Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1340/2023 22.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Sadıqova Zibeydə Söhbət qızının iştirakları ilə, Bakı Ağır Cinayətlər Məh kəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 214-1, 28,281.2 və 233-1.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Z.S.Sadıqova tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli il tarixli hökmü ilə (hakimlər Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən və məruzəçi), Salmanov Rahib Vaqif oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə) Məhkum, xx xxx 1990-cı il tarixdə Tovuz rayonunun Qazqulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsi lli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Tovuz rayonunun Qazqulu kəndində qeydiyyatda olan, Ünvan1 ünvanında yaşamış, CM-nin 214-1, 28,281.2 və 233-1.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 214-1-ci maddəsi ilə 10 (on) il müddətə, CM-nin 28,281.2-ci maddəsi ilə 4 (dörd) il müddətə, CM-nin 233-1.2.1-ci maddəsi ilə 5 (beş) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Almaniya Federativ Respublikasında yaşayan cinayətkar qrupu n üzvlərindən mənbə kimi istifadə etməklə onlardan pul vəsaitlərini alıb tamamilə bilavasitə Azərbaycan Respublikası CM-in 214-1-ci maddəsində nəzərdə tutulmuş əməllərdən terrorçuluq, dövlət xadiminin həyatına sui-qəsd təşkil etmə (terror aktı), bundan başqa hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə, eləcə də Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışların və materialların yayılmasının bir qrup şəxs tərəfindən hazırlanması, təşkil olunması və ya törədilməsi üçün istifadə olunacağını bilərək həmin pul vəsaitlərini tamamilə bilavasitə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən toplayıb verməklə terrorçuluğu maliyyələşdirmiş, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışların edilməsi və materialların yayılması cinayətinin törədilməsi üçün, qabaqcadan əlbir olaraq bir qrup şəxs qismində başqaları ilə əlaqəyə girib sövdələşməsinə baxmayaraq öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək cinayətə hazırlıq etmiş, bundan başqa qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyanı qanunsuz olaraq əldə etməklə saxlayıb daşıyaraq gəzdirmişdir: Belə ki, Məhkum Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsində istintaqı aparılmış ********* saylı cinayət işi üzrə qəbul edilmiş 29 oktyabr 2019-cu il tarixli qərarlarla Azərbaycan Respublikası CM-in 214-1, 28,281.2 və 233-1.2.1ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan olunmuş və törətmiş olduğu cinayətə görə məsuliyyətdən boyun qaçırmaq məqsədilə xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasını tərk edib Almaniya Federativ Respublikasının Bergkamen şəhəri, Rotherbachstrasse 42B, 59192 ünvanında yaşamaqla istintaqdan gizlənən tanışı və həmyerlisi X7 internet məkanının «YouTube» videopaylaşma sistemində xx.xx.2019-cu il tarixdə saat 19:30-da «Xalq TV» adlı, təkrarən xx.xx.2019-cu il tarixdə saat 23:00-da «İnqilab TV» adlanan kanallarda çoxsaylı internet istifadəçilərinin izləyə bildiyi qeyri-məhdud şəxslə rin dairəsinə yönəlmiş, insanların iradəsinə təsir edərək onları fəal hərəkətlər etməyə sövq edən videomüraciətlərində Azərbaycan Respublikasında hər rayon və şəhərdən 5-10 nəfər olmaqla qruplarda birləşib tam məxfi surətdə təşkilatlanacaqlarını, WhatsApp mobil tətbiqi vasitəsilə qarşılıqlı əlaqə saxlayacaqlarını, «Makarov» markalı tapançalarla və avtomat silahlarla silahlanıb polis geyim forması və ləvazimatları əldə edəcəklərini, odlu və soyuq silahlardan, kriminal aləmin mənsublarının imkanlarından da istifadə etməklə kütləvi aksiyaların gedişində dövlət xadimləri olan Azərbaycan Respublikası İcra Hakimiyyəti orqanlarının rəhbərlərinin xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə onların həyatına sui-qəsd etmək, ictimai təhlükəsizliyi və asayişi qorumaq sahəsində xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndəsi sayılan yuxarı rütbəli polis zabitlərini, o cümlədən rəhbər vəzifəli şəxslərini və əməliyyatçılarını qətlə yetirəcəklərini, fotogörüntülərini nümayiş etdirdiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyininin polis əməkdaşları olan və hakimiyyət nümayəndəsi sayılan X12, X10 güllələyəcəklərini, polis serjantı X19 və digər qadın polis əməkdaşlarına xüsusi işgəncələr verəcəklərini, vəzifəli şəxslərin və polis əməkdaşlarının evlərini və əmlaklarını yandırmaqla məhv edəcəklərini, bütün bunlarla hərbi çevrilişi bəyan edib təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə və zorla saxlanılmasına və Azərbaycan Respublikasının konstitusiya qurulu şunun zorla dəyişdirilməsinə yönələn, habelə eyni məqsədlə hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, yəni zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşların təşkil edilməsi və ya belə iğtişaşlarda iştirak edilməsi, habelə vətəndaşlara qarşı zorakılıq edilməsi, bunlardan başqa, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları tərəfindən hakimiyyətin təhvil verilməsinə dair qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak z iyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmədə ifadə olunan Azərbaycan Respublikası CM-in 214, 277-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsi ilə bağlı açıq çağırışlar etdikdən, habelə bu cür məzmunlu materialları internet resursları vasitəsilə qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə təkrarən yaydıqdan sonra, eyni məqsədlə qeyd olunan istiqamətdə açıq çağırışların və materialların Azərbaycan Respublikasında mütəmadi olaraq bir qrup şəxs tərəfindən yayılması və bu cür hərəkətlərin maliyyələşməsini həyata keçirmək üçün 2019-cu ilin oktyabr ayından başlayaraq +**********37 və digər nömrəli mobil telefon nömrələrinin üzərindən qeydiyyatdan keçmiş WhatsApp mobil tətbiqi vasitəsilə X20, sonuncunun arvadı X1 və istintaqla şəxsiyyətləri araşdırılan digərləri ilə özünün istifadəsində olan istintaqla müəyyən edilməyən nömrəli mobil telefonun üzərindən qeydiyyatdan keçmiş WhatsApp mobil tətbiqi vasitəsilə əlaqə saxlayıb, törədiləcək cinayətlərin detalları ilə bağlı müzakirələr aparmaqla və razılığa gəlməklə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək əvvəlcədən aralarında olan ümumi cinayətkar niyyətə və sövdələşməyə uyğun olaraq cinayətkar qrupun üzvü X7 və X1nın və qeyrilərinin Almaniya Federativ Respublikasında toplamaqla cinayətdən xəbərsiz olan tanışları Şahid1, Şahid2 və qeyriləri vasitəsilə 2019-cu ilin dekabr ayının sonlarından 2020-ci ilin mart-may aylarına kimi Azərbaycan Respublik asına göndərdikləri 2.000 manat və 1.200 avro (həmin dövrün məzənnəsi ilə 2.284,2 manat) məbləğində pul vəsaitlərindən 1.200 avro hissəsini 2019-cu ilin dekabr ayının sonralarında Bakı şəhəri, Xətai rayonu, "Köhnə Günəşli” adlanan ərazidə yerləşən "Bizim Market” mağazasının qarşısında Şahid1, 2020ci ilin mart-may aylarında isə Bakı şəhəri, Nəsimi rayonu, "Nəsimi Bazarı” adlanan yerdə hissə-hissə olmaqla, cəmi 2.000 manat pulu Şahid2 bilavasitə bir neçə dəfəyə, həmçinin müəyyən edilə bilməyən digər tarixlərdə, yerdə, şəxs və ya şəxslərdən 1.215,8 manat, ümumilikdə isə 5.500 manat məbləğində pul vəsaitini qəbul edib toplamaqla açıq çağırışlar edəcək və materialları yayacaq digər şəxslərə tamamilə paylamaqla Azərbaycan Respublikası CM-in 214-1-ci maddəsində nəzərdə turulmuş əməllərdən terrorç uluq, dövlət xadiminin həyatına sui-qəsd təşkil etmə (terror aktı), bundan başqa hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə, kütləvi iştişaşlara, Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə və zorla saxlanılmasına və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışların və materialların yayılmasının bir qrup şəxs tərəfindən hazırlanması, təşkil olunması və ya törədilməsi üçün istifadə olunacağını bilərək həmin pul vəsaitlərini tamamilə bilavasitə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən toplayıb verməklə terrorçuluğu maliyyələşdirmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə və zorla saxlanılmasına və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı əməllərin törədilməsinə yönələn açıq çağırışların edilməsi və materialların yayılması cinayətinin icra olunması üçün pul vasitəsi axtarmış, əldə etmiş, başqaları ilə əlaqəyə girib sövdələşmiş və həmin pul vəsaitlərini paylamaqla cinayətin törədilməsinə şərait yaratmasına baxmayaraq ifşa olunaraq hüquq-mühafizə orqanları tərəfindən aşkar edildiyindən öz iradəsindən asılı olmayan səbəblərdən əməlini başa çatdıra bilməyərək bir qrup şəxs tərəfindən dövlət əleyhinə yönələn açıq çağırışlar cinayətinin törədilməsinə hazırlıq etmişdir; bundan başqa o, Azərbaycan Respublikası ərazisində öz şəxsi maraqları naminə icra etmək istədikləri hərəkətləri gizlin olaraq qeydə almaq məqsədilə əvvəllər tanıdığı Almaniya Federativ Respublikasında məskunlaşmış X7 və sonuncunun arvadı X1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, özünün istifadəsində olmuş istintaqla müəyyən edilməyən telefon nömrəsi üzərindən quraşdırılmış WhatsApp nömrəsi vasitəsilə 2019-cu ilin oktyabr ayında əlaqə saxlayıb, özündə foto və video müşahidəni gizli olaraq qeydə alan, lakin kamuflyaj olmuş xüsusi texniki vasitənin lazım olduğunu sonunculara və qeyrilərinə bildirmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü X1 Almaniya Federativ Respublikası ərazisində istintaqla müəyyən edilməyən tarixdə və yerdən Azərbaycan Respublikasının xx.xx.2003-cü il tarixli qanunu ilə təsdiq edilmiş "Mülki dövr iyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanunun 4-cü bəndində nəzərdə tutulmuş müdafiə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, hərbi əks-kəşfiyyat, xüsusi dövlət mühafizə xidməti orqanlarının şəxsi heyətinin xüsusi ləvazimatı hesab edilən çərçivəsinin orta yuxarı hissəsində kamera obyektivi üçün kiçik diametrli dəliyi, "Usb” naqilinin birləşmə yuvası, səsi qəbul etmək üçün membranı, 32 GB yaddaş kartı olan gizli foto və video müşahidə üçün nəzərdə tutulmuş “HD Eyewear Video Recorder” adlı eynək üzərinə uyğunlaşdırılaraq komfulyaj olunmuş gizli vizual müşahidə vasitəsini əldə etməklə özündə saxlayıb bir müddət daşıdıqdan, 2019-cu ilin oktyabr ayında şəxsiyyətləri istintaqa məlum olmayan cinayətkar qrupun üzvləri vasitəsi ilə Azərbaycan Re spublikası ərazisinə keçirilməsini təmin etdikdən sonra, həmin ilin oktyabr ayında X1 və qeyriləri ilə qabaqcadan aralarında olan cinayətkar sövdələşməyə uyğun hərəkət edərək istintaqa məlum olmayan yerdə və istintaqla müəyyən edilməyən cinayətkar qrupun üzvündən müdafiə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, hərbi əkskəşfiyyat, xüsusi dövlət mühafizə xidməti orqanlarının şəxsi heyətinin xüsusi ləvazimatı hesab edilən həmin texniki vasitəni əldə edərək daşımaqla yaşadığı Bakı şəhəri, Xətai rayonu, S.Ə.ünvan 1 ünvanda saxlamış, 04 may 2020-ci il tarixdə saat 22 radələrində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən qeyd olunan mənzildə aparılmış axtarış tədbirləri nəticəsində həmin “HD Eyewear Video Recorder” adlı 1 ədəd texniki ləvazimat aşkar edilər ək götürülməklə dövriyyədən çıxarılmış, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyanı qanunsuz olaraq əldə etməklə saxlayıb daşıyaraq gəzdirmişdir. Hökmdən Məhkum müdafiəçisi Z.S.Sadıqova tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elmar Eldar oğlu və Qasımov Faiq Adil oğlundan ibarət tərkibdə) 02 mart 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2022-ci il tarixli qərarından müdafiəçi Z.S.Sadıqova kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi, cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini, cinayət işi üzrə ilkin və ibtidai araşdırma aparan əməliyyatçılar və müstəntiqlər barəsində cinayət işinin başlanması üçün xüsusi qərar çıxarılmasını və Məhkum “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra Avropa Konvensiyasının və ya Konvensiyanın) 3, 5, 6, 8, 11, 13, 14 və 18-ci maddələrinin pozuntusunun tanınmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) normalarına, Avropa Konvensiyasının bir sıra maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra mətndə Avropa Məhkəməsinin) və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi Qərarlarına, habelə iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçisi Z.S.Sadıqova kassasiya şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi Məhkum barəsindəki cinayət işinə düzgün baxmamış və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə ədalətsiz və qərar qəbul etmişdir. Belə ki, müdafiəçi öz kassasiya şikayətində bildirir ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı Məhkum hüquqları, o cümlədən müdafiə kobud şəkildə pozulmuş, ona işgəncə verilərək özünə qarşı ifadə verməyə məcbur edilmiş və bu ifadələrin hökm çıxarılarkən sübut kimi qəbul edilməsi, həmin ifadələrə əsasən onun təqsirli bilinməsi yolverilməz o lmuş, bu da Konvensiyanın 6cı maddəsinin 1-ci və 3-cü bəndlərinin pozulması ilə nəticələnmişdir. Müdafiəçi qeyd edir ki, Məhkum 19 oktyabr 2019-cu il tarixdə metronun “28 may” stansiyasının qarşısında baş tutan aksiyada iştirak edərkən qanunsuz olaraq həbs edilmiş və işgəncəyə məruz qalmış, bundan sonra isə hazırki iş üzrə həm ilkin araşdırma, həm də ibtidai araşdırma zamanı sübutlar qanun pozuntuları ilə əldə olunmuş və o, törətmədiyi cinayətlərdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmiş, sonradan isə həmin yolverilməz sübutlara əsasən məhkum edilərək ağır cəzaya məruz qalmiışdır. Halbuki, iş materiallarına görə, Məhkum ittiham olunduğu cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilməmiş, onun hər hansı şəxs tərəfindən törədilmiş və ya törədiləcək terror aktlarını ma liyyəlşdirmək, dövlət əleyhinə yönələn çağırışlar etmək niyyəti olmamış və o, dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşyanı qanunsuz olaraq əldə etməmiş, saxlamamış, daşımamış və gəzdirməmişdir. Məhkum təqsirli bilindiyi cinayətlər üzrə cinayət təqibinin aparılması ardığıllığını, digər tərəfdən isə hazırki işə heç bir aidiyyatı olmayan halları ətraflı təsvir edən, bu təsvirləri isə Avropa Məhkəməsinin bir çox Qərarlarında əksini tapmış hüquqi mövqeyə uyğunlaşdırmağa çalışan müdafiəçi Z.S.Sadıqova kassasiya şikayətində daha geniş şəkildə irəli sürdüyü dəlillərə əsaslanaraq onun həmin şikayətinin təmin olunmasını xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Mə hkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmununda göründüyü kimi, Məhkum müdafiəçisi Z.S.Sadıqovanın həmin şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi sübuta yetirilməmiş, məhkəmələr əhəmiyyətli sübutlara düzgün hüquqi qiymət verməmiş, qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmiş, cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq Məhkum əsassız və qanunsuz olaraq CM-nin 214-1, 28,281.2 və 233-1.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. Bununla da, kassasiya müraciətinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli və Məhkum bəraət verilməli olması haqqında tələbini CPM-nin 416.1.2, 416.1.3 və və 416.1.11-ci maddə lərində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə və məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçi Z.S.Sadıqovanın kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum olunmasına dair cinayət işinin mate riallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nət icələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416.1-ci maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından bu əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunvericiliyin şərh edilən normalarının tələblərindən belə nəticə hasil olur ki, kassasiya instansiyası məhkəməsi kassasiya müraciətlərinə onların hüdudları çərçivəsində baxaraq və eyni zamanda bu müraciətlərin dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətlərinə və ya apellyasiya protestlərinə əsasən işlərə baxılarkən maddi və prosessual hüquq normalarının düzgün tətbi q edilib-edilməməsini yoxlayaraq, bu yoxlamanın nəticəsində isə məhkum olunmuş şəxsin milli və beynəlxalq qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarınının pozulmaqla CPM-nin 416.1-ci maddəsində sadalanmış pozuntulara yol verilməsini müəyyən etdikdə həmin hüquqların pozulmasının tanınması barədə deyil, məhz CPM-nin 416.1-ci maddəsində göstərilən əsaslarla həmin Məcəllərnin 419.10-cu maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul edir. Eyn zamanda, CPM-nin 419.14-cü maddəsinə əsasən, kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxılması nəticəsində məhkəməyədək, birinci və ya apellyasiya instansiyası məhkəməsində icraat zamanı cinayət prosesi iştirakçılarının hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan pozuntuları müəyyən etdikdə, kassasiya instansiyası məhkəməsi bu Məcəllənin 406-cı maddəsində göstərilənlərə uyğun olaraq xüsusi qərar çıxara bilər. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassas iya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Konstitusiyasının 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 63-cü maddəsinin tələbinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədal ət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də cinayətkar qəsdlərdən qorunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmə k hüququnun cinayət mühakimə icraatını həyata keçirən orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və b elə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqları nı poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata k eçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-nin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəz alandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, CPM-nin ədalət mühakiməsinin təqsirsizlik prezumpsiy ası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Belə ki, CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsində təsbit edilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yet irmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə i craatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139.0-cı maddəsinin təl əblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi başa düşülür. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1 -ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslıl ığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci ma ddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məh kəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Qanunvericxiliyin tələblərinə uyğun olan hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şə rtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında öz hüquq mövqeyini müəyyənləşdirərkən eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanu ni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Bundan başqa, "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarına görə, törədilə n hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında isə qeyd olunmuşdur ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə m alikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, "Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, "Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli Qərarlarında vurğulanmışdır ki, həmin Məhkəmənin bərqərar olmuş p resedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinə əsaslanaraq məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz sayılması və həmin qərarın ləğv edilərək Məhkum bəraət verlməsi haqqında tələbin əsaslılığını yoxlayarkən işin faktiki hallarını üzrə kassasiya şikayətində əksini tapmış təsviri deyil, ümumiyyətlə iş üzrə birinci və apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasınd a tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum ona qarşı hər hansı təzyiq göstərilmədən, cinayət təqibinin müxtəlif mərhələlərində müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrinə, şahidlərin ifadələrinə, məhkəmə ekspertizalarının rəylərinə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara və işə əlavə edilmiş sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun olaraq araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək müdafiəçi Z.S.Sadıqova tərəfindən mübahisələndirlən işin faktiki hallarını belə müəyyən etmişlər ki, Məhkum digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Almaniya Federativ Respublikasında yaşayan cinayətkar qrupun üzvlərindən mənbə kimi istifadə etməklə onlardan pul vəsaitlərini alıb tamamilə bilavasitə Azərbaycan Respublikası CM-in 214-1-ci maddəsində nəzərdə tutulmuş əməllərdən terrorçuluq, dövlət xadiminin həyatına sui-qəsd təşkil etmə (terror aktı), bundan başqa hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə, eləcə də Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışların və materialların yayılmasının bir qrup şəxs tərəfindən hazırlanması, təşkil olunması və ya törədilməsi üçün istifadə olunacağını bilərək həmin pul vəsaitlərini tamamilə bilavasitə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən toplayıb verməklə terrorçuluğu maliyyələşdi rmiş, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışların edilməsi və materialların yayılması cinayətinin törədilməsi üçün, qabaqcadan əlbir olaraq bir qrup şəxs qismində başqaları ilə əlaqəyə girib sövdələşməsinə baxmayaraq öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək cinayətə hazırlıq etmiş, bundan başqa qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyanı qanunsuz olaraq əldə etməklə saxlayıb daşıyaraq gəzdirmişdir. İş materiallarından göründüyü kimi, məhkəmələrin iş üzrə bu haqda gəldikləri nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş və məhkəmələr yekun məhkəmə aktlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması, o cümlədən onun barəsində həbs qətimkan tədbirinin seçilməsi və həbsdə saxlanılması müddətinin uzadılması zamanı, habelə iş üzrə bütün sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmiş, cinayət təqibinin bütün mərhələlərində isə Məhkum həm şübhəli, həm də təqsirləndirilən şə xs kimi Avropa Konvensiyasının 5 və 6-cı maddələrində, habelə CPM-nin 90 və 91-ci maddələrində nəzərdə tutulmuş bütün hüquqları, o cümlədən müdafiə hüququ tam təmin edilmişdir. Məhkum barəsindəki cinayət işinin materiallarının təhlili göstərir ki, apellyasiya instansiyası məhkəməsi də işin müəyyən edilmiş faktiki hallarının arxasında duran sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Cinayət işinin materiallarından həmçinin görünür ki, istər ilkin, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai a raşdırma orqanı tərəfindən, yenə də kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Araşdırılmış sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən məhkəmə kollegiyası onların hamısının təkrarən təsvir edilməsinə ehtiyac görmür və eyni zamanda Məhkum təqsirliliyi ilə bağlı kassasiya müraciətində irəli sürülən dəlillərə cavab ver ilməsi üçün bu sübutların yalnız bir hissəsinə hazırki qərarda da istinad etməyi zəruri bilir. İş materialları ilə müəyyən edilir ki, Məhkum məhkəmə iclaslarında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməsə də, ibtidai araşdırmanın ilkin mərhələsində şahid, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində bildirmişdir ki, o, əslən Tovuz rayonundan olsa da, 2010-cu ildən Bakı şəhərində yaşamaqla müxtəlif ünvanlarda kirayədə qalmışdır. Sonuncu kirayə qaldığı ünvan 300 manata qaldığı ünvan 4ur. Bəzi vaxtlarda onunla birgə əslən Masallı rayonundan olan X22 yaşamışdır. Müxtəlif yerlərdə fəhlə işləməklə maddi ehtiyaclarını təmin etmişdir. Aylıq əmək haqqı 500-700 manat arasında olmuşdur. Bundan başqa, “Azərbaycan Xalq Cəbhəsi Partiyası”nın sədri Xnin ictimai əsaslarla könüllü şəkildə təhlükəsizliyini təmin etmişdir. Bu işə görə ona hər hansı maddi vəsait ödənilməmişdir. Ailə üzvləri ilə birgə Almaniya Federativ Respublikasında məskunlaşmış X20 onun həmkəndlisi olmuşdur. Onunla münasibətləri normal olmuşdur. 2017-ci ildə aralarında hər hansı bir sənəd tərtib edilmədən X7a vermiş olduğu 10.000 manat məbləğində borca görə 2019-cu ilin sonlarından başlayaraq X7 və onun arvadı X1 tərəfindən sonuncuların tanıdığı, onun isə tanımadığı Seymur adlı şəxs və başqa şəxslərin vasitəsi ilə ona ümumilikdə 5.500 manat məbləğində pul göndərilmişdir. X7 və onun arvadı pul göndərdikləri zaman ona Rusiya Federasiyasına məxsus mobil nömrənin qeydiyyatda olduğu WhatsApp proqramı vasitəsi ilə zəng edərək Bakı şəhərində yerləşən müxtəlif ünvanları söyləyərək ora getməsini, or ada olan zaman onlara zəng edərək orada olması barədə məlumat verməyi tapşırmış, bundan sonra pulları təhvil almışdır. Rusiya nömrəsi X1nın ona göndərmiş olduğu kod vasitəsi ilə onun WhatsApp nömrəsi olmuşdur. Aytənlə arasında olan telefon danışıqlarında adətən mövzu ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı olmuşdur. Bildiyinə görə, X1 Almaniyada süpürgəçi işləmiş, X7 isə YouTube sosial şəbəkəsində "İnqilab TV” adlı videokanal vasitəsi ilə onu izləyənlərə müxtəlif məzmunda çağırışlar etmişdir. Həmin videolardan bir neçəsini izləmişdir. X7 və onun arvadı X1nın göndərmiş olduqları 5.500 manat məbləğində pulun 1.800 manat məbləğini həbsdə olan partiya üzvlərinin ailə üzvlərinə çatdırılması üçün "Azərbaycan Xalq Cəbhəsi Partiyası”nın Rəyasət Heyətinin üzvü Şahid3 təhvil vermişdir. 2019-cu ilin oktyabr ayının əvvəllərində X1 həmçinin siyasi məhbus ailələrinə vermək üçün 400 manat pul göndərmiş və həmin pulu tanışlarından götürməyi tapşırmışdır. X1in göndərmiş olduğu pulu Bakı şəhəri, Bakı metropoliteninin "Nizami” stansiyasının yaxınlığında havanın qaranlıq vaxtında tanımadığı şəxsdən təhvil almışdır. Bu pulla yanaşı həmin şəxs ona X1in göndərdiyi gizli kamerası olan 2 ədəd eynək də vermişdir. Bu eynəyi X1 ona görə göndərmişdir ki, 19 oktyabr mitinq zamanı baş verənlərin video çəkilişini etsin. Lakin mitinqdə həmin eynəkdən istifadə etmək yadına düşməmiş, eynəklərdən birini isə "Azərbaycan Xalq Cəbhəsi Partiyası”nın Gənclər Komitəsinin sədri X25 bəyəndiyi üçün ondan yaşadığı evdə götürmüşdür. Bundan başqa, 2019-cu ilin oktyabr ayının ortalarında X1 avro şəklində 1.600 manat məbl əğində pul göndərmi və həmin pulu o, tanımadığı şəxsdən Bakı şəhərində "Bakıxanov” deyilən ərazidə görüşüb təhvil almışdır. Pulun 800 manatını X1in tapşırığı ilə dayısı oğlu X3 vermişdir. X1in dediyinə görə X3 həmin pulu rayonda X7in borclu olduğu adını bilmədiyi şəxsə göndərəcəkdir. Digər 800 manatı isə "Azərbaycan Xalq Cəbhəsi Partiyası”nın Rəyasət Heyətinin üzvü Şahid3 vermişdir. Bildiyinə görə Şahid3 həmin pulu "Azərbaycan Xalq Cəbhəsi Partiyası”nın üzvləri olan siyasi məhbusların ailələrinə maddi yardım kimi təqdim etmişdir. 2019-cu ilin dekabr ayında Almaniya Federativ Respublikasından Azərbaycan Respublikasına avtomobil satışı ilə məşğul olan Elçin adlı şəxsin vasitəsilə Çin istehsalı olan "Samsung” markalı mobil telefon da göndərmişdir. Həmin telefon yararsız olduğundan istifadə ed ə bilməmişdir. Yaşadığı evdən aşkar edilmiş və içərisində 2000 Y Q/L Çinli, S, 1600 Y Q/L Çinli S, 500 D Y Q/L Çinli S, 800 D Q/LG (Xəyyam) 5000 D Q/L G (Xəyyam) Ə.., 500 M Q/L B (Qız) S, 3000 M Q/L G (Xəyyam) Z...., 4942 M Q/L Çinli Z...., 2000 Y Q/L 2600 dən - 2000 məzmunlu yazılar olan dəftərçə onun tərəfindən tərtib edilmişdir. Həmin dəftərçəni isə uzun müddət əvvəl tərtib etdiyindən, dəftərçədə olan qeydləri nə üçün etdiyini hazırda xatırlamır. Məhkum sonradan heç bir qruplaşmanın üzvü olmamasını, heç bir zaman Qalib Məmmədovun çıxışlarını, siyasi mövqeyini dəstəkləmədiyini, dövlət əleyhinə açıq çağırışlar etmədiyini, terrorçuluğu maliyyələşdirmədiyini bildirsə də, məhkəmələr haqlı olaraq məhkum tərəfindən ifadələrini dəfələrlə dəyişməsini, bu ifadələrin həm biri-biri ilə, həm də ar aşdırılmış digər sübutlarla ziddiyət təşkil etməsini nəzərə alaraq onun inkaredici ifadələrini məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilmiş ifadələr kimi qiymətləndirmiş, məhkum olunmuş şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələri elan edib tədqiq etməklə həmin ifadələri, habelə şahidlərin ifadələrini və qanuni yolla əldə edilmiş digər sübutları isə yekun məhkəmə aktlarının əsası kimi qəbul etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum CM-nin 214-1, 28,281.2 və 233-1.2.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, məhkəməlinqvistik ekspertizasının 08 noyabr 2019-cu il tarixli 27811 nömrəli rəyi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xixmətinin 14 may 2020-ci il tarixli 30/1130 m nömrəli və Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətdən daxil olmuş xx.xx.2020-ci il tarixli 17/4-1567m saylı məktublar, 03 oktyabr 2020-ci il tarixli üzləşmə protokolu, 22 oktyabr 2019-cu il tarixli internet səhifəsinə baxış keçirilməsi haqqında protokolla, 4 may 2020-ci il tarixli axtarış və götürmə protokolu ilə və bir çox digər istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış başqa sübutlarla tam təsdiq edilir. İş materiallarında olan 22 oktyabr 2019-cu il tarixli İnternet səhifəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X7 21 oktyabr 2019-cu il tarixli "Youtube” video portalında "İnqilab TV” kanalında yayımlanmış 5 saat 13 dəqiqəlik video müraciətində sonuncu terrorçuluğa açıq çağırışlar edərək: «Mənim, bizim namusumuza sataşan güllələnməlidir, özü də başından. Evi, ailəsi yanıb t ar-mar olunmalıdır. Mənə lazımdır hər rayondan 10 nəfər. Tam məxfi. 2 adam bir-birini tanımayacaq. Hər rayonda 5 nəfər, ya 10 nəfər. Rayonların mərkəzinə töküləcək insanlar və o qarışıqlıqdan istifadə edib... güllələyəcək. Polis formasında olacaq, hava da qaranlıq. Heç kim heç kimi tanımayacaq. Hərbi çevriliş olacaq... Ən azından «Makarov» tapançası olmalıdır, Mənim hazır dəstələrim olacaq. Birbaşa icra hakimiyyətləri, rəislər, əməliyyatçılar vurulmalı, öldürülməlidir.... Ola bilər kiminsə rayonunda mafiya babası var, deyər ki, 10 nəfər, 20 nəfər, 50 nəfər mənlikdir... (Telefonda polis əməkdaşını nümayiş etdirərək)... bax, bu var e, bax, burnu əyri, birinci bu güllələnməlidir, ağzına atmaq lazımdır.... (Telefonda polis əməkdaşını nümayiş etdirərək) X12, general-mayor var e, o general bir inci güllələnməlidir başından... (Telefonda polis əməkdaşını nümayiş etdirərək) söhbət bu mayordan gedir. 1981-ci il təvəllüdlü mayor X15 Sabunçu rayon post-patrul xidməti bölüyünün komandiridir. (Telefonda qadın polis əməkdaşının təsvirini nümayiş etdirərək) Buna butulka soxmasaq şərəfsiz olarıq. Hər yerdə 2 nəfər silahlı adam olacaq, elə çıxacaq «şoferi» də vuracaq, o polis müşahidəçisini də vuracaq» və digər bu məzmunlu ifadələr vardır. Həmin protokolla həmçinin müəyyən edilir ki, X7 30 iyun 2019-cu il tarixli "Youtube” video portalında "Xalq TV1” kanalında yayımlanmış 2 saat 17 dəqiqəlik video müraciətində də terrorçuluğa açıq çağırışlar vardır. Bununla yanaşı, işdə olan 4 may 2020-ci il tarixli axtarış protokolundan görünür ki, Məhkum 04 may 2020-ci il tarixli ərizəsi əsasında Azərbay can Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən sonuncunun yaşadığı Ünvan1 ünvanda aparılmış axtarış tədbirləri nəticəsində şkafın içərisində 1 ədəd qara rəngli "HD Eyewear Video Recorder” adlı texniki ləvazimat aşkar edilərək götürülərək iş materiallarına əlavə edilmişdir. Məhkəmə kompyuter-texniki ekspertizasının 27 noyabr 2020-ci il tarixli 5/828 nömrəli rəyinə görə:
1. Tədqiq olunan adsız və markasız, istehsal tarixi və ölkəsi qeyd edilməyən cihazın daxili yaddaşı müəyyən edilməmişdir. Yaddaş qismində hər-hansı bir 32 Gb həcmində xarici "MicroSD" tipli yaddaş kartı avadanlığın müvafiq yuvasına daxil olunduqdan sonra istifadə oluna bilər. Təqdim edilmiş eynək formasında cihaz çərçivəsinin orta yuxarı hissəsində kiçik diametrli "Pin hole” tipli obyektiv aşkar e dilmişdir;
2. Təqdim edilmiş eynək formasında tərtib edilmiş cihaz müvafiq texnoloji mühitdə hazırlanmışdır, üzərində dəyişikliyin edilməsi əlamətləri müşahidə olunmadı;
3. Təqdim edilmiş eynək formasında tərtib edilmiş cihaz gizli foto və video müşahidə üçün nəzərdə tutulub. Cihaz işlək vəziyyətdədir və istifadə üçün yaralıdır (4-cü cild iş vərəqi 17-22). «Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında» Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli Qanunundan çıxarışa əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı aşağıdakı kimi müəyyən edilmişdir:
1. Döyüş təyinatlı hərbi texnika.
2. Qanunla dövriyyəsi qadağan edilən silahlar və döyüş sursatı.
3. Dövlət hakimiyyəti orqanlarının rabitə şəbəkəsi, müdafiə, təhlükəsizlik və asayişi mühafizə ehtiyacları üçün nəzərdə tutulan rabitə şəbəkələri.
4. Müdafiə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, hərbi əks-kəşfiyyat, xüsusi dövlət mühafizə xidməti orqanlarının şəxsi heyətinin xüsusi ləvazimatı və onların istehsalına və işlədilməsinə dair normativ-texniki sənədlər.
5. Hərbi səfərbərlik təyinatlı əmlak. Kassasiya şikayətində ilkin araşdırma zamanı Məhkum işgəncəyə məruz qalması ilə bağlı irəli sürülmüş iddialara cavab olaraq qeyd edir ki, belə halın baş verməsinin müəyyən edilməsi zamanı əldə olunmuş sübutların qiymətləndirilməsində xüsusi əhəmiyyət kəsb edir, digər tərəfdən isə hər hansı şəxsin bu kimi rəftara məruz qalmamaq hüququ, bu hüququn pozulması hallar ının səmərəli şəkildə araşdırılması məcburiliyi qanunvericiliyin aşağıdakı tələblərindən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən irəli gəlir. Belə ki, Konstitusiyanın 46-cı maddəsinin İİİ hissəsində təsbit edilmişdir ki, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə görə, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. CPM-nin 13.1-ci maddəsinə əsasən, cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır. CPM-nin 13.21-13.2.3-cü maddələrinin tələblərindən görünür ki, cinayət təqibi gedişində heç kəs: - insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz; - insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz; - ləyaqəti alçaldan prosessual hərəkətlərin keçirilməsində iştiraka məcbur edilə bilməz. CPM-nin 15.21 və 15.2.3-cü maddələrində təsbit edilmişdir ki, cinayət təqibi gedişində işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək, zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində i ştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq qadağandır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent təcrübəsində ondan çıxış edir ki, törədilmiş cinayət nə qədər dəhşətli olsa da, 3-cü maddənin tələblərinə riayət olunmamasına bəraət qazandıra bilməz. Hətta 3-cü maddə ilə qadağan edilən rəftar cinayətkarlıqla mübarizədə, o cümlədən cinayətlərin açılmasında, qarşısının alınmasında real səmərə verə bildiyi hallarda belə yolverilməz olaraq qalır. Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluql a və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyri-insani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Konvensiyanın, onun 1 və 4 saylı protokollarının əksər maddi müddəalarından fərqli olaraq, hətta xalqın həyatına təhlükə törədən fövqəladə hallarda 15-ci maddənin 2-ci bəndinə əsasən 3-cü maddə üçün istisna halının, yaxud qeyd-şərtin edilməsi nəzərdə tutulmur (məsələn, “Selmouni Fransaya qarşı” (Böyük Palata), № 25803/94, § 95, İHAM 1999-V; “Labita İtalyaya qarşı” (Böyük Palata), № 26772/95, § 119, İHAM 2000-İV və “Dikme Türkiyəyə qarşı”, № 20869/92, § 89, İHAM 2000-Vİİİ). Həmin Qərarlarında Məhkəmə həmçinin qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gə lməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. Bu məsələ üzrə səmərəli araşdırmanın aparılması isə şəxsin məsuliyyətə cəlb edilməsi zamanı xüsusi əhəmiyyətə malikdir (“Tomasi Fransaya qarşı”, 27 avqust 1992-ci il tarixli qərar, A Seriyaları № 241-A, s. 40-41, §§ 108-11 və yuxarıdakı Selmouni işi, § 87). Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə təqsirləndirilən şəxsin tutulana qədər və bundan sonrakı sağlamlıq vəziyyəti müqayisə edilərkən onda müvəqqəti saxlama yerində və yaxud istintaq təcridxanasında olduğu dövrə uyğun gələn xəsarətlərin aşkar edilməsi onun işgəncəyə, pis rəftara məruz qalmasını ehtimal etmək üçün əsasdır və belə vəziyyətlərdə şəxsin işgəncəyə məruz qalmamasının subut ed ilməsi yükü dövlətin, yəni cinayət prosesində ittiham tərəfinin üzərinə düşür. Məsələn, “Tomasi Fransaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qərara almışdır ki, əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır. Avropa Məhkəməsi şərh olunan mübahisə predmeti, o cümlədən pis rəftarla bağlı iddianı səmərəli şəkildə araşdırmağa müvəffəq ola biləcək orqanlar barədə hüquqi mövqeyini bildirərkən “Layıcov Azərbaycana qarşı” iş üzrə Qərarın 52-ci bəndində qeyd etmişdir ki, Konvensiyanın 2-ci və 3-cü maddələri ilə t ələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir...Lakin, işgəncə barədə iddianın səlahiyyətli prokuroroluq orqanı tərəfindən yoxlanılması da, məhkəməni işgəncə barədə məhkəmədə təkrar irəli sürülən iddiaya baxmaq vəzifəsindən azad etmir. Təcrübədə isə rastlaşdığımız vəziyyət əsasən belədir ki, məhkəmələr işgəncə barədə iddiaya cinayət işi üzrə icraatdan kənar prokururluq tərəfindən baxılması və iddia üzrə cinayət işinin başlanılmasınm rədd edilməsi ilə qane olur, araşdırmanın nə dərəcədə keyfiyyətli, səmərəli və adekvat olmasını isə nəzərdən keçirmirlər. Halbuki, heç də işgəncə barədə iddialara baxılması üzrə prokurorluq orqanlarının bütün qərarlarının keyfiyyətli və dərin araşdırmaya əsaslandığını, formallıqdan uzaq olduğunu söyləmək mümkün deyil. Yuxarıda göstərilən konstitusion və konvension tələblərdən və Avropa Məhkəməsinin hüquqi mövqeyindən çıxış edən qanunverici CPM-nin 125.2.2-ci maddəsində müəyyən etmişdir ki, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Hazırki işin materiallarından görünür ki, Məhkum müdafiəçisi Z.S.Sadıqova ilə birlikdə ibtidai araşdırma zamanı on a qarşı işgəncə verilməsini, şərəf və ləyaqətinin alçaldılmasına məruz qalmasını iddia etsə də bu hal üzrə, qanunvericiliyin tələb etdiyi kimi, müvafiq və səmərəli araşdırma aparılmış və həmin araşdırma nəticəsində onların bu iddiası təsdiq olunmamışdır. Belə ki, iş materiallarında olan Xətai rayon prokurorluğu tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 dekabr 2020-ci il tarixli qərardan göründüyü kimi, 06 oktyabr 2020-ci il tarixdə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Z.S.Sadiqova hüquqlarını müdafiə etdiyi şəxsin 15 aprel 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən, o cümlədən Binəqədi rayonu ərazisində yerləşən DİN-in inzibati həbs olunanların saxlanılma mərkəzində işgəncəyə məruz qalmasına dair müraciəti əsasında Binəqədi və Xətai rayon prokurorluqlarında yoxlama aparılmış, material üzrə Azərbaycan Respublikas DİN-in İnzibati həbs olunanların saxlanılma mərkəzinə sorğu verilələrək Məhkum adına tərtib edilmiş tibbi kitabçanın surəti götürülmüş və qeyd edilən sənəddə sonuncunun bədənində hər hansı xəsarətlərin olmaması göstərildiyindən, digər tərəfdən isə polis əməkdaşları tərəfindən qanuna zidd hərəkətlərə yol verilməsi xüsusatı öz təsdiqini tapmadığından cinayət hadisəsi olmaması əsası ilə cinayət təqibinin başlanması rədd edilmiş, qərarın surəti isə maraqlı şəxslərə göndərilmişdir. Müdafiəçinin və ya təqsirləndirilən şəxsin həmin qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət vermələri isə iş materialları ilə müəyyən edilmir. Məh kəmə kollegiyası iş üzrə qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutları təhlil edərək belə qənaətə gəlir ki, həmin sübutların qanunsuz yolla, yəni CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməklə əldə edilməsi müəyyən edilmədiyindən, müvafiq istintaq hərəkətlərinin aparılması haqqında prosessual sənədlərin saxtalaşdırılması, şahidlərin dindirilməsi zamanı, ekspertlərin isə müvafiq rəylər verərkən hər hansı təsirə və ya təzyiqə məruz qalmaları müəyyən edilmədiyindən birinci instansiyası məhkəməsi Məhkum ittiham olunduğu cinayətləri törətməkdə təqsirli bilinməsi haqqında qanuni və əsaslı hökm çıxarmış, apellyasiya instansiyası məhkəməsi isə tam haqlı olaraq bu hökmün qüvvədə saxlanılmas ı barədə əsaslandırılmış qərar qəbul etmişdir. Məhkəmə kollegiyası Məhkum həmin əməlləri törətməsinin sübuta yetirilməsi ilə yanaşı həm də onların CM-nin 214-1, 28,281.2 və 233-1.2.1-ci maddələri ilə tövsif edilməsi barədə məhkəmələrin gəldikləri nəticəni düzgün sayır və buna görə də bu məsələ ilə bağlı da kassasiya şikayətinin dəlillərini qəbuledilməz hesab edir. Ümumiyyətlə isə, məhkəmə kollegiyası kassasiya şikayətinə məhkəmə baxışının yekunu olaraq belə qənaətə gəlir ki, müdafiəçi Z.S.Sadıqovanın həmin şikayətində göstərdiyi dəlilləri işdə olan sübutlarla təkzib edilir və buna görə onun bu dəlilləri məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araş dırmaları zamanı CPM-nin 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüqununun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş, məhkum Z.S.Sadıqov barəsində cəza tədbiri seçilərkən isə onun törətdiyi əməllərin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, şəxsiyyətini səciyyələndirən, habelə cəza təyininə təsir edən bütün hallar kifayət qədər nəzərə alınmışdır. Beləliklə, təsvir olunanlardan görünür ki, müdafiəçi Z.S.Sadıqovanın kassasiya şikayətində irəli sürdüyü dəlillər tamamilə əsassız olmaqla baxılan işdə CPM-nin 42.1.1, 42.1.2, 42.1.3 və 42.1.4-cü maddələrində təsbit edilmiş bəraətin əsasları (o cümlədən məhkumun təqsirliliyinin sübuta yetirilməməsi kimi hal), eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Buna görə, məhkəmə kollegiyası müdafiəçi Z.S.Sadıqovanın kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısı H.B.İmranovun isə həmin şikayətin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, müdafiəçi Z.S.Sadıqovanın kassasiya şikayəti təmin edil məməli, Məhkum CM-nin 214-1, 28,281.2 və 233-1.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2022-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1, 28,281.2 və 2331.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 mart 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə də