Məhkəmə qərarları › İş №1(102)-1339/2018

Ali Məhkəmə Qərar — İş №1(102)-1339/2018

22.11.2018 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1339/2018 22.11.2018 ALİ MƏHKƏMƏ İş № 1(102)-1339/2018 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 22 noyabr 2018-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), İlqar Səyyad oğlu Qılıcov və X2 ibarət tərkibdə; Röya Əli qızı Həsənovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Xamməd Nuriyev, hakimlər Oruc Cəlilov və Nizami Quliyevdən ibarət tərkibdə), Məhkum, xx xx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Suraxanı rayonu, ünvan1 qeydiyyatda olan və yaşayan iş üzrə xx xx 2016-cı il tarixdən həbsdə olan, AzərbaycanRespublikasıCinayət Məcəlləsinin 206.2 və 234.4.3cümaddələriilənəzərdətutulmuşcinayətlərintörədilməsindətəqsirlibilinib, CM-in 206.2cimaddə siilə 4 (dörd) ilmüddətəazadlıqdanməhrumetməcəzasına, CM-in 234.4.3-cümaddəsiilə 5 (beş) il 6 (altı) aymüddətəazadlıqdanməhrumetməcəzasına məhkum edilmiş, CM-nin 66.3cümaddəsinəəsasəntəyinoulnmuşcəzalarıqisməntoplamaqlaona cinayətlərinməcmusuüzrəqətiolaraq 6 (altı) ilmüddətəazadlıqdanməhrumetməcəzasıtəyinedilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx xx 2016-cı il tarixdən hesablanması və onun CM-in 93.1.2cimaddəsindənəzərdətutulantibbixarakterliməcburitədbirtədbiqedilməkləcəzaçəkdiyimüddətdənarko maniyadanməcburimüalicəolunması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən,Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, xx xx 2016-cı il tarixdə İran İslam Respublikasının Astara şəhərində isti ntaqla müəyyən edilməmiş mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 17,675 qram heroin narkotik vasitəsini və təsiredici maddəsinin miqdarı 0,12 qram təşkil edən 3 həb metadon narkotik vasitəsini əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə heroin narkotik vasitəni bir bükümdə qablaşdırıb sol ayağına geyindiyi ayaqqabıda, corabının içərisində, metadon həblərini isə geyim əşyalarını yerləşdirdiyi idman çantasının üst cibində yerləşdirib saxlamış, daşımış və həmin gün saat 15 radələrində Astara Gömrük İdarəsinin sərnişin şöbəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ələsgər Novruzov, hakimlər Zəki Babayev və Amil Dosiyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə ona 02 (iki) il müddətəazadlıqdanməhrumetməcəzası təyin edilmiş, hökmlə ona CM-in 206.2-cimaddəsiilətəyin edilmiş 04 (dörd) ilmüddətəazadlıqdanməhrumetməcəzasıCM-in 66.3-cümaddəsinəəsasənqərarla təyin edilmiş cəza ilə qisməntoplanılmaqlaMəhkum qətiolaraq05 (beş) ilmüddətəazadlıqdanməhrumetməcəzasıtəyinedilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının xx xx 2017-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində apellyasiya məhkəməsinin iş üzrə onun cəzasını yüngülləşdirən və digər halları nəzərə almdadan ona cəza təyin etdiyini göstərmiş və onun barəsində ədalətli və humanist qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısı Kamran Mahmudovun çıxışını dinləyərək belə hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməli, Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarı dəyişdirilməli və onun cəzası yüngülləşdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hərhansıbirfaktınbaşveribverməməsinimüəyyən etmir və yalnızhəmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə özmünasibətinibildirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi nin 416.0.21-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkum kassasiya şikayətində əməlin tövsifi məsələsini mübahisələndirməmiş, apellyasiya məhkəməsinin iş üzrə onun cəzasını yüngülləşdirən və digər halları nəzərə almdadan ona cəza təyin etdiyini göstərmiş və onun barəsində ədalətli və humanist qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə aktlarından görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışldır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə alt ına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə Məhkum barəsində işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə qərarında göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xx 2017-ci il tarixli hökmü ilə Məhkum AzərbaycanRespublikasıCinayət Məcəlləsinin 206.2 və 234.4.3-cümaddələriilənəzərdətutulmuşcinayətlərintörədilməsində təqsirli bilinmişdir. Apellyasiya məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü Məhkum cinayət əməl inin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair hissədə dəyişdirilmiş, onun əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, ona bu maddə ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökmlə ona CM-in 206.2-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadklıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qərarla təyin edilmiş cəza ilə qismən toplanmaq yolu ilə Məhkum qəti olaraq 5 (beş) il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsinin Məhkum cinayət əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyas ı da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum qeyd edilən cinayət əməlləri məhkəmə tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası belə hesab edir ki, məhkəmə tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlar CPM-in 143-146-cı maddələrinə uyğun surətdə tədqiq edilmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə məhkumun təqsirliliyi sübuta yetirilmişdi r. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən onun “HepatitC” xəstəsiolmasınıCM-in 59.2cimaddəsinəəsasənonuncəzasınıyüngülləşdirənhalkiminəzərəalmış, cəzanı ağırlaşdıran hal müəyyən edilməmiş və o, CM-in 206.2-cimaddəsiilə 4 (dörd) ilmüddətəazadlıqdanməhrumetməcəzasına, CM-in 234.4.3-cümaddəsiilə 5 (beş) il 6 (altı) aymüddətəazadlıqdanməhrumetməcəzasına məhkum edilməklə CM-in 66.3cümaddəsinəəsasənona cinayətlərinməcmusuüzrəqətiolaraq 6 (altı) ilmüddətəazadlıqdanməhrumetməcəzasına məhkum edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qərarı ilə Məhkum əməli CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövs if edilməklə ona həmin maddə ilə ona 02 (iki) il müddətəazadlıqdanməhrumetməcəzası təyin edilmiş və ona hökmlə CM-in 206.2-cimaddəsiilətəyin edilmiş 04 (dörd) ilmüddətinəazadlıqdanməhrumetməcəzasıCM-in 66.3-cümaddəsinəəsasənhazırki cəza ilə qisməntoplanılmaqlaqətiolaraq05 (beş) ilmüddətinəazadlıqdanməhrumetməcəzasıtəyinedilmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən onun əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi öz qərarında Məhkum əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etməklə ona həmin maddə ilə 02 ( iki) il müddətəazadlıqdanməhrumetməcəzası təyin etsə də, hökmlə CM-in 206.2-cimaddəsiiləona təyin edilmiş 04 (dörd) ilmüddətəazadlıqdanməhrumetməcəzasını dəyişdirmədən saxlayaraq ona qətiolaraq05 (beş) ilmüddətəazadlıqdanməhrumetməcəzasıtəyinetmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum təyin etdiyi cəzanın müddətini aşağıdakılara əsasən ədalətli hesab etmir: Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9-cu maddəsinə əsasən, ci nayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tör ədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmalıdır. Başqa sözlə cəza törədilən cinayətə adekvat olmalıdır. Azərbaycan Respublikası CPM-in 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırl ığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Ədalətlilik prinsipinə görə cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirməsi baş verir. Təyin edilən cəzanın ədalətli olması həm də sosial ədalətin bərpasını təmin etdiyindən cinayət qanunu cəzanın ədalətli olmasına xüsusi əhəmiyyət verir. Təqsirə görə təyin edilən cəza növünə və müddətinə görə ədalət və humanizm prinsiplərinə söykənməlidir. Cəza insanlarda vahimə yaratmaq xarakteri deyil, təqsirkarın islah olunaraq tam yararlı şəxs kimi cəmiyyətin sıralarına qayıtmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, "D" iş üzrə xx xx 1970-ci il tarixli, "Piersack Belçikaya qarşı" iş üzrə xx xx 1982-ci il tarixli və "X3rşı" iş üzrə xx xx 1984-cü il tarixli qərarlarında isə Avropa İns an Hüquqları Məhkəməsi qeyd etmişdir: "Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir". Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında da məhkəmələrə tövsiyyə olunur ki, onlar CM-in 59-cu maddəsi ilə birbaşa nəzərdə tutulmayan bu və ya digər halı cəzanı yüngülləşdirən hal kimi nəzərə aldıqda onların cəzanı yüngülləşdirən hal olaraq qəbul edilməsini hökmdə əsaslandırsınlar. Birinci instansiya məhkəməsi Məhkum CM-nin 206.2-ci maddəsi ilə cəza təyin edərkən Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 17,675 qram heroin narkotik vasitəsini və təsiredici maddəsinin miqdarı 0,12 qram təşkil edən 3 həb metadon nark otik vasitəsini əldə etdiyi, saxladığı, daşıdığı və həmin gün saat 15 radələrində Astara Gömrük İdarəsinin sərnişin şöbəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirdiyi nəticəsinə gələrək ona həmin maddə ilə 04 (dörd) ilmüddətəazadlıqdanməhrumetməcəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə Məhkum əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama kimi tövsif etməsinə baxmayaraq hökmlə CM-in 206.2-cimaddəsiiləona təyin edilmiş 04 (dörd) ilmüddətəazadlıqdanməhrumetməcəzasını dəyişdirmədən saxlamışdır. Halbuki, müəyyən edilmişdir ki, məhkum narkotik maddəni satış məqsə di ilə deyil, özü istifadə etmək üçün əldə edərək gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə gətirmişdir. Cinayət qanunvericiliyi ictimai təhlükəliliyinə və xarakterinə görə CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini az ağır cinayət kimi, CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini isə ağır cinayət kimi təsnif edir. Hökmdən də görünür ki, birinci instansiyası məhkəməsi Məhkum narkotik maddəni məhz satış məqsədi ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirdiyinə görə ona CM-in 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi məhkumun əməlini tövsif edib cəza təyin edərkən bu halı da nəzərə almalı idi. Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 206.2-ci m addəsinin sanksiyasında 3 (üç) ildən 7 (yeddi) ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Kollegiyanın qənaətinə görə, göstərilən Qanun müddəalarının tələbləri və Ali Məhkəmənin Plenum qərarının tövsiyyələri baxımından, həmçinin yuxarıda şərh edilənlərin fövqündə yanaşdıqda apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin edilən cəza ədalətli görünmür. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir və belə qənaətə gəlir ki, Məhkum cəzasının yüngülləşdiriməsi əsaslı və ədalətlidir. Beləliklə, kassasiya kollegiyası Məhkum törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, işin hallarını, məhkumun şəxsiyyətini, onun “HepatitC” xəstəsiolmasını, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb ed ilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi, iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını,habelə təyin olunmuş cəzanın məhkumun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eləcə də məhkum və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq və cəzanın qanunla müəyyən olunmuş məqsədini təmin etmək üçün Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təyin olunmuş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, eləcə də ona CM-in 234.1 və 206.2-ci maddələri ilə qəti olaraq təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini mümkün hesab edir və bu nəticənin qanuni, əsaslı və ədalətli olması qənaətinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayətişininmateriallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə razılaşır və belə nəticəyə gəlir ki, kassasiya şikayətinin təmin edilməsi, göstərilən qərarın isə dəyişdirilməsi və məhkumun cəzasının yüngülləşdirilməsi əsaslı və məqsədə müvafiqdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALD İ:

1. Məhkumun kassasiya şikayəti təmin edilsin.

2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1 maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarı dəyişdirilsin.

3. Hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə Məhkum təyin edilmiş 04 (dörd) il azadlıqdan məhrum etmə cəzasının müddəti 03 (üç) ilə endirilsin.

4. Hazırki qərarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə müəyyən edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ona Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xx 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətinəazadlıqdanməhrumetməcəzası ilə CM-in 66.3cümaddəsinəəsasənqisməntoplanılmaqlaMəhkum qətiolaraq03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Qərar qalan hissədə dəyişd irilmədən saxlanılsın. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi İnqilab Nəsirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar