Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1340/2022 05.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Sadıq oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 Sadıq oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli hökmünə əsasən (hakimlər Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, Əhməd Qəhraman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə) xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olub, ünvan 2 ünvanda kirayəşin yaşamış Məh kum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzanın çəkilməsinin başlanğıcı 20 mart 2021-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, ərazi narkoloji dispanserində qeydiyyata alınmaqla cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmuşdur. Hökmdən məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə və həmin apellyasiya şikayətinə verilmiş əlavəyə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik ed ən və məruzəçi), X12 oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə) 03 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 Sadıq oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli hökmü ilə, Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, başqa mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 5,908 qram narkotik vasitə heroin və təmiz çəkisi 0, 624 qram metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış və 20 mart 2021ci il ta rixdə saat 19 radələrində Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində yerləşən “Bəhram” marketin yaxınlığında saxlanılaraq 13-cü PB-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki gödəkcənin sol iç cibindən bir ədəd “Winchester” markalı siqaret qutusunun içərisindən satış məqsədi ilə qanunsuz olaraq əldə edərək daşıyıb saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri 3, 283 qram, 2,625 qram ümumi təmiz çəkisi 5,908 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və bir bükümdə təmiz çəkisi 0,624 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PRO SES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Müdafiə tərəfi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum barəsində olan məhkəmə qərarları qeyri-obyektiv və əsassızdır. İbtidai araşdırma dövründə də cinayət təqibi orqanı, eləcə də məhkəmə proseslərində də Məhkum tərəfindən narkotik tərkibli vasitələrin satışı ilə bağlı heç bir dəlilsübut əldə edilməmiş ona qarşı tamamilə subyektiv düşüncələrə əsaslanmaqla ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs yaxalanarkən, cibində müəyyən edilib-götürülən narkotik vasitələrinin ona məxsus olduğunu etiraf etmiş, bu fikrini məhkəmə prosesində də təsdiq etmiş, bir sözlə cinayət əməlinin ortaya çıxarılması üçün cinayət təqibi orqanlarına köməklik göstərmiş, lakin həm ibtidai araşdırmada, həm də məhkəmə istintaqında narkotik vasitələri satış məqsədi i lə əldə etdiyini qəti inkar etmiş, bu vasitələri yalnız şəxsi istifadəsi üçün əldə edib özündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs yaxalanarkən, cibində müəyyən edilib-götürülən narkotik vasitələrin çəkisi: kustar üsulla hazırlanmış 5 908 qram heron, 0,624 qram psixotrop maddə -metamfetamin olmuşdur. Məhkum özü narkotik vasitələrin aludəçisi olduğunu, iki yerdə işlədiyi üçün iş tonusunu saxlamaq və yuxululuğun aradan qaldırmaq üçün, hər dəfə 2 qram narkotik maddələri qəbul etdiyini bildirmişdir, belə olduğu halda, ondan götürülmüş narkotik vasitələrin miqdarı şəxsi istehlak miqdarından artıq kimi qiymətləndirilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxs Məhkum saxlamış əməliyyatçıların ibtidai istintaqda və məhkəmədə verdikləri ifadələrində çoxsaylı ziddiyyətlər mövcud olmaqla, Məhkum narkotik maddələrin satışı ilə məşğul olduğunu sübuta yetirmir. Əgər əməliyyatçılar təqsirləndirilən şəxsin həm də narkotik vasitələrin satışı barədə məlumat almışlarsa, əməliyyatçılara heç nə və heç kim mane olmurdu ki, onlar əməliyyat-qeydiyyat işi açaraq, təqsirləndirilən şəxsin ətrafında müşahidə aparmaqla, onun bu fəaliyyətinin olub-olmadığını üzə çıxarsınlar. Odur ki, göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin qərarını dəyişdirilməsini və Məhkum əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi2 çıxış edərək, müvəkkilinin narkotik vasitələri satış məqsədilə deyil, yalnız şəxsi istehlak məqsədilə əldə edib saxladığını, aşkar edilmiş narkotik vasitələrin müvə kkili tərəfindən satışı ilə bağlı hər hansı bir sübutun mövcud olmadığını, əməliyyatçılar öz ifadələrində Məhkum tərəfindən narkotik vasitələrin satışı ilə bağlı məlumat əldə etdiklərini bildirsələr də, bunu təsdiq edən heç bir sübutun olmadığını, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə deyil, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli olduğunu bildirib, kassasiya şikayətinin təmin olunmasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2022-ci il tarixli qərarının dəyişdirilərək, törədilmiş cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdaf iəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, əməlin tövsifində səhvə yol verilmədiyini bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düz günlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildi yi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.15-ci maddələrində (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsi nin Cinayət Kollegiyasının 03 mart 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şə rh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaş dırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza t əyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qa nunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə əsasən cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2022-ci il tarixli qərarı isə dəyişdirilməlidir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum verilmiş satış məqsədilə külli miqdarda nar kotik vasitələri və psixotrop maddələri əldə etmə, daşıma və saxlama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu ilə tam sübuta yetirildiyi qeyd edilmişdir. Həmçinin apellyasiya məhkəməsi də, Məhkum üzərindən aşkar olunmuş 3,283 qram, 2,625 qram ümumi təmiz çəkisi 5,908 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və bir bükümdə təmiz çəkisi 0, 624 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini özünün istifadəsi üçün əldə etdiyi halda hansı məqsədlə bükümlərin hamısını eyni anda üzərində gəzdirdiyini, bunun hansı zərurətdən irəli gəldiyini “ağlabatan” şəkildə izah edə bilməməsinə əsaslanraq, Məhkum CM-nin 234.4.3-cü maddəsi verilmiş ittihamla razılaşmışdır. Kassasiya məhkəmə k ollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya məhkəməsinin qərarı ilə, həmçinin digər iş materialları ilə birgə təhlil edib belə qənaətə gəlir ki, məhkəmələr Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsində səhvə yol vermişlər. Birinci instansiya məhkəməsinin hökmü ilə Fərhad Əliyevin məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyası – külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - kimi müəyyən edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edili r ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-nin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cü bəndinin qeyd edilmişdir ki, Azərbaycan Respub likasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzə rə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilən hallarla yanaşı həmçinin şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi məsələsi də məhkəmə tərəfindən araşdırılmaldır. Belə ki, nə ibtidai istintaqda, nə də apellyasiya instansiyada məhkəmə baxışı zamanı məhkum edilmiş şəxsin həmin narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə etməsini sübut edən qanuni yolla əldə edilmiş hər hansı bir sübut (sübutlar məcmusu) müəyyən edilməmişdir. Bunun əksinə olaraq iş materiallarına əsasən müəyyən olunur ki, Məhkum uzun müddət narkomaniya xəstəliyindən əziyyət çəkmiş, narkotik vasitəsini yalnız öz istifadəsi üçün əldə etdiyini bütün məhkəmə prosesləri zamanı qeyd etmişdir. Onun narkomaniyadan əziyyət çəkməsi və məcbur i müalicəyə ehtiyacı olması iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizanın rəyi ilə də təsdiq olunmuşdur. Məhkəmənarkoloji ekspertizasının 1438 nömrəli, 08 may 2021-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Məhkum tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu, Narkomaniya xəstəliyi, aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyat alınması məsləhət görülür. Bundan əlavə məhkum edilmiş şəxs Məhkum həmin narkotik vasitəni hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etdiyi öz təsdiqini tapmamışdır. Həmçinin Məhkum narkotik vasitələrin qanunsuz dövriyy əsi ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə cinayət işində heç bir məlumat yoxdur. Belə ki, iş materiallarında olan 20 mart 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və şəxsin üzərində axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Məhkum müdafiəçisinin iştirakı ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində həmin gün tutulmuş və üzərində axtarış aparılmşıdır. Eyni zamanda iş materiallarından müəyyən olunur ki, Məhkum narkotik vasitə hesab edilən heroin və psixotrop maddə metamfetamini əldə etdiyi mənbəyin müəyyən edilməsi məqsədi ilə əməliyyat tapşırığı verilmiş, əməliyyat tədbirləri nəticəsində isə heç bir məlumat əldə edilməmişdir.(cild 1, səh.85) Bundan başqa, əgər Məhkum narkotik vasitələri satması barədə əməliyyat məlumatı mövcud olmuşdursa, Məhkum məhz bu istiqamətdə ifşa edilməsi məqsədilə şərti alıcı cəlb olunmaqla və digər zəruri hərəkətlər yerinə yetirilməklə, vacib əməliyyat tədbirləri keçirilməli idi (məs.yaşayış ünvanında axtarış). Lakin, ümumiyyətlə, belə əməliyyat tədbirləri keçirilməmişdir. Beləliklə, tədqiq olunmuş iş materiallarından aydın müəyyən olunur ki, məhkəmələr Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə yekun nəticəyə gələrkən sübutların tədqiqinə və qiymətləndirilməsinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143146-cı maddələrinin tələblərinə əməl etməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarını düzgün t əhlil etməmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan qənaətə gələrək əməlin tövsifində səhfə yol vermişdir. Bütün şərh olunanlara baxmayaraq, məhkəmələr məhkəmə baxışı zamanı məhkum edilmiş şəxsin irəli sürdüyü dəlilləri təkzib edən hər hansı sübut əldə edilmədən, Aydın Fərhadovun narkotik vasitəni satış məqsədilə əldə etməsini, bu məqsədlə hər hansı şəxslə danışıqlar aparmasını, alıcı ilə əlbir olmasını, əvvəllər narkotik vasitə və yaxud psixotrop maddələri satmaqda şübhəli olması ilə əlaqədar əməliyyat məlumatlarının mövcudluğunu və sair zəruri halları sübuta yetirən mötəbər dəlillər olmadan onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi xalis çəkisi 5,908 qram çəkidə olan narkotik vasitə heroini və 0, 624 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamf etamin əldə etməsi, saxlaması və daşıması qənaətinə gələrkən səhvə yol vermiş və onu düzgün olmayaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək cəza təyin etmişdir. Halbuki Cinayət Prosessual Məcəllənin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmçinin CPM-nin 21.2-ci maddəsinin müddəalarına əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan q aldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Cinayət Prosessual Məcəllənin 124.1-ci maddəsinin məzmununa görə cinayət təqibi üzrə sübutlar mötəbər dəlillərə (məlumatlar, sənədlər, əşyalar) söykənməli, sübutlarda hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Məcəllənin 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Yuxarıda qeyd edildiyi kimi, apellyasiya məhkəməsi təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olmasını digər hər hansı bir sübut olmadan yalnız narkotik vasitə olan heroini və psixotrop maddəni Aydın Fərhadovun özünün istifadəsi üçün əldə etdiyi halda hansı məqsədlə bükümlərin hamısını eyni anda üzərində gəzdirdiyini, bunun hansı zərurətdən irəli gəldiyini “ağlabatan” şəkildə izah edə bilməməsi və şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda olmasına ilə əsaslandırmışdır. Məhkəmənin “satış məqsədinə” dair gəldiyi nəticəni əsaslandırmaq üçün qeyd etdiyi yeganə bu dəlilini araşdırarkən məlum olur ki, apellyasiya məhkəmə baxışı məhkəmə istintaqı aparılmadan keçirilmiş, məhkumun üzərindən tapılmış narkotik vasitələri və psixotrop maddələri hamısını hansı məqsədlə öz üzərində gəzdirməsi barədə heç bir araşdırılma aparılmamış, bu barədə məhkumun izahat verməsi belə təklif edilməmişdir. (bax: ilkin məhkəmə baxış qərarı, məhkəmə iclas protokolu). Məhkumun məhkəmə baxışları zamanı verdiyi eyni məzmunlu “narkotik vasitəni tapması və hamısını üstündə gəzdirməsinə” dair ifadələrinə və bunun səbəbi barədə ağlabatan izahat verə bilməməsinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, CPMnin 91.5.10-cu maddəsi təqsirləndirilən şəxsin...ümumiyyətlə ifadə verməkdən imtina etmək....və izahat verməkdən imtina etmək hüququnu təsbit edir. Yuxarıda qeyd edildiyi kimi cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə bo rclu deyildir. Belə olduğu halda apellyasiya məhkəmə kollegiyasının yanaşmasına əsasən məhkumun öz hüququndan istifadə etməsi (baxmayaraq ki müəyyən izahat verilib), ona qarşı yönəlməli, izahat və ya ifadə verməkdən imtina etdiyi və yaxud ağlabatan olmadığı halda iş üzrə onun təqsirliyini müəyyən edən hər hansı bir digər sübut olmadığı halda, təkcə həmin izahata əsaslanmaqla şəxsin təqsirli olması barədə nəticəyə gəlmək mümkündür. Aydın məsələdir ki, kassasiya məhkəmə kollegiyası apellyasiya məhkəmə kollegiyasının bu formada gəldiyi nəticəni qanuni və əsaslı hesab edə bilməz. Narkotik vasitənin miqdarı ilə bağlı məhkəmələrin gəldiyi nəticə ilə bağlı yəni Məhkum əldə etdiyi narkotik vasitələrin külli miqdarda şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda olmasına dair qərarda qeyd edi lənlərə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, narkotik vasitənin əldə etmə və ya saxlama məqsədinin müəyyən olunması zamanı, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitənin xırda bükümlərə bölünməsinə” dair xüsusatlara gəldikdə isə kassasiya məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr həmin hallara qiymət verərkən “bükümlərə bölünmənin” məhz məhkum tərəfindən icra olunub-olunmaması və ya məhz xırda bükümlər şəklində əldə edilməsi hallarını araşdırmalı idi. Lakin müəyyən olunur ki, baxılan iş üzrə qeyd edilən hal üzrə apellyasiya məhkəmə kollegiyası tərəfindən hər hansı bir araşdırılma aparılmamış, narkotik vasitənin üç bükümdə ol masına formal surətdə “satış məqsədini” təsdiq edən sübut kimi istinad olunmuşdur. Bütün şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməllərində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olması, onun tərəfindən həmin cinayətin törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar məhkəmələrin gəldiyi nəticə əsassızdır və məhkəmələr qeyd edilən məsələ ilə bağlı konkret sübutlara deyil, mülahizələrə əsaslanmışdır. Bu baxımdan yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum əməlləri Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama kimi töv sif edilməli və ona həmin maddə ilə cəza təyin olunmalıdır. Məhkum təyin olunmuş cəza məsələsini müzakirə edərkən məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın tə yin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun cəzasını yüngülləşdirən hallar (əməlindən peşman olub ətraflı ifadələr verib cinayətin açılmasında iştirak etməsini, ailə vəziyyətini) müəyyən olunmuşdur. Kassasiya məhkəmə kollegiyası Məhku m cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, onun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilməsi tələbinə uyğun məhkəmələr tərəfindən müəyyən edilmiş yuxarıda göstərilən həmin halları nəzərə aldığını qeyd edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişdirmək haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı dəyişdirilməli, məhkumun müdafiəçisi Müdafiəçi2 Sadıq oğlunun kassasiya şikayəti isə təmin edilməlidir. Şərh ed ilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Müdafiəçi2 Sadıq oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2022-ci il tarixli qərarı məhkumun müdafiəçisi Müdafiəçi2 Sadıq oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2022-ci il tarixli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1340/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1340/2022
05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver