Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-134/2019 29.01.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) 134/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 29 yanvar 2019-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, müdafiəçi X9, cinayət məsuliyyətindən azad edilmiş şəxs Məhkum qanuni nümayəndəsi X1, z ərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə məcburi müalicə təyin edilməklə cinayət məsuliyyətindən azad edilməsi barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2018-ci il tarixli qərarından zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli qərarı ilə (hakimlər: Xankişiyev Mirzə Aslan oğlu (sədrlik edən), Əliyev Rauf Ağakamil oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə) xx.xx.1977-ci il tarixdə Qusar rayonu, Quxuroba kəndində anadan olmuş, Azərbaycan Respubli kasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Qusar rayonu, Quxur-oba kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə nəzərdə tutulan ictimai təhlükəli əməlləri törədən anda anlaqsız vəziyyətdə olduğundan, cinayət məsuliyyətindən azad edilmiş, barəsində ümumi tipli psixatriya stasionarında məcburi müalicə təyin edilmişdir. Qərardan Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Zeynallı Fərmayıl Gülmalı oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) 26 aprel 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2018-ci il tarixli qərarından zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin qərarına əsasən, Məhkum 27 avqust 2016-cı il tarixdə, saat 20 radələrində Qusar rayonu Quxur-oba kəndində anası X3ya məxsus fərdi yaşayış evinin mətbəxində olarkən arvadı Zərərçəkmiş şəxs ona aid torpaq sahəsinin satılmasını təkid etməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə 01.04.2010-cu il təvəllüdlü az yaşlı qızı X5 gözü qarşısında onlara xüsusi iztirab və əzab verdiyini dərk edərək xüsusi amansızlıqla arvadı Zərərçəkmiş şəxs əvvəl başı ndan və bədəninin həyat üçün təhlükəli orqanlarından çoxsaylı yumruq-təpik zərbələri ilə vuraraq ona hər iki göz orbiti ətrafının, sağ almacıq nahiyyəsinin, sol qulaqdibi nahiyyəsinin, sol bazunun aşağı 1/3-nin arxa səthinin qançırları, burun kökünün üstünün əzilmiş yaraları, sol yanağın çarpaz şəklindəki və sol bazunun orta 1/3-nin arxa səthinin cızıqları formasında sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, burun kökünün üstünün əzilmiş yaraları ilə ifadə olunan hər iki əng sümüklərinin basılmış, burun sümüklərinin yerdəyişən sınıqları, sol Vİ, Vİİ, Vİİİ, İX, X qabırğaların ön-lateral hissəsinin, İX və X qabığa cismlərinin arxa hissələrinin, sümük fraqmentlərinin yerdəyişməsi ilə sınıqları formasında sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərv urmaya aid olunan xəsarətlər yetirmiş, onun zərbələrinin təsirindən yerə yıxılmış, arvadını qəsdən öldürmək niyyətini başa çatdırmaq üçün mətbəxdən götürdüyü tiyəsinin uzunluğu, eni, dəstəyinin uzunluğu olan və soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı bıçaqla bir dəfə onun kürək və bir dəfə bel nahiyyəsindən qəsdən vuraraq sonuncuya Vİİ qabırğaarası səviyyəsindəki qarın boşluğuna dəlib keçən dalağı zədələyən deşilmiş-kəsilmiş yarası formasında yetirilmə anında həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid xəsarət yetirmiş, lakin həmin vaxt hadisə yerinə gələn qardaşı X2 onun əlindən bıçağı alıb onu aralamaqla ona mane olduğundan və zərərçəkmişə vaxtında ixtisaslı tibbi yardım göstərildiyindən, öz iradəsindən asılı olmayan bu səbəblərə görə cinayət əməlini baş a çatdıra bilməyərək, xüsusi amansızlıqla Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmişdir.. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs və nümayəndəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təkrar kompleks məhkəmə-psixiatrik ekspertizasının rəyi əvvəlki stasionar və təkrar stasionar məhkəmə-psixiatrik ekspertizalarının rəylərindən daha əsaslı və mötəbər hesab edilməlidir. Prosessual qanunvericiliyə görə növbəti yəni təkrar ekspertiza əvvəlki ekspertizaların yanlışlıqlarını və səhvlərini aradan qaldırılması üçün təyin edilir, bu səbəbdən də sonuncu ekspertizanın rəyi məhkəmə tərəfindən nəzərə alınmadığına görə qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə dövlət ittihamçısının və zərərçəkmiş şəxsin nümayəndəsinin, kassasiya şikayətinin təmin edilməməsi barədə müdafiəçinin və qanuni nümayəndənin çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 aprel 2018ci il tarixli qərarı ləğv edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məh kəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası qanunvericiliyin qeyd edilən tələbinə əsasən kassasiya şikayətini təhlil edərək hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Məcburi müalicənin əsasları Cinayət Məcəlləsinin 21,93-99-cu maddələri ilə müəyyən olunmuşdur. İş materiallarından görünür ki, məhkəməyə qədər icraat zamanı ambulator məhkəmə-psixatrik ekspertiza 16 sentyabr 2016-cı il tarixli, 1463 saylı rəyi ilə Məhkum psixi vəziyyətini müəyyənləşdirmək üçün onun stasionar məhkəmə-psixatrik ekspertiza şöbəsinə göndərilməsinin zəruriliyi qeyd olunmuşdur. Stasionar məhkəmə-psixatrik ekspertizasının 11 noyabr 2016 -cı il tarixi, 152 saylı rəyindən müəyyən olunur ki, Məhkum “X11” xroniki psixi xəstəlik aşkar edilir. Həmin rəydə yoxlanılan şəxsdə iki ildir psixi vəziyyətində dəyişiklərin yaranması, özünü qeyri-adekvat aparması, şübhə keçirməsi, təcrid olunaraq öz aləminə qapılması, autik olması, zəhərləmə sayıqlama fikirlərinin olması, təkliyə meyilliliyi, ətrafda olan hadisələrə biganəliyi kimi halların mövcudluğunu nəzərə alaraq, onun müəyyən edilən xroniki psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmaması, əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşməsi və onun həmln Məcəllənin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixatriya stasionarında tibbi xarakterli məcburi müalicə t ətbiq edilməsi məsləhət görülmüşdür. Təkrar stasionar psixatrik ekspertizasının 26 yanvar 2017-ci il tarixli, 07 saylı rəyində də Məhkum “X11” psixi xəstəlik müəyyən edilmiş və ümumi tipli psixatiriya stasionarında məcburi müalicə tətbiq edilməsi məsləhət görülmüşdür. Cinayət işi üzrə 04 may 2017-ci il tarixli qərarla təkrar kompleks məhkəmə-psixatrik ekspertizası təyin edilmişdir. Ekspert komissyası 05 iyun 2017-ci il tarixli 51 saylı rəyində qeyd edir ki, X3 cinayət əməli törədən dövrdə ”X12” xroniki psixi xəstəlik olmasını, onun sayıqlama fikirləri, təfəkkürün autizmi, emosional reaksiyanın solğunluğu, qavrama pozuntuları, öz vəziyyətinə görə tənqidinin olmaması, xəstəliyin əlamətlərinin təsiri nəticəsində öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmaması, məhkəmə -psixatrik ekspertizaların nəticələrinin təhlilinə,həmçinin onun hazırki psixi vəziyyətinə əsasən həmin şəxsdə 2013-cü ildə başlamış xroniki psixi xəstəlik dinamik inkişaf edərək hazırda davam edir və onun psixi vəziyyəti öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum edir. X4 hazırki psixi vəziyyəti və keçirdiyi psixatrik pozuntularla əlaqədar olan sosial təhlükəliliyi nəzərə alaraq ekspert komissiyası onun barəsində ixtisaslaşdırılmış Psixatriya Stasionarında məcburi müalicə növündə tibbi xarakterlı məcburi tədbirlərin tətbiq edilməsi barədə nəticəyə gəlmişdir. Apellyasiya Məhkəməsi qərarında Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcb uri tədbirlərin tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişdir. Bu zaman məhkəmə təkrar kompleks məhkəmnə-psixatrik ekspertizasının mahiyyətcə yuxarıda qeyd edilən əvvəlki iki rəydən fərqlənmədiyini, lakin sonda ekspert komissiyasının nə üçün ixtisaslaşdırılmış psixatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin zərurətini əsaslandırmamışdır. Kollegiya məhkəmənin iş üzrə gəldiyi nəticəsini işin faktiki hallarına uyğun hesab etmir. Azərbaycan Respublikası CPM-nin 28.1-ci maddəsinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı olan digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Həmin Məcəllənin 14 0.0.2-ci maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və hərəkətsiziyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması- psixatriya sahəsində ekspertlərin rəyi- yəni bu sübutun əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli Qərarında qeyd edilir ki, tibbi xarakterli məcburi tədbirlərin növünü müəyyən edərkən məhkəmə qəbul etdiyi qərarı CM-nin 96-98-ci maddələrinin göstəri şlərini rəhbər tutmaqla barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqini nəzərdə tutulmuş şəxsin psixi vəziyyəti barədə məhkəmə-psixatrik ekspertizasının rəyini və iş üzrə toplanmış başqa sübutları müqayisəlı şəkildə qiymətləndirməklə əsaslandırmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsini təsbit CPM-nin 33-cü maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 143146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmçinin sübut və digər materiallarından birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Məhkəmə əvvəli 3 nəfər tərkibdə komissiya tərəfindən verilmiş rəylərdən fərqli olaraq sonuncu - 7 nəfərdən ibarət ekspert komissiyasının Məhkum psixi vəziyyəti və keçirdiyi psixotrik pozuntularla əl aqədar olan sosial təhlükəliliyini nəzərə alaraq barəsində ixtisaslaşdırılmış Psixatriya Stasionarında məcburi tədbirin tətbiq edilmə nəticəsini əsaslandırmadığı qənaətinə gələrək həmin rəyin nəzərə alınmamasını məqsədə müvafiq hesab etmişdir. Kollegiya məhkəmənin həmin nəticəsi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə qeyd etdiyi ziddiyyəti aradan qaldırmaq üçün qanunla nəzərdə tutulan heç bir tədbir görməmişdir. Məhkəmə bu zaman CPM-nin 323.7-ci maddəsinə əsasən öz təşəbbüsü ilə təkrar və ya əlavə məhkəmə-psixatrik ekspertizası təyin edə və yaxud ekspertləri dindirməklə mübahisəli hesab etdiyi məsələyə aydınlıq gətirə bilərdi. CPM-nin 331.3-cü maddəsi isə birbaşa müəyyən edir ki, məhkəmə öz təşəbbüsü ilə təkrar və ya əlavə ekspertiza təyin etmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 416.0.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən sübutlar həmin Məcəllənin 143-146-cı maddələrinə müvafiq tədqiq edilmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddələri ilə məcburi müalicə tədbirinin tətbiqi ilə cinayət məsuliyyətindən azad edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 26 aprel 2018-cı il tarixli qərarı ləğv edilsin və iş yeni apellyasiya baxışına təyin edilsin. Kassasiya şikayəti təmin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-134/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-134/2019
29.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver