkum6 Əliheydər oğluna Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyasının həddində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası islah təsiri baxımından yetərli hesab edilə bilməz. Birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin cəza təyini ilə bağlı tələbləri kifayət qədər nəzərə alınmamış və yüngül cəza təyin edilməklə sosial ədalət prinsipi pozulmuşdur. Apellyasiya Məhkəməsi məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində azadləğən məhdudlaşdırılması cəzasının təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslə r tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və haqlı olaraq Məhkum4 təyin olunmuş cəza növünü dəyişdirmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin məhkumlara təyin edilmiş cəzanın yüngül olması barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, yuxarıda şərh olunanlara əsasən məhkəmələr tərəfindən məhkumlara təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları və onun həddləri ədalətli, qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üç ün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəl ilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən h ansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxslərə təyin edilən azadlıqdan məhrum etmə cəzaları və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğundur və onların islah olunması məqsədinə cavab verir. Məhkəmə k ollegiyası məhkumlara təyin edilmiş cəzaların yüngül olması barədə kassasiya protestinin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası həmçinin kassasiya protestinin apellyasiya instansiyası məhkəməsinin qərarının nəticəvi hissəsində qeyd edilmiş “hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın” müddəasının barəsində apellyasiya şikayəti və ya apellyasiya proteti verilməmiş məhkum edilmiş şəxslərin hüquqlarının pozulması ilə nəticələnməsi barədə dəlillərini də əsassız hesab edir və qeyd edir ki, göstərilən qərarda Baki Ağir Cinayətlər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli hökmünün məhz dövlət ittihamçisi X16 tərəfindən verilmiş apellyasiya protestinə, həmçinin məhkum edilmiş şəxs Məhkum7 müdafiəçisi Müdafiəçi1 və məhkum edilmiş şəxs Məhkum1 müdafiəçisi X8 tərəfindən verilmiş apel lyasiya şikayətlərinə münasibətdə dəyişdirilməsi qeyd edilmişdir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 yanvar 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegi yası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi, Məhkum6 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 yanvar 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1338/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1338/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver