Məhkəmə qərarları › İş №1(102)-1339/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1339/2023

02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1339/2023 02.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Bəraət almış şəxs X2 müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Şahməmmədov İlqar Şahməddin oğlunun iştirakları ilə x xxxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum ol unmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2də yaşayan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 yanvar 2023-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: S.İ.Əliyev (sədrlik edən), C.İ.Hüseynov və Z.Q.Ağayev) X4 - Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bə raət verilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər: C.V.Hüseyn (sədrlik edən), H.Ç.Məmmədov və E.H.Allahverdiyev) apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 noyabr 2022ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Bəraət almış şəxs X5 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMin 234.4.3-cü maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir ondan ötrü ki, o, Bakı şəһəri, Suraxanı rayon məһkəməsinin xx.xx.2019-cu il tarixli һökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məһrum etmə cəz asına məһkum edilmiş və cəzasının sonu ilə azad edilməsinə baxmayaraq məһkumluğu götürülmədiyi və ödənilmədiyi һalda, yenidən xx.xx.2022-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,197 qram, 1,373 qram, 0,754 qram, 0,557 qram 0,917 qram, ümumi təmiz çəkisi 4,798 qram ağ rəngli kristaldan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla һazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd bağlamada təmiz çəkisi 1100 qram (1kq, 100 qram) qəһvəyi rəngli maddə kütləsi kustar üsulla һazırlanmış narkotik vasitə һeroin əldə edərək, üstündə saxlamaqla daşımış və xx.xx.2022-ci il tarixdə saat 23:35 radələrində Suraxanı RPİ-nin 30-cu PŞ-in və Suraxanı RPİ-nin CAŞ-in əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübһəli bilinərək, ünvan 2 yaxınlığında saxlanılıb Suraxanı RPİnin 30-cu PŞ-yə gətirilərək orada üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,197 qram, 1,373 qram, 0,754 qram, 0,557 qram, 0,917 qram, ümumi təmiz çəkisi 4,798 qram ağ rəngli kristaldan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla һazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi və əynindəki qara rəngli qış gödəkçəsinin sol iç cibindən 1 ədəd bağlamada təmiz çəkisi 1100 qram (1kq, 100 qram) qəһvəyi rəngli maddə kütləsi kustar üsulla һazırla nmış narkotik vasitə һeroin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunur. Protest müəllifi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasına dair qərar çıxararkən ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdiyindən, işdəki sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqi q edilib qiymətləndirilmədiyindən həmin qərar ləğv edilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadələrini əsas götürərək ibtidai araşdırma zamanı toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutları əsassız olaraq nəzərə almamışdır. Dövlət ittihamçısı hesab edir ki, iş üzrə ibtidai istintaq zamanı toplanılmış və məhkəmə baxışında sair dəlillərlə də bir daha təsdiq olunmuş sübutlara əsasən X2 qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə əldə edib, saxlamaqla daşıması məhkəmə baxışında dindirilmiş şahid ifadələri və iş üzrə digər sənədlərlə tam sübuta yetirilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçi İ.Şahməmmədovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsə lələrin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protestdə qeyd edilir ki, X2 əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq, məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azə rbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayə t olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib e tmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hal larla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq bəraət almış şəxsya bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündə və apelyasiya instansiya məhkəməsinin qərarında iş üzrə əməliyyat axtar ışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi məqamların qeyd edilməsi qənaətindədir. Belə ki, X5 ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 2022-ci ilin yanvar ayının 31-i tarixində saat 13:00-da birinci dərəcə əlilliyi olan və yataq xəstəsi olan qardaşı ilə birgə oturub yemək yeyirmişilər, o qardaşına yemək yedizdirirmiş. Qəflətən ATV Plus qurtarmış və o qardaşına yemək yedizdirdiyi üçün özü ATV Plus-da balansı doldurmaq üçün anasından x ahiş etmişdir ki, o aşağı düşüb doldursun. Anası yenicə çölə çıxıbmış ki, səsküy eşitmişdir. Nə baş verdiyini bilmək üçün çıxmışdır ki, bu vaxt 20-30 nəfər şəxsin qapının yanında anasını çölə çıxmağa qoymadıqlarını və onu itələyib yerə yıxdıqlarını görmüşdür. 2022-ci ilin 25-26-sı tarixdə 5 qram tiryək almışdır və ondan hər gün yarım qram istifadə edir və 1 ədəd nəşə çəkirmiş. Hadisə baş verən gün evində tiryəkdən az miqdarda və 2-3 ədəd papirosda nəşə qalmışdır. Polis əməkdaşları evinə daxil olmuşlar, axtarış keçirmişlər. Onu döyə-döyə 100-150 metr məsafədə uzaqlığa aparmışlar. Məhəllədən çıxanda həmin yerdə kameralar da var imiş. Onu avtomobilə əyləşdirmişlər. Saat 2 olarmış ki, onu 30-cu Polis Bölməsinə gətirmişlər. Orada onun geyimlərini soyundurmuşlar və onu lentləmişlər, əlini və aya ğını qandallamışlar. Orada gecəyə qədər ona işgəncə etmişlər. Onlar 1 kiloqram narkotik vasitənin guya onun olduğunu bildirməyi üçün bunu ona etmişlər. X10 adlı şəxsi ona vəkil təyin etmişlər. Onun əlini-qolunu açmış, əynini geyindirmiş və orada kabinetə salmışlar və bir müddətdən sonra X10 içəriyə daxil olmuşdur. X10 ondan nə baş verdiyini soruşmuş və o polis əməkdaşlarının 1 kiloqram narkotik vasitəni boynuna götürməyi üçün ona işgəncə verdiklərini bildirmişdir. Sonra onları avtomobilə əyləşdirmiş və yaşadığı evə gətirmişlər. Ev 3 otaqlı həyət evi imiş, qardaşı əlil olduğu üçün onunla eyni otaqda qalırmış. Evin qapısı açılan kimi daxil olduqları otaqda sol tərəfdə qardaşının, sağ tərəfdə isə onun çarpayısı var imiş. Evinə 1012 nəfər daxil olmuşdur, onlardan biri sahə inspektoru X11müəlli m imiş. Otağa daxil olduqdan sonra polis əməkdaşları qardaşını digər otağa aparmağını istəmişlər, o polislərdən bunun səbəbini soruşduqda, onunla polis əməkdaşları arasında mübahisə olmuşdur. O qardaşını çarpayıdan götürüb kresloya əyləşdirirmiş. Bu vaxt müdafiəçi X10un qışqırdığını eşitmişdir. O, polis əməkdaşlarını söyürmüş və onlardan “Siz məni hara gətirmisiz?” deyə soruşurmuş. Bu vaxt görmüşdür ki, təhqiqatçı X12un əlində qara rəngli bağlama var və o həmin bağlamanı çarpayısına yerləşdirmək üçün yer axtarır. X10 evdən çıxmışdır. Polis əməkdaşları bir-birinə “Ay rəis, ay rəis, oyunumuz pozuldu” deyirmişlər. O isə bu vaxt iki nəfər əməliyyatçı ilə otaqda tək qalmışdır. Artıq ona hər şey məlum olmuşdur və polis əməkdaşlarından xahiş etmişdir ki, şəxsi əşyalarını toplasın. Bundan sonra bö lməyə getmişlər. X10 qəflətən ondan imtina etmişdir. O X10dan onu buraxmamasını, orada onu öldürəcəklərini demişdir. O isə namaz qılan, imanlı insan olduğunu və belə hallara şahid olmaq istəmədiyini və heç nə edə bilməyəcəyini bildirmişdir. O artıq bölmədə tək qalmışdır. Orada yenə polis əməkdaşları ona işgəncə etmişlər, az qalmışdı ki, onu zorlasınlar. O narkotik vasitədən əvvəllər istifadə etmişdir və sonra onun istifadəsini dayandırmışdır, sadəcə olaraq arabir narkotik vasitədən istifadə edirmiş. Polis bölməsində verdiyi ifadəsini təsdiqləmir, həmin ifadəni təzyiq altında vermişdir və o ifadədən imtina edir, təzyiqlər videoçəkiliş zamanı edilmirmiş, ondan əvvəl edirmişlər. Videoçəkiliş gecə saat 1-də olmuşdur. Barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxılması zamanı Suraxanı rayo n Məhkəməsinə ona təzyiq göstərilməsi barədə bildirmişdir. Polis əməkdaşlarının evinə narkotik vasitə yerləşdirmək planları baş tutmamışdır. Videoçəkilişdə əynində olan köynəyin cibinə ittiham aktında göstərilən miqdarda narkotik vasitənin yerləşməsi mümkün deyil, heç oraya balaca siqaret qutusu belə yerləşmirmiş. İşgəncələrə dözməyərək videoçəkiliş zamanı yerləşdirdikləri narkotik vasitənin onun olduğunu bildirmişdir. Lakin bu həqiqəti əks etdirmir. O təzyiq göstərilməsi barədə Baş Prokurorluğa və Ombudsmana ərizə ilə müraciət etmişdir. Bunun əsasında ekspertiza da təyin edilmişdir və həkim də gəlib onu müayinə etmişdir. 4-5 aydır ki, bir neçə dəfə Suraxanı rayon Prokurorluğunun əməkdaşı X13dan ona kağız göndərilib ki, araşdırma aparılır və məlumat veriləcək. İttiham aktı da ona təqdim olunmamışdır, məhkəmədən ona ittiham aktı təqdim edilib. Evindən narkotik vasitə çıxmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o Suraxanı rayon Polis İdarəsinin Cinayət-axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləmiş, idarəyə İsmayıl adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunun rəhbəri 30-cu Polis şöbəsinin əməkdaşı Şahid1 olmuşdur. Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində keçirilmiş əməliyyat tədbiri nəticəsində bəraət almış şəxs yaşadığı ünvanın yaxınlığında saat 23:35 radələrində saxlamışlar və onu 30-cu Polis şöbəsinə gətirmişlər. X13 üzərində qanunsuz predmet varsa təqdim etməsi təklif olunmuşdur. bəraət almış şəxsın üzərində sağ cibində 4-5 ədəd falqada bükümlər və tərəzi, gödəkcəsinin sol yuxarı cibindən 1 ədəd qara büküm aşkar edilmişdir. Onlar metamfetamin və digər növdə narkotik vasitə olmuşdur. Sorğu-sual zamanı bəraət almış şəxs üzərində aşkar edilən bükümləri Kubinka adlanan ərazidə 1000 manata aldığını bildirmişdir. bəraət almış şəxsın üzərində aşkar edilmiş narkotik vasitələr zərfə qoyulub qablaşdırılmışdır. bəraət almış şəxsdan evinə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş və o da etiraz etməmişdir. Bundan sonra bəraət almış şəxsın yaşadığı evə baxış keçirilmiş, lakin heç nə aşkar edilməmişdir. Evə baxış keçirilərkən o, X14 və X15 iştirak etmişdir. bəraət almış şəxsın xəstə qardaşı var imiş. Onunla birgə yaşadığı mənzilə daxil olanda müşahidə etmişdir ki, sanki evdə olan qardaşı və anası onun gedəcəyini bilirmiş. bəraət almış şəxs anasına artıq getdiyini demiş və onlardan paltarlarını toplamaq üçün ona vaxt verilməyini istəmişdir. bəraət almış şəxsın evinə onun razılığı ilə daxil olmuşlar və evə daxil olanda heç bir problem yaranmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid3 Şahid2 verdiyi ifadələrini bir daha təsdiq etmişlər. İbtidai istintaq orqanı tərəfindən ittihamı təsdiq edən sübut növlərindən biri kimi şahid ifadələrinə istinad edilmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi həmin şahid ifadələrinin iş üzrə digər sübutlarla uzlaşmaması və öz təsdiqini tapmaması səbəbindən, haqlı olaraq, onlara tənqi di yanaşmış, ittihamı təsdiq edən həmin sübutun mötəbərliyi məhkəmədə şübhə yaratdığından, o, doğru qənaətə gələrək şübhəni təqsirləndirilən şəxsin xeyrinə qiymətləndirmiş, aplellyasiya instansiya məhkəməsi də həmin nəticə ilə razılaşmışdır. Belə ki, şəxslərin 31 yanvar 2022-ci il tarixdə saat 14:00-24:00 aralığında anten dairəsinə dair "xxxx" MMC, "xxxx" MMC-dən də əldə edilmiş məlumatlardan da görünür ki, Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil telefonun anten dairəsi 31 yanvar 2022-ci il tarixdə saat 16:43 dən saat 21:58 qədər Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, Aysel kafesinin ətrafında, saat 22:43 dən saat 23:23 radələrində Bakıxanov qəsəbəsində, Gənclik küçəsində, Şahid2 istifadəsində olmuş 055- ***-**-** mobil telefonun anten dairəsi 31 yanvar 2022-ci il tarixdə saat 17:07 dən saat 20:56 qədər Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, “Aysel” kafesinin ətrafında saat 21:46 dan saat 23:37 radələrində Biləcəri qəsəbəsində Şahid3 istifadəsində olmuş ***-***-**-** mobil telefonun anten dairəsi 31 yanvar 2022-ci il tarixdə saat 15:44 dən saat 21:01 qədər Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, “Aysel” kafesinin ətrafında, saat 23:21 dən saat 23:35 radələrində Bakıxanov qəsəbəsində, təqsirləndirilən şəxs X2 istifadəsində olan ***-***-**-** mobil telefon 31 yanvar 2022-ci il tarixdə istifadə olunmadığı, X2 istifadəsində olan ***-***-**-** mobil telefonun anten dairəsi 31 yanvar 2022-ci il tarixdə saat 16:47 dən saat 23:42 qədər qədər Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, Aysel kafesinin ətrafında olması müəyyən edilmişdir. X2 ittihamda qeyd olunduğu kimi 31 yanvar 2022 -ci il tarixdə 23:35 radələrində saxlanılan ünvanla həmin anda onun istifadəsində olan mobil telefonunun anten dairəsinin ünvanının fərqli olması müəyyən edilmişdir. X5 məhkəmə baxışında verdiyi ifadələrində bildirmişdir ki, onun yaşadığı evə də polislər tərəfindən baxış keçirilmişdir, eyni zamanda məhkəmə baxışında ayrı-ayrılıqda ifadə verən şahidlər Şahid2 və Şahid3 X2 yaşadığı evin yaxınlığında 31 yanvar 2022-ci il tarixdə gecəyə yaxın vaxtda tutularaq, polis bölməsinə gətirilib, orada üzərində narkotik vasitələr aşkar edildikdən sonra, onun evinə də baxış keçirilməsi və qanunla dövriyyəsi qadağan olunmuş əşya aşkar edilmədiyini, digər Şahid1 isə, bəraət almış şəxs idarədə üzərində narkotik vasitələr aşkar ediləndən sonra, onun evinə də baxış keçirilməsi və narkotik vasitə aşkar edildiy ini bildirsələr də, onlar ibtidai istintaqda ayrı-ayrılıqda ifadə verərək, X1 polis idarəsində üzərinə baxış keçirildiyini bildirmişlər. Cinayət işi materiallarında olan “mənzilə baxış keçirilməsi və götürülmə haqqında” 01 fevral 2022-ci il tarixli protokoldan görünür ki, 01 fevral 2022-ci il tarixdə gecə 02:00-da X2 yaşadığı evin qapısı bağlı olduğundan, evdə həç kəs olmadığı üçün, evə baxış keçirilməsi mümkün olmamışdır. (bu barədə evin qapısının bağlı olmasını əks etdirən fotolarıda protokola əlavə edilmişdir.) Azərbaycan Respublikasının CPM-in 10.5-ci maddəsinə əsasən: “10.1. Məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. 10.2. Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir.... 10.5. Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur.” CPM-in 445.2-ci maddəsinə görə «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsini n dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən inf ormasiyanı çıxara, habelə insanları güdə bilərlər; 2) cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Qeyd olunan normalardan görünür ki, hazırki işdə keçirilən əməliyyat-axtarış tədbirinin məhkəmənin qərarı olmadan keçirilməsi üçün «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqan tərəfindən də məhkəmənin qərarı olmadan əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinin zəruriliyi ilə bağlı qəbul edilmiş qərarda heç bir münasibət bildirilməmiş, qərar heç bir faktiki halla əsaslandırılmamış və təxirəsalınmazlığa dair heç bir dəlil göstərilməmişdir. Hazırki işdən müəyyən olunur ki, X2 istifadəsində olan mobil telefonun anten dairəsi 31 yanvar 2022-ci il tarixdə saat 23 radələrində Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, “Aysel” kafesinin ətrafında olması, polis əməkdaşlarının istifadəsində olan mobil telefonlarının anten dairələrinin 31 yanvar 2022-ci il tarixdə saat 23 radələrində ayrı-ayrı ünvanlarda olmaları müəyyən edildiyindən, eyni zamanda da polis əməkdaşları olan şahidlərin də ibtidai istintaqla məhkəmə baxışında ayrı-ayrılıqda verdikləri ifadələrində ziddiyyətlər mövcud o lduğundan, məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri X2 31 yanvar 2022-ci il tarixdə 23:35 radələrində Suraxanı RPİ-nin 30-ci PŞnin və Suraxanı RPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dөvriyyəsində şübһəli bilinərək, Bakı şəһəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yaşadığı evin yaxınlığında saxlanılmasına şübhə ilə yanaşılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşlarının onun evinə gəlib zor tətbiq edərək axtarış keçirdiyini və axtarış zamanı təhqiqatçının onun yatağının altına qara rəngli bağlama yerləşdiridiyini gördüyünü bildirmişdir. Polis əməkdaşları ifadələrində əməliyyat axtarışını İ.M.Falçenkonun evində deyil, evinin yaxın lığında keçiridiyini və onu polis şöbəsinə apardıqdan sonra üzərində narkotik vasitə və tərəzi aşkar etdiklərini daha sonra isə onun evində axtarış həyata keçirdiklərini ifadə etmişlər. İ.M.Falçenko polis bölməsinə aparıldıqdan sonra ona təzyiqlər olunduğunu, döyüldüyünü və işgəncələrə məruz qalaraq təhdid olunduğunu, buna görə videoçəkiliş zamanı yerləşdirdikləri narkotik vasitənin ona məxsus olduğunu dediyini bildirmiş, lakin dindirilmiş polis əməkdaşları isə İ.M.Falçenkonun döyülmədiyini və evinə narkotik vasitə yerləşdirmədiklərini bildirmişlər. Eyni zamanda cinayət işi materiallarında olan X2 barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X5 məhkəmədə izahat verərək, vəsatətdə və təqdimatda gös tərilən xüsusatları təstiq etməmişdir. İlkin təhqiqat materiallarından görünür ki, İ.M.Falçenko 31 yanvar 2022-ci il tarixdə saat 23:35-də yaşadığı evin yaxınlığında saxlanılmış, daha sonra polis şöbəsinə gətirilmiş, sonuncunun saxlanılması barədə sənədlərdə xəsarətlərinin olması, yaxud da İ.M.Falçenkonun saxlanılan zaman polis əməkdaşlarından qaçması, yıxılması və s. formada xəsarət alması barədə hər hansı qeyd olmamışdır. İş materiallarında olan sorğuya əsasən Bakı şəhəri Suraxanı Rayon Prokurorluğu tərəfindən təqdim edilmiş materialdan görünür ki, X2 polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə şikayəti üzrə cinayət işinin başlanılması rədd edilmişdir (xx.xx.2022-ci il tarixli qərar). Belə ki, 37-C-22 saylı material üzrə cinayət işinin başlanmasının rədd ed ilməsi haqqında 01 mart 2022-ci il tarixli qərarda üç polis əməkdaşının izahatı alınmış, onlar İ.M.Falçenkonun bədənində yaranmış xəsarətlərdən xəbərsiz olmalarını, onun qeyd etdiklərinin yalan olmasını bildirmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin 123 nömrəli rəyindən görünür ki, İ.M.Seyidovun (yəni İsmayıl Falçenkonun) bədənində hər iki saidin qançırları xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, törənmə müddətləri müayinədən 2-3 gün əvvələ uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (i.v. 59-60, İİ cild). Bundan başqa, Penitensiar Xidmətin 3 Saylı İstintaq Təcridxanasının tibb sanitar hissəsi tə rəfindən məhkəmə sorğusuna əsasən verilmiş xx.xx.2022-ci il tarixli, 20-12/402 nömrəli məktuba əlavə edilmiş məhkumun 1411\2022 nömrəli tibbi kitabçasında X2 ilkin tibbi müayinəsi zamanı yuxarıda qeyd olunan xəsarətlərin olunduğu qeyd olunmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Konstitusiyanın 46-cı maddəsinin İİİ hissəsinə əsasən, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə görə, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. CPM-nin 13.1-ci maddəsinə əsasən, cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesi ndə iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır. CPM-nin 13.2.1-13.2.3-cü maddələrinin tələblərindən görünür ki, cinayət təqibi gedişində heç kəs: - insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz; - insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz; - ləyaqəti alçaldan prosessual hərəkətlərin keçirilməsində iştiraka məcbur edilə bilməz. CPM-nin 15.2.1 və 15.2.3-cü maddələrinə görə, də cinayət təqibi gedişində işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək, zərər çəkmiş, şübhəli və ya təqsirlə ndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq qadağandır. İnsan Hüquqlar üzrə Avropa Məhkəməsi öz presedent təcrübəsində ondan çıxış edir ki, törədilmiş cinayət nə qədər dəhşətli olsa da, 3-cü maddənin tələblərinə riayət olunmamasına bəraət qazandıra bilməz. Hətta 3-cü maddə ilə qadağan edilən rəftar cinayətkarlıqla mübarizədə, o cümlədən cinayətlərin açılmasında, qarşısının alınmasında real səmərə verə bildiyi hallarda belə yolverilməz olaraq qalır. Avropa Məhkəməsi Qərarlarında dəfələrlə vurğulamışdır ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorç uluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyri-insani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Konvensiyanın, onun 1 və 4 saylı protokollarının əksər maddi müddəalarından fərqli olaraq, hətta xalqın həyatına təhlükə törədən fövqəladə hallarda 15-ci maddənin 2-ci bəndinə əsasən 3-cü maddə üçün istisna halının, yaxud qeyd-şərtin edilməsi nəzərdə tutulmur (məsələn, “Selmouni Fransaya qarşı” (Böyük Palata), № 25803/94, § 95, İHAM 1999-V; “Labita İtalyaya qarşı” (Böyük Palata), № 26772/95, § 119, İHAM 2000-İV və “Dikme Türkiyəyə qarşı”, № 20869/92, § 89, İHAM 2000-Vİİİ). Həmin Qərarlarında Məhkəmə həmçinin qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmə lə gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. Bu məsələ üzrə səmərəli araşdırmanın aparılması isə şəxsin məsuliyyətə cəlb edilməsi zamanı xüsusi əhəmiyyətə malikdir (“Tomasi Fransaya qarşı”, 27 avqust 1992-ci il tarixli qərar, A Seriyaları № 241-A, s. 40-41, §§ 108-11 və yuxarıdakı Selmouni işi, § 87). Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə təqsirləndirilən şəxsin tutulana qədər və bundan sonrakı sağlamlıq vəziyyəti müqayisə edilərkən onda müvəqqəti saxlama yerində və yaxud istintaq təcridxanasında olduğu dövrə uyğun gələn xəsarətlərin aşkar edilməsi onun işgəncəyə, pis rəftara məruz qalmasını ehtimal etmək üçün əsasdır və belə vəziyyətlərdə şəxsin işgəncəyə məruz qalmamasının sub ut edilməsi yükü dövlətin, yəni cinayət prosesində ittiham tərəfinin üzərinə düşür. Məsələn, “Tomasi Fransaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qərara almışdır ki, əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır. Avropa Məhkəməsi şərh olunan mübahisə predmeti, o cümlədən pis rəftarla bağlı iddianı səmərəli şəkildə araşdırmağa müvəffəq ola biləcək orqanlar barədə hüquqi mövqeyini bildirərkən “Layıcov Azərbaycana qarşı” iş üzrə Qərarın 52-ci bəndində qeyd etmişdir ki, Konvensiyanın 2-ci və 3-cü maddələr i ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir. Lakin, işgəncə barədə iddianın səlahiyyətli prokurorluq orqanı tərəfindən yoxlanılması da, məhkəməni işgəncə barədə məhkəmədə təkrar irəli sürülən iddiaya baxmaq vəzifəsindən azad etmir. Təcrübədə isə rastlaşdığımız vəziyyət əsasən belədir ki, məhkəmələr işgəncə barədə iddiaya cinayət işi üzrə icraatdan kənar prokurorluq tərəfindən baxılması və iddia üzrə cinayət işinin başlanılmasınm rədd edilməsi ilə qane olur, araşdırmanın nə dər əcədə keyfiyyətli, səmərəli və adekvat olmasını isə nəzərdən keçirmirlər. Halbuki, heç də işgəncə barədə iddialara baxılması üzrə prokurorluq orqanlarının bütün qərarlarının keyfiyyətli və dərin araşdırmaya əsaslandığını, formallıqdan uzaq olduğunu söyləmək mümkün deyil. Yuxarıda göstərilən konstitusion və konvension tələblərdən və Avropa Məhkəməsinin hüquqi mövqeyindən çıxış edən qanunverici də CPM-nin 125.2.2-ci maddəsində müəyyən etmişdir ki, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət işinin materiallarıda olan sənədlərdən İ.M.Falçenkonun saxlanılması, tutulması və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda sonuncunun polis bölməsinə gətirilməsindən əvvəl üzərində xəsarətlərin olması ilə bağlı hər hansı qeyd olunması görünmür, hazırki iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları da İsmayıl Falçenkonu saxlayarkən sonuncuda xəsarətlərin olmasını müşahidə etmədiklərini bildirmişlər. Təhlil edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tam qanuni və əsaslı olaraq İ.M.Falçenkoya elan olunmuş ittiham üzrə əməlin aşkar edilməsinə və onun bu əməli törətməsinin sübuta yetirilmiş hesab edilməsinə əsas olmuş bütün sübutları hüquqi qüvvəsi olmayan, yəni CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş sübutlar kimi qiymətləndirməklə X2 ittiham olunduğu cinayət əməlini törətməkd ə təqsirinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmiş və ona bu əsasla bəraət verilməsini mümkün bilmişdir. Həmçinin, iş materiallarından müəyyən edilmişdir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs İ.M.Falçenkonun müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Belə ki, iş materiallarında dövlət hesabına müdafiəçi təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan və şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi barədə protokoldan görünür ki, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X12 şübhəli şəxs İ.M.Falçenkonun hüquqlarının müdafiəsi üçün ona təqdim edilmişdir. Cinayət işinin materialları öyrənilərkən müəyyən olunur ki, İ.M.Falçenko 01 fevral 2022-ci il tarixdə, saat 01:10-da müdafiəçinin iştirakı ilə tutulmuş, tutma protokolu saat 01:10-dan 01:15-dək tərtib edilmiş, həmin protokola həm müdafiəçi, həm də şübhəli şəxs İ.M.Falçenko imza etmişdir. Lakin şübhəli şəxsin tutulmasından 20 dəqiqə sonra keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirakı olmamışdır. Belə ki, şübhəli şəxs azərbaycan dilində danışa bildiyini, lakin latın qrafikalı əlifbanı yox, kiril qrafikalı əlifbanı yazıb-oxuya bildiyini qeyd etsə də, latın qrafikalı əlifba ilə kompüterdə yazılmış ərizədən görünür ki, guya o, müdafiəçidən imtina edir. Şübhəli şəxs qismində tutulmuş İ.M.Falçenkonun öz iradəsi ilə müdafiəçidən imtina etdiyi qəbul olunsa belə, istintaq orqanı İ.M.Falçenkonun cinayət mühakimə icraatının aparıldığı dili bilmə diyini, müdafiəçinin iştirakının məcburi olmasını nəzərə almalı, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən (latın qrafikalı əlifba ilə oxuyub-yaza bilmədiyindən müvafiq sənədləşmə dilini bilməməsi) şəxs barəsində keçirilən istintaq hərəkəti zamanı CPM-nin 92.3.4-cü maddəsinin tələblərinə riayət etməli idi və bunu etməməklə şəxsin müdafiə hüququnu pozmuşdur. Azərbaycan Respublikası CPM-in 92.12-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. İşə məhkəmədə b axılarkən şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdə bu barədə məlumat məhkəmə iclasında elan olunur. Hüquqi yardımı ödəmək üçün vəsaitin olmaması üzündən, habelə bu Məcəllənin 92.3.2—92.3.5, 92.3.8, 92.3.12, 92.3.13 və 92.3.16-cı maddələrində nəzərdə tutulmuş hallarda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244- cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz. Mübahisəsizdir ki, müdafiəçinin bu cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikası qanunverciliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işinin hallarından görünür ki, X2 həmin narkotik vasitələrin satış məqsədi ilə əldə etməsi, daşıması və saxlamasına dair ibtidai araşdırma orqanının gəldiyi nəticənin qanuna uyğunluğu barədə əsaslı şübhələr müəyyən olunmuş, məhkəmə istintaqında hüquqi prosedurlar daxilində mövcud şübhələrin aradan qaldırılması qeyri-mümkün olmuş və nəticə etibarı ilə şübhələr təqibə məruz qalmış şəxsin xeyrinə həll olunmuşdur. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirl əndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X4 elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr X2 xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinay ət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, bəraət almış şəxs əməlində həqiqətən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi və saxlama cinayətinin törədilməsində təqsirini təsdiq edən sübutlar kifayət qədər deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təq sirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən büt ün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəf indən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq bəraət almış şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib və saxlaması cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilməsinə dair birinci instansiya məhkəməsini n hökmünü dəyişdirilmədən saxlamışdır. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 yanvar 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla, əsassız olduğundan, protest təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Ka ssasiya protesti təmin edilməsin. X5 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 yanvar 2023cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar