Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-134/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Novruzov Ələsgər Əli İkəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Cəfərov Anar Novruz oğlu, Müdafiəçi – “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Əliyev İlham Yəhya oğlunun iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 29,120.2.4, və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Rüstəmov Elmin İltizam oğlu, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə) xx xxxx 1990-ci ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Daşkəsən rayonunun Xoşbulaq kəndi ndə qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.4, 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib 14 il 06 ay, 120.2.4, 120.2.7-ci maddələri ilə təqsirli bilinib 19 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla, cəzasının 05 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəsmə müəssisəsində çəkməklə üzərində qəti olaraq 20 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Xasməmmədov Elçin İsgəndər oğlu, hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu və Mə mmədov Ədil İsa oğlundan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmişdir. Məhkum CM-nin 120.2.4, 120.2.7, 29,120.2.4, 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib 20 (iyirmi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Hökmdən CM-nin 66.3cü maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək həmin qər arın ləğv olunmasını və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur, ona görə ki, arvadı X2 vaxtlar aralarında yaranmış narazılıqlara görə 2018-ci ilin iyun ayından azyaşlı qızını da götürüb atası evinə getməsini, dəfələrlə tələb etsə də geri qayıtmamasını və sonda isə ondan boşanmaq üçün məhkəməyə müraciət etməsini, xx xxxxxx 2018-ci il tarixdə nikahın pozulması ilə əlaqədar məhkəmənin inzibati binasında olarkən geyim tərzini, ona qarşı saymazyana davranışını və məhkəmə iclasına birlikdə gəldiyi atasının dostu, başqa kişi ilə səmimi münasibətdə olduğunu görüb qısqanclıq zəminində qisas alıb onu qəsdən öldürmək qərarına gəlmiş və bu m əqsədlə yaşadığı ünvan 1 ünvanında yerləşən evində saxladığı bir müddət əvvəl Gəncə şəhəri, ünvan 2 ünvanında yerləşən “Ovçular” mağazasından xx.xx.2018-ci il tarixli, *** nömrəli ovçuluq şəhadətnaməsi əsasında aldığı zavod üsulu ilə hazırlanmış “Vinçester” tipli, 12 kalibrli, “T Broawing” modelli, 16P №-li, pompalı, yivsiz, odlu təklüləli ov tüfəngini və həmin tüfəngdən atəş açmaq üçün nəzərdə tutulan 7 ədəd 12 kalibrli patronları da götürüb 5-ni silaha yerləşdirməklə atəşə hazır vəziyyətə gətirərək xx xxxxxx 2018-ci il tarixdə, gecə saat 01 radələrində idarə etdiyi ağ rəngli, “Qazel” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə arvadının uşağı və valideyinləri ilə yaşadığı ünvan 3 ünvanında yerləşən evə gedərək həyət darvazasının arxadan bağlı olduğunu görüb hasardan aş araq həyətə düşmüş, daha sonra evin mətbəxinə açılan giriş qapısının şüşəsini vurub sındıraraq içəriyə girməyə nail olmuş, səs küydən qorxuya düşmüş arvadı və qayınanası onun gəldiyini bilib gizlənmək üçün qayınatasının yataq otağına qaçıb sonuncunu da yuxudan oyadaraq üçü birlikdə içəriyə daxil olmasının qarşısını almaq üçün qapını arxadan tutub saxlamağa çalışmış, mane olduqlarına görə qapını aça bilmədiyindən daha da əsəbiləşərək “sizi yox edəcəm” deyib qapının əks tərəfində kimlərin olmasına məhəl qoymayıb silahdan atəş açdığı təqdirdə onların hər birinin həyatı üçün təhlükə yarana biləcəyini bilə-bilə və baş verə biləcək nəticəni əvvəlcədən görüb bunu arzulayaraq, ümumi təhlükəli üsulla iki və daha artıq şəxsi qəsdən adam öldürmək məqsədi ilə silahdan bir dəfə atəş açıb, həmin vaxt qa pının arxasında dayanaraq qapının açılmasını fiziki güc tətbiq etməklə əngəlləyən qayınatasına sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən sağ bazu, sağ said, hər iki bilək nahiyələrinin sıyrıqları, sol bilək nahiyəsinin qançırı xəsarətləri, həyat üçün təhükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən qarının sağ yan səthində yerləşən, qarın boşluğuna keçərək qaraciyəri və yoğun bağırsağı zədələyən xəsarətlər yetirmiş və bu yolla onların müqavimətini qırıb içəri girməyə müyəssər olmuş, bundan sonra həmin otaqdan digər yataq otağına keçən qayınatasının, qayınanasının və arvadının həmin otaqda harada dayandıqlarını qapının şüşədən ibarət olan hissəsindən aşkar surətdə görüb, sonuncuların ondan hərəkətlərini dayandırması barədə çoxsaylı yalvarışlarına məhəl qoymayaraq, hərəkə tlərinin onlara əzab verdiyini dərk etdiyi halda valideynlərinin gözü qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirərək silahı yaxın məsafədə dayanmış arvadının baş nahiyəsinə tuşlayıb bir dəfə atəş açıb ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən sağ əlin İİİ-İV, V əldaraq sümüklərinin açıq sınıqları, sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən başın yumşaq toxumalarına sol təpə-ənsə nahiyəsində qansızma, burun, üst dodaq, sol yanaq, sol kürəküstü nahiyələrin və sağ əlin İİ barmağının əzilmiş yaraları, sıyrıqları xəsarətləri, həmçinin həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən sol almacıq, kəllə əsası və kəllə qapağı sümüklərinin sınması, baş beyinin əzilməsi ilə müşayiət olunan xəsarətləri yetirib X2 xüsusi amansızlıqla qəsdən öldürmüş, daha sonra iki və daha artıq şəxsi qəsdən öldürməkdən ibarət vahid qəsdlə əhatə olunan cinayətkar niyyətini tam başa çatdırmaq üçün yenidən silahı yaralı olduğu üçün ağrı çəkən qayınatasının üzərinə tuşlayaraq qayınanasının gözü qarşısında yaxın məsafədən bir dəfə atəş açıb ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən boyun nahiyəsində yerləşən, dəlib çıxan, Vİ boyun fəqərəsinin cisminin qəlpəli sınması və ümumi yuxu arteriyalarının zədələnməsi ilə müşayiət edilən xəsarətləri yetirərək qəsdən X2 xüsusi amansızlıqla öldürmüş, bundan sonra atəş açdığı istiqamətdə otaqda pəncərənin qarşısında qoyulmuş beşiyin içərisində yatılı vəziyyətdə olan xx.xx.2017-ci il təvəllüdlü azyaşlı X3 da açılan atəş zamanı güllələrin dəyə biləcəyi ni və onun həyatı üçün də təhlükə yarana biləcəyini bilə-bilə və baş verə biləcək nəticəni əvvəlcədən görüb bunu arzulayaraq qəsdən öldürmək məqsədilə silahı ondan 3,5 metr məsafədə pəncərənin qarşısında dayanan qayınanası istiqamətində tuşlayıb bir dəfə atəş açaraq ona sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən boyun və sol körpücük üstü nahiyələrinin səthi yaraları xəsarətlərini yetirmiş, sonuncu kənara çəkildiyindən və hədəfdən yayındığından, həmçinin, o, da hədəfi düzgün nişan ala bilmədiyi üçün bilavasitə öz iradəsindən asılı olmayan göstərilən həmin səbəblərdən Zərərçəkmiş şəxsi öldürə bilməyib, ümumi təhlükəli üsulla iki və daha artıq şəxsi qəsdən öldüməyə cəhd etmiş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, bununla da o, iki və daha artıq şəxsi xüsusi a mansızlıqla və ümumi təhükəli üsulla qəsdən öldürmüş, yəni, onları qəsdən həyatdan məhrum etmiş, həmçinin Zərərçəkmiş şəxsi ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının həmin qərarı əsassız olduğundan ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkum törətdiyi cinayət əməlinin həmin növdən olan başqa konkret cinayətlərlə müqayisədə fərqlənən təhlükəliliyi, xarakteri, fərdi əlaməti və ağırlığı ondan ibarət olmuşdur ki, Məhkum arvadı X2-ni qisas niyyəti ilə sonuncunun ata və anasının gözü qarşısında, daha sonra isə X4 sonuncunun arvadının gözü qarşısında hadisəni törətməmişdən əvvəl əldə edib evində saxladığı tüfəngdən evin içərisində atə ş açmaqla müstəsna qəddarlıq nümayiş etdirib, X2-ni öldürdükdən sonra evdə yaralı vəziyyətdə ağrı çəkən qaynatasına atəş açaraq iki şəxsi öldürmüş, digər ailənin üzvünə tüfəngdən atəş açmaqla xəsarət yetirib öldürməyə cəhd etmiş, bununla da ailənin iki üzvünü-ata və balanı qətlə yetirməklə, digər üzvünə xx.xx.2017-ci il təvəllüdlü azyaşlı körpənin yanında xəsarət yetirərək öldürməyə cəhd etməklə insanların həyat və sağlamlığını təmin edən ictimai münasibətlər əleyhinə olan xüsusilə ağır cinayət kateqoriyasına aid olan cinayət əməlini əvvəlcədən planlaşdırmaqla, odlu silahdan atəş açmaqla, birbaşa qəsdlə törətmiş, bununla da həmin ailənin ağır fiziki və mənəvi məhrumiyyətlərə düçar olmasına bais olmuşdur. Məhkum cinayəti törədərkən və cinayəti törətdikdən sonrakı yuxarıda təsvir edilən davr anışı onun istənilən insan həyatına olan laqeyd münasibətini, cinayətkar davranışını və cəmiyyət üçün nə dərəcədə təhlükəli olmasını, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və cinayətkar xislətini ehtiva edir. Məhkum arvadı X2 ona xəyanət etməsini zənn edib onu qəsdən öldürmək qərarına gəlmiş və bu məqsədlə əvvəlcədən əldə etdiyi yivsiz, odlu təhlükəli ov tüfəngi ilə arvadı X2-nin yaşadığı atası evinə gedib hasardan atlanmaqla evə daxil olmuş, əvvəlcə arvadını, daha sonra isə doğma qızını qorumağa cəhd edən X4 (ata-balanı) Zərərçəkmiş şəxs (qaynanası) gözləri qarşısında tüfəngdən atəş açmaqla amansızcasına güllələyib öldürmüş, həmçinin pəncərənin qarşısında qoyulmuş, xx.xx.2017-ci il təvəllüdlü azyaşlı X3 içərisində yatmış olduğu beşiyin yanında Zərərçəkmiş şəxs da tüfəngdən atəş açmaqla qəsdən öldürməyə cəhd etmiş, daha sonra hadisə yerindən qaçaraq Daşkəsən rayonu Xoşbulaq kəndindəki evlərində çardaqda gizlənmiş, lakin polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ifşa edilərək tutulmuşdur. İbtidai istintaq və məhkəmə istintaqı zamanı layiqli cəza almaqdan yayınmaq məqsədi ilə zərərçəkmiş-arvadının atası X4-ü öldürmək niyyətinin olmadığını bildirməklə cinayətin üstünün açılmasına hər hansı fəal köməklik etməmiş, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması ilə bağlı hər hansı hərəkətlər etməmişdir. Məhkəmələr Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törətmiş olduğu cinayət əməlindən peşiman olmasını, iki azyaşlı uşağının olmasını və “özünü öz vicdanı qarşısında mühakimə etməsini” əsassız olaraq, subyektiv mülahizələrlə cəzasını yüngülləşdirən hallar kimi qəbul etməklə, əksinə cinayətin odlu silahdan istifadə etməklə törədilməsinin hökmdə CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qeyd etsə də, kifayət qədər nəzərə alınmadan təqsirləndirilən şəxsin şəxsiyyətinə, ictimaitəhlükəlilik dərəcəsinə və törətdiyi cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun olmayan cəza təyin etmişlər. Belə ki, iş materiallarına əlavə edilmiş Daşkəsən rayon Xoşbulaq kənd inzibati Ərazi üzrə Nümayəndəliyindən verilmiş xasiyyətnamə ilə müəyyən edilmişdir ki, Məhkum Daşkəsən rayonu Xoşbulaq kəndində qeydiyyatda olmasına baxmayaraq, uzun illərdir ki. Gəncə şəhərində yaşamaqla Xoşbulaq kəndinə nadir hallarda gəl miş, Xoşbulaq kəndinin ictimai həyatında heç bir fəaliyyəti olmamış, valideynlərinin isə yalnız yay mövsümündə kəndə gələrək müvəqqəti yaşamaları səbəbindən ailədə və məişətdə necə xarakterizə edilməsi barədə məlumatı olan müəyyən edilməmişdir. Ümumiyyətlə, yaşayış yerindən müsbət xarakterizə olunmaq təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən haldır, əməli və ya niyyəti xarakterizə etmir. Yaşayış yerində müsbət xarakterizə olunma cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasının nəticəsidir və məhkəmə CM-nin 59.2-ci maddəsinin tələbini pozaraq həmin halı məhz nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini, bunun hansı sübutla təsdiq olunmasını hökmdə əsaslandırmamışdır. Hətta məhkəmələr “təqsirləndirilən şəxsin özünü öz vicdanı qarşısında mühakimə etməsi” qənaətinə gələ rkən bu halı hansı meyarlar əsasında və necə müəyyən etdiyini hökmdə əsaslandırmadan CPM-nin 139.0.5-ci maddəsinin tələblərinə zidd olaraq təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirən hal kimi nəzərə almaqda da haqlı olmamışdır. Ümumiyyətlə hər hansı şəxsin odlu silahla silahlanıb arvadının yaşadığı evə daxil olub arvadını, qaynatasını və qaynanasını güllələyərək arvadı və qaynatasını öldürüb, qaynanasını yaralayıb qaçıb getdikdən sonra tutulub məsuliyyətə cəlb edilib məhkəmə qarşısında layiqli cəza almaqdan boyun qaçırmaq üçün formal olaraq “peşiman olduğunu” bildirməsi “özünü öz vicdanı qarşısında mühakimə etməsi” kimi qiymətləndirilə bilinməz. Məhkəmələr məhkuma cəza təyin edərkən onun törətmiş olduğu cinayət əməlinə görə peşiman olmasını subyektiv mülahizələrlə hökmdə əsaslandırara q bu halı tamamilə əsassız olaraq cəzasını yüngülləşdirən hallar kimi qəbul etməklə məhkum edilmiş şəxsin şəxsiyyətinə, ictimai təhlükəlilik dərəcəsinə və törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq- aşkar uyğun olmayan cəza təyin etmişdir. Ümumiyyətlə istintaq orqanı tərəfindən verilmiş və məhkəmələrdə sübuta yetirilmiş ittihamlar üzrə əməlini təkzib edən, yəni verilmiş ittihamları qəbul etməyən şəxsin həmin əməldən peşimançılıq keçirməməsinin göstəricisidir. Birinci instansiya məhkəməsi hökmündə Məhkum ifadəsində göstərdiyi “qayınatası X4 və Zərərçəkmişi qəsdən öldürmək istəməməsinə dair” xüsusatlara tənqidi yanaşaraq sözügedən xüsusatların Məhkum məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyünü vurğulayaraq, həqiqətə uyğun hesab etməmiş, buna baxmayaraq məhkə mələr sonuncunun əməlindən peşimançılıq keçirməsini yüngülləşdirən hal kimi qəbul etməsi anlaşılan və işin faktiki hallarına uyğun deyil. Bunlardan başqa, Məhkum himayəsində xx.xx.2007-ci ildə və xx.xx.2017-ci ildə anadan olmuş iki azyaşlı uşağının olmasının cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalı olması qeyd edilsə də, məlikəmə nəzərə almamışdır ki, hökmün nəticə hissəsində Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 2018-ci il tarixli 495 nömrəli sərəncamı ilə Zərərçəkmiş şəxs nəvəsi xx xxxx 2017-ci il təvəllüdlü X3 qəyyum təyin edilməsinin nəzərə alınması qeyd edilmiş, həmçinin Məhkum qaynanasına xx.xx.2017-ci il təvəllüdlü azyaşlı körpəsinin yanında xəsarət yetirərək öldürməyə cəhd edərək, öz körpəsinin də həyatına laqeyd münasibət göstərib hadisə yerindən qaçması müəyyən edilmişdir. Apellyasiyasi instansiya məhkəməsinin isə fikrincə Məhkumun X3-ün yalnız atası olması faktı kifayətdir ki, Məhkum cəza təyin edilərkən bu yüngülləşdirən hal tətbiq edilsin. Bununla da məhkəmə cəza təyin edərkən cinayət qanununun yuxarıda göstərilən normalarının, eləcə də, Ali Məhkəmənin Plenum Qərarının tələblərini nəzərə almamış, Məhkum onun törətdiyi cinayətin kateqoriyasına, ictimai-təhlükəlilik dərəcəsinə, xarakterinə və şəxsiyyətinə açıq-aşkar uyğun olmayan yüngül cəza təyin etməklə cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin həyata keçirilməsini təmin etməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.7, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının x xxxxxx 2019-cu il tarixli qərarını ləğv etməklə cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya ins tansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçisinin apellyasiya protestinin təmin olunmaması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qər arı isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Birinci instansiya və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişlər. Bu məsələlər həll olunarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Azərbaycan Res publikası CPM-nin 143.1-ci maddəsində əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən q iymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyasının qənaətinə görə iş materiallarında olan sübutlar (qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və yoxlanılmış) Məhkum verilmiş ittihamın təsdiq edilmiş hesab olunması üçün kifayət edir. İş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi, şahidlərin ifadələri, ekspertiz a rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Odur ki, Məhkum törətdiyi əməllər Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.7, 29,120.2.4, və 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Bunlara dair məhkəmələrin gəldiyi nəticəni və apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Ka ssasiya protestinin dəlillərinə gəldikdə qeyd olunmalıdır ki, həmin dəlillər apellyasiya prostestində də öz əksini tapmış, apellyasiya məhkəməsi qərarında həmin dəlillərə münasibət bildirib onlara müvafiq qiymət verilərək aşağıdakılar göstərilmişdir: “...Apellyasiya protestində təqsirkarın ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, habelə eyni maddə ilə həm bitmiş cinayətə, həm də cinayətə cəhdə görə vahid cəza təyin edilməli olması xahiş olunur. Apellyasiya protestinin dəlillərinə gəldikdə isə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cəzanı yüngülləşdirən və ağırlaşdıran halları düzgün qiymətləndirmiş və cinayət qanunvericiliyini düzgün tətbiq etmişdir. Belə ki, CM-nin 59.1-cu maddəsindən görünür ki, bu maddədə nəzərdə tutulan hallar imperativ şəkildə məhkəmə tə rəfindən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. CM-nin 59.2-ci maddəsinə görə isə işin müəyyən halları məhkəmə tərəfindən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Bu mənada birinci instansiya məhkəməsi tamamilə haqlı olaraq təqsirkarın himayəsində iki azyaşlı uşağın, o cümlədən biri əvvəlki nikahdan olan uşağın, digər isə onun öldürdüyü qadından olan uşağın onun himayəsində olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Düzdür, ittiham tərəfi iddia etmişdir ki, zərərçəkmiş-həyatdan məhrum edilən İlahə Əkbərovadan olan Mələk adlı uşaq icra hakimiyyəti orqanı tərəfindən nənəsinin himayəsinə verilmişdir və bu səbəbdən həmin uşaq təqsirkarın himayəsində olan uşaq sayıla bilməz. Lakin kollegiya hesab edir ki, Cinayət Qanununun həmin müddəasının təfsirinə hər zaman bu məntiqlə yanaşılsaydı, onda bütün hallarda həbsə məhkum edilən təqsirkarların himayəsində azyaşlı uşaq olması heç bir halda cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmazdı. Bu baxımdan qeyd olunmalıdır ki, Mələk adlı uşaq nənəsinin himayəsinə verilməsinə baxmayaraq, təqsirkarın övladıdır və sonuncu atalıq hüququndan məhrum edilməyincə onun övladı olaraq qalmalıdır. Odur ki, kollegiya da belə nəticəyə gəlir ki, mərhum zərərçəkmişdən doğulmuş xx.xx.2017-ci il təvəllüdlü Mələk adlı uşaq təqsirkarın övladıdır və onun himayəsində olan azyaşlı uşaq sayılır. Müvafiq olaraq bu hal təqsirkarın cəzasını yüngülləşdirən hal kimi qəbul edilməlidir. Kollegiya təqsirkarın müsbət xarakterizə olunması ilə bağlı hissədə qeyd edir ki, bu hala qiymət verilməsi təkcə hər hansı orqanın formal xa rakterli arayışından asılı ola bilməz. Əslində cinayət işinin materiallarında təqsirkarla bağlı müəyyən edilən halların məcmusu, onun əvvəllər məhkum edilib-edilməməsi, məişətdə davranışı da məhkəməyə onun şəxsiyyətinin hansı yöndə xarakterizə olunması barədə nəticəyə gəlməyə əsas verə bilər. İşin hallarından görünür ki, təqsirkar ilk dəfə cinayət törətmişdir, əvvəllər ailəsində müntəzəm normal davranışları olmuşdur. O, bu cinayəti məişət səviyyəsində keçirdiyi əxlaqsız, tüfeyli həyat tərzi səbəbindən deyil, qısqanclıq zəminində törətmişdir. Bu baxımdan onun bu qəbildən cinayət törtəməsi şəxsiyyətinin mənfi xarakterizə olunması kimi nəticəyə gəlməyə əsas ola bilməz. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq onun şəxsiyyətinin müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Apellyasiya protestinin ən əsas dəlili, yəni təqsirkara ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin zəruriliyi ilə bağlı məsələni araşdıran məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını məqsədəuyğun hesab etmişdir. CM-nin 41.2-ci maddəsində, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında qeyd edilmişdir ki, cəzanın məqsədi təqsirkarın islah edilməsindən ibarət olduğu üçün məhkəmələr bu halı diqqətdə saxlamalı, hər bir halda cəza təyininə fərdi yanaşmalıdırlar. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələr inin şərh edilməsinə dair” xx xxxx 2013- cü il tarixli qərarında hüquqi mövqe kimi qeyd etmişdir ki, əvvəlki cinayətə görə cəzanı çəkmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin yenidən cinayət törətməsi onu göstərir ki, şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxxx 2010-cu il tarixli qərarında isə Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin də hüquqi mövqeyindən görünür ki, daha sərt cəza əvvəllər təyin edilmiş cəzadan nəticə çıxarmayıb tək rar cinayət törətmiş şəxslərə təyin edilməlidir. Azərbaycan Respublikasa Cinayət Qanununun mövqeyi də onu tələb edir ki, daha sərt cəza təyin edilərkən bu hökmdə əsaslandırılsın. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, ilk dəfə cinayət törətmiş şəxs barəsində müstəsna olan sərt cəzanın tətbiq edilməsi Cinayət Qanununun məntiqinə və məqsədlərinə uyğun gəlmir. Bundan başqa apellyasiya protestində təkrar-təkrar vurğulanmışdır ki, Məhkum iki şəxsi öldürmüş, bir nəfəri isə öldürməyə cəhd etmiş, bununla üç şəxsin həyatına qəsd etmişdir. Başqa sözlə ittiham tərəfi zərərçəkmişlərin sayının üç nəfərdən ibarət olmasını daha sərt cəzanın tətbiqi əsasları kimi nəzərdən keçirmişdir. Lakin kollegiya hesab edir ki, ümumilikdə cinayətlərin məcmusuna daxil olan ictimai təhlükəli əməllərdən birinin cinayətə cəhd olması müstəsna cəzanın tətbiqinə mane olur. Belə ki, CM-nin 63.4-cü maddəsinə əsasən cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. CM-nin 8.1-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi kifayət qədər ədalətli cəza təyin etmişdir. Nəzərdən qaçırmaq olmaz ki, məhkəmə təqsirkara azadlıqdan məhrum etmə cəzasının ən son həddini, yəni 20 il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmiş, həmçinin bu cəzanın 5 ilini həbsxanada çəkməsini müəyyən etmişdir. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya protestinin məhkuma ömürlük azadliqdan məhrumetmə cəzası təyin edilməsi barədə dəlilləri əsassızdır....”. Göründüyü kimi, apellyasiya məhkəməsi iş üzrə mövqeyini işin hallarına və qanunun tələblərinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin qərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına, işin faktiki hallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya protestində Məhkum təyin edilmiş cəzanın yüng ül olduğu, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən halların əsassız nəzərə alındığı, məhkəmələrin cəzanı yüngülləşdirən halları hökmdə və qərarda əsaslandırmadığı, məhkuma ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməli olduğu və buna görə də, apellyasiya məhkəməsinin qərarının ləğv edilməli olduğu iddia edilir. Məhkəmə kollegiyasının qənaətinə görə kassasiya protestində cəza təyin etmə ilə bağlı ittiham tərəfinin göstərdiyi dəlillər ittiham tərəfinin mövqeyini heç cür əsaslandırmır, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni şübhə altına almağa əsas vermir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli Qərarında qeyd olunur ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayə tin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Ömürlük azadlıqdan məhrumetmə cəzası qanuna görə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət və dövlət hakimiyyəti, ictimaitəhlükəsizlik və ictimai qayda əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə təyin edilə bilər. Bu zaman təqsirkara müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası deyil, ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hökmdə əsaslandırılmalıdır. “M əhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəd dar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə kollegiyasi kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, məhkəmələr tərəfindən məhkuma cəza təyin edilməsi zamanı nəzərə alınmış yüngülləşdirici hallar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında kifayət qədər əsaslandırılmışdır. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası hesab edir ki, Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar o, cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şərait inə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 58.1-ci maddəsinə əsasən “...Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Göstərilən normanın tələbləri baxımından cəza təyini zamanı bütün hallarda şəxsə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza həddi təyin edilməsi məsələsi tam əsaslandırılmalıdır. Halbuki, cinayət qanunvericiliyində yüngül cəza təyini zamanı eyni göstəriş nəzərdə tutlmamışdır. Xüsusilə nəzərə almaq lazımdır ki, ömürlük azadlıqdan məhrum etmə cəzası müstəsna xarakterə malik olub özündə şəxsə törətdiyi cinayət ə görə bütün ömrü boyu davam edəcək həbs cəzasının verilməsini ehtiva edir. Ömürlük azadlıqdan məhrum etmə cəzasının xüsusilə ağırlığını nəzərə alaraq CPM-nin 347.4-cü maddəsi həmin qararın tətbiqi barədə qərarın sadə səs çoxluğu ilə qəbul edilməsini qadağan edir və bu qərarın məhkəmə tərkibi tərəfindən yalnız yekdilliklə qəbulunu zəruri sayır. Göründüyü kimi, həm maddi, həm də prosessual qanunverilik ömürlük azadlıqdan məhrum etmə cəzasının xüsusilə ağırlığını nəzərə alaraq həmin cəzanın təyini zamanı xüsusi diqqəti tələb edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kasassiya protestində göstərdiyi yuxarıda sadalanan dəlilləri məhkuma ən ağır cəzanın təyin edilməsi üçün tutarlı əsas ola bilməz. Belə ki, dövlət ittihamçısı təyin olunmuş azadlıqdan mə hrum etmə cəzası ilə Məhkum nə üçün islah olunmayacağını cəzanın məqsədini yalnız ən ağır, ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilməsi nəticəsində nail olmağın mümkünlüyünü əsaslandıra bilməmişdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyi ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxsin belə islah olunma ehtimalını nəzərə alıb cəzanın bir hissəsini çəkdikdən sonra həmin cəzanın müəyyən müddət azadlıqdan məhrum etmə cəzası ilə əfv edilməsi və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad etməsini nəzərdə tutmuşdur (CM 57.3-cü maddə). Məhkəmə kollegiyası kassasiya protestində göstərilmiş cəza təyini zamanı məhkum barəsində olan cəzanı yüngülləşdirən halların qanuniliyi məsələsinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2 -ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzə rdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, unutmaq lazım deyil ki, cinayət qanunvericiliyinin prinsiplərindən biri də humanizm prinsipidir (CM 9-cu maddə). Humanizm prinsipi cinayətdən zərər çəkən barəsində qayğı və mərhəməti nəzərdə tutmaqla yanaşı eyni zamanda, cinayətkara mərhəmətli münasibət bəslənməsini müəyyən edir. Yəni, cinayət törədən şəxs barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Bu baxımd an, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq humanistlik göstərərək məhkumə təyin edilmiş cəzanın tətbiq edilməsi ilə cəzanın olunacağı qərarına gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkum onun islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araş dırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya q aydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 29,120.2.4, və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-134/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-134/2020
09.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver