Məhkəmə qərarları › İş №1(102)-1338/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1338/2024

16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1338/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkumun müdafiəçisi Sadıqov Nurəddin Arif oğlunun, Zərərçəkmiş şəxsin hüquqi varisi X, nümayəndəsi Xn iştirakları ilə, XXXXX il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, dul, əvvəllər məhkum olunmamış, heç yerdə işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2023-cü il tarixli, 1(103)-82/2023 nömrəli qərarından məhkumun müdafiəçisi Sadıqov Nurəddin Arif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli, 1(101)-278/2022 nömrəli hökmü ilə (hakimlər: F.A.Qəribov (sədrlik edən), Ə.İ.Məmmədov və T.Q.Hüseynov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhku m edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 10 avqust 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi Sadıqov Nurəddin Arif oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), C.V.Hüseyn və E.H.Allahverdiyev) verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum şəxsi münasibətlər zəminin də qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 08 may 2021-ci il tarixdə rəfiqələri Şahid15, Şahid16 və sonuncunun əri Şahid17 ilə danışıb razılaşaraq növbəti gün, yəni xx.xx.2021-ci il tarixdə sonuncular və ünvan 2 ünvanında birlikdə yaşadığı əri Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri Novxanı qəsəbəsində yerləşən restoranlardan birinə gedəcəklərini planlaşdırmalarına baxmayaraq, əri Zərərçəkmiş şəxs 09 may 2021-ci il tarixdə, saat 11 radələrində dostluq münasibətində olduğu Şahid13 ilə görüşüb Bakı şəhəri, Xəqani küçəsində yerləşən "Sultan” restoranında spirtli içki qəbul edib tam sərxoş vəziyyətdə həmin gün saat 17 radələrində yaşadığı mənzilə qayıtmasından və buna görə də tanışları ilə qabaqcadan razılaşdırdığı tədbirin pozulmasından əsəbləşib, bundan başqa son dövrlər əri ilə aralarında yaranmış ailədaxili mübahisələrin daha da kəskinləşməsi zəminində mənzilin giriş dəhlizində, təqribən saat 17:50 radələrində qarşıladığı Zərərçəkmiş şəxsla mübahisə edib əli ilə sonuncunun sağ əlinin bilək nahiyəsindən tutub sıxmaqla, eləcə də zor tətbiq edib itələməklə dəhlizdəki divara çırpıb və həmin hissədə yerdə olan ayaqqabı yığmaq üçün istifadə olunan taxta predmetin üstünə yerə yıxmaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinin həmin predmetlərə dəyməsi nəticəsində ona qəsdən alın nahiyəsinin sağ yarısında, bilavasitə sağ qaş qövsünün bayır qurtaracağı üstündə 4,7x3,5 sm ölçüdə qeyri-müəyyən formalı qançır, sağ qaş qövsünün iç qurtaracağı üzərində 0,8x0,2 sm ölçüdə xətti formalı, ətraf dibi sağlam dəridən aşağı səviyyəli sıyrıq, boyunu n ön səthinin orta-aşağı 1/3 mərkəzindən, qıtlaq qığırdaqlarının aşağı yarısı proyeksiyasından 1,5 sm sağa və cüzi aşağıda 0,6x0,3 sm və sonuncudan 2,3 sm sağa və cüzi aşağıda 1,0x0,2 sm ölçüdə azacıq qövsvari formada dəri epidermisi sağdan sola istiqamətində qopmuş və büzülmüş sıyrıqlar, döş qəfəsinin ön səthinin sağ yarısında, sağ körpücük sümüyünün iç yarısı proyeksiyasında, bilavasitə körpücükaltı nahiyədə 2,8x1,0 sm ölçüdə, düzgün olmayan "4” rəqəminə bənzər formada, sonuncunun sağ kənarından 7,0 sm sağa, ön qoltuq xətti üzrə sağ bazu oynağının ön səthi üzərində 1,2x0,7 sm ölçüdə ovalvari formada eyni xarakterli sıyrıqlar, döş qəfəsinin arxa səthinin sağ yarısında, arxa qoltuq xətti ilə orta qoltuq xətti arasında, Vİİİ-İX qabırğalararası sahədə 2,5x0,4 sm ölçüdə, uzunluğu çəp- köndələ n istiqamətdə yerləşmiş 1 ədəd və sağ onurğayanı xətlə kürək xətti arasında, təxminən X qabırğa səviyyəsində 1,5x0,3 sm ölçüdə uzunluğu köndələn istiqamətdə yerləşmiş 1 ədəd analoji xarakterdə zolaqvari sıyrıqlar, qeyd edilən sıyrıqlara müvafiq olan qansızmalar, sağ saidin arxa səthində, eyni bir düz xətt üzərində, yuxarıdan-aşağıya biri digərindən 3,5 sm, 2,5 sm və 4,2 sm aralı yerləşmiş, ölçüləri 1,5x1,0 sm, 1,8x1,2 sm 1,3x1,0 sm və 1,7x1,2 sm olan ovalvari formada qançırlardan ibarət bədən xəsarətləri yetirmiş, daha sonra ərinin ona hörmət etməməsini, rəfiqələrinini yanında nüfuzdan salmasını düşünərək bu əməllərinə görə döşəmənin üstünə yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs özünəməxsus tərzdə cəzalandırmaqla qisas alıb qəsdən öldürmək məqsədi ilə sonuncunun mütəmadi olaraq boynunda gəzdirdiyi və həmin vaxt sonuncunun boynunda olan 60x1x0,3 sm ölçüdə gümüş boyunbağıdan tutub aşğıdan yuxarıdoğru şaquli istiqamətdə dartmaqla ona qəsdən boyunun ön səthinin orta-aşağı 1/3 mərkəzində, qıtlaq qığırdaqlarının aşağı yarısı proyeksiyasında 5,0x2,2 sm ölçüdə qeyrimüəyyən formalı, boğaz nahiyəsinin dərisini soyub enli sıyrıq şəklində, İV və V boyun fəqərələrinin ön və yan səthlərinin yumşaq toxumalarına qansızmalarla müşayiət olunan bədən xəsarətləri yetirməklə boyunbağından istifadə edib həmin üsulla boyun üzvlərini sıxmaqla boğaraq mexaniki asfiksiya nəticəsində Zərərçəkmiş şəxs qəsdən öldürmüş və sonuncunun meyitini yaşadığı mənzilin dəhlizində qoyaraq mənzili tərk edib rəfiqələri Şahid15, Şahid16 və sonuncunun əri Şahid17la görüşərək saat 18:40 radələrində Bakı şəhəri, Fi zuli küçəsində, "Beşmərtəbə” adlanan ərazidə yerləşən "Təndir” restoranına gedib həmin şəxslərlə birlikdə yemək yeyib spirtli içkilər qəbul etdikdən sonra saat 21:30 radələrində yaşadığı mənzilə qayıdıb törətdiyi cinayətin izlərini itirmək məqsədilə Zərərçəkmiş şəxs meyiti üzərindən boyunbağını çıxararaq istintaqla müəyyən edilməmiş şəkildə gizlətmiş, həmin boyunbağının dartılmasından meyitin boğaz nahiyəsində yaranan bədən xəsarətinin aşkarlanmaması üçün Zərərçəkmiş şəxs köynəyinin heç vaxt bağlamadığı yuxarı düymələrini bağlamış, törətdiyi cinayətə görə məsuliyyətdən yayınmaq, ərinin guya öz əcəli ilə ölməsi görüntüsünü yaratmaq məqsədilə keçmiş əri Şahid4 zəng edib köməyə çağırmış, sonuncu gəldikdə ona guya Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə evdə qoyub getdiyini, qayıtdıqda dəhlizdə yar ı uzanmış vəziyyətdə aşkar etdiyini bildirib Şahid4la birlikdə meyiti çarpayıya uzadaraq saat 21:40 radələrində təcili tibbi yardım çağırmaqla törətdiyi qəsdən adam öldürmə cinayətinin izlərini itirməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Sadıqov Nurəddin Arif oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayətprosessual normaların tələbləri pozulmuş, işin həqiqi halları düzgün müəyyən edilməmiş, nəticədə Məhkum Zərərçəkmiş şəxs ölümündə təqsiri sübuta yetirilmədiyi halda, o əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib ağır cəzaya məruz qalmış, onun Azərbaycan Respublikası Konstitusiyası, Avropa Konvensiyası ilə ehtiva olunan hüquqları pozulmuşdur. Müdafiəçi kassasiya şikayətində xüsusilə ona istinad edir ki, təqsirləndirilən şəxsin ilkin ifadəsi ilə sonrakı ifadələri arasında kəskin ziddiyyətlərin olmasına baxmayaraq, məhkəmələr tərəfindən şəxsin təqsirlilik məsələsi həll olunarkən məhz ibtidai araşdırma dövründə təzyiq altında alınan ifadələrə, ziddiyyətli ekspertiza rəylərinə, şahidlərin digər iş materialları ilə təsdiq olunmayan ifadələrinə üstünlük verilmişdir. Eyni zamanda Məhkum cinayəti törətməməsi barədə irəli sürdüyü dəlillərlə bağlı heç bir araşdırma aparılmamış, ifadələrində istinad olunmuş hallar qeyri mötəbər və mümkünlüyü qiymətləndirilməmiş sübutlara təkzib olunmuşdur. Halbuki, Məhkum ifadəsi işdə olan şahid və digər sübutlarla tam üst üstə düşməklə onun təqsirsizliyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Şikayət müəlliflə ri qeyd edir ki, məhkəmələr ittihamı üzrə cinayət işinə baxılması zamanı məhkəməyədək icraat gedişində toplanmış məlumat, sənəd və əşyaların mənbəyinin mötəbərliyini yoxlamamış, onları təhlil etmədən və bir-biri ilə müqayisə etmədən ittiham tərəfinin sübutları qismində tanımış, onları mənsubiyyət, mümkünlük və mötəbərlik baxımından qiymətləndirməmişdir. Faktiki olaraq müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntuları yaradan hallar kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələl ər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyə tlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Sadıqov Nurəddin Arif oğlu kassasiya şikayətində məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edi lməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 dekabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hə rəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümk ün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Müdafiəçinin kassasiya şikayətindən görünür ki, o, Məhkum cinayət törətmədiyini, zərərçəkmiş Zərərçəkmiş şəxs ölümündə təqsiri olmamasını təsdiq edən mötəbər sübutların olmadığını iddia etməklə, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinməsini istisna edən əsasların olması haqqında qənaətini və həmin qənaətdən irəli gələn apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və özü nün işin faktiki hallarına verdiyi fərqli təsvirlər üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini gətirdiyi faktik halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlili ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sü buta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, kassasiya kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qəra rının ləğv edilməsi, cinayət işi üzrə icraata xitam verilməsi barədə tələbin (o cümlədən, təqsirliliyinin sübuta yetirilməməsinə baxmayaraq Məhkum barəsində Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub- olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bil inməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən cinayət-prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Cinay ət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli olması barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Müdafiəçinin Məhkum Zərərçəkmiş şəxs ölümündə təqsiri sübuta yetirilməməsinə dair dəlilləri verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) birinci instansiya məhkəməsində baxılmış sübutların məcmusu ilə - zərərçəkmiş şəxsin ziddiyyətli ifadələri, çoxsaylı şahid ifadələri, 09 may 2021-ci il tarixli hadisə yerinə baxış protokolu, müşahidə kameralarının videoyazılarına baxış protokolu, i btidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş 10 may 2021-ci il tarixli, 26 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyi, 22 iyun 2021-ci il tarixli, 3/900 saylı məhkəmətrasoloji ekspertizasının rəyi, 03 avqust 2021-ci il tarixli, 3/1306 saylı məhkəmə-trasoloji ekspertizasının rəyi, maddi sübutlar və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də həmin sübutlardan çıxış etməklə məhkumun müdafiəçisinin apellyasiya şikayətinin dəlillərini cavablandırdığından, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin araşdırılması və yoxlanılması üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində mə hkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası həmin sübutların hazırki qərarda yenidən təsvir, onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh edilməsinə zərurət görmür. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cəza təyin edilərkən və cəzanın təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydas ında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum müdafiəçisi Sadıqov Nurəddin Arif oğlunun, habelə ka ssasiya şikayətinin təmin edilməməsinə dair zərərçəkmiş şəxsin hüquqi varisi X4, nümayəndəsi Nümayəndə və dövlət ittihamçısı X2 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 28 dekabr 2023-cü il tarixli, 1(103)-82/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Sadıqov Nurəddin Arif oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 28 dekabr 2023-cü il tarixli, 1(103)-82/2023 nömrəli qə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar