Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-134/2024 15.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.2-ci m addəsi ilə məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli, 1(103)1109/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx.xx.1996-cı ildə Şabran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Şabran şəhəri, V.Abdullayev küçəsi, ev 43-də qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, İ.Əbilov küçəsi, nömrəsiz evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 2 avqust 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 50 manat pul müqabilində satış məqsədilə qanunsuz olaraq 0,902 qram çəkidə narkotik vasitə heroini və 0,531 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımış, qanunsuz olaraq əldə etdiyi narkotik vasitə heroinin bir bükümdə 0,292 qram hissəsini həmin günü Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə tanışı X5 5 manat pula satmışdır. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin günü saat 18:20-də ünvan 1 ünvanın qarşısında saxlanılaraq idarəyə gətirilib üzəri ndə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən üç bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,333 qram, 0,133 qram və 0,144 qram olmaqla, ümumi təmiz çəkisi 0,610 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və iki bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,273 qram və 0,258 qram olmaqla, ümumi təmiz çəkisi 0,531 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim: X6) 23 fevral 2022-cü il tarixli, 1(006)-52/2022 nömrəli hökmü ilə Məhkum CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejim li cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 2 avqust 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, narkomaniyadan məcburi müalicə tətbiq edilməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Hökmdən Məhkum apellyasiya şikayəti verərək, barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X1 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət məhkəmə tərkibində) 17 may 2023-cü il tarixli, 1(103)1109/2023 nömrəli qərarı ilə təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 1(006)-52/2022 nömrəli hökmünün təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə dəyişdirilməsi, həmin hökmlə Məhkum CM-in 234.2-ci maddəsi ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin 3 (üç) ilə endirilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli, 1(103)1109/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı2 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:
7. Kassasiya protestinin dəlilləri qismində bir sıra qanunvericilik aktlarına istinadlar edilərək qeyd edilmişdir ki, Məhkum əldə edərək üzərində saxlad ığı heroinin miqdarı şəxsi istehlak miqdarından təxminən 6 dəfə artıq olmuş, psixotrop maddə olan metamfetaminin miqdarı isə 0, 531 qram olmaqla 3 dəfə artıq olmuşdur. Narkotik vasitənin miqdarının satış məqsədilə əldə edilməsi törədilən əməlin cinayətin ictimai təhlükəliliyinin dərəcəsini daha da artırır, xüsusən də həmin narkotik vasitələrin çoxsaylı şəxslərə satılması narkotik vasitədən uzunmüddətli istifadə etməklə onun təsiri altında olan şəxslərin başqa cinayətlər törətməsi etimalına şərait yaradır. Belə olan halda hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitənin satış məqsədilə əldə edilməsi, şəxsi istehlak miqdarından dəfələrlə çox olması əlaməti hazırki əməlin tövsifinə təsir etməsə də, Məhkum münasibətdə təqsirli bilindiyi maddə ilə cəza təyin edilərkən cə zanın həddini müəyyən edərkən nəzərə alınmalı idi. Lakin məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini yüngülləşdirici hal kimi nəzərə alaraq azadlıqdan məhrum etmə cəzasını 4 ildən 3 ilə endirmişdir. Cinayət Məcəlləsinin 234.2-ci maddəsində qeyd olunan cinayət əməlinin saksiyası 3 ildən 7 ilədək azadlıqdan məhrum etmə cəzasım ehtiva edir. Belə olan halda məhkəmə tərəfindən məhkuma ən aşağı həddə cəza təyin edilməsi ədalətli hesab oluna bilməz. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərdən çəkinmək şəxslərin vətəndaşlıq borcudur. Şəxsin öz vətəndaşlıq borcunu yerinə yetirərək əvvəllər cinayət törətməməsi və ilk dəfə cinayət törətməsi əsası ilə ona təyin edilən cəzanın 1 (bir) il azaldılmasında məhkəmə düzgün nəticəyə gəlməmişdir.
8. Bununla da, dövlət ittihamçısı k assasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.21 maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət 17 may 2023-cü il tarixli, 1(103)- 1109/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
9. Kassasiya protestinə qarşı etiraz verilməmişdir.
10. Qərardan kassasiya şikayəti verilməmişdir. III.Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şiayətinin dəlillərini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəm ə kollegiyasından təmin edilməsini xahiş etdi. IV. Hüquqi məsələlər:
12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
13. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”
14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudla rını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
15. Dövlət ittihamçısı kassasiya protestində məhkəmə tərəfindən məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın açıq-aydın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya prote stini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli, 1(103)-1109/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafi q maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğ unluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).
18. Azərbaycan Respublikası CM-in 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsb it olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
19. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.1 4-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.
20. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində təsbit olunmuşdur. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
21. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
22. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağır lığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.
23. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.
24. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsa slardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.
25. Kassasiya protestində irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.
26. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
27. Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası, yəni sanksiya daxilində olan cəza təyin edilmişdir.
28. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir.
29. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə aldığını, onun barəsində CM-in 59-cu və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmadığını qeyd edərək ona azadlıqdan məhrum etmə növündə cəza təyin etməkdə haqlı olsa da, barəsində olan yüngülləşdirici halları nəzərə almamış və nəticədə ona təyin edilmiş cəzanın həddini ədalətli müəyyən etməmişdir. Bununla da, apelyasiya instansiya məhkəməsi cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli arayışına istinadən Məhkum barəsində əməliyyat-sorgu kartotekasında heç bir məlumatın olmamasına əsasən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır.
30. Protestin digər dəlili qismində Məhkum üzərindən aşk ar edilmiş psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq olduğuna istinad olunsa da, məhkəmə kollegiyası qeyd edir ki, psixotrop maddənin və narkotik vasitənin şəxsi istehlak miqdarı cinayətin kəmiyyət göstəricisidir, yəni cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən nəzərə alınır.
31. Psixotrop maddənin və narkotik vasitənin miqdarı cinayətin ictimai təhlükəlilik dərəcəsinin kəmiyyət göstəricisi kimi çıxış edir, cəza təyin etmənin digər prinsipləri ilə birlikdə nəzərə alınır.
32. Verilmiş kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən cəza təyin edilərkən məhkumun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasının yüngülləşdirici hal kimi nəzərə alınması, lakin həmin xüsusiyyətin məhkumun vətəndaşlıq borcu olma sı, bu əsasla da onun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün əsas rolunda çıxış etməməli olması qeyd edilmişdir.
33. Kollegiya protestin bu dəlili ilə razılaşır, lakin qeyd edir ki, ümumilikdə Məhkum apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış etmiş və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz.
34. Bütün bunl ar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
35. Beləliklə, məhkəmə kollegiyası iclasda iştirak etmiş dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 17 may 2023cü il tarixli, 1(103)-1109/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 234.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli, 1(103)-1109/2023 nömrəli qərarı apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.