Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1341/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi4 Əli oğlunun iştirakları ilə, Bakı Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 25 fevral 2022-ci il tarixli qərarından Məhkum Tapdıq oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Mahmud Ağalarov (sədrlik edən və məruzəçi), Eldar Mikayılov və Siyavuş Hacıyev) 1(101)-1468/2021 nömrəli, 07 sentyabr 2021-ci il tarixli hökmü ilə 02 noyabr 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2da yaşamış Məhkum Tapdıq oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1-ci maddəsi ilə təqsirli bilinib, 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsi ndə çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 18 aprel 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum Tapdıq oğlu təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 18 aprel 2021-ci il tarixdə, saat 1 radələrində ünvan 3 ünvanda yerləşən binanın qarşısında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs küçədə söyüş söyməsini irad tutduqdan sonra aralarında yaranmış mübahisə zamanı əvvəlcədən üzərində saxladığı zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat məişət təyinatlı, soyuq silah hesab edilməyən turist bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs bədəninə bir zərbə vuraraq, ona daxili qanaxma və dalağın zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol yarısının arxa səthinin daxilə nüfuz edən bir ədəd deşilmi ş-kəsilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan xəsarət yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Habil Məmmədov (sədrlik edən və məruzəçi), İlqar Murquzov və Həsən Əhmədov) 1(103)-173/2022 nömrəli 25 fevral 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1468/2021 nömrəli, 07 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Zərərçəkmiş şəxs və Məhkum Tapdıq oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum Tapdıq oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 fevral 2022-ci il tarixli qərarı ləğv edilməsi və ona minimum həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassas iya şikayətinin dəlilləri: Məhkum Tapdıq oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qeyri-obyektiv, qərəzli, əsassız, qanunsuz, birtərəfli, subyektivdir, tərəflərin bərabərlik hüququnun və maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, o, ilk dəfə cinayət törətmiş, zərərçəkmiş şəxslə barışmış və cinayət nəticəsində ona dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəl ləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Qanunu n yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum Tapdıq oğlunun əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum Tapdıq oğlunun əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddə si ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkum Tapdıq oğlunun kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən onun şəxsiyyətini və cəzasını yüngülləşdirici halları nəzərə almadan ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğ un olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum Tapdıq oğluna cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 59.1.9-cü maddə sinə əsasən onun könüllü gəlib təqsiri boynuna almasını cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Məhkum Tapdıq oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla məhkəmə tərətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alıb, Məhkum Tapdıq oğluna 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. İşə kassasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizə verərək, Məhkum Tapdıq oğlu ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmamasının nəzərə alınmasını xahiş etmişdir. Yuxarıda qeyd olunan cəza təyini tənzimləyən cinayət hüquq normalarından görünür ki, cəza məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması ilə yanaşı sosial ədalətin bərpasına xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Tapdıq oğlunun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə CM-in 59.1.1059.1.13-cü maddələri ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərini nəzərə alaraq, Məhkum Tapdıq oğlunun zərərçəkmiş şəxslə barışaraq sonuncunun ona qarşı şikayət və tələbinin olmaması ilə əlaqədar ona təqsirli bilindiyi maddələrlə daha aşağı həddə cəzanın təyin edilməsi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.21 maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya y üngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, Məhkum Tapdıq oğlunun kassasiya şikayətinin dəlilləri qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 fevral 2022-ci il tarixli qərarı dəyişdirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 fevral 2022-ci il tarixli qərarı cəzaya aid hissədə dəyişdirilsin. Bakı Ağır Ci nayətlər Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Tapdıq oğluna Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) ildən 3 (üç) il 6 (altı) aya endirilsin. Qərarın qalan hissəsi dəyidirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1341/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1341/2023
12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver