Məhkəmə qərarları › İş №1(102)-1339/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1339/2022

19.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1339/2022 19.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Hümbətov Pərviz Şakir oğlunun iştirakları ilə xx xxx 1986-cı il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.3, 170.3, 181.2.1 və 181.2.5-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru, Ramazanov Zəfər Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli hökmünə əsasən (hakimlər: Z.Q.Ağayev (sədrlik edən), A.Ə.X11ov və S.S.Hüseynov) Məhkum - Azərbaycan Respublikası CM-in 126.3, 170.3, 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək, CM-in 126.3-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 170.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 181.2.1 və 181.2.5-ci maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə Azərbaycan Respublikası CinayətProsessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetmədiyinə görə bəraət verilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 28 sentyabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), C.V.Hüseyn və R.M.Abdulov) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2022ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İttiham aktına əsasən, Məhkum Azərbaycan Respublikası CM-in 120.2.2, 170.3, 181.2.1, 181.2.5 və 221.3-cü maddələri ilə təqsirləndirilir ona görə ki, o, yetkinlik yaşına çatmayana vəd verməklə ağır cinayət törədilməsinə cəlb edib, sövdələşmə yolu ilə ağır cinayət törətmək barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını ələ keçirmək məqsədilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmiş, eləcə də silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş və xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmüşdür. Belə ki, o, yetkinlik yaşına çatmayan xx xxxx 2002-ci il təvəllüdlü tanışı Şahid1 qazanc əldə edəcəyi barədə vədlər verməklə ağır cinayət törədilməsinə cəlb edib, sövdələşmə yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını ələ keçirmə cinayəti törə tmə barədə razılaşaraq, sonuncu ilə cinayət əlaqəsinə girib 23 aprel 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, M.Kazımovski küçəsində yerləşən “Pitomnik” adlı parkın ərazisində əvvəlcədən aralarında olan razılaşmaya əsasən Şahid1 Zərərçəkmiş şəxs2 yaxınlaşıb üzərində gəzdirdiyi bıçağı silah qismində istifadə etməklə sonuncunun sol bud nahiyəsinə dirəməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib basqın edərək sonuncuya məxsus üzərində 7 manat dəyərində ekran qoruyucu, 100 manat dəyərində ***-***-**-** "xxxx" MMC-yə məxsus nömrə olan 950 manat dəyərindəki “İphone” markalı Al 865 (X) model mobil telefonu və 53 manat nağd pulu alıb ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs2 1110 manat məbləğində ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq etmişdir. Bundan başqa, o, 27 sentyabr 2020-ci il tarixdə tanışları Zərərçəkmiş şəxs1 və Şahid5 arasında yaranmış mübahisəyə qoşulmaqla Zərərçəkmiş şəxs1 Şahid5 birlikdə döyməyi, Şahid5 isə Zərərçəkmiş şəxs1 ünvanına təhqiramiz ifadələr işlətməklə birlikdə cəzalandırmağı təklif etmiş, bu barədə Şahid5lə danışıq zamanı məlumat alan Zərərçəkmiş şəxs1 Məhkum etdiyi hərəkətlərdən qəzəblənərək istifadəsində olan ***-*****-** saylı nömrədən onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə “sms” yazaraq “telefonuvu elive goturen kimi mennen svyaza cix, seryoznu prablemim var sennen” sözlərini yazmaqla görüşmək istəyini bildirsə də, buna nail ola bilməmiş, 28 sentyabr 2020-ci il tarixdə saat 04 radələrində Zə rərçəkmiş şəxs1 tanışları ilə Həsən Əliyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən avtomobil təmir sexində tanışı Əlinin doğum gününü qeyd edən zaman təsadüfən tanışı Şahid6 Məhkumlə telefonla danışdığını görüb sonuncu ilə əlaqə saxlayaraq görüşmək istədiyini bildirmiş, Məhkum Zərərçəkmiş şəxs1 4cü mikrorayon dairəsi yaxınlığına çağırması səbəbindən Zərərçəkmiş şəxs1 tanışı Şahid2 ilə birlikdə saat 04 radələrində icarə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı **-RA*** dövlət qeydiyyat nişanlı avtomobillə 4-cü mikrorayon dairəsi yaxınlığında yerləşən H.Seyidzadə küçəsi, ev 16b ünvanına gəlmiş, avtomobildən düşərək Məhkum yaxınlaşdıqda sonuncunun yumruq zərbəsi yetirməsi səbəbindən Zərərçəkmiş şəxs1 Məhkum ünvanına təhqiredici ifadələr işlətməklə qaçaraq yolun digər tərə finə keçmiş, sonuncu təhqir edilməsini bəhanə edərək Zərərçəkmiş şəxs1 arxası ilə gedib öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoymaqla, yüksək səslə ünvanına təhqiramiz ifadələr işlədərək gecə saatları olmasına baxmayaraq ətrafda yaşayan şəxslərin istirahətini pozaraq heç bir əsaslı səbəb olmadan yumruq və təpik zərbələri yetirməklə yerə yıxaraq ona zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş, daha sonra ona zor tətbiq olunması ilə müşayiət edilən, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə, əvvəlcədə n üzərində gəzdirdiyi və silah qismində istifadə etdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə zərbələr endirməklə sol budun yuxarı 1/3-nin arxa səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya xarakterik, sol budun aşağı 1/3-nin arxa səthinin 1 ədəd kəsilmiş yarası, sol diz oynağı nahiyəsinin iç səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası və sağ milbilək oynağı nahiyəsinin və əlin arxa səthinin 1 ədəd kəsilmiş yarası kimi hər biri ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya xarakterik, boyun nahiyəsinin 2 ədəd qançırı, sol yanağın 1 ədəd qançırsıyrığı, sağ dirsək oynağı nahiyəsinin 3 ədəd, sağ ayağın bayır topuğunun 1 ədəd, sol əlin ovuc səthinin 1 ədəd, sol diz oynağı nahiyəsinin 2 ədəd, sol dirsək oynağı nahiyəsinin 4 ədəd sıyrıqları kimi həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, nəticədə Zərərçəkmiş şəxs1 almış olduğu sol budun yuxarı 1/3-nin bud arteriyasının və venasının zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarasının törətdiyi kəskin qan itirmə nəticəsində aparıldığı Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında ölmüş, bununla da üzərində gəzdirdiyi bıçaqdan silah qismində istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri edərək, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Hökmə əsasən Məhkum olunmuşdur ona görə ki, o, yetkinlik yaşına çatmayan şəxsi ağır cinayət törədilməsinə cəlb etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında silah və silah qismində istifadə edilən əşyalar tətbiq etməklə quldurluq etmiş, qəsdən sağlamlığa ağır zərər vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, yetkinlik yaşına çatmayan xx xxxx 2002-ci il təvəllüdlü tanışı Şahid1 qazanc əldə edəcəyi barədə vədlər verməklə ağır cinayət törədilməsinə cəlb edib, sövdələşmə yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını ələ keçirmə cinayəti törətmə barədə razılaşaraq, sonuncu ilə cinayət əlaqəsinə girib 23 aprel 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, M.Kazımovski küçəsində yerləşən “Pitomnik” adlı parkın ərazisində əvvəlcədən aralarında olan razılaşmaya ə sasən Şahid1 Zərərçəkmiş şəxs2 yaxınlaşıb üzərində gəzdirdiyi bıçağı silah qismində istifadə etməklə sonuncunun sol bud nahiyəsinə dirəməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib basqın edərək sonuncuya məxsus üzərində 7 manat dəyərində ekran qoruyucu, 100 manat dəyərində ***-***-**-** "xxxx" MMC-yə məxsus nömrə olan 950 manat dəyərindəki “İphone” markalı A1865 (X) model mobil telefonu və 53 manat nağd pulu alıb ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs2 1110 manat məbləğində ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq etmişdir. Bundan başqa, o, 27 sentyabr 2020-ci il tarixdə tanışları Zərərçəkmiş şəxs1 və Şahid5 arasında yaranmış mübahisəyə qoşulmaqla Zərərçəkmiş şəxs1 Şahid5 birlikdə döyməy i, Şahid5 isə Zərərçəkmiş şəxs1 ünvanına təhqiramiz ifadələr işlətməklə birlikdə cəzalandırmağı təklif etmiş, bu barədə Şahid5lə danışıq zamanı məlumat alan Zərərçəkmiş şəxs1 Məhkum etdiyi hərəkətlərdən qəzəblənərək istifadəsində olan ***-*****-** saylı nömrədən onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə sms yazaraq “telefonuvu elive goturen kimi mennen svyaza cix, seryoznu prablemim var sennen” sözlərini yazmaqla görüşmək istəyini bildirsə də Məhkum konflikdən yayınaraq görüşmək istəmədiyi üçün buna nail ola bilməmiş, 28 sentyabr 2020-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs1 tanışları ilə Həsən Əliyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yerləşən avtomobil təmir sexində tanışı Əlinin doğum gününü qeyd edən zaman Məhkum onun telefon zənglərinə cavab vermədiyi üçün tanışı Şahid6 Məhkumlə telefonla danışdığını görüb sonuncunun telefonu ilə əlaqə saxlayaraq görüşmək istədiyini bildirmiş, Məhkum Zərərçəkmiş şəxs1 yaşadığı yerdə - 4-cü mikrorayon dairəsi yaxınlığında olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs1 tanışı Şahid2 ilə birlikdə saat 04 radələrində icarə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobillə 4-cü mikrorayon dairəsi yaxınlığında yerləşən H.Seyidzadə küçəsi ev 16b ünvanına gəlmiş, avtomobildən düşərək Məhkum yaxınlaşaraq ona söyüşlər etmiş, sonuncu Zərərçəkmiş şəxs1 yumruq zərbəsi vurmuşdur. O, Məhkum ünvanına təhqiredici ifadələr işlətməklə qaçaraq yolun digər tərəfinə keçmişdir. Məhkum təhqir edilməsinə görə qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs1 arxası ilə gedib üzərində gəzdirdiyi və soyuq silah hesab edilməyən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə X1 etdiyi söyüşləri geri götürməsini və həmin söyüşlərin öz ünvanına istifadə etməsini tələb edərək sonuncuya zərbələr endirməklə sol budun yuxarı 1/3-nin arxa səthinin 1 ədəd deşilmişkəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya xarakterik, sol budun aşağı 1/3nin arxa səthinin 1 ədəd kəsilmiş yarası, sol diz oynağı nahiyəsinin iç səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası və sağ mil-bilək oynağı nahiyəsinin və əlin arxa səthinin 1 ədəd kəsilmiş yarası kimi hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya xarakterik, boyun nahiyəsinin 2 ədəd qançırı, sol yana ğın 1 ədəd qançır-sıyrığı, sağ dirsək oynağı nahiyəsinin 3 ədəd, sağ ayağın bayır topunun 1 ədəd, sol əlin ovuc səthinin 1 ədəd, sol diz oynağı nahiyəsinin 2 ədəd, sol dirsək oynağı nahiyəsinin 4 ədəd sıyrıqları kimi həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Nəticədə Zərərçəkmiş şəxs1 almış olduğu sol budun yuxarı 1/3-nin bud arteriyasının və venasının zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarasının törətdiyi kəskin qan itirmə nəticəsində aparıldığı Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında ölmüş, Məhkum zərərçəkmişə ağır xəsarət yetirərək ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuşdur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət K ollegiyasının 14 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edib qiymətləndirməmiş, nəticədə, təqsirləndirilən şəxs Məhkum əməli əsassız olaraq CM-in 120.2.2-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilmiş və CM-in 221.3-cü maddəsi ilə Məhkum əsassız olaraq bəraət verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2022-ci il tarixli qərarının ləğv edi lməsi, Məhkum Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.5 və 170.3-cü maddələri ilə aidiyyəti sübut olunmaması əsası ilə bəraət verilməsinə və CM-in 126.1-ci maddəsi ilə yüngül cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, Məhkum Zərərçəkmiş şəxs2 məxsus mobil telefonun Şahid1 tərəfindən ələ keçirilməsindən xəbəri olmamışdır. Məhkum nə X2 nə də ki, X3 ilə yaxın münasibəti olmamışdır. Belə olan halda onun CM-in 181.2.1, 185.2.5 və 170.3-cü maddələri ilə təqsirli bilinməsi əsassız olmuşdur. Şikayətdə həmçinin göstərilir ki, Məhkum Şahid1 yetkinlik yaşına çatmadığını bilməmişdir. Şahid1 neçə yaşında şəxs olması onun üçün də maraqlı olmamışdır. Çünki onun Səbuhi ilə heç bir yaxınlıq münasibəti olmamışdır. Şahid1 da ifadəsində göstərmişdir ki, Zərərç əkmiş şəxs2 təxminən 8 aya yaxındır ki, tanımışdır. X1 ona borcu var imiş, ancaq borcunu qaytarmırmış. O da “Alvadi” marketin yanında X1 "İphone X" markalı mobil telefonunu götürmüş və nə vaxt borcunu qaytararsa, o da telefonunu qaytaracağını demişdir. Məhkum ona heç vaxt deməmişdir ki, Səbuhinin telefonunu götür. Müdafiəçi hesab edir ki, Məhkum ittihamda göstərilən Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.5 və 170.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə heç bir aidiyyəti yoxdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin isə təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin, kassasiya protestinin təmin e dilməməsi, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi P.Hümbətovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti isə qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin tövsifi mübahisə edilir. Hesab olunur ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsinin tərkibi olsa da, apellyasiya instansiya məhkəməsi onun əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsinə tövsif etmişdir, həmçinin CM-in 221.3-cü maddəsi ilə Məhkum əsassız olaraq bəraət verilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.5 və 170.3-cü maddələri ilə aidiyyəti sübut olunmaması əsası ilə bəraət verilməsinə və CM-in 126.1-ci maddəsi ilə yüngül cəza təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. CM-in 120.2-ci maddəsinə görə “Qəsdən: 120.2.2. xuliqanlıq niyyəti ilə adam öldürməon dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” CM-in 1 26.1-ci maddəsində “Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. CM-in 126.3-cü maddəsinə görə “Bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyats ızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” CM-in 170.1-ci maddəsində “On səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. CM-in 170.3-cü maddəsinə görə “Bu Məcəllənin 170.1 və ya 170.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə— beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” CM-in 181.1-ci maddəsində “Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma mə ruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın”a görə cinayət məsuliyyəti nəzərdə tutulur. CM-in 181.2-ci maddəsinə görə “Eyni əməllər: 181.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 181.2.5. silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə - səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tut ulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət ə məlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, on un yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası ilk növbədə məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, Məhkum xx xxxx 2002-ci il təvəllüdlü tanışı Şahid1 qazanc əldə edəcəyi barədə vədlər verməklə ağır cinayət törədilməsinə cəlb etməsi, sonuncunun 23 aprel 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, M.Kazımovski küçəsində yerləşən “Pitomnik” adlı parkın ərazisində Zərərçəkmiş şəxs2 yaxınlaşıb üzərində gəzdirdiyi bıçağı silah qismində istifadə etməklə sonuncunu n sol bud nahiyəsinə dirəməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib basqın edərək sonuncuya məxsus üzərində 7 manat dəyərində ekran qoruyucu, 100 manat dəyərində ***-***-**-** "xxxx" MMC-yə məxsus nömrə olan 950 manat dəyərindəki “İphone” markalı A1865 (X) model mobil telefonu və 53 manat nağd pulu alıb ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs2 1110 manat məbləğində ziyan vurmaqla quldurluq etməsi cinayət işinin materialları ilə tam təsdiq olunur. Həmin epizod üzrə kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eyni olduğundan və sübutlar apellyasiya məhkəməsinin qərarında geniş şərh olunduğundan məhkəmə kollegiyası sübutların təkrar şərh edilməsini zəruri hesab etmir. Bununla belə məhkəmə kol legiyası qeyd edir ki, həm ibtidai araşdırma orqanı, həm də məhkəmələr təqsirləndirilən şəxs Məhkum quldurluq cinayəti ilə bağlı əməlinin tövsifində səhvə yol vermişlər. Belə ki: CM-in 31-ci maddəsi iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılığı nəzərdə tutur. CM-in 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. CM-in 32.4-cü maddəsinə əsasən, ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. CM-in 32.5-ci maddəsinə əsasən, cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. CM-in 33-cü maddəsində cinayətin iştirakçılarının məsuliyyət məsələsi belə müəyyən edilmişdir: 33.1.Cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cina yətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. 33.2.Cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 33.3.Cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CM-in 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cina yət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. İş materiallarından və verilmiş ittihamdan görünür ki, Şahid1 23 aprel 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, M.Kazımovski küçəsində yerləşən “Pitomnik” adlı parkın ərazisində Zərərçəkmiş şəxs2 yaxınlaşıb üzərində gəzdirdiyi bıçağı silah qismində istifadə etməklə sonuncunun sol bud nahiyəsinə dirəməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs2 həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib basqın edərək sonuncuya məxsus üzərində 7 manat dəyərində ekran qoruyucu, 100 manat dəyərində ***-***-**-** "xxxx" MMC-yə məxsus nömrə olan 950 manat dəyərindəki “İphone” markalı A1865 (X) model mobil telefonu və 53 manat nağd pulu alıb ələ keçirərək üm umilikdə Zərərçəkmiş şəxs2 1110 manat məbləğində ziyan vurmaqla quldurluq etmişdir, yəni cinayəti tək icra etmişdir. Məhkum isə verilmiş ittihama və işin hallarına görə qazanc əldə edəcəyi barədə vədlər verməklə Şahid1 ağır cinayət törədilməsinə sövq etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, həmin epizod üzrə Məhkum törədilmiş quldurluq cinayətinin icrasında X3 ilə birlikdə iştirak etməsi təsdiq olunmadığı təqdirdə, onun əməli Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.5-ci maddələrindən həmin Məcəllənin 32.4, 181.2.5-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti ilə əlaqədar olaraq aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi Məhkum əməlini Az ərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edərkən belə hesab etmişdir ki: “... birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Məhkum Zərərçəkmiş şəxs1 öldürmək fikrində olmamışdır. Zərərçəkmiş şəxs1 təhqirlərindən bezərək onu cəzalandırmaq məqsədi ilə ona bud nahiyəsindən zərbə vurmuşdur. Onun Zərərçəkmiş şəxs1 öldürmək fikri olsaydı, o, Zərərçəkmiş şəxsın dalınca özü gedər, bıçağı da onun həyat üçün vacib olan orqanına xəsarət yetirərdi. Məhkum hər şey etmişdir ki, Zərərçəkmiş şəxsla görüşməsin. Amma Zərərçəkmiş şəxs ona cavab verilməyəndə başqa nömrədən ona zəng vurmuş, sms göndərərək onunla görüşməyə cəhd etmişdir. İstintaq orqanı yalnız şahid, Zərərçəkmiş şəxsın dostu Şahid2 ziddiyyətli ifadələrini ə sas götürərək ona belə bir ittiham irəli sürmüşdür. Məhkəmə zamanı Məhkum, X3, Şahid2 və digər şahidlərin ifadələrindən açıq-aşkar məlum olur ki, Məhkumlə Zərərçəkmiş şəxs1 arasında olan davanın səbəbkarı Zərərçəkmiş şəxs1 olmuşdur. Məhkum isə Zərərçəkmiş şəxs Mustafazədəni söyüşlərinə baxmayaraq yenə öldürmək istəməmiş, ona söyüşlərinə görə ayağının arxa tərəfindən bıçaqla zərbə vuraraq xəsarət yetirmişdir. Cinayət işinin materiallarında olan telefon zənglərindən və smslərdən də məlum olur ki, Məhkum Zərərçəkmiş şəxs Mustafazədəni öldürmək fikri olmamışdır. Odur ki, Məhkum həmin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif olunmaldır.” Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlar CPM-nin 144 və 145-ci maddələrinin tələblərinin pozulması ilə yoxlanılıb qiymətləndirilmiş və gəlinən nəticə əsaslandırılmamışdır. Apellyasiya məhkəməsi tərəfindən də həmin qanun pozuntusu aradan qaldırılmamışdır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, “baxılan işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərər çəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxslərin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışları hərtərəfli araşdırılmalıdır.” Həmin Qərarın 2-ci bəndinə əsasən, qəsdən a dam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Həmin Qərarın 3-cü bəndinə əsasən, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı m ünasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin Qərarının 6-cı bəndində göstərilir ki,” qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərç əkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.” Qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin obyektini insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, obyektiv cəhətini isə başqa şəxsin sağlamlığına ağır zərər vurulması təşkil edir. Həmin cinayət subyektiv cəhətdən həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. CM-in 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. CM-in 25.2-ci maddəsində müəyyən edilmişdir ki, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 25.3-cü maddəsində təsbit edilmişdir ki, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. CM-in 26-cı maddəsi “Cinayətin ehtiyatsızlıqdan törədilməsi”ni aşağıdakı kimi müəyyən etmişdir: “26.1.Cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. 26.2. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyi nin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. 26.3. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair" 18 iyun 2013-cü il tarixli Qərarında gös tərilmişdir ki, psixoloji kateqoriya kimi təqsir müxtəlif psixoloji elementlərin məcmusundan ibarət olan müəyyən bir məzmuna malikdir. Təqsirin məzmununu təşkil edən psixoloji elementlərə şüur və iradə aiddir ki, onlar da psixoloji akt kimi ictimai təhlükəli davranışın müvafiq əqli və iradi tərəfini təşkil edir. Bu psixoloji elementlər öz növbəsində əməlin (hərəkət və ya hərəkətsizliyin) ictimai təhlükəlilik dərəcəsini formalaşdırır. Göründüyü kimi qanunun mənasına görə, birbaşa və dolayı qəsdin mahiyyəti onunla bağlıdır ki, şəxs öz hərəkətinin ictimai təhlükəli nəticələr doğuracağını real olaraq əvvəlcədən görür, lakin belə nəticə ona nə son, nə də ara məqsəd kimi lazım deyildir. Bununla belə, şəxs vətəndaşların mənafeyinə biganəlik göstərərək əməli törədir. Dolayı qəsdlə törədilən cina yətlərdə şəxsin nə hərəkəti, nə də niyyəti konkret nəticənin baş verməsinə doğru istiqamətləndirilmir, başqa sözlə ictimai təhlükəli nəticənin baş verməsinə şüurlu surətdə yol verilir. Cinayət qanunvericiliyinin yuxarıda qeyd edilən normalarından görünür ki, cinayət törətmiş şəxslərin əməllərinin hüquqi tövsifi zamanı təqsirin dolayı qəsd formasının cinayətkarcasına özünə güvənmədən fərqləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Təqsirin həmin iki formasının fərqləndirilməsi üçün şəxsin iradəsinin məzmununun müəyyən edilməsi vacibdir. Cinayəti dolayı qəsdlə törədən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görür, lakin bunları arzu etmir və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir. Cin ayətkarcasına özünəgüvənmə zamanı isə şəxsin törətdiyi əməlin ictimai təhlükəli nəticələrin baş verməsinə şüurlu sürətdə yol verməsi istisna olunur, əksinə təqsirkar hesab edir ki, baş verə biləcək ictimai təhlükəli nəticələrin qarşısını ala biləcəkdir və öz iradəsini həmin nəticələrin qarşısının alınmasına istiqamətləndirir. CM-in 126.3-cü maddəsi ilə olan əməl təqsirin qarışıq forması ilə törədilir: şəxsin təqsiri sağlamlığa ağır zərər vurmaya münasibətdə qəsddən, ölümə münasibətdə isə ehtiyatsızlıqdan ibarət olur. Şərh edilən cinayət maddi tərkibli cinayət olduğundan təqsirkarın əməli faktiki baş vermiş nəticələrə görə tövsif edilir. Məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz halı odur ki, təqsirləndirilən şəxs Məhkum ortaq tanışları olan Şahid5 Zərərçəkmiş şəxs1 ünvanına təhqir amiz ifadələr işlətməklə birlikdə cəzalandırmağı təklif etməsi səbəbindən Zərərçəkmiş şəxs1 onunla görüşmək istəmiş və problemi aydınlaşdırmaq istəmişdir. Aşağı instansiya məhkəmələri heç bir əsaslandırma aparmadan bu halı Məhkum “Zərərçəkmiş şəxs1 təhqirlərindən bezərək onu cəzalandırmaq məqsədi” kimi qiymətləndirmişdir. İşin digər mübahisəsiz halı isə odur ki, 27 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 tanışı Şahid2 ilə birlikdə saat 04 radələrində icarə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobillə 4-cü mikrorayon dairəsi yaxınlığında yerləşən H.Seyidzadə küçəsi, ev 16b ünvanına gəlmiş, avtomobildən düşərək Məhkum yaxınlaşdıqda, sonuncu Zərərçəkmiş şəxs1 yumruq zərbəsi vurmuş, Zərərçəkmiş şəxs1 də Məhkum ünvanına təhqiredici ifadələ r işlətməklə qaçaraq yolun digər tərəfinə keçmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs1 Məhkumin onu vurmasından sonra qaçıb aralanmaq istəməsi, onun mübahisəni davam etdirmək istəməməsinə dəlalət edən faktdır və Məhkum bundan sonrakı hərəkətləri onun özünün təşəbbüsü ilə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr Məhkum Zərərçəkmiş şəxs1 bıçaqla vurması və nəticədə sonuncunun ölməsində ifadə olunan əməlinin motivini müəyyən edərkən onların arasında yaranan problemin yaranma səbəblərindən başlayaraq sona qədər olan dövrü ətraflı araşdırmaqla hüquqi qiymət verməli olduqları halda, bunu etməyərək kifayət qədər əsaslandırma olmadan nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiya məhkəmələri Məhkum əməlini CM-in 120.2.2-ci maddəsin dən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edərkən gəldikləri nəticəni kifayət qədər əsaslandırmamışlar. Belə ki, Şahid2 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 təxminən 3 ilə yaxın müddətdir ki, tanımışdır. Zərərçəkmiş şəxsla ortaq tanışlar vasitəsilə tanış olmuşdur. Zərərçəkmiş şəxs kirayə avtomobil götürərək taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Zərərçəkmiş şəxs xaraktercə sakit və mehriban insan olmuş, mübahisəyə dava-dalaşa meyilli olmamışdır. Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə saat təxminən 24 radələrində ona zəng edərək onunla işi olduğunu və aşağı düşməsini bildirmişdir. Zərərçəkmiş şəxs onunla harasa gedəcəyini demişdir. O, avtomobilə oturduqda Zərərçəkmiş şəxsın tanışı və Zərərçəkmiş şəxsın dostu də avtomobildə olduğunu görmüşdür. O, artıq avtomobildə olan za man Zərərçəkmiş şəxsın dostu Əlinin doğum günü olduğunu və bu səbəbdən yığışdıqlarını bilmişdir. Onlar növbə ilə əvvəlcə “kubinka” adlanan ərazidən Zərərçəkmiş şəxsın dostu X11i, sonra isə “Atyalı” adlanan ərazidən Əlini götürmüşlər. Gecə saatlarında restoranlar işləmədiyindən Əlinin işlədiyi sexdə oturmaq qərarına gəlmişlər. Onlar birlikdə Həsən Əliyev küçəsi və Tbilisi prospektinin kəsişməsində yerləşən avtomobil servisinə gəlmişdir. Onlar ora çatdıqdan sonra meyvə və viski almaq qərarına gəlmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs dayanmadan Məhkumə zəng etmişdir. Zərərçəkmiş şəxs və Məhkumin aralarındakı mübahisənin səbəbi X10in Zərərçəkmiş şəxsın arxası ilə söyüş söyməsi olmuşdur. Belə ki, təxminən 2-3 gün əvvəl “kubinka” adlanan ərazidə X10 adlı şəxs Zərərçəkmiş şəxsın idarə etdiyi avtomo bilin içərisinə boylanmış, bundan sonra aralarında mübahisə yaranmışdır. Onlar görüşüb məsələni aydınlaşdırmaq istəyərkən Məhkum də bu məsələyə qoşulmuş və Zərərçəkmiş şəxsa “mən də səninləyəm, X10i vurarıq”-demişdir. Həmin vaxt o, özü də orada olsa da, danışıqlara qoşulmamışdır. Birdən nəsə hadisə baş verə biləcəyindən kənardan izləmişdir. Lakin həmin vaxt oradan PPX əməkdaşları keçdiyindən görüş yarımçıq qalmışdır. Bundan sonra isə Zərərçəkmiş şəxs özü X10lə görüşüb danışmış və barışmışdır. X10lə barışan zaman müəyyən olmuşdur ki, Məhkum Zərərçəkmiş şəxsa onun yanında olduğunu dedikdən sonra X10ə də eyni sözü demiş və əlavə olaraq onu da təhqir edərək vurmaq lazım olduğunu bildirmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs artıq Məhkumə əsəbi olmuş və bu məsələnin axırına çıxmaq istəmişdir. Müba hisənin yaranma mənbəyi isə Məhkumin hər iki şəxsə onun yanında olduğunu deyib, digərinin arxası ilə danışaraq ikibaşlı oyun oynaması olmuşdur. Zərərçəkmiş şəxs isə bu məsələni aydınlaşdırmaq üçün Məhkumi axtarmışdır. Lakin Zərərçəkmiş şəxs dəfələrlə Məhkumi yığsa da, Məhkum telefonu açmamışdır. Həmin vaxt söhbət əsnasında X6rdaşı ilə aralarında yaranmış mübahisəyə görə telefonla sms yazdığını öyrənmiş və X11in telefonu ilə Məhkumlə danışmışdır. Lakin danışıqları qısa olmuşdur. X9 öz telefonuna zəng etmişdir. Zərərçəkmiş şəxs telefon danışığı zamanı Məhkumə qışqırmamasını və sakit olmasını, yerini deməsini və görüşmək istədiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs X12, X11 və X13 orada gözləmələrini, ona isə onunla birlikdə getməyini demişdir. X11 və digərləri də Zərərçəkmiş şəxsla getmək istəsə də, Zərərçəkmiş şəxs bundan imtina etmiş və qısa zaman sonra geri gələcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxsın idarə etdiyi ağ rəngli “Hyundai Elantra” markalı avtomobil ilə “Yeganə” şadlıq sarayından üzü 4-cü mkr. dairəsi istiqamətində getmiş və dairəyə çatmamış yolun sağında dayanmışlar. Həmin vaxt dövlət qeydiyyat nişanını dəqiq xatırlamadığı “Kia Optima” markalı avtomobildən ya 4, ya 5 nəfər düşmüşdür. İlkin ifadəsində hadisənin üzərindən çox az keçdiyindən və hadisə zamanı bərk qorxduğundan avtomobildən düşən şəxslərin sayını ümumi olaraq qeyd etmişdir. Avtomobildən həqiqətən də iki nəfər Məhkum və sonradan üzləşdirmə zamanı tanıdığı X1 düşmüşdür. Amma yaxınlıqda da 2 nəfər şəxs olmuşdur. Bəlkə də onlar məhəllə adamları olmuşdur, ancaq onları tanımamışdır. H əmin şəxslərin heç biri hadisəyə onsuz da qarışmamışdır. Məhkumi bundan əvvəl 2-3 dəfə Zərərçəkmiş şəxsın yanında gördüyündən üzdən tanımışdır. Məhkum də həmin şəxslərin yanında olmuşdur. Onlar həmin şəxslərə yaxınlaşdıqda Məhkum və Zərərçəkmiş şəxs dərhal tutaşmışlar. Onlar Məhkum və Zərərçəkmiş şəxsı aralamışlar. Zərərçəkmiş şəxs isə Məhkumi təhqir edərək yolun digər tərəfinə keçmişdir. Bu zaman X14 onun da mübahisəyə qarışacağını düşündüyündən onu qucaqlamışdır. Amma onun belə bir fikri olmamışdır. X14 və o, Zərərçəkmiş şəxsla Məhkumin arxası ilə getməmişlər. Lakin onları ayırana qədər Məhkum çatdırıb Zərərçəkmiş şəxsı sifət nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Bundan sonra hər ikisi onlardan ayrılıb yolun digər tərəfinə keçmişlər. O, Məhkumin yanında gələn şəxslərlə Məhkum və Zə rərçəkmiş şəxsın arxası ilə getməmiş, yolun kənarında gözləmişlər. Həmin vaxt Məhkum və Zərərçəkmiş şəxs yenə tutaşmışlar. Məhkum Zərərçəkmiş şəxsa əvvəlcə sifət nahiyəsindən bir dəfə yumruqla vurmuş, Zərərçəkmiş şəxs zərbədən yerə yıxılmışdır. Məhkum bu zaman Zərərçəkmiş şəxsa bir dəfə də təpik zərbəsi vurmuşdur. Zərərçəkmiş şəxs da yerdə olarkən ayağı ilə Məhkumin sağ ayağına təpiklə vurmuşdur. Bundan sonra isə birdən-birə Məhkum bıçaqla Zərərçəkmiş şəxsın sol budundan və baldırından bıçaqla səhv etmirsə,3 dəfə zərbələr vurmuşdur. Həmin vaxt Məhkum həm də qışqıraraq Zərərçəkmiş şəxsı təhqir etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs da öz ünvanına söymüşdür. Belə başa düşmüşdür ki, Məhkum Zərərçəkmiş şəxsı bıçaqla vurub söyüşünü geri götürüb özünü söyməsini tələb etmişdir. Artıq Zərərçəkmiş ş əxsın bıçaqla vurulduğu zaman o, X14ın əlindən çıxmış və tez yanlarına qaçmışdır. Elə X14 da özü də oraya gəlmişdir. O, “vurma-vurma”-deyə qışqırmış və yanlarına çatdıqda isə artıq Zərərçəkmiş şəxsı vurmaması üçün Məhkumə yalandan polislərin gəldiyini demişdir. Bu zaman Məhkum də tez yolun əks tərəfinə keçib “Kia Optima” markalı avtomobilə oturmuş və onlar uzaqlaşmışdar. O, qaçaraq Məhkum və Zərərçəkmiş şəxsa yaxınlaşdıqda Məhkum məcbur olub oradan qaçmışdır. Yoxsa bəlkə də yenə də Zərərçəkmiş şəxsı vuracaqdı. Şahid qismində ifadə vermiş Şahid3 da Məhkum Zərərçəkmiş şəxs1 həm əli ilə, həm də bıçaqla vurması ilə əlaqədar Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən Məhkum Zərərçəkmiş şəxs1 öldürmək istəməməsinə dair gəldi kləri nəticə əsaslı hesab edilə bilməz. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, Şahid2 ifadəsindən görünür ki, onun Zərərçəkmiş şəxsı vurmaması üçün Məhkumə yalandan polislərin gəldiyini deməsi və bundan sonra Məhkumin Zərərçəkmiş şəxsı bıçaqla vurmağı dayandırıb hadisə yerindən qaçması Məhkum Zərərçəkmiş şəxs1 bıçaqla vurmasını könüllü dayandırması kimi qiymətləndirilə bilməz. Bundan başqa, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 2-ci bəndində göstərildiyi kimi, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Cinayət işinin materiallarında olan MTE və PA ETTB-nin Nəsimi rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 106 nömrəli məhkəmə-tibb ekspertizasını n rəyindən görünür ki, zərərçəkmiş şəxsin meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sol budun yuxan 1/3nin arxa səthinin deşilmiş-kəsilmiş yarası (2,7x1,3 sm ölçüdə). Yaranın yuxarı ucu iti, aşağı ucu kütdür. Yara kanalının dərinliyi 12 sm-dir. Yara kanalının istiqaməti arxadan-önə və bir qədər aşağıdan-yuxarıya doğrudur. Yaranın aşağı kənarı ayaq altından 70 sm məsafədədir. Yara kanalı boyunca bud arteriyası və venası tam kəsilmişdir. Yara kanalı ətrafi yumşaq toxumalarda çoxlu miqdarda tünd qırmızı rəngli qan laxtaları vardır. Sol budun aşağı 1/3-nin arxa səthinin kəsilmiş yarası (8x2, 5-l,2 sm ölçüdə). Yara boylama və bir qədər çəp istiqamətdə gedərək sol diz oynağı nahiyəsinin bayır sətrində tamamlanır. Yaranın dərinliyi ən dərin yerdə 2,5 sm-dir, hər iki ucu itidir. Yaranın aşa ğı kənarı ayaq altından 53 sm məsafədədir. Sol diz oynağı nahiyəsinin iç səthinin deşilmiş-kəsilmiş yarası (3x1,2 sm ölçüdə) yaranın yuxarı ucu küt, aşağı ucu itidir. Yara kanalının dərinliyi 2,5 smdir. Yara kanalının istiqaməti sağdan-sola və bir qədər yuxarıdan-aşağıya doğrudur. Yaranın aşağı kənarı ayaq altından 46 sm məsafədədir. Sağ mil-bilək oynağı nahiyəsinin və əlin arxa səthinin kəsilmiş yarası; Yara mil-bilək oynağı nahiyəsinin arxa səthindən başlayır və boylama istiqamətdə, gedərək sağ əlin arxa səthində V əl darağı sümüyü proyeksiyasında tamamlanır. Yaranın hər iki ucu itidir, ümumi uzunluğu 9 sm-dir. Yaranın mil-bilək oynağı nahiyəsindən 5,5 sm uzunluqda hissəsinin eni 0,8-l,3 sm-dir. Yaranın digər hissəsi səthidir və eni 0,2 sm-dir. Yaranın dərinliyi ən dərin yerdə 0,5 sm-dir; Sol yanağın 1 (bir) ədəd qançır-sıyrığı (3x2 sm ölçüdə). Boyun nahiyəsinin 2 (iki) ədəd qançırı; (l,3x0,3 sm və 4x2 sm ölçülərdə) Sağ dirsək oynağı nahiyəsinin 3 (üç) ədəd (2xl sm, 0,5x0,3 sm, 0,3x0,3 sm ölçülərdə), sol dirsək oynağı nahiyəsinin 4 (dörd) ədəd (3xl sm, 0,8x0,5 sm, 0,7x0,5 sm, 0,7x0,3 sm ölçülərdə), sol əlin ovuc səthinin 1 (bir) ədəd (2x2 sm ölçüdə), sol diz oynağı nahiyəsinin 2 (iki) ədəd (0,5x0,3 sm, l,2x0,2 sm ölçülərdə), sağ ayağın bayır topuğunun 1 (bir) ədəd (l,5xl,2 sm ölçüdə) sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidir. Bu xəsarətlər zərərçəkmiş şəxsin ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gəlmişdirlər. Həmin xəsarətlərdən deşilmişkəsilmiş yaralar deşici-kəsici əşyanın (alətin) təsirindən, kəsilmiş yaralar iti kənarlı əşyanın (alətin) və ya deşici-kəsici əşyanın tiyəsinin kəsərinin təsirindən əmələ gəlmişdir. Bədən səthində aşkar olunmuş qançırlar və sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər. zərərçəkmiş şəxsin meyitində aşkar edilmiş sol budun yuxan 1/3-nin bud arteriyasını və venasının zədələyən və kəskin qanitirmə ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR, zərər vurmanın əlamətlərinə malikdir, sol budun aşağı 1/3-nin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sol diz oynağı nahiyəsinin 1 (bir) ədəd kəsilmiş yarası, sağ mil-bilək oynağı nahiyəsinin və əlin arxa səthinin 1 (bir) ədəd kəsilmiş yarası hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdirlər. zərərçəkmiş şəxs meyitində-aşkar edilmiş sol yanağın 1 (bir) ədəd qançır-sıyrığı, boyun nahiyəsinin 2 (iki) ədəd qançırı, sağ dirsək oynağı nahiyəsinin 3 (üç) ədəd, sol dirsək oynağı nahiyəsinin 4(dörd) ədəd, sol əlin ovuc səthinin 1 (bir) ədəd, sol diz oynağı nahiyəsinin 2 (iki) ədəd, sağ ayağın bayır topuğunun 1 (bir) ədəd sıyrıqları həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqlarından dərəcələri təyin edilmir. zərərçəkmiş şəxsin ölümünə səbəb sol budun yuxarı 1/3-nin bud arteriyasının və venasının zədələnməsi ilə müşayiət olunan deşilmişkəsilmiş yarasının törətdiyi kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən və ölümün kəskin qanitirmə nəticəsində baş verməsini nəzərə alaraq demək olar ki, zərərçəkmiş şəxsin ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2020-ci il tarixdə saat 09:30-dan) 4-6 saat əvvəl baş vermişdir. zərərçəkmiş şəxsin bədənində aşkar olunmuş deşilmiş-kəsilmiş yaralar ülgücü, iti ucu və küpü olan yastı-tiyə tipli deşici-kəsiçi əşyanın (alətin) təsirindən əmələ gəlmişdirlər. Onun bədənində aşkar olunmuş deşilmiş-kəsilmiş yaraları əmələ gətirən deşici-kəsici alətin tiyəsinin uzunluğu 12 sm-dən az olmamışdır. zərərçəkmiş şəxsin meyitində aşkar olunmuş deşilmiş-kəsilmiş və kəsilmiş yaraların ekspertizaya təqdim edilmiş bıçağın və ona oxşar digər bıçaqların tiyəsinin təsirindən törənmələri mümkündür. Məhkəmə-tibb ekspertinin rəyindən göründüyü kimi, Zərərçəkmiş şəxs1 təkcə ayağında deyil, yuxarı ətraflarında da bıçaqla yetirilməyə xarakt erik olan xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlərin Zərərçəkmiş şəxs1 əlində və dirsəyində olması, zərərçəkmiş şəxsin özünü Məhkum zərbələrindən müdafiə olunmaq istəməsi zamanı alınmağa xarakterik olub-olmaması məhkəmələr tərəfindən araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiyası məhkəməsi və onunla razılaşan apelyasiya instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetmədiyinə görə bəraət verərkən kifayət qədər araşdırma aparmadan nəticəyə gəlmişlər. Məhkəmələr həmin nəticəyə gələrkən Şahid2 ifadələrinin ziddiyyətli olması və işin məhkəmə baxışı zamanı onun dindirilməsini n mümkün olmamasına əsaslanmışlar. Göründüyü kimi məhkəmə qərarlarında da həmin epizodun sonadək araşdırılmadığı qeyd olunmuşdur. Nəzərə alınmamışdır ki, şəxsin təqsirli, yaxud təqsirsiz olması nəticəsinə gəlinməsi bir nəfər şahidin, yaxud prosesin digər iştirakçısının ifadəsinə deyil, iş üzrə toplanmış və tədqiq olunmuş sübutların məcmusu əsasında mümkündür. İş materiallarından görünür ki, hadisə yerində olan şəxslərin şəxsiyyətləri müəyyən edilməsə də, onların sayı çox olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, həmin epizod üzrə də ətraflı araşdırma aparılmaqla nəticəyə gəlinməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, aşağı instansiya məhkəmələri Məhkum ittiham olunduğu CM-in 170.3, 181.2.1 və 181.2.5-ci maddələri ilə cəza təyin edərkən kifayət qədər əsasl andırma aparmadan həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş minimal həddə cəza təyin etmişlər. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-i n 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallar ına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Cəza təyini zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilməsinə dair tövsiyələr yuxarıda şərh edilən qaydada həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında da təsbi t edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından apellyasiya instansiya məhkəməsi məhkuma birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı qüvvədə saxlayarkən yuxarıda qeyd edilən halları nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin edilmiş cəzanın yüngüllüyü həm də onun göstəricisidir ki, cəza təyin edən məhkəmələr cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CM-in 8-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqsirləndirilən şəxs əvvəllər xuliqanlıq cinayəti törətməyə məhkum olunmu ş və məhkumluğu ödənilməmişdir. Onun tərəfindən törədilən cinayətlərin hər ikisi ağır cinayətlər kateqoriyasına aid olmaqla qeyd edilən əməllər subyektiv cəhətdən yalnız qəsdlə törədilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr həmin nəticələrə gələrkən CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət etməyərək toplanmış sübutları tam, hərtərəfli yoxlamamış, kifayət qədər araşdırma a parmadan əsassız nəticəyə gəlmişlər. Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cinayət işində olan ziddiyyətli məqamlara aydınlıq gətirilməsi, Məhkum əməlinə düzgün hüquqi qiymət verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2022-ci il tarixli qəra rı ləğv edilməli və iş baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı iş hərtərəfli və obyektiv araşdırılmalı və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin ed ilməsin. Kassasiya protesti qismən təmin edilsin. Məhkum haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 aprel 2022-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar