Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1340/2019 17.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 avqust 2018-ci il ta rixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Azad Məcidov (sədrlik edən və məruzəçi), Zeynal Ağayev və Səbuhi Hüseynovdan ibarət tərkibdə) 1(101)-485/2018 nömrəli 13 iyun 2018-ci il tarixli hökmü ilə 27 dekabr 1982-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Qaraağac kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 126.2.1, 126.2.2, 126.2.3, 126.2.4, 181.2.1, 181.2.5 və 221.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 126.2.1, 126.2.2, 126.2.3 və 1 26.2.4-cü maddələri ilə 7 (yeddi) il müddətə, CM-in 181.2.1 və 181.2.5-ci maddələri 8 (səkkiz) il 6 (altı) ay müddətə, CM-in 221.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cii maddəsinə əsasən onun həbsdə olduğu 2 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində 11 (on bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 13 noyabr 2017-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhk um olunmuşdur ona görə ki, o, qohumu Zərərçəkmiş şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib 08 noyabr 2017-ci il tarixdə, gecə, saat 01 radələrində, Qazax rayonunun İkinci Şıxlı kəndinin ərazisində yerləşən “Sınıq Körpü” gömrük məntəqəsinin qarşısında Gürcüstan Respublikasının ərazisindən Azərbaycan Respublikasının ərazisinə keçmiş Zərərçəkmiş şəxs1ə yaxınlaşaraq özünü taksi sürücüsü kimi təqdim edib ucuz qiymətə Bakı şəhərinə aparmaq üçün müştəri axtardığını bildirərək sonuncu ilə gediş haqqını 10 manata razılaşdıqdan sonra idarə etdiyi “VAZ-2107” markalı Az-**-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Tbilisi yolunun Qazax rayonu ərazisindən keçən 464-cü kilometrliyində, Qazax şəhəri, N.Nərimanov küçəsində yerləşən "xxxx"mağazasının bərabərliyind ə Zərərçəkmiş şəxs1 onun idarə etdiyi avtomobildən düşərək Bakı şəhərinə onunla birlikdə getmək istəmədiyini bildirdikdən sonra təxminən gecə saat 02 radələrində Zərərçəkmiş şəxs2 avtomobildən düşərək əlində olan kustar üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən beysbol idman oyununda istifadə olunan toxmaqlara uyğun gələn 01 ədəd predmeti, yəni beysbol ağacını silah qismində istifadə edib hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın edərək Zərərçəkmiş şəxs1 bir dəfə sol budundan və bir dəfə kürək nahiyəsinə vurub küt ağrılar yetirdikdən sonra sonuncu dizi üstə yerə oturmuş, o özü isə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq edəcəyi həd əsi ilə bağlı basqın edib Zərərçəkmiş şəxs1 yumruqla bir dəfə sol gözaltı nahiyəsinə və bir dəfə də ağız nahiyəsinə təpiklə vuraraq Zərərçəkmiş şəxs1 alt dodağın və sol gözaltı nahiyənin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirdikdən sonra sonuncu arxası üstə yerə yıxılmış, bundan sonra, o, Zərərçəkmiş şəxs1 tərpənməməsi üçün boğazından tutaraq saxlamış, Zərərçəkmiş şəxs2 isə Zərərçəkmiş şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 manat dəyərində istifadədə olmuş, üzərində qüsurlar olan, üzərində «Lorways» sözləri olan 10x8 sm ölçülü süni dəri materialdan hazırlanmış pul kisəsini, həmin pul kisəsinin içində Azərbaycan Respublikası məzənnəsi ilə 810 manat 30 qəpik təşkil edən 1.850 Türk lirəsini, 01 ədəd sınıq vəziyyətdə olan 20 manat dəyərində gümüş qolbağısını, ümumvətəndaş pasportunu, sol yan cibindən 200 manat dəyərində bir ədəd “Samsung” markalı, “SM-J320F” (J32016) modelli mobil telefonunu və şalvarının arxa cibindən isə 45 manat pulunu zorla ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 1.077 manat 30 qəpik məbləğində əmlakını ələ keçirərək quldurluq etmişdir. Bundan başqa, o, öz cinayət əməllərini davam edərək 13 noyabr 2017-ci il tarixdə, saat 11 radələrində, icarə əsasında işlətdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən "xxxx" Ticarət Mərkəzinin 10-cu sırasında yerləşən 83 nömrəli mağazanın içəri hissəsində qohumu Zərərçəkmiş şəxs3 ilə aralarında yaranmış borc tələbi ilə əlaqədar mübahisə etmiş, həmin vaxt Zərərçəkmiş şəxs3 şəxsi münasibətlərin pozulması zəminində onu bir dəfə yumruqla qəsdən vuraraq sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən sol gözətrafı nahiyənin qançırı xəsarətini yetirmiş, bundan sonra o, işlətdiyi mağazadan bir ədəd mətbəx bıçağını götürüb əynində olan gödəkcəsinin iç hissəsinə qoyub aralarında yaranmış borcla bağlı mübahisəyə və onu döyməsinə aydınlıq gətirməsi üçün digər qohumu Zərərçəkmiş şəxs2 həmin ticarət mərkəzində icarə əsasında işlətdiyi 8-ci sırada yerləşən 90 nömrəli mağazanın qarşısındakı piştaxtanın yanına gəlmiş, orada ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə-açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər etməklə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına və əx laq normalarına saymamazlıq nümayiş etdirərək orada olan Zərərçəkmiş şəxs3 ünvanına nalayiq söyüşlər söyməklə üzərində gəzdirdiyi bıçağı silah qismində istifadə edib qəsdən Zərərçəkmiş şəxs3 üç dəfə döş qəfəsindən, bir dəfə qarnından, bir dəfə sol qolundan və bir dəfə xaya hissəsindən vuraraq sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid döş qəfəsinin ön səthində sağ yarısında sağ tərəfli hemopnevmatoraksla müşayiət olunan daxilə nüfuz edən bir ədəd və sağ xaya nahiyəsinin toxum ciyəsinin və sidik kisəsinin zədələnməsi ilə müşayiət olunan daxilə nüfuz edən bir ədəd kəsilmiş-deşilmiş yaraları xəsarətlərini, ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid döş qəfəsinin ön səthinin sağ yarısında daxilə nüfuz etməyən bir ədəd, döş qəfəsinin sol yarısında daxilə nüfuz etməyən bir ədəd, qarının ön divarının sol yarısında daxilə nüfuz etməyən bir ədəd, sol saidin arxa səthinin orta 1/3-nin bir ədəd kəsilmişdeşilmiş yara kimi xəsarətlərini yetirdikdən sonra Zərərçəkmiş şəxs3 gözü qarşısında xüsusi amansızlıqla, əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə orada olan ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onları ayıraraq ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 nalayiq söyüşlər söyməklə üzərində olan silah qismində istifadə etdiyi bıçaqla qəsdən bir dəfə qarnından vurub yerə yıxaraq bir dəfə sol budundan və bir dəfə sağ baldırından vuraraq sonuncuya həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qarının ön divarının boşluğa nüfuz edən bir ədəd yara xəsarətini, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol budun bir ədəd və sağ baldırın bir ədəd kəsilmiş-deşilmiş yaralan xəsarətlərini yetirməklə iki şəxsə qarşı qəsdən sağlamlığa Ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Vaqif Mursaqulov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Faiq Qasımovdan ibarət tərkibdə) 1(103)1130/2018 nömrəli 20 avqust 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyun 2018-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası CM-in 66.3-cii maddəsi ilə təyin edilmiş 11 (on bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 10 (on) ilə endi rilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə olduğu 2 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində 9 (doqquz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti və ona edilmiş əlavə qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum əməllərinin Azərbaycan Respublikası CM-in 126.1 və 322-ci maddələrinə tövsif olunması barədə qərar çıxarılmasını xahiş edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkumun Müdafiəçi onunla əsaslandırır ki, ape llyasiya instansiyası məhkəməsinin qərarı tamamilə qanunsuz, əsasız və ədalətsizdir. Belə ki, Məhkum əməli düzgün tövsif edilməmişdir və o, yalnız CM-nin 126.2.1-ci maddəsi (iki şəxsə qarşı) ilə məsuliyyətə cəlb olunmalıdır. Onun əməlində CM-nin 126.2.2,126.2.3, və 126.2.4-cü maddələrinin tərkibi yoxdur. Həmçinin onun əməlində CM-nin 181.2.1, 181.2.5 və 221.3-cü maddələrinin tərkibi yoxdur, onun əməli bu hissədə CM-nin 322-ci maddəsinə (özbaşınalıq) tövsif edilməlidir. Hazırki iş üzrə məhkumun özgənin əmlakını ələ keçirmək niyyəti olmamışdır. O, qanunla və digər normativ hüquqi aktlarla hüquq mühafizə orqanlarının səlahiyyətinə aid edilmiş məsələni özbaşınalıq yolu ilə nizama salmaq istəmiş, qohumunun zərərçəkmiş şəxsin onun əşyasını oğurlaması barədə məlumatından sonra bu barədə polisə mü raciət etməli olduğu halda, bunu etməmiş, özü həmin əmlakı geri almaq üçün tədbir görmək istəmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməlləri Azərba ycan Respublikası CM-in 126.2.1, 126.2.2, 126.2.3, 126.2.4, 181.2.1, 181.2.5 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili Məhkum əməlinin Azərbaycan Respublikası CMin 126.2.1, 126.2.2, 126.2.3 və 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə və həmçinin CM-in 181.2.1 və 181.2.5-ci maddələrindən həmin Məcəllənin 322.2-ci maddəsinə tövsif edilməli olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilməsi üçün qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və y a hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma baş verməlidir. Həmçinin, cinayət əməlinin CM-in 322.1-ci maddəsi ilə tövsif edilməsi üçün özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilm əsi baş verməlidir. İşin materiallarından görünür ki, birinci instansiya məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, Məhkum qohumu Zərərçəkmiş şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib 08 noyabr 2017-ci il tarixdə, gecə, saat 01 radələrində, Qazax rayonunun İkinci Şıxlı kəndinin ərazisində yerləşən “Sınıq Körpü” gömrük məntəqəsinin qarşısında Gürcüstan Respublikasının ərazisindən Azərbaycan Respublikasının ərazisinə keçmiş Zərərçəkmiş şəxs1ə yaxınlaşaraq özünü taksi sürücüsü kimi təqdim edib ucuz qiymətə Bakı şəhərinə aparmaq üçün müştəri axtardığını bildirərək sonuncu ilə gediş haqqını 10 manata razılaşdıqdan sonra idarə etdiyi “VAZ-2107” markalı Az-**-UT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Tbilisi yolunun Qazax rayonu ərazisindən keçən 464-cü kilometrliyində, Qazax şəhəri, N.Nərimanov küçəsində yerləşən "xxxx" mağazasının bərabərliyində Zərərçəkmiş şəxs1 onun idarə etdiyi avtomobildən düşərək Bakı şəhərinə onunla birlikdə getmək istəmədiyini bildirdikdən sonra təxminən gecə saat 02 radələrində Zərərçəkmiş şəxs2 avtomobildən düşərək əlində olan kustar üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən beysbol idman oyununda istifadə olunan toxmaqlara uyğun gələn 01 ədəd predmeti, yəni beysbol ağacını silah qismində istifadə edib hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın edərək Zərərçəkmiş şəxs1 bir dəfə sol budundan və bir dəfə kürək nahiyəsinə vurub küt ağrılar yetirdikdən sonra sonuncu dizi üstə yerə oturmuş, o özü isə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın edib Zərərçəkmiş şəxs1 yumruqla bir dəfə sol gözaltı nahiyəsinə və bir dəfə də ağız nahiyəsinə təpiklə vuraraq Zərərçəkmiş şəxs1 alt dodağın və sol gözaltı nahiyənin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirdikdən sonra sonuncu arxası üstə yerə yıxılmış, bundan sonra, o, Zərərçəkmiş şəxs1 tərpənməməsi üçün boğazından tutaraq saxlamış, Zərərçəkmiş şəxs2 isə Zərərçəkmiş şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan c ibindən 2 manat dəyərində istifadədə olmuş, üzərində qüsurlar olan, üzərində «Lorways» sözləri olan 10x8 sm ölçülü süni dəri materialdan hazırlanmış pul kisəsini, həmin pul kisəsinin içində Azərbaycan Respublikası məzənnəsi ilə 810 manat 30 qəpik təşkil edən 1.850 Türk lirəsini, 01 ədəd sınıq vəziyyətdə olan 20 manat dəyərində gümüş qolbağısını, ümum vətəndaş pasportunu, sol yan cibindən 200 manat dəyərində bir ədəd “Samsung” markalı, “SM-J320F” (J32016) modelli mobil telefonunu və şalvarının arxa cibindən isə 45 manat pulunu zorla ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 1.077 manat 30 qəpik məbləğində əmlakını ələ keçirərək quldurluq etmişdir. Bundan başqa, o, öz cinayət əməllərini davam edərək 13 noyabr 2017-ci il tarixdə, saat 11 radələrində, icarə əsasında işlətdiyi Bakı şəhəri, Qarad ağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən "xxxx" Ticarət Mərkəzinin 10-cu sırasında yerləşən 83 nömrəli mağazanın içəri hissəsində qohumu Zərərçəkmiş şəxs3 ilə aralarında yaranmış borc tələbi ilə əlaqədar mübahisə etmiş, həmin vaxt Zərərçəkmiş şəxs3 şəxsi münasibətlərin pozulması zəminində onu bir dəfə yumruqla qəsdən vuraraq sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən sol göz ətrafı nahiyənin qançırı xəsarətini yetirmiş, bundan sonra o, işlətdiyi mağazadan bir ədəd mətbəx bıçağını götürüb əynində olan gödəkcəsinin iç hissəsinə qoyub aralarında yaranmış borcla bağlı mübahisəyə və onu döyməsinə aydınlıq gətirməsi üçün digər qohumu Zərərçəkmiş şəxs2 həmin ticarət mərkəzində icarə əsasında işlətdiyi 8-ci sırada yerləşən 90 nömrəli mağazanın qarşısındakı piştaxtanın yanına gəlmiş, orada ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə-açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər etməklə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına və əxlaq normalarına saymamazlıq nümayiş etdirərək orada olan Zərərçəkmiş şəxs3 ünvanına nalayiq söyüşlər söyməklə üzərində gəzdirdiyi bıçağı silah qismində istifadə edib qəsdən Zərərçəkmiş şəxs3 üç dəfə döş qəfəsindən, bir dəfə qarnından, bir dəfə sol qolundan və bir dəfə xaya hissəsindən vuraraq sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin ön səthində sağ yarısında sağ tərəfli hemopnevmatoraksla müşayiət olunan daxilə nüfuz edən bir ədəd və sağ xaya nahiyəsinin toxum ciyəsinin və sidik kisəsi nin zədələnməsi ilə müşayiət olunan daxilə nüfuz edən bir ədəd kəsilmiş-deşilmiş yaraları xəsarətlərini, ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid döş qəfəsinin ön səthinin sağ yarısında daxilə nüfuz etməyən bir ədəd, döş qəfəsinin sol yarısında daxilə nüfuz etməyən bir ədəd, qarının ön divarının sol yarısında daxilə nüfuz etməyən bir ədəd, sol saidin arxa səthinin orta 1/3-nin bir ədəd kəsilmişdeşilmiş yara kimi xəsarətlərini yetirdikdən sonra Zərərçəkmiş şəxs3 gözü qarşısında xüsusi amansızlıqla, əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə orada olan ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onları ayıraraq ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 nalayiq söyüşlər söyməklə üzərində olan silah qismində istifadə etdiyi bıçaqla qəsdən bir dəfə qarnından vurub yerə yıxaraq bir dəfə sol budundan və bir dəfə sağ baldırından vuraraq sonuncuya həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qarının ön divarının boşluğa nüfuz edən bir ədəd yara xəsarətini, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol budun bir ədəd və sağ baldırın bir ədəd kəsilmiş-deşilmiş yaralan xəsarətlərini yetirməklə iki şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq etmişdir. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qaydada baş verməsi Məhkum özünün qismən etiraf edici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, məhkəmə ekspertiz alarının rəyləri ilə, maddi sübutla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr Məhkum əməlinin özbaşınalıq kimi qiymətləndirilməli olmaması barədə düzgün nəticəyə gəlmişlər. Belə ki, Məhkum dayısı oğlu Zərərçəkmiş şəxs2 İstanbul şəhərində yaşayan qohumuna məxsus əmlakı (“Play station” markalı oyun kampruteri və paltarları) talama məqsədilə basqına görə deyil, Zərərçəkmiş şəxs1ə məxsus əmlakını (2 manat dəyərində istifadədə olmuş, süni dəri materialdan hazırlanmış pul kisəsini, həmin pul kisəsinin içində Azərbaycan Respublikası məzənnəsi ilə 810 manat 30 qəpik təşkil edən 1.850 Türk lirəsini, 01 ədəd sınıq vəziyyətdə olan 20 manat dəyərində gümüş qolbağısını, ümum vətəndaş pasportunu, 200 manat dəyərində bir ədəd “Samsung” ma rkalı, “SM-J320F” (J32016) modelli mobil telefonunu və 45 manat pulunu) quldurluq yolu ilə ələ keçirməkdə təqsirli bilinmişdir. Belə əməli törətmiş şəxsin hərəkətini isə heç cür özbaşınalıq kimi qiymətləndirmək olmaz. Kassasiya şikayətinin Məhkum əməlində CM-nin 126.2.2,126.2.3, və 126.2.4-cü maddələrinin tərkibinin olmaması ilə bağlı hissəsi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, “Xuliqanlıq işləri üzrə məhkəmə tərcüməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motiv i kimi özünü büruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Hüquq elmində xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda ağır zərər vurmada dərəcəsinə uyğun da ifadə ol una bilər. İşdən görünür ki, Məhkum bıçaqla Zərərçəkmiş şəxs3 üç dəfə döş qəfəsindən, bir dəfə qarnından, bir dəfə sol qolundan və bir dəfə xaya hissəsindən vurandan sonra Zərərçəkmiş şəxs3 gözü qarşısında xüsusi amansızlıqla, əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə orada olan ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onları ayıraraq ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 nalayiq söyüşlər söyməklə üzərində olan silah qismində istifadə etdiyi bıçaqla qəsdən bir dəfə qarnından vurub yerə yıxaraq bir dəfə sol budundan və bir dəfə sağ baldırından vuraraq sonuncuya həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qarının ön divarının boşluğa nüfuz edən bir ədəd yara xəsarətini, sağlamlığın qısa müddətə pozulmasına səbəb ola n sağlamlığa yüngül zərər vurmaya aid sol budun bir ədəd və sağ baldırın bir ədəd kəsilmiş-deşilmiş yaralan xəsarətlərini yetirmişdir. İşə baxan məhkəmələr də Məhkum əməllərində CM-in 126.2.1, 126.2.2, 126.2.3, 126.2.4-cü maddələrinin tərkibinin olması barədə nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası məhkəmələrin gəldiyi nəticənin işin hallarına uyğun hesab etməklə yanaşı qeyd edir ki, nə ibtidai istintaq, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubi yyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Məhkum Azərbaycan Respublikası CM-in 126.2.1, 126.2.2, 126.2.3, 126.2.4, 181.2.1, 181.2.5 və 221.3-cü maddələri ilə ittiham verilmiş, birinci instansiya məhkəməsi də onu həmin maddələr ilə təqsirli bilməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr təqsirləndirilən şəxsin əməllərinin tövsifini müəyyən edərkən cinayət qanunun normalarına riayət etmişlər və təqsirləndirilən şəxsin əməlinin CM-in 126.1 və 322.2-ci maddələrinə tövsif olunması üç ün heç bir əsas yoxdur, kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızdır. Bundan başqa, birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası m əhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 avqust 2018-ci il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİ R: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 20 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1340/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1340/2019
17.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver