Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1340/2025 18.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, zərərçəkmiş şəxsin hüquqi varisi Məmmədova (Quliyeva) Gülnarə Mayis qızının və məhkumun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 3 dekabr tarixli, 1(103)-2519/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X3 (sədrlik edən), X9 və X5 ibarət tərkibdə) 2024-cü il 9 oktyabr tarixli, 1(101)-2012/2024 nömrəli hökmü ilə, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2017-ci il tarixli, 1(101)-1017/2017 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 ci maddəsi il ə təqsirli bilinib, həmin Məcəllənin 67.1 -ci maddəsinə əsasən qəti olaraq 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 8 dekabr 2021-ci il tarixdə "8 X19 münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzadan vaxtından əvvəl azad edilmiş, lakin məhkumluğu ödənilməmiş və üzərindən götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli nin 2024-cü il 10 aprel tarixdən hesablanması və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X12 və X6 ibarət tərkibdə) 2024-cü il 3 dekabr tarixli, 1(103)-2519/2024 nömrəli qərarı ilə məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, hökm verilmiş apellyasiya protestinə və məhkumun müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs 9 aprel 2024-cü il tari xdə, saat 22 radələrində ünvan 3 ünvanında yerləşən kafedə müştəri qismində olarkən yaxınlıqda yerləşən Zərərçəkmiş şəxs kababçı işlədiyi "Dadlı Kabab” adlı kafedən sifariş əsasında gətirilmiş lülə kababdan sümük çıxmasını bəhanə edərək onun olduğu kafeyə gəlmiş kababçı Zərərçəkmiş şəxs bu barədə iradlar bildirdikdən sonra aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoymaqla xuliqanlıq niyyəti ilə əvvəlcədən üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, kəpənək formalı məişət təyinatlı qatlanan cib bıçağı ilə kafenin girişində qəsdən öldürmək məqsədilə Zərə rçəkmiş şəxs həyat üçün mühüm əhəmiyyət kəsb edən orqanlarının yerləşdiyi döş qəfəsinin sol nahiyəsindən 1 (bir) dəfə qüvvətli zərbə vuraraq sonuncuya həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid, ölümü ilə birbaşa səbəbli əlaqəsi olan ürəyin zədələnməsi və Vİ qabırğanın döş sümüyü ilə birləşən yerində natamam kəsilməsi, sol tərəfli hematoraksla müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara xəsarətini yetirmiş, Zərərçəkmiş şəxs növbəti zərbələrindən yayınaraq qaçıb kafedən uzaqlaşmış, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yetirdiyi ürəyin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası nəticəsində kəskin qanitirmə səbəbindən sonuncu 10 apr el 2024-cü il tarixdə, səhər saat 07:15-də müalicə üçün yerləşdirildiyi xəstəxanada ölmüş, bununla da Rəhman Quliyev Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN, ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN HÜQUQİ VARİSİNİN VƏ MÜDAFİƏÇİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə cəza təyin etmə ilə bağlı prinsip və əsasları nəzərə almadan, heç bir əsaslı səbəb müəyyən etmədən Təqsirləndirilən şəxs sanksiya həddindən aşağı cəza təyin etmişdir. İlk növbədə məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi əməlində cinayətlərin xüsusi təhlükəli residivinin olmasını nəzərə almamışdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 a vqust 2017-ci il tarixli hökmü ilə CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 5 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 dekabr 2021-ci il tarixdə “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzadan vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan hökmün məzmunundan görünür ki, Təqsirləndirilən şəxs həmin cinayəti də bıçaqdan istifadə etməklə törətmişdir (Cild 1, i.v. 171-174; cild 2, i.v. 7-13). Bununla yanaşı cinayət işinin materialları ilə müəyyən olunur ki, o, əvvəllər həmçinin CM-in 128-ci və 221.1-ci maddələri ilə də məhkum olunmuşdur. Həmin hökmlərin də məzmunundan müəyyən olu nur ki, o bıçaqdan istifadə etməklə şəxslərə qarşı xəsarət yetirmişdir (Cild 2, i.v. 50-55, 56-58). Göründüyü kimi, məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də məhz şəxsiyyət əleyhinə cinayətlərə görə məhkum olunmasını, insan həyatı, sağlamlığı və ictimai qaydalara qarşı etinasızlıq kimi şəxsiyyətini səciyyələndirən halları nəzərə almamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi olan yaxın qohumu, yəni bacısı X7 ilə barışıq əldə etməməsi, ümumiyyətlə buna hər hansı cəhd edilməməsini də nəzərə almadan cəza təyin etmişdir. Eyni zamanda Gülnarə Məmmədova məhkəmədə çıxış edərkən Təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum etmə növünda cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, cinayətin Təqsirləndirilən şəxs tərəfindən alkoqol sərxo şluğu vəziyyətində törədilməsi də cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının 6-cı bəndində göstərilmişdir ki, cinayətin alkoqollu içkilərdən, narkotik, psixotrop və ya digər güclü təsir edən maddələrdən istifadə nəticəsində törədilməsi qanunla cəzanın ağırlaşdıran hallara aid edilməmişdir. Lakin belə məlumatlar CM-nin 58.3-cü maddəsinə uyğun olaraq müvafiq əsaslar olduqda şəxsiyyəti səciyyələndirən məlumatların qiymətləndirilməsi zamanı nəzərə alına bilər. Bundan başqa, məhkəmə cəza təyin edərkən hadisənin baş vermə səbəbini, daha doğrusu hadisənin baş verməsi üçün heç bir səbəb olmamasını nəzərə almamışdır. Hökmdən və cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs sə rxoş halda olmaqla sifariş verdiyi kababın içərisindən sümük çıxmasını bəhanə edib Zərərçəkmiş şəxslə mübahisə yaratmış, sonuncunun mübahisədən yaxa qurtarmağa cəhd etməsinə, Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki zor tətbiq etməməsinə və ya ünvanına söyüşlər işlətməməsinə baxmayaraq kababdan çıxan sümüyə görə həyatından məhrum edilmişdir. Beləliklə, hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəza həm törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyinə, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə, həm də cəzanın sosial ədalətin bərpası məqsədinə uyğun hesab edilə bilməz. Göründüyü kimi, qeyd olunanlar cəza təyin edilməsinin ümumi əsaslarına, cəzanın fərdiləşdirilməsinin zəruriliyi ilə bağlı cinayət qanunvericiliyinin tələblərinə, Ali Məhkəmənin müvafiq Plenum qərar larına tamamilə zidd olmuşdur. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərər çəkmiş şəxsin hüquqi varisi kassasiya protestinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11 -ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı məhkuma təyin edilmiş cəzanın yüngüllüyünü mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələblərini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsi z bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının və zərərçəkmiş şəxsin hüquqi varisinin, kass asiya protestinin təmin edilməməsi barədə məhkumun müdafiəçisinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Belə ki, kassasiya protestinin əsas və yeganə dəlili məhkuma təyin edilmiş cəzanın ağırlaşdırılmasıdır. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi məhkuma təyin edilməsi nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən hərtərəfli araşdırma aparmış, işin hallarını təhlil etmiş, məhkumun şəxsiyyətini, onun cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən təqsirləndirilən şəxsin əməlində c inayətlərin xüsusi təhlükəli residivinin olmasını nəzərə almaqla, məhkumun təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. İşə apellyasiya protesti əsasında baxan apellyasiya instansiyası məhkəməsi də apellyasiya protestinin dəlilləri əsasında yenidən araşdırma aparmış və məhkuma təyin edilmiş cəzanın qanuni, əsaslı və ədalətli olması qənaətinə gəlmişdir. Apellyasiya protestinin dəlilləri ilə üst-üstə düşən kassasiya protestinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, məhkumun təqsirli bilindiyi CM-in 120.2.2-ci maddəsinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi, məhkum Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusi təhlükəli residivinin olmasını, CM-i n 65.2-ci maddəsinə əsasən məhkumun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az müddətə cəza təyin edilməsinin mümkün olmamasını və bu səbəbdən də məhkuma ən azı 15 il müddətinə (20 ilin ¾ -ü 15 il edir) azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinin mümkünlüyünü nəzərə alaraq, hazırkı işin hallarına əsaslanmaqla məhkuma 17 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası qəbul edir ki, törədilmiş cinayət əməl olduqca ağır cinayət əməli olmaqla, xüsusilə ağır cinayətlər təsnifatına aiddir, hadisə nəticəsində heç bir əsaslı səbəb olmadan günahsız bir şəxs həyatdan məhrum edilmiş, mərhumun yaxınlarına böyük və dözülməz mənəvi zərbə vurulmuşdur. Bununla bərabər məhkuma təyin edilmiş 17 il m üddətinə azadlıdan məhrum etmə cəzasını da yüngül cəza kimi qiymətləndirmək mümkün deyil. Bu cəza da kifayət qədər ciddi və ağır cəzadır. CM-in 9.2-ci maddəsində göstərilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 58.1-ci maddəsinin ikinci cümləsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri əsasında işin halalrını tədqiq edərək belə qənaətə gəlir ki, məhkuma təyin edilmiş cəza, həm növü, həm də həddi baxımından cəzanın məqəsdlərini təmin e dir və cəzanın ağırlaşdırılması istiqamətində apellyasiya instansiaysı məhkəməsinin qərarının ləğv edilməsi üçün hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti təmin edilməməli, Bakı Apellyaisya Məhkəməsinin Cinayət Kollegiyasının 3.12.2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 9 oktyabr tarixli, 1(101)-2012/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 3 dekabr tarixli, 1(103)-2519/2024 nömrəli qərarı dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1340/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1340/2025
18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver