Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-134/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Şirinov Fuad Paşa oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkə məsinin 05 mart 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 29,120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2022-ci il tarixli apellyasiya şikayətinə ilkin baxış iclasının qərarından Məhkum və onun müdafiəçisi F.P.Şirinov tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2021-ci il tarixli hökmü ilə (hakimlər Ağayev Zeynal Qurban oğlu (sədrlik edən və məruzəçi), Məcidov Azad Əli Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxx 1996-cı il tarixdə Cəlilabad rayonunun Qarazəncir kəndində anadan olmuş, Azərbaycan Respublikasının v ətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaları olan, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Cəlilabad rayonunun, Qarazəncir kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-nin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qisas almaq niyyəti ilə qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, o, 2020-ci ilin iyun ayının əvvəllərindən etibarən Zərərçəkmiş şəxs ilə qeyri rəsmi nikah münasibətlərində olmaqla birlikdə yaşayan bacısı Qanuni nümayəndə ilə telefonla danışdıqda onu n səsindən İsmayılın ona yaxşı baxmadığını, əziyyət verdiyini hiss etdiyindən bunların nə səbəbdən baş verməsinə aydınlıq gətirilməsi üçün 25 iyul 2020-ci il tarixdə saat 09 radələrində Cəlilabad rayonundan onların birlikdə yaşadıqları ünvan 2 ünvanına gəlib bacısı ilə söhbət etdikləri zaman sonuncu Zərərçəkmiş şəxs onu, eləcə də, əvvəlki nikahdan olan azyaşlı qızını aşağılaması və döyməsi barədə kəskin narazılığını bildirdikdən sonra Zərərçəkmiş şəxs qisas almaq niyyətilə onu qəsdən öldürmək qərarına gəlib, onun mağazadan ərzaq məhsulları alması ilə bağlı mənzildən çıxmasından istifadə edərək həmin cinayətkar niyyətini həyata keçirmək məqsədilə bacısına bildirmədən mənzilin mətbəx otağından açıq qəhvəyi rəngli, dəstəyi taxtadan olan mətbəx bıçaqını götürərək şalvarının kəmərinə keçirib kö ynəyinin altında gizlətməklə Zərərçəkmiş şəxs evə gəlməsini gözləmiş, həmin gün saat 13 radələrində Zərərçəkmiş şəxs evə gəldikdən sonra bacısına və onun azyaşlı qızına qarşı etdiyi zorakılıq hərəkətlərini ona irad tutub qəflətən şalvarının kəmərində gizlətdiyi bıçağı çıxarıb onu öldürmək məqsədilə sonuncunun bədəninin müxtəlif nahiyyələrinə qəsdən ardıcıl zərbələr vuraraq ona kürək nahiyəsində sağda 1 ədəd, bel nahiyəsində sağda 1 ədəd, döş qəfəsinin ön səthində VII qabırğa səviyyəsində 1 ədəd, sol bazu oynağının ön səthində 1 ədəd, sol bazunun ön-yan səthində 1 ədəd, sol saidin yuxarı 1/3-də 2 ədəd, sol əlin arxa səthində 1 ədəd, sağ saidin arxa səthində 1 ədəd, sol budun arxa səthində 1 ədəd və sol diz oynağı nahiyəsində 1 ədəd kəsilmiş və deşilmiş yaralar kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bacısı Qanuni nümayəndə onların münaqişəsinə müdaxilə edərək aralamaqla mane olmaq istədikdə isə həmin niyyətini həyata keçirməsinə nail ola bilməyəcəyini bilib Zərərçəkmiş şəxs öldürmək kimi məqsədinə çatmaq üçün əlindəki bıçaqla bacısını da vuraraq yüngül dərəcəli xəsarətlər yetirərək özündən kənarlaşdırdıqda bu fürsətdən istifadə edən Zərərçəkmiş şəxs mənzilin dəhlizi ilə giriş qapısına tərəf qaçaraq evdən çıxmış, bundan sonra yenə də həmin cinayətkar niyyətini başa çatdırmaq məqsədi ilə əlindəki bıçaqla təqib edərək Zərərçəkmiş şəxs arxasınca qaçıb binanın həyətinə çıxdıqda sonuncunun binadan bir qədər kənarda küçədə alıdığı xəsarətlərdən yerə yıxıldığını və ətrafda çoxsaylı sakinlərin toplaşdığını görüb ya ranmış əlverişsiz şəraitdə niyyətini başa çatdıra bilməyəcəyini başa düşərək hadisə yerindən uzaqlaşmış, sonradan hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadası tərəfindən Zərərçəkmiş şəxs xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərildiyindən onun həyatı xilas edildiyinə görə, öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2021-ci il tarixli hökmü 05 aprel 2021-ci il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdə də icraya yönəldilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2021-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət bitdikdən sonra, y əni faktiki 31 may 2022-ci il tarixdə Məhkum və müdafiəçisi F.P.Şirinov həmin hökmdən apellyasiya şikayəti vermiş və eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Ağayev Zeynal Qurban oğlu) Məhkum və onun müdafiəçisi F.P.Şirinovun apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə verdikləri ərizə əsassız olduğundan təmin edilməmişdir. Məhkəmənin həmin qərarından Məhkum və F.P.Şirinov tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının (hakimlər Mursaqulov Vaqif Ənvər oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əb düləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə) 25 iyul 2022-ci il tarixli apellyasiya şikayətinə ilkin baxış iclasının qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2022-ci il tarixli qərarından Məhkum və onun müdafiəçisi F.P.Şirinov kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərarın qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum və onun müdafiəçisi F.P.Şirinov kassasiya şikayətini onunla əsaslandırmışlar ki, cinayət işinin materiallarından Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2021-ci il tarixli hökmünün qəbzə qol çəkdirilməklə Məhkum təqdim edilməsi görünsə də, həmin hökm əslində ona təqdim edilməmiş, hətta müdafiəçisi ilə müqavilə bağladığı vaxta qədər o, barəsində olan hökmü almamışdır. Həmçinin şikayət müəllifləri bildirilirlər ki, işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası onların apellyasiya şikayəti üzrə qəbul edilmiş 25 iyul 2022-ci il tarixli qərarı əsalandırmamış və nəticə etibarı ilə birinci instansiya məhkəməsinin 10 yun 2022-ci il tarixli qərarından verdikləri şikayətin əsas dəlillərinə heç bir münasibət bildirilməyərək şablon və formal əsaslarla apellyasiya şikayətilərinin təmin olunmaması haqqında qərar qəbul etmişdir. Odur ki, Məhkum və onun müdafiəçisi F.P.Şirinov qeyd olunan səbəblərin üzrlü hesab edilərək apellyasiya i nstansiyası məhkəməsinin 25 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsini və hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum və onun müdafiəçisi F.P.Şirinovun həmin şikayətdə irəli sürdükləri əsas dəlillər ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətinin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilməməsi ilə bağlı iş üçün əhəmiyyət kəsb edən sübutların tədqiqindən imtina etmiş və işdə olan sübutlara düzgün qiymət verməmişdir. Beləliklə də, kassasiya şikayətinin müəllifləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması barədə tələblərini Azərb aycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrinə əsasən isə, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, işə hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə və CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum və onun müdafiəçisi F.P.Şirinovun birgə verdikləri kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsində olan cinayət işinin materiallarını və bu iş məhkum və onun müdafiəçisi tərəfindən mübahisələndirilən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2022-ci il tarixli qərarını yoxlayıb aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMnin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məc əllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qe yd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası mə hkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Daha sonra məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab olaraq bildirir ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müdd ətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası yekun məhkəmə aktlarından apellyasiya şikayətinin verilməsi qaydasını və müddətləri tənzimləyən cinayətprosessual qannvericiliyin normalarına müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 381.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. CPM-nin 384.1.1-ci maddəsinin tələləblərinə görə, iş üzrə ittiham və ya bəraət hökmü çıxarıldıqda, apel lyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə hökmün və ya müvafiq qərarın surətinin həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. CPM-nin 384.2-ci maddəsində təsbit edilmişdir ki, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət prosesinin hər bir iştirakçısının, o cümlədən məhkum olnmuş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunverici yuxarıda göstərilən müddətlər buraxılmaqla apellyasiya şikayəti nin və ya apellyasiya protestinin verildiyi hallarda buraxılmış müddətin bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur. Belə ki, CPM-nin 386.1-ci maddəsinin tələblərindən görünür ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-nin 386.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-nin 386.3-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. CPM-nin 391.3.3-cü maddəsində apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında qəbul etdiyi qərarlardan biri kimi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərarın qəbul edilməsi nəzərdə tutulmuşdur. Belə qərarlardan isə kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən 1 (bir) ay müddətlərdə kas sasiya şikayətinin və ya kassasiya protestinin verilməsi CPM-nin 410.1.1-ci maddəsində təsbit edilmişdir. Qanunvericiliyin şərh edilən normalarına əsasən cinayət işinin materiallarının təhlili nəticəsində müəyyən edilir ki, iş materiallarına əlavə edilmiş sənədlərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2021-ci il tarixli hökmünün surəti 05 mart 2021-ci il tarixli 1(101)-634/2021 saylı məktubla poçt vasitəsilə Məhkum təqdim olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmiş və 15 mart 2021-ci il tarixdə ondan qəbz alınmaqla məhkuma verilmişdir. Kassasiya şikayətində göstərildiyi kimi, hökmün sürətinin Məhkum tərəfindən almamasını, yəni ona verilməməsini təsdiq edən har hansı sübut cinayət işinin materallarında aş kar edilməmişdir. 15 mart 2021-ci il tarixdən hesablanmaqla 20 (iyirmi) gün müddətində hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyindən həmin hökm 05 aprel 2021ci il tarixdə qüvvəyə minmiş və eyni tarixli göstərişlə icraya yönəldilmişdir. Hökmdən verilmiş apellyasiya şikayətində 31 may 2021-ci il tarix göstərilsə də, faktiki olaraq Məhkum və onun müdafiəçisi F.P.Şirinov yalnız 31 may 2022-ci il tarixdə (bu hal müdafiəçinin təqdim etdiyi 10 may 2022-ci il tarixli orderi ilə və apellyasiya müraciətlərinin Bakı Ağır Cinayətlər Məhkəməsinə 01 iyun 2022-ci il tarixdə daxil olması barədə qeydlə təsdiq olunur), yəni hökmün surəti məhkum olunmuş şəxsə verildiyi gündən 1 (bir) il 02 (iki) ay 16 (on altı) gündən sonra 05 mart 2021-ci il tarixli hökmdən apelyasiya şikayəti verm iş və eyni zamanda həmin tarixdə də Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışlar. Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və bundan sonra ağır xəstəliyə tutulması, bu müddətlərdə fövqəladə hadisənin baş verməsi və ya onun hər hansı başqa üzrlü səbəblərdən vaxtında apellyasiya şikayəti verməsi üçün maneə yaradan hallar iş materiallarından görünmür. Məhz buna görə də apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında Məhkum və onun müdafiəçisi F.P.Şirinovun vəsatətinə baxan birinci instansiya məhkəməsi göstərilən müddətin bərpa edilməsi üçün heç bir üzrlü səbəb müəyyən etmədiyindən 10 i yun 2022-ci il tarixdə qəbul etdiyi qərarla həmin vəsatəti təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlamışdır. Kassasiya kollegiyası yuxarıda göstərilənləri və qanunvericiliyin şərh edilən tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətin rədd edilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan Məhkum və onun müdafiəçisi F.P.Şirinovun kassasiya şikayətinin dəlilərini qəbuledilməz sayaraq həmin şikayətin təmin edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb həmin şikayətin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi F.P.Şirinovun, kassasiya şikayətinin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2021-ci il tarixli hökmü ilə Məhkum CM-nin 29,120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2022-ci il tarixli ilkin baxış iclasının qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq QƏRARA A L D I: Kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2021-ci il tarix li hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 25 iyul 2022-ci il tarixli ilkin baxış iclasının qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-134/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-134/2023
17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver