Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1341/2025 16.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum iştirakları ilə xx xxxxxx 1984-cü ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128- ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2025-ci il tarixli 1(103)-288/2025 nömrəli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Mirzəyev Emil Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli 1(006)235/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim: A.Q.İbadzadə) Məhkum – Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, lakin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəzanın təyin olunmaması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2025-ci il tarixli 1(103)288/2025 nömrəli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), C.V.Hüseyn və E.H.Allahverdiyev) apelyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli 1(006)-235/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Məhkum 5 iyun 2022-ci il tarixdə saat 22:00 radələrində qonşusu Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilini ünvan 2 ünvanın həyətinin g iriş hissəsində saxlaması səbəbindən sonuncu ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı yumruq zərbəsi ilə qəsdən Zərərçəkmiş şəxs ağız nahiyəsindən vuraraq sonuncuya sağ ağız bucağının selikli qişasının cərrahi tikişə ehtiyacı olan cırılmış yarası, yuxarı çənənin soldan İ, sağdan İİ, sağdan İİİ dişlərinin travmatik laxlaması və həmin zərbənin təsirindən müvazinətini itirərək hasara dəyməsi nəticəsində sağ saidin və sağ mil-bilək oynağı nahiyəsinin arxa səthinin sıyrıqları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2025- ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş edilir. Protestdə qeyd edilir ki, məhkəmə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə təqsirləndirilən şəxsə cəza təyin etməməklə cinayət qanunu normasının tələbini pozmuşdur. Məhkəmə hərəkət və qərarlardan verilən şikayətləri bir-birindən fərqləndirməmiş, düzgün hüquqi qiymət verməmişdir. Hətta məhkəmə nəzarəti qaydasında işə baxan məhkəmə 18 dekabr 2023-cü il tarixli qərarında şikayəti hərəkətsizliklə bağlı hissədə qismən təmin etsə belə, cinayət işi üzrə icraatın dayandırılması və ya icraata xitam verilməsi haqqında qərarların ləğv edilməsi hissəsində hər hansı xüsusat ortaya qoymadan təmin etməməklə yanaşı, t əmin olunmamasını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun həmin qərarları vaxtilə ləğv etməsi ilə əlaqələndirməmişdir. Bununla belə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işi üzrə aparılan ibtidai istintaqa nəzarət edərkən müstəntiqin qərarlarını ləğv etməsi həmin qərarların qüvvədə olduğu dövrdə doğurduğu hüquqi nəticələri istisna etmir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarlarının məzmunundan da görünür ki, həmin qərarların ləğvi təqsirləndirilən şəxsin ibtidai araşdırma orqanına gəlməsi və ya yayınmaması halının müəyyən edilməsi ilə, yəni Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsi ilə cinayət işi üzrə icraatın dayandırılmasına əsas verən halların aradan qalxması ilə əlaqədar olmam ışdır. Belə ki, iş materiallarından göründüyü kimi, 11 dekabr 2023-cü il tarixdə Nəsimi Rayon prokurorunun müavini tərəfindən 07 fevral 2023-cü il tarixli cinayət işinin icraatının dayandırılması haqqında qərarı ləğv etdikdən dərhal sonra, yəni 12 dekabr 2023-cü il tarixdə müstəntiq tərəfindən cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən yenidən dayandırılmış, 07 fevral 2024-cü il tarixdə Nəsimi Rayon prokurorunun müavini tərəfindən 12 dekabr 2023-cü il tarixli cinayət işinin icraatının dayandırılması haqqında qərarının ləğv edilməsi haqqında qərar qəbul edilsə də, 10 gün sonra, 17 fevral 2024-cü il tarixdə müstəntiq tərəfindən cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən yenidən dayandırılmış və 08 aprel 2024-cü i l tarixdə təqsirləndirilən şəxs Məhkum könüllü olaraq istintaq orqanına gəldiyindən həmin tarixdə cinayət işi üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilmişdir. İşə baxan məhkəmə səlahiyyətindən kənara, məhkəmə nəzarəti mövqeyindən çıxış edərək o qənaətə gəlmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin istintaqdan boyun qaçırması, nəhayət 08 aprel 2024-cü il tarixdə gəlməsi ilə əlaqədar icraat təzələnərək ibtidai istintaq davam etdirilərək, yekunlaşdırılıb cinayət işi məhkəməyə göndərilmişdir. Təqsirləndirilən şəxsə ittiham olunan CM-nin 128-ci maddəsinin sanksiyasından da aydın olur ki, həmin əməl cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətə aiddir. Odur ki, cinayət işi üzrə icraat 07 fevral 2023-cü il tarixdən 11 dekabr 2023-cü il tarixədək, 12 dekabr 2023-cü il tarixdən 07 fevral 2024-cü il tarixədək və 17 fevral 2024-cü il tarixdən 08 aprel 2024-cü il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırıldığından təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımı dayanmış və cinayət hadisəsinin üzərindən, 05 iyun 2022-ci il tarixdən 2 ildən çox müddət keçməmişdir. Bununla da məhkəmə cinayət qanunun normasını düzgün tətbiq etməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin, kassasiya protestinin təmin edilməməsi barədə Məhkum çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təm in edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Protestdə qeyd edilir ki, məhkəmə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə təqsirləndirilən şəxsə cəza təyin etməməklə cinayət qanunu normasının tələbini pozmuşdur. Kassasiya protestində Məhkum elan edilmiş ittihamın həcmi və təqsirliliyi mübahisələndirilmədiyindən məhkəmə kollegiyas ı iş üzrə toplanmış sübutların şərhini zəruri hesab etmir. Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə əsasən: “Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma— min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.” İş materiallarından müəyyən olunur ki, hazırkı cinayət işi üzrə böyük ictimai təhlükə törətməyən cinayət törədildiyi gündən – 5 iyun 2022-ci tarixdən 2 il müddət keçmiş, ibtidai arşdırma zamanı 7 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləs inin 53.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan və ya məhkəmədən gizləndikdə) iş üzrə icraat dayandırılmış, 11 dekabr 2023-cü il tarixdə Nəsimi rayon prokurorunun müavini F.Dadaşov tərəfindən qeyd olunan qərar (qanunsuz və əsassız olaraq cinayət işi üzrə icraat dayandırıldığna görə) ləğv edilmiş, 12 dekabr 2023-cü il tarixdə iş üzrə icraat dayandırılmış (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə görə), qeyd olunan qərar 7 fevral 2024-cü il tarixdə prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ləğv edilmiş, 17 fevral 2024-cü il tarixdə iş üzrə icraat dayandırılmış (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə görə) və 8 aprel 2024-cü il tarixdə təqsirləndirilən ş əxsin könüllü olaraq istintaqa gədiyindən iş üzrə icraat təzələnmiş və icraata qəbul edilərək ibtidai istintaq davam etdirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddətləri şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən və cinayətin törədildiyi gündən hesablanan müddətlərdir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, cinayət qanunvericiliyinin tələblərinə görə cinayət törədildikdən sonra onu törədən subyekt bəlli olarsa, lakin şəxs istintaqdan və məhkəmədən gizlənərsə, müddətin axımı dayanmalı, şəxs tutulduğu yaxud da könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan müddətin axımı bərpa olunmalıdır. Apelyasiya instansiya məhkəməsinin mövqeyinə əsasən “Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 6(006)-138/2023 saylı qərarına m ünasibətdə məhkəmə qeyd etmişdir ki, hazırkı qərarla cinayət “işi üzrə icraatın dayandırılması” barədə müstəntiqin və ya “icraatın dayandırılmasına dair qərarın ləğvi” barədə prokurorluğun hər hansı bir qərarı qanunsuz və əsassız olması müddəalarına əsasən ləğv edilmədiyinə görə, əksinə Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Xəyyam Bağırzadənin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-80/2023 saylı, 24 yanvar 2023-cü il tarixli qərarının qanuni qüvvəyə mindiyi vaxtdan istintaq müddətinin uzadılması barədə prokurorluğa vəsatət verdiyi vaxtadək hərəkətsizliyi qanunsuz hesab edildiyinə görə bu xüsusat (hərəkətsizliyin qanunsuz hesab edilməsi) cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımının dayanması kimi qiymətləndirilə bilməz. Eyni zamanda məhkəmə qeyd etmişdir k i, cinayət işi üzrə prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən artıq icraatın dayandırılmasına dair (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsi ilə) ləğv edilmiş qərarların yenidən məhkəmə tərəfindən “hərəkətsizlik” əsaslarına görə ləğv edilməsi prosessual qanunvericilik tələbləri baxımından mümkünsüzdür.” Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs barəsində axtarış elan olunması formal xarakterli olmuşdur. Belə ki, məhkum edilmiş şəxsin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, 28 oktyabr 2022-ci il tarixdə istintaqı aparan orqana (Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin rəisinə) müraciət edərək, ekspertizadan keçmək üçün şəraitin yaradılmasını xahiş etmişdir. Həmin ərizə polis idarəsi tərəfindən qəbul edilmişdir. Məhkum e dilmiş şəxsin istintaq orqanına məlumat verməsinə baxmayaraq cinayət işinin 170-171-ci vərəqələrində olan 7 fevral 2023-cü il tarixli “qətimkan tədbirinin şərtlərini pozduğu üçün təqsirləndirilən şəxs barəsində axtarış elan olunması” haqqında qərardan görünür ki, Məhkum barəsində axtarış elan olunmuş, eyni tarixdə Məhkum tutulanadək icraat dayandırılmışdır (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.3cü maddəsinə əsasən). Həmin qərarda təqsirləndirilən şəxsin ünvanının istintaqa məlum olmaması qeyd edilsə də, təqsirləndirilən şəxs ərizəsində ünvanını göstərmişdir. Müstəntiq onu istintaqa çağırmadan məlumat vermədən barəsində axtarış elan etmiş və icraatı dayandırmışdır. Halbuki iş məhkəmədən yenidən istintaqa qayıtmışdı. Cinayət işində təqsirləndirilən şəxsin ünvanı və mo bil telefon nömrəsi olduğu halda müstəntiq bu vasitələrdən istifadə etmədən formal axtarış elan etmişdir. Cinayət işinin 177-ci vərəqində prokurorluq vasitəsilə istintaqa təqsirləndirilən şəxsin şikayət məzmunlu ərizələri daxil olmuşdur. Ərizələrdə hətta elektron mail ünvanı göstərilmişdir. Məhkum edilmiş şəxsin istintaq orqanına dəfələrlə məlumat verməsinə baxmayaraq cinayət işinin 275-276-cı vərəqələrində olan 17 fevral 2024-cü il tarixli “qətimkan tədbirinin şərtlərini pozduğu üçün təqsirləndirilən şəxs barəsində axtarış elan olunması” haqqında qərardan görünür ki, Məhkum barəsində axtarış elan olunmuş, eyni tarixdə Məhkum tutulanadək icraat dayandırılmışdır (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən). Cinayət işinin materiallarında Məhkum barə sində axtarış elan edilməsinə dair qərarların icraya real olaraq yönəldilməsini təsdiq edən sənədlər mövcud deyildir. Cinayət Məcəlləsinin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müstəntiqin cinayət işi üzrə ibtidai istintaqın dayandırılmasına dair qərarları ləğv edilərkən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımının davam etməsinə dair məhkəmə qərarlarında verilən hüquqi mövqe qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına təhlil edərək qeyd edir ki, işin faktiki halları ondan ibarətd ir ki, müstəntiq tərəfindən formal xarakterli axtarış qərarları qəbul edilmiş, məhkum edilmiş şəxs istintaqdan gizlənməmiş, əksinə istintaqa dəfələrlə müraciətlər edərək istintaqa cəlb edilməsini xahiş etmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2025-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1341/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1341/2025
16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver