Məhkəmə qərarları › İş №1(102)-1340/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-1340/2020

26.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1340/2020 26.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, İbadzadə Anar Qənimət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X3 iştirakı ilə xx xxxxxx 1973-cü ildə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri Nizami rayonu, Gülüstan qəsəbəsi, ev 8, mənzil 18-də qeydiyyatda olmaqla Samux rayonu, Qarayeri qəsəbəsində yaşayan Məhkum A zərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinməsi və 237.2.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya və kassasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Rəşid Alıkişiyev tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakim D.H.İmanov sədrlik edən, hakimlər M.Ə.Bağırov və N.T.Əliyev) Məhkum Azərbaycan Respublikası CM-in 234.1 və 237.2.1-ci maddələri ilə təqsirli bil inib CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.2.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Məhkum 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilmiş. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən və məruzəçi hakim M.Ə.Rzayev, hakimlər R.O.Əsgərov və F.G.Zeynallı) xx xxxx 2020-ci il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli hökmü ləğv edilmiş. İş üzrə yeni hökm çıxarılmış. Məhkum CM-in 237.1.2-ci maddəsi ilə bəraət verilmiş. CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum tanışı X5 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi əkib-becərilməsi qadağan edilmiş xeyli miqdarda 14 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2018-ci ilin may ayında Kür çayının Samux rayonu, Qədili kəndi ərazisindən keçən sahilindəki torpaq sahəsində qanunsuz olaraq əkib yetişdirməklə kultiv asiya etmiş və onların hissələrini toplayıb Elşən Quliyevin idarə etdiyi “VAZ 21214” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna yığmış, xx xxxxxxxx 2018-ci il tarixdə saat 14:30-da Samux Rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Gəncə-Kür avtomobil yolunun Samux rayonu, Qədili kəndi ərazisindən keçən hissəsində Elşən Quliyevin idarə etdiyi “VAZ 21214” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, 365 qram çəkidə narkotik vasitə olan qurudulmamış marixuana və xx.xx.2018-ci il tarixdə yuxarıda göstərilən ünvanda yerləşən torpaq sahəsində qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi xeyli miqdarda ümumi təmiz çəkisi - 1 650 qram, 14 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilib götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunur. Protest müəllifi fikrincə, məhkəmə işi qeyri-obyektiv və birtərəfli apararaq cinayət qanunun və cinayət-prosessual qanunun normalarının tələblərini kobud şəkildə pozmuş, bunun nəticəsi olaraq ağır cinayət törətmiş şəxs törətdiyi əmələ görə cinayət məsuliyyətindən kənarda qalmışdır. Dövlət ittihamçısı qeyd edir ki, məhkəmə Məhkum, digər təqsirləndirilən şəxsi, hal şahidlərinin ibtidai istintaq və birinci instansiya məhkəməsində verdiyi ifa dələr ilə apelyasiya məhkəməsində verdiyi ifadələr arasındakı kəskin ziddiyyətlər olmasına diqqət yetirməməklə onlara tənqidi yanaşmamış, həmin ziddiyyətlərin səbəbi araşdırılmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı Y.Əliyevanın, çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsəl ələri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Prot est müəllifi qeyd edir ki, Məhkum əməlində CM-in 237.2.1-ci maddəsi üzrə ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən ona barəsində həmin maddə üzrə bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bi r sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq Məhkum CM-in 237.2.1-ci maddəsi ilə bəraət vermiş, bu vaxt cinayət və cinayətprosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri onun xeyrinə həll etmişdir. Belə ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Məhkum CM-in 234.1 -ci maddəsi olan hissədə məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar həmin maddə üzrə özünün etirafı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, iş materiallarında olan baxış və götürmə protok olu, ekspertiza rəyləri, habelə işdə olan digər mötəbər sübutlarla təsdiqini tapır. CM-in 237.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət barəsində isə, həmin bitkilərin təqsirləndirilən şəxs tərəfindən kultivasiya edilməsi sübuta yetirilməmişdir. Belə ki, cinayət işinin materiallarında olan Samux RPŞ-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli protokolun birinci səhifəsinin son abzasında göstərilir ki, X5 idarə etdiyi nəqliyyat vasitəsi olan **-CX-*** dövlət qeydiyyat nişanlı “VAZ 2121” markalı avtomaşında olan dəmir vedrənin içərisində açıq vəziyyətdə olan yaşıl rəngli, kəskin spesifik iyli, ilk baxışdan narkotik vasitə olan “marixuana”ya oxşar kütləni dünən, yəni xx.xx.2018-ci il tarixdə tanışı Məhkum ilə Kür çayının Samux rayonu ərazisindən keç ən hissəsində özlərinin əvvəlcədən əkdiyini və ona qulluq göstərdikdən sonra yığdığını, və özü və Məhkum istifadə etmək məqsədi ilə avtomaşında saxladığını bildirsə də, apellyasiya instansiyası məhkəməsində həmin protokola əlavə edilmiş video diskə kollegiyanın iclasında səsləndirilməklə baxış keçiriləndə müəyyən edilmişdir ki, avtomobilində narkotik vasitələr aşkar olunmuş şəxs X5 təhqiqatçının sualına cavab olaraq həmin narkotik vasitələri özlərinin istifadəsi üçün Kür çayının kənarından yığdıqlarını demiş, həmin bitkiləri özlərinin əvvəlcədən əkdiyini və qulluq etdiyini deməmiş. Göründüyü kimi qeyd olunan baxış və götürmə protokolu Məhkum da satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlamasını təsdiq etsə də, həmi n protokol Məhkum qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsini təsdiq edən mötəbər sübut hesab edilə bilməz. Bunda başqa iş materillarından görünür ki, təqsirləndirilən şəxs Məhkum iştirakı ilə 25.09.208-ci il tarixdə hadisə yerinə baxış keçirilərək narkotik tərkibli bitki kollarının götürülməsində mütəxəssis-aqronomun ümumiyyətlə iştirak etmədiyindən iş materiallarında olan mütəxəssis aqronom Aləm Abdiyevin xx.xx.2018-ci il tarixli rəyi Məhkum CM-in 237.2.1-ci maddəsi ilə təqsirli olmasını təsdiq edən mötəbər sübut hesab edilə bilməz. İş materiallarındakı hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış Samux rayonunun ərazisində Kür çayının sahilində xx.xx.2018-ci il tarixdə saat 19:00- da başlamış 19:30-da qurtarmışdır. Halbuki, cinayət işinin materiallarından isə görünür ki, müstəntiq İslam Mehtiyev xx.xx.2018-ci il tarixdə saat 18:05 dəqiqədən 19:00-dək şübhəli şəxs X8 rayon Polis şöbəsində dindirmişdir. Elşən Quüyeyiın dindirilməsi xx.xx.2018-ci il tarixdə saat 19:00-da qurtardığı halda həmin müstəntiq tərəfindən təqsirləndirilən şəxslərin iştirakı ilə Samux rayon Polis şöbəsindən 15.20 km aralıda yerləşən ərazidə baxış keçirməyə başlamasının doğru olmadığı mübahisəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.1-ci maddəsində göstərilmişdir ki, hakimlər cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 144 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1.1-ci maddəsinə əsasən sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən: insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlı ş başa düşməsindən istifadə etməklə; cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edil məsinə yol verilmir. Göründüyü kimi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1-ci maddəsi ilə ittiham elan edilməsi üçün ittiham tərəfinin istinad etdiyi xüsusatlar hüquqi qüvvəsi olmayan, hər hansı halın sübut olunmasında istifadə edilə bilinməyən, maddi sübuti əhəmiyyəti olmayan və əsaslı şübhə doğuran xüsusatlardır. Beləliklə, ibtidai araşdırma zamanı toplanmış, birinci və apellyasiya instansiyaları məhkəmələrində araşdırılmış sübutların məcmusuna qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1-cü maddəsi ilə ittiham olunarkən cinayət prosessual qanunvericiliyin tələbləri kobud surətdə pozulmuş, iş üzrə təhqiqat və istintaq aparılarkən Azərbaycan Respublikası CPM-nin bir sıra tələblərinə riayət edilməmiş, biri nci instansiya məhkəməsi isə məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmadan onun barəsində ittiham hökmü çıxarmışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum əməlində Azərbaycan Respublikası CM-in 237.2.1-ci maddəsinin tərkibinin olması kifayət qədər sübuta yetirilmədiyindən haqlı olaraq ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, A.Bağırzadınin əməlində həqiqətən qabaqca dan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddəllər olan bitkiləri xeyli miqdarda kultivasiya etməsi cinayətinin tərkibinin olmasını təsdiq edən sübutlar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiy i cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ h issəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.0.2-416.0.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlil lərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum CM-in 237.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna gör ə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla, əsassız olduğundan, protestin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar