Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1338/2023 31.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X9 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, Məhkum edilmiş şəxs (mülki cavabdeh) Məhkum, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli, 1(103)-1002/2022 nömrəli qərarından zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum (mülki cavabdeh) Məhkum xx xxxx 1984-cü il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, 11 fevral 2020-ci il tarixdə saat 11 radələrində ö zünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan «KİA Sportage» markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, S.Mehmandarov küçəsi ilə Sabunçu rayon İcra Hakimiyyətinin inzibati binası istiqamətində hərəkətdə olarkən yolun Ə.Kərim küçəsi ilə kəsişməsində geriyə dönmə manevri edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 54-cü maddəsinin 1-ci hissəsinə əsasən piyada keçidinə daxil olmuş piyadaya yol verməklə və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına tam əmin olaraq hərəkətini davam etdirməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyib həmin tələbləri pozaraq piyada keçidində hərəkətdə olan Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə ehtiyatsızlıqdan vuraraq piyada X1 qamış sümüyünün yerini dəyişən qapalı sınığı, sol dirsək oynağı nahiyəsinin sıyrığı ilə müşayiət olunan, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Süleyman Ağayev) 11 mart 2021-ci il tarixli hökmü ilə (mülki cavabdeh) Məhkum Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, qazancının 20 faizi miqdarında dövlət nəfinə pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, cəzasını iş yeri üzrə çəkməsi, cəzasının əvvəlinin məhkumun qazancından dövlət nəfinə pul tutulmalar ının aparıldığı vaxtdan hesablanması, mülki iddia tələbinin qismən təmin edilməsi, Məhkum zərərçəkmişin öz vəsaiti hesabına müalicə almasına sərf olunmuş məbləğ olmaqla, cəmi 1400 (min dörd yüz) manat miqdarında pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Zərərçəkmiş şəxs verilməsi hökm edilmişdir.
4. Hökmdən məhkum edilmiş şəxs Məhkum (mülki cavabdeh) və onun müdafiəçisi, habelə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: R.M.Abdulov (sədrlik edən), Ə.S.Seyfəliyev və Q.X.Babayev) 18 avqust 2021-ci il tarixli qərarı ilə Məhkum (mülki cavabdeh) və müdafiəçisi X7 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməmiş, Zərərçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən verilmiş ape llyasiya şikayəti qismən təmin edilmiş, Məhkum (mülki cavabdeh) Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü sonuncuya münasibətdə təyin edilmiş cəza və mülki iddianın mənəvi ziyanın təmin edilməməsi hissəsində dəyişdirilməsi, Məhkum (mülki cavabdeh) həmin hökmə əsasən Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təyin edilmiş qazancının 20 faizi miqdarında dövlət nəfinə pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzası 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməsi, məhkum edilmiş şəxs Məhkum (mülki cavabdeh) həmin hökmlə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasi tələrini idarə etmə hüququndan məhrum etmə cəzasının dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Məhkum üzərinə gün ərzində saat 00:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin Məhkum (mülki cavabdeh) cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum (mülki cavabdeh) təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası nın icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməsi, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın mənəvi ziyanla bağlı hissədə qismən təmin edilməsi, məhkum edilmiş şəxs Məhkum (mülki cavabdeh) mənəvi ziyana görə 1000 (min) manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs (mülki iddiaçı) ödənilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
5. Həmin qərardan məhkumun müdafiəçisi və zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 15 mart 2022-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs və onun nümayəndəsinin birgə verdikləri kassasiya şika yəti təmin edilməmiş, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməklə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 avqust 2021-ci il tarixli qərarının Müdafiəçi3 kassasiya şikayətinə münasibətdə ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasına təyin edilməsi qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 may 2022-ci il tarixli qərarı ilə Məhkum (mülki cavabdeh) və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş dir. Məhkum (mülki cavabdeh) Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə münasibətdə qanunla nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraata xitam verilmişdir. Həmçinin, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilmiş, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia maddi ziyanın tutulması hissəsində təmin edilməmiş, mənəvi ziyanın tutulması hissəsində qismən təmin edilməklə məhkum edilmiş şəxs Mə hkum (mülki cavabdeh) mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs (mülki iddiaçı) ödənilməsi qərara alınmışdır.
7. Həmin qərardan məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli qərarının Məhkum (mülki cavabdeh) mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs (mülki iddiaçı) ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə mənəvi zərərin 1000 (bir min) manat tutulmasına dair yeni qərar qəbul edilməsi xahiş olunmuşdur.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 07 dekabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyas ının 26 may 2022-ci il tarixli qərarı məhkum və onun müdafiəçisi tərəfindən birgə verilmiş kassasiya şikayətinə münasibətdə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın mənəvi ziyanın tutulması hissəsində qismən təmin edilməklə Məhkum (mülki cavabdeh) mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs (mülki iddiaçı) ödənilməsi hissəsində ləğv edilmiş, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia mənəvi ziyanın tutulması hissəsində baxılmamış saxlanılmış və zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının izah edilməsi və qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
9. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolleg iyasının 26 may 2022-ci il tarixli qərarından zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum AR CM-in 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının verilməsi və mülki iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
10. Kassasiya şikayətinin dəlilləri qismində bir sıra qanunvericilik aktlarına istinadlar edilərək göstərilmişdir ki, mülki iddia üzrə iddia tələbinin qismən təmin edilməsi zərərçəkmiş şəxsin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxarmışdır. Məhkəmə Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsi tərəf indən verilmiş T154/2021 saylı ekspert rəyi mübahisələndirilərək, həmin rəy əsasında məhkəmənin əməliyyat xərcləri ilə bağlı iddia tələbini təmin etməməsinin onun hüquqlarının pozuntusu kimi qiymətləndirilmişdir. Həmçinin, qeyd edilmişdir ki, zərərçəkmiş şəxsin əməliyyat olunmasına sərf edilmiş 6000 manata yaxın xərci təsdiq edən çeklər və qəbzlər var, hansılar ki, məhkəmələr tərəfindən sübut kimi qəbul edilməmişdir. Bununla da, kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutl arı tədqiq etmədikdə), 416.1.14 (məhkəmə cinayət işi üzrə icraata, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata bu iş üzrə məhkəmənin qüvvəyə minmiş yekun qərarı, cinayət təqibini istisna edən halların və ya cəzanın tətbiqini aradan qaldıran yeni cinayət qanununun, habelə amnistiya aktının ilə olmamasına baxmayaraq səhvən xitam verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli qərarının qərarının ləğv edilməsini, Məhkum AR CM-in 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhru metmə cəzasının verilməsi və mülki iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş edir. Həmin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilməmişdir. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. III.Hüquqi məsələlər
11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində i şə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Zərərçəkmiş şəxs kassasiya şikayətində məhkum edilmiş şəxs (mülki cavabdeh) Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməli olmasını iddia edərək, eyni zamanda tərəfindən verilmiş mülki iddia tələbinin tam şəkildə təmin edilməli olmasını bildirərək mübahisələndirilən qərarın ləğv edilməsi və hər iki xahişinin təmin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2, 416.1.14 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum yol hərəkəti qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə icla sında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır.
18. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir.
19. Kollegiya ilkin olaraq Məhkum barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsin ə dair zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir.
20. Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək h esablanır.
21. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir).
22. Apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinin materialları tədqiq edilərək müəyyən edilmişdir ki, Məhkum təqsirli bilindiyi cinayət əməlini 11 fevral 2020-ci il tarixdə törətmiş və həmin əmələ görə Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Sözügedən əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmaq la, həmin əmələ görə cinayət qanununda müddətin keçməsi ilə əlaqədar olaraq cinayət məsuliyyətindən azad etmə müddəti cinayətin törədildiyi gündən 02 (iki) il həddində müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Göründüyü kimi qeyd edilən norma imperativ olmaqla, apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün olaraq tətbiq edilmişdir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 07 dekabr 2022-ci il tarixli qərarı ilə Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli qərarı Məhkum (mülki cavabdeh) mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pul tutu laraq Zərərçəkmiş şəxs (mülki iddiaçı) ödənilməsi hissəsində ləğv edilmiş, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia mənəvi ziyanın tutulması hissəsində baxılmamış saxlanılmış və zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının izah edilməsi və qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 24. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 74-cü bəndinə əsasən, “Təqsirləndirilən şəxs barəsində CPM-in 42.1.1-ci maddəsinə müvafiq olaraq - cinayət hadisəsinin olmamasına və yaxud 42.1.3-cü maddəsinə müvafiq olaraq – onun cinayətin törədilməsinə aidiyyətinin olmamasına görə bəraət verilirsə, məhkəmə mülki iddianı rədd edir və bəra ət hökmünün nəticəvi hissəsində buna dair qərar verir. Bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır.”
25. Göründüyü kimi, zərərçəkmiş şəxs tərəfindən kassasiya qaydasında mübahisələndirilən mülki iddianın təmini məsələsi, məhkumun müdafiəçisinin kassasiya şikayəti əsasında xx.xx.2022-ci il tarixdə kassasiya qaydasında araşdı rılaraq qiymətləndirilmişdir.
26. Odur ki, kassasiya şikayətinin Məhkum azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi və zərərçəkmiş şəxsin mülki iddiasının tam təmin edilməsi barədə dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
27. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının Məhkum azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi hissəsində ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, zərərçəkmiş şəxsin mülki iddiasının təmininə münasibətdə isə qanuni qüvvədə olan kassasiya instansiyası məhkəməsinin qərarı mövcuddur, qeyd edilənlərə əsasən, kassasiya şikayətinin dəlilləri əsassızdır.
28. Azərbaycan Respublikası Cinayət Prosessual Mə cəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır.
29. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı bu hissədə əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Zərərçəkmiş şəxs verdiyi kassasiya şikayəti təmin edilməməlidir.
30. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 may 2022-ci il tarixli, 1(10 3)-1002/2022 nömrəli qərarı zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.