Məhkəmə qərarları › İş №1(102)-1340/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1340/2024

14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1340/2024 14.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmanov Nazim Nəriman oğlunun, Bərət almış şəxs X7 və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Səlimova Sevil Mürüd qızının iştirakları ilə xx xxxxxx 1964-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhs illi, əvvəllər məhkum olunmamış, “Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik Hüquqi şəxsin Bakı şəhər Baş Səhiyyə Mərkəzi 15 nömrəli şəhər Poliklinikasının həkim-cərrahı vəzifəsində işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 308.1 və 313-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Vəliyev Murad İsmayıl oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəh əri Binəqədi Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli 1(001)-153/2022 nömrəli hökmü ilə (hakim E.Z.Ağayev) X8 - Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə 2.000 (iki min) manat cərimə cəzasına, CM-in 313-cü maddəsi ilə 1.500 (min beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X4 qəti olaraq 3.000 (üç min) manat cərimə cəzası təyin edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum və onun müdafiəçisi tərəfindən birgə apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 avqust 2022-ci il tarixli 1(103)-1260/2022 nömrəli qərarı i lə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), İ.M.Murquzov və H.H.Əhmədov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli 1(001)-153/2022 nörməli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin həmin qərarından məhkum və onun müdafiəçisi tərəfindən birgə kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 4 aprel 2023-cü il tarixli 1(102)-629/2023 nömrəli qərarı ilə (hakimlər: Ş.Y.Yusifov (sədrlik edən), Ə.Ə.Novruzov və R.M.Abdulov) kassasiya şikayəti qismən təmin edilmiş, X2 Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 avqust 2022-ci il tarixli qərarının ləğv edilərək, c inayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasına təyin olunması qərara alınmışdır. Məhkum və onun müdafiəçisi tərəfindən birgə apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 2024-cü il tarixli 1(103)-33/2024 nömrəli hökmü ilə (hakimlər: E.E.Rəhimov (sədrlik edən), E.Ə.Mehdiyev və F.İ.Əyyubov) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli hökmü ləğv edilərək, X3 Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələri ilə əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X7 vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsə di ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 20 sentyabr 1988-ci il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin 15 saylı şəhər Poliklinikasının, hazırkı “Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik Hüquqi şəxsin 15 saylı şəhər Poliklinikası Publik Hüquqi şəxsin həkimcərrahı vəzifəsində, eyni zamanda, həmin Poliklinika üzrə 4 yanvar 2020-ci il tarixli, 2 N°-li əmrə əsasən Hə kim-məsləhət komissiyasının tərkibində həkim-cərrah vəzifəsinə təyin edilməklə, həmin vəzifədə işləyərkən "Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli, 30 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim məsləhət komissiyası haqqında” Əsasnaməyə əsasən, əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar əlilliyin qiymətləndirilməsi (əlillik qrupundan çıxarılması, əlillik dərəcəsinin artırılması), əlilliyin səbəbinin dəyişdirilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi, xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə nəzarət edilməsi, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə m üəssisələrinə məsləhətə göndərilməsi və digər səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək üzvü olduğu Həkim Məsləhət Komissiyasına əlillik dərəcəsi almaq üçün 1 iyun 2020-ci il tarixdə göndəriş verən müəssisədə qeydiyyatda olmuş və həmin tarixdə müraciət etmiş, xx xxxxx 1986-cı il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid6 müayinələrində “Qalxanabənzər vəzinin bədxassəli yenitörəməsi. Qalxanabənzər vəzin papilyar karsinoması. pT1a NOMO. Mərhələ İ.Strumektomiya əməliyyatından sonrakı vəziyyət” diaqnozlarının müəyyən edilməsinə baxmayaraq, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də, tamamilə fərqli diaqnozlar hesabına ona əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədi ilə sonuncunun müayinə və müalicə edilmədən, barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan onun qarşısında özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə 7 sentyabr 2020ci il tarixdə ünvan 4 ünvanında yerləşən 15 saylı şəhər Poliklinikasının inzibati binasında baş həkimin qəbul otağında quraşdırılmış kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə Poliklinikada operator vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə daxil olaraq Şahid6 ağırlaşma diaqnozu qismində “Sorulmanın pozulması ilə bağlı cərrahi əməliyyatdan sonrakı osteoporoz. Osteoporoz” kimi düzgün olma yan diaqnozlara dair bilə-bilə yalan məlumatları daxil edərək xəstəliyi və diaqnozu bilərəkdən ağırlaşdırıb təhrif edilmiş formada informasiya resursu sayılan 07 sentyabr 2020-ci il tarixli, 033003AADCY nömrəli elektron göndərişə daxil edib özünə məxsus **********21 saylı elektron imzasından istifadə edərək həmin göndərişi Poliklinikada operator vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərməklə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Publik Hüquqi şəxsin Bakı şəhər Baş Səhiyyə Mərkəzi 15 nömrəli şəhər Poliklinikasının səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək üzvü olduğu Həkim Məsləhət Komissiyasına əlillik dərəcəsi almaq üçün 5 noyabr 2019-cu il tarixdə göndəriş verən müəssisədə qeydiyyatda olmuş və həmin tarixdə müraciət etmiş, 20 iyul 1988-ci il təvəllüdlü, Bakı şəhəri, Qaradağ rayonu, Şubanı 1 hərbi şəhərciyində qeydiyyatda olmaqla ünvan 5 ünvanında yaşayan Şahid5 müayinələrində “Başın travmalarının nəticələri. Döyüş əməliyyatında odlu silah mərmisinin partlayışı nəticəsində yaralanma. Qapalı kəllə beyin travması. Baş beyinin silkələnməsinin davamlı təzahür edən qalıq əlamətləri. Astenevrotik və vegetativ damar davamsızlığı ilə nəticələnmiş travmatik ensefalopatiya. Dəqiqləşdirilməmiş ensefalopatiya. Travmatik ensefalopatiya. Kəllədaxili travmaların nəticələri. Veqetativ və hərəkikoordinator pozulmalarla müşayiət olunan kəllədaxili travmanın nəticəsi” diaqnozlarının müəyyən edilməsinə baxmayaraq, sonuncunun faktiki olaraq əziyyət çəkməsə də, tamamilə fərqli diaqnozlar hesabına ona əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədilə, sonuncunun müayinə və müalicə edilmədən, barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan onun qarşısında özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə 5 dekabr 2020-ci il tarixdə ünvan 6 ünvanında yerləşən 15 saylı şəhər Poliklinikasının inzibati binasında baş həkimin qəbul otağında quraşdırılmış kompüter vasitəsilə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə Poliklinikada operator vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə daxil olaraq X9 ağırlaşma diaqnozu qismində “Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı sol tərəfli çatışmaz lığı hərəki pozğunluqlarla” kimi düzgün olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları daxil edərək xəstəliyi və diaqnozu bilərəkdən ağırlaşdırıb təhrif edilmiş formada informasiya resursu sayılan 05 noyabr 2020ci il tarixli, 033003AADG7 nömrəli elektron göndərişə daxil edib özünə məxsus **********21 saylı elektron imzasından istifadə edərək həmin göndərişi Poliklinikada operator vəzifəsində işləyən cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərməklə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Publik Hüquqi şəxsin Bakı şəhər Baş Səhiyyə Mərkəzi 15 nömrəli şəhər Poliklinikası nın səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 2024-cü il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunur. Protest müəllifi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi X8 barəsində bəraət hökmü çıxararkən ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları tədqiq etmədiyindən, işdəki sübutlar CPM-nin 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilmədiyindən həmin hökm ləğv edilməlidir. Belə ki, bəraət almış şəxs Sultanovaya qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməməsi haqqında nəticənin əsaslandırılmasına dair apelyasiya instansiyası məhkəməsinin həsr etdiyi mülahizələr həlledici şəkildə Ali Məhkəmənin 4 aprel 2023-cü il tarixli qərarındakı hüquqi mövqe və müdafiə tərəfinin apelyasiya şikayətinin dəlillərinin öz hökmünə köçürülməsindən ibarətdir. Ali Məhkəmənin qeyd olunan qərarında isə birinci inst ansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırma aparılmadan bəraət almış şəxsməhkum edilməsinə dair nəticəyə gəlinməsi və apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin qanunsuzluğun aradan qaldırılmaması səbəb göstərilməklə məhkəmə qərarı ləğv edilmişdir. Lakin işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi kifayət qədər araşdırma aparmadan, Ali Məhkəmənin qərarında verilən göstərişlər yerinə yetirilmədən nəticəyə gəlinmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı N.İmanovun, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs bəraət almış şəxsnın və müdafiəçi S.Səlimovanın çıxışlarını dinləyərək hesab edir ki, aş ağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tə ləblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protestdə qeyd edilir ki, bəraət almış şəxsnın əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsinə əsasən: “Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə a zadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 313-cü maddəsinə əsasən “Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə— min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqə ti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prose ssual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq X3 bəraət vermiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişdir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut məns ubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası iş materiallarını qanunvericiliyin yuxarıda şərh olunan normalarının tələblərı nəzərə alınmaqla təhlil edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından görünür ki, X7 həm Şahid6, həm də Şahid5 barəsində 15 saylı şəhər Poliklinikasında fəaliyyət göstərən həkim-məsləhət komiss iyasının üzvü kimi tərtib edərək Tibbi Sosial Ekspert Komissiyasına elektron qaydada göndərilmiş 07 sentyabr 2020-ci il tarixli 003003AADCY nömrəli və 05 noyabr 2020-ci il tarixli 003003AADG7 nömrəli göndərişlərdə adları çəkilən şəxslərin xəstəlikləri barədə həqiqətə uyğun olmayan məlumatlar daxil etməsində və həm Şahid6, həm də Şahid5 barəsində 15 saylı şəhər Poliklinikasında fəaliyyət göstərən həkim-məsləhət komissiyasının üzvü kimi tərtib edərək Tibbi Sosial Ekspert Komissiyasına elektron qaydada göndərilmiş 07 sentyabr 2020-ci il tarixli 003003AADCY nömrəli və 05 noyabr 2020-ci il tarixli 003003AADG7 nömrəli göndərişlərdə adları çəkilən şəxslərin xəstəlikləri barədə həqiqətə uyğun olmayan məlumatlar daxil etməsində və bununla da təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsində (CM 308.1), vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna biləbilə yalan məlumatları daxil etməklə (CM 313) təkrarən vəzifə saxtakarlığı etməsində təqsirləndirilmişdir. Azərbaycan Respublikası CM-in 313-cü maddəsinin dispozisiyasından göründüyü kimi, vəzifə saxtakarlığı deyildikdə vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədilməsi nəzərdə tutulmuşdur. İş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən X7 tərəfindən onun ittiham olunduğu Azərbaycan Respublikası CM-in 313- cü maddəsi ilə nəzərdə tutulmuş əməlin tamah niyyəti ilə törədilməsi müəyyən edilməmiş, onun vəzifə saxtakarlığını digər şəxsi niyyətlə törətməsi isə istər ibtidai istintaq, istərsə də aşağı instansiya məhkəmələrində təsdiq olunmamışıdır. Belə ki, X7 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 15 saylı şəhər Poliklinikasında həkim-cərrah işləmiş, həmin poliklinikada Həkim Məsləhət Komissiyasinin üzvüdür. Komissiyanın tərkibinə həkim terapevt, cərrah və nevropatoloq daxil edilir. Şahid6 onun xəstəsi olmuşdur. Onkoloji xəstədir, 2017-ci ildə qalxanvari vəzin xərçəngi diaqnozu ilə əməliyyat olunmuşdur. Milli Onkologiya Mərkəzində şüa müalicəsi almışdır. Daha sonra ordudan tərxis edilmiş, buna görə də o əlillik məsələsi ilə bağlı müraciət etmişdir. Xəstə 6 ay müayinədə qalmış, qeydiyyata götürülmüş, dispanserizasiya aparılmış, təkrarən 2020-ci ildə Milli Onkoloji Mərkəzdən arayış təqdim edilmiş və bildirilmişdir ki, onda qalxanvari vəz total olaraq çıxarılmışdır. Edilən müayinələr əsasında qanda kalsinin aşağı olması, hormonun, kalsikaminin aşağı olması göstərilmiş, bunların əsasında da forma 88 doldurulmuşdur. İlkin olaraq diaqnoz qalxanvari vəzin xərçəngi 1-ci mərhələ qeyd edilmiş, sonrakı diaqnozlarda hipoteradizm, sorulma ilə bağlı olaraq osteoparoz və hal-hazırda xatırlamadığı digər diaqnoz qoyulmuşdur. Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilkin olaraq onlara göndərilmiş və imtina verildiyi bildirilmişdir. İmtina səbəbi kimi göstərilmişdir ki, xəstəlik birinci mərhələdə olduğu üçün əlillik təyin edilə bilməz. Bundan sonra xəstə təkrarən Tibbi Sosial Ekspert Komissiyasına göndərilmir. Amma 2021-ci ilin iyul ayından sonra artıq qərar dəyişdirilmiş və hal-hazırda xəstəliyin 1-ci mərhələsində olan xəstələr belə 5 il müddətinə əlillik dərəcəsi ala bilirlər. İstintaq gedən zaman onlar osteoparoz diaqnozunun təsdiq olunmadığını ona dəfələrlə demiş və o hər dəfə hansı sübutla həmin diaqnozun olmaması nəticəsinə gəldiklərini görmək istədiyini bildirmişdir. Ekspert həmin nəticəyə gəlməsinin səbəbi kimi qalxanvari vəzin çıxarılmasından sonrakı vəziyyəti qeyd etmişdir. Qalxanvari vəz səbəbsiz olaraq çıxarıla bilməz. Onlar təkid etdikdən sonra ikinci ekspertiza təyin edilmiş və səbəb kimi bu dəfə qalxanvari vəzin xərçəngi və qalxanvari vəzin çıxarılmasından sonrakı vəziyyət qeyd edilmişdir. Bundan başqa ostoeparoz haqqı nda ona başqa heç bir sübut təqdim edilməmişdir. Yalnız analizlər verildi, bu da qalxanvari vəzin hormonal müayinəsidir. Hansı ki, şəxs davamlı olaraq 150mg eytiops qəbul edir və bu dərmanın bədəndən xaric edilmə dövrü 1 sutkadır. Əgər şəxs 1 sutka həmin dərmanı içməsə yenə əvvəlki vəziyyətdə olacaq. Həmin şəxs o dərmanı ömrünün axırına kimi içməlidir. Bu dərmanı davamlı qəbul etməklə medikomentoz kompensasiya mərhələsinə daxil olmuşdur. Yəni dərmanla bağlı olaraq onun hormonal analizlərinin nəticəsi normal görünəcəkdir. Ekspertə də bu rəyi verərkən onun osteoparoz diaqnozunu nəzərə alıb-almamasını soruşduqda o almadığını və yalnız onlara verilən sənədlər əsasında, yəni kağız üzərində ekspertiza apardıqlarını və əlillik dərəcəsindən imtinanın da əsas diaqnoza görə verildiyini, həmin diaqno z da 1-ci mərhələdə olduğuna görə imtina edildiyini bildirmişdir. Digər ağırlaşdırıcı diaqnozlar nəzərə alınmamışdır. İkinci xəstə Şahid5 isə o ümumiyyətlə tanımamış, görməmişdir, onun sənədləri ilə tanışlığı olmamışdır. Onda onun səhhəti ilə bağlı nə sənəd, nə xəstəlik tarixçəsi olmamışdır. Eynilə ona nevroloji diaqnoz qoyulmuşdur, piramid çatışmazlığı diaqnozu da onun müəyyən elədiyi diaqnoz deyildir. 4 nəfərin imza kartı olmasa həmin sənəd sistemə daxil edilə bilməz. Komissiyanın sədri, nevropatoloq, cərrah və terapevt. Bir də orda digər bir şəxs var ki, formanı dolduran, o da sahə terapevtidir. Təqsirinin olmadığını bildirərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra X7 proses iştirakçıları tərəfindən verilən suallara cavabında həmçinin qeyd etmişdi r ki, onun vəzifəsi xəstəyə diaqnoz qoyub, onu müalicə edib, sağalmasına nail olmaqdır. İlkin növbədə onun vəzifəsi xəstəyə diaqnoz qoymaqdır, bu diaqnoz qoymaq nə dərəcədə vəzifədən sui-istifadə ola bilər. O, bu xəstəyə diaqnoz qoymuşdur. Onun diaqnozu düz və yalnış ola bilər. HMK üzvlərinin hamısı eynilə onun səlahiyyətlərinə malik insanlardır. Yəni xəstələrin Forma 88 təsdiq edən imzalar var, həmin imzalar onda deyil. İmzalar seyfdə saxlanılırdı. İmzalardan istifadə edərək Forma 88-i sistemə yerləşdirirlər. Şahid5 şəxsən ona təqdim olunmamışdır. Şahid6 o müayinə etmiş, onunla bağlı bütün məlumatlar xəstəlik kartında qeyd olunub, sadəcə həmin kart Azərbaycan Respublikası Baş Prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində itirilmişdir. Müayinələri öz əksini Forma 88-də tapm ışdır. Analizlər orda qeyd olunub. Əlavə olaraq həmin gün üçün aparılan müayinələr harda olunubsa, ordan götürülə bilər. Müayinələr Onkoloji Dispanserdə, Avrasiya klinikasında olmuşdur. Şahid6 şəxsən müayinə etmiş, 6 ay nəzarətdə saxlamışdır. Onun göndərişi əsasında onkologiyada müalicə almışdır. Onkoloji diaqnoz qoyulduqda onun müalicəsi tam bitdikdən sonra onun stasionara yatışı olmur. Yalnız 1 gün müayinə olunur və həmin gün yazılıb verilir. Xəstənin kartoçkasında bütün müayinələr və s. ardıcıllıqla əksini tapmışdır. Orada xəstəxanaya daxil olduqdan çıxana qədər nə olubsa hamısı kartoçkada qeyd olunur. İlkin olaraq həmin karta istənilib, təqdim olunub lakin həmin karta geri qaytarılmamışdır. Məlumatlar başqa yerdə qeyd olunmur. Elektron sistem formalaşmamışdır. Milli Onkologiya Mərkəz indən təqdim olunmuş arayışlarla tanışdır. Hətta 2022-ci il sentyabr ayına aid arayışı da təqdim edə bilər. Milli Onkologiya Mərkəzindən təqdim olunmuş arayışda Şahid6 münasibətdə həmin şəxsdə onun qoyduğu osteoparoz diaqnozu ümumiyyətlə müəyyən edilməmişdir. O özü həmin diaqnozu müəyyən etmişdir. Belə əsaslandıra bilər ki, osteoparoz sorulmanın pozulması ilə yaranan kalsi çatışmazlığıdır. Bu birincili və ikincili olur, birincili anadangəlmə ağır mərhələdi. Şəxsə həmin diaqnozu TSEK-ə göndərilən müddətdə- 2022-ci ildə qoymuş, analizlər əsasında yazılmışdır. Həmin xəstəlik sonradan müalicələr nəticəsində sağalır. Bunu ekspert də təsdiq etmişdir. Bu xəstə medikomentoz kompensasiya mərhələsində olmuş, hormondan asılı adamdır. Hormonlar normada olduqca kalsinin sorulması da yaxşılaşır. Amma də rmanları qəbul etməsə yenə həmin haldır. Şəxs həmin dərmanları içməsə ümumiyyətlə yaşaya bilməz. Hiperdiaqnostika-diaqnozun şişirdilməsi deməkdir. Əvvəl YAP-ın sədri olub, həkim cərrahdır. İxtisasına uyğun olaraq HMK-nın üzvüdür. Həmin dövrdə onkoloq vəzifələrini icra edən həkim olmadığından, onkoloq vəzifəsini 30 ildir ki, o əvəz edir. Həmin sahələr üzrə diaqnoz qoyduğu şəxslər olub. Bu dəqiqə 580 onkoloji xəstə dispanser qeydiyyatdadır. Şahid6la hər-hansı sövdələşməsi olmamışdır. Şahid5 tanımır. Ancaq onunla bağlı imza kartından istifadə olunmuşdur. Şahid5 müayinə edən həkim Şahid7 onunla hər hansı bir sahədə razılığa gələ bilməz. Onun elə bir səlahiyyəti yoxdur. Şahid7 da onun kimi həkimdir. Onun icazəsi olmadan başqa şəxs ona məxsus elektron imzadan istifadə edə bilər. Forma 88-də, Fər id öz xəstəsi olduğu üçün onun hər məlumatını yoxlayıb sonra imzaya vermiş, amma Şahid5 ümumiyyətlə məlumatı olmamışdır. Elektron imza tətbiq edilərkən kod yazılır ki, o kodu şəxsən bilmir. Şahid5lə bağlı qeyd olunan xəstəliyi yazan həkim terapevtdir, sənəd isə 4 nəfər tərəfindən imzalanıb. Ona heç bir sənəd təqdim olunmamışdır. Şahid5 kartası olmadığı üçün sübut edə bilmir ki, onu imzalayıb ya yox. Onun kartasının harda olduğunu bilmir. Orda kompyuterdə yazılır ki, sənədi daxil edən Tatyana Rəziyevadır. Birbaşa diaqnozlar da nevropataloqa aiddir. İmzalar baş həkimin yanında seyfdə saxlanılır. Bütün imzaların kim tərəfindən icra olunmasını dəqiq deyə bilmir. Yəqin ki, imza olunursa baş həkimin xəbəri olmalıdır. İndiki durumda həkimlərin, komissiyanın üzvlərinin onların imzalarından istifad ə olunduğundan xəbəri olur. Şəxsən imzasından istifadə olunarkən məlumatı olmamışdır. Onların imza haqqında heç bir məlumatı olmayıb, sadəcə ödəniş edib imza kartını almışlar. Bu imza kartının seyfdə qalmalı olduğunu bildirilmişdir. İmza kartına görə məsuliyyət daşımaqları, başqa nələrdəsə istifadə oluna biləcəyi barədə məlumat verilməmişdi. Məsuliyyəti baş həkim də, terapevt də daşıyır, onun özü də daşıyır. Bu işlə bağlı Şahid7 məsuliyyətə cəlb olunduğunu bilir. Şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq zamanı, birinci instansiya məhkəməsində ifadə vermişdir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən X onu çağırmış, ondan həkimin hər hansı pul vəsaiti alıb-almadığını soruşmuşdur. O isə elə bir halın olmadığını bildi rmişdir. Hərbiçidir, onu işdən qanunsuz uzaqlaşdırsalar da, ona xəstə diaqnozu qoyaraq uzaqlaşdırıblar. Bildirir ki, həkimlə heç bir qarşılıqlı fəaliyyət olmamışdır. İstənilən halda qeydiyyatda olduğu poliklinikada Forma 88 sistemə vurulmalı olub. Həmin işi də poliklinikada bəraət almış şəxs xanım həyata keçirib. O da sənədləri hazırlayıb, analizlər verdikdən sonra sistemə yerləşdirilimişdir. Şahid6 proses iştirakçıları tərəfindən verilən suallara cavabında həmçinin qeyd etmişdir ki, ona osteoparoz diaqnozu qoyulub, zob əməliyyatı olmuşdur. Bu xəstəlik onda olduğu üçün bir çox araşdırma aparmışdır. Zob deyilən qalxanabənzər vəzin əməliyyatı olunan zaman bəzi fəsadlar yaranır. Orqanın öz funksiyasını bərpa etməsi üçün zaman lazımdır. Hazırda onda doza yüksək olmadığı üçün hormon qəbul edir. Həmin dozadan asılı olaraq kalsinin miqdarı artıb-azalır. Sonrakı onkologiyada müayinədə osteoparoz aşkar edilməyə bilər. Çünki o D vitamini qəbul edir. Bu gün də D vitaminini içməsə, həmin diaqnoz qayıdacaq. Bu gün də dərman içməsə əlində iynə kimi sancma problemləri yaranacaq. bəraət almış şəxsyanına gedəndə osteoparoz diaqnozu çıxmışdır. İşdən bədxassəli xərçəng xəstəliyinin olması ilə əlaqədar çıxarılsa da hələ ki, xərçəng xəstəliyi təsdiqini tapmayıb. Həmçinin, apelyasiya icraatında Şahid5 ifadəsində bildirmişdir ki, bəraət almış şəxs Sultanovanı görmüşdür. Bundan sonra, Şahid5 verilmiş suallara cavabı adkevat olmamışdır. Belə ki: S: “bəraət almış şəxs Sultanovanı tanıyırsınız? C: Bilmirəm, yadımda deyil. Həkimdir də.”, S: “Nə vaxtsa müalicə və ya müayinə ilə bağlı bəraət almış şəx s yanında olmusunuz mu? C: Yadımda deyil”, “S: Hal-hazırda hərbi xidmətdəsiniz mi ? C: Xeyr.”, “S: Əlilliyin təyinatı ilə bağlı qərar qəbul olunub mu ? C: Buyurun, mən bilmirəm oxuyun baxın.” (Göndəriş əsasında yoxlamaların nəticəsində qanunvericiliyə uyğun olmadığından əlilliyin verilməsindən imtina olunub), “S: Sizin adınızdan təsdiq olunmuş sənədlər əlilliyin təyin olunması üçün Sosial Ekspert Komissiyasına göndərilib. Həmin sənədləri imzalayan şəxs bilirsiniz mi kimdir? C: Xeyr, yadımda deyil.”, “S: bəraət almış şəxs xanımı tanıyırsınız mı? C: Komissiyada olmuşam.”, “S: Siz şəxsən bəraət almış şəxs xanımın müayinəsində olmusunuz? C: Yadımda deyil.”, “S:Komissiyaya gəlməzdən öncə bəraət almış şəxs xanımı tanıyırdınız? C: Xeyr.”, “S: Bu işlə bağlı birinci instansiya məhkəməsində iştirak etmisiniz? C: Yadımda deyil.”, “S: Mehparə xanımın yanında olmusunuz? C: Bəli.”, “S: Ordan hansısa bir həkimi xatırlayırsız? C: Yadımda deyil.”, “S: Sənədləri 15 saylı poliklinikaya vermisiz? C: Bəli”, “S: Nevropataloqa vermisiz? C: Bəli.”, “S: Mehparə xanım barəsində olan məhkəmə iclasında şahid kimi iştirak etdiyinizi xatırlayırsınız? C: Bəli, bir dəfə olmuşdur.” Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət subyektiv cəhətdən birbaşa qəsdlə edilir. Yəni təqsirkar rəsmi sənədləri saxtalaşdırdığını dərk edir və bunu arzu edir. Cinayətin subyektiv cəhətinin zəruri əlaməti tamah və ya sair şəxsi niyyətin olmasıdır ki, tamah məqsədi təqsirkarın özü və ya yaxınları üçün pul, yaxud başqa maddi dəyər formasında mənfəət güdməsində ifadə oluna bilər. Bununla bağlı məhk əmə kollegiyası qeyd edir ki, cinayət işinin materialları ilə X2 ona ittiham olunan əməli qəsdən və tamah və ya sair niyyətlə törətməsi müəyyən olunmur və bununla bağlı cinayət işinin materiallarında hər hansı sübut mövcud deyildir. Belə ki, istər ibtidai istintaq zamanı, istərsə də birinci instansiya və apelyasiya icraatında məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadələrinə nəzər yetirildikdə görünür ki, bəraət almış şəxsnın onun əzab çəkdiyi xəstəliklər üzrə diaqnozların materialda olan göndərişə daxil edərkən hansısa niyyət izləməsi, sonuncunun ondan nəyinsə müqabilində diaqnozların şişirdilməsi barədə xahiş etməsi müəyyən olunmamış, Şahid6 bəraət almış şəxs ilə hər-hansı qarşılıqlı bir fəaliyyəti olmadığını, heç bir həkimlə hər-hansı razılığa gəlmədiyini bildirmişd ir. Həmçinin məhkəmə kollegiyası, Şahid5 apelyasiya icraatında verdiyi ifadəsinə tənqidi yanaşaraq onun hərbi xidmətdə olarkən iştirak etdiyi hərbi əməliyyatlarda aldığı xəsarətlərlə və tibbi ekspertizanın rəyində öz əksini tapmış “keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı ensefalopatiya, nevrozabənzər sindrom. Asteno-nevrotik hal... əməliyyatından sonrakı vəziyyət” ilə əlaqəli olmasını istisna etmir. Bununla yanaşı, işdən də göründüyü kimi, Şahid5 ibitdai istintaqda verdiyi ifadələrində stasionar müalicə əsasında epikrizə xəstəliklərini qeyd etdiyini və həmin sənədlərin Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sisteminə yerləşdirilməsi üçün heç kimə heç bir məbləğdə pul vermədiyini, müharibə dövründə xəsarət aldığını və aldığı xəsarətlərdən əziyyət çəkdiyini bildirmişdir. (cild 1, i.v. 125-130) Məhkəmə kollegiyası həmçinin, Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı aşağıdakıları göstərməyi zəruri sayır. Qeyd olunan maddənin dispozitiv şərtlərindən aydın olur ki, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurması cinayət tərkibinin yaranmasına səbəb olur. Vəzifə səlahiyyətlərindən sui-istifadə subyekti v cəhətdən qəsdən edilən cinayətdir. Təqsirkar qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərin, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birrbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Maddənin məzmunundan və mənasından göründüyü kimi, vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir, vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq sə lahiyyətləri isə müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur. Bu isə o deməkdir ki, şəxsə qarşı vəzifədən sui-istifadəyə görə ittiham irəli sürülərkən ilk növbədə onun malik olduğu səlahiyyətlərinə istinad edilməklə bu səlahiyyətlərin nədən ibarət olması və hansı normativ və ya qeyri-normativ aktlarla tənzimlənməsi ittihamda əksini tapmalı, digər tərəfdən isə onun məhz həmin səlahiyyətlərindən və ya onların bir hissəsindən suiistifadə etməsi müəyyən edilməlidir. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur: - vəz ifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl; - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi; - əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı hərəkətlərdə ifadə oluna bilər. Lakin cinayət tərkibi belə hərəkətlər qulluq mənafeyinə qəsdən zidd olaraq həyata keçirildikdə yaranır. Vəzifəli şəxslərin fəaliyyət dairəsi geniş olduğundan, vəzifə səlahiyyətlərindən sui istifadənin konkret formaları da müxtəlif ola bilər. Sui-istifad ə həm hərəkət, həm də hərəkətsizliklə edilə bilər. Beləliklə, qeyd edilən maddənin mənasına görə, vəzifə səlahiyyətlərindən sui istifadə edən şəxs törətdiyi əmələ münasibətdə vəzifəsinə görə malik olduğu səlahiyyətlərdən istifadə etməli və yaxud etməməli və bu cür istifadə etmə və yaxud istifadədən yayınma qəsdən qulluq mənafeləri əleyhinə yönəldilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 15 nömrəli Şəhər Poliklinikasının xx.xx.2017-xx.xx.2021-ci il tarixli əmrlərindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli "Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə” 30 nömrəli əmrinə əsasən 15 nömrəli Şəhər Poliklinikasında Həkim Məsləhət Komissiyası yaradı lmış, Şahid2 - baş həkim-sədr, Şahid7-həkim nevropatoloq, X10–sahə həkimterapevt, X7-cərrah olaraq Həkim Məsləhət Komissiyasının üzvləri olmuşlar. (cild 2, i.v. 37) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 15 nömrəli Şəhər Poliklinikasının baş həkimi Şahid2 tərəfindən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin sorğusuna cavab məktubundan görünür ki, 15 nömrəli Şəhər Poliklinikasının ştat cədvəlində həkim travmatoloq, həkim onkoloq vəzifəsi olmadığı üçün bu vəzifələri poliklinikanın həkim cərrahı X7 icra edir. (cild 2. i.v. 234). X4 qarşı təhlil edilən cinayəti törətdiyinə görə irəli sürülmüş ittihamda "Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə” A zərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli, 30 nömrəli əmri ilə təsdiq edilmiş "Həkim məsləhət komissiyası haqqında” Əsasnaməyə istinad olunsa da, həmin sənəddə həkim-məsləhət komissiyasının üzvü kimi həkim-cərrahın və ya digər sahələr üzrə həkimlərin ayrı-ayrılıqda səlahiyyətləri deyil, ümumilikdə həmin komissiyanın səlahiyyətləri müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin öz qulluq mövqeyindən istifadə edən vəzifəli şəxs kimi həmin cinayətin subyekti olması istintaq orqanı tərəfindən sübuta yetirilə bilməmiş, belə ki, K.B.X12 Komissiyasının üzvü olaraq vəzifə səlahiyyətlərin sui-istifadə etməklə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli, 30 nömrəli əmri ilə təsdiq edilmiş "Həkim məsləhət komiss iyası haqqında” Əsasnamənin tələblərini pozması qeyd olunsa da, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli göndərişlərin yalnız təqsirləndirilən şəxs tərəfindən deyil, Həkim məsləhət komissiyasının digər üzvləribaş həkim və sahə həkimi- terapevt tərəfindən də imzalanaraq təsdiq edilməsi nəzərə alınmamışdır. X7 tərəfindən CM-in 308.1-ci maddəsi ilə verilmiş ittihamda sonuncunun özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etməsinin nədən ibarət olması müəyyən edilməmiş və sübuta yetirilməmişdir. Digər tərəfdən, iş üzrə toplanmış sübutlarla bəraət almış şəxs bu səlahiyyətlərə əsasən həkim-məsləhət komissiyasının üzvü kimi komissiyaya müraciət etmiş Şahid6 müayinə edərək onda aşkar etdiyi xəstəliklərə uyğun olaraq diaqnozu 15 saylı Poliklinikada tərtib olunmuş 07 sentyabr 2020-ci il tarix li göndərişə daxil etməsi təsdiq olunsa da, bunu vəzifə səlahiyyətlərinə zidd olaraq, yaxud da özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə etməsi, bu haqda istər Şahid6, istərsə də başqa maraqlı şəxslərin bəraət almış şəxs Sultanovaya müraciət etmələri, onunla sövdələşmələri, sonuncu tərəfindən xəstəyə əlilliyin müəyyən edilməsinin və buna əsasən təqaüdün verilməsinin baş tutacağı barədə vədin verilməsi, yəni bəraət almış şəxsnın Şahid6 üçün üstünlük əldə etməsi məqsədilə hərəkət etməsi müəyyən edilməmişdir. Qeyd olunan hallar həmçinin Şahid5lə bağlı hallara münasibətdə də müəyyən edilməmişdir, belə ki, bəraət almış şəxs cinayət təqibinin bütün mərhələlərində həmin xəstəni ümumiyyətlə tanımadığını və onu müayinə və tibbi sənədlərini tədqiq etmədiyini, buna görə də ona heç bir əlavə diaqnoz qoymadığını bildirmişdir. Azərbaycan Respublikasının CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təsfir edilir. Beləliklə də məhkəmə kollegiya sı kassasiya protestində göstərilən dəlilləri əsassız hesab edərək qeyd edir ki, cinayət işində məhkum edilmiş şəxs X7 həm Şahid6, həm də Şahid5 barəsində 15 saylı şəhər Poliklinikasında fəaliyyət göstərən həkim-məsləhət komissiyasının üzvü kimi tərtib edərək Tibbi Sosial Ekspert Komissiyasına elektron qaydada göndərilmiş 07 sentyabr 2020-ci il tarixli 003003AADCY nömrəli və 05 noyabr 2020-ci il tarixli 003003AADG7 nömrəli göndərişlərdə adları çəkilən şəxslərin xəstəlikləri barədə həqiqətə uyğun olmayan məlumatlar daxil etməsində və bununla da təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsində, vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətməsi cinayətinin tərkibinin olmasını təsdiq edən məluma tlar mötəbər sübutlara əsaslanmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsu n. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınma sının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsində qeyd edilir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda çıxarılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual h üquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq bəraət almış şəxsya Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələri ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 fevral 2024-cü il tarixli hökmü əsaslı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protest təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalı dır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X8 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 fevral 2024-cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar