Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1342/2019 17.12.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-1342/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 17 dekabr 2019-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun və Məhkum iştirakları ilə, Bakı Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim R.M.Abdulov) 1(005)-174/2018 nömrəli 31 may 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 06 aprel 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum olunmuşdur ona görə ki, o, 18 yanvar 2018-ci il tarixdə saat 17:15 radələrində ünvan 2 ünvanın qarşısında, həmin prospektlə metronun "xxxx" stansiyası istiqamətində hərəkətdə olan 20 saylı marşrut avtobusunda sərnişin Zərərçəkmiş şəxs1 əynindəki şalvarının sağ yan cibində olan sonuncuya məxsus 500 manat məbləğində pulu əlini şalvarın cibinə salıb götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə digər bir şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək 12 fevral 2018-ci il tarixdə saat 10 radələrində ünvan 3 ünvanın qarşısında yerləşən avtobus dayanacağında olan 199 saylı ma rşrut avtobusunda, aralarındakı vəzifə bölgüsünə əsasən X5 sərnişin Zərərçəkmiş şəxs2 arxadan itələyərək oğurluq üçün şərait yaratmış, o isə Zərərçəkmiş şəxs2 əynindəki gödəkcəsinin üst cibində olan sonuncuya məxsus 2.500 manat və həmin dövr üzrə Azərbaycan Respublikası milli pul vahidi ilə 510 manat, 3 qəpik təşkil edən 300 ABŞ dolları məbləğində pulu əlini gödəkcənin cibinə salıb götürməklə gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 3.010 manat 3 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 05 mart 2018ci il tarixdə saat 18 radələrində ünvan 4 ünvanın qarşısında yerləşən avtobus dayanacağında Zərərçəkmiş şəxs3 əynindəki gödəkcənin sağ yan cibindən içərisində 5 manat dəyərində ***-***-* *- ** və 2 manat dəyərində ***-***-**-** nömrələr olan 499 manat dəyərində bir ədəd “Samsung Galaxy J7 NEO” markalı mobil telefon aparatını əlini gödəkcənin cibinə salıb götürməklə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 456 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Mirzəli Abbasov (sədrlik edən və məruzəçi), Qədim Babayev və Vaqif Mursaqulovdan ibarət tərkibdə) 1(103)-1016/2018 nömrəli 30 iyul 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kassasiya şikayətində Bakı Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2018ci il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxıcına qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkumun müdafiəçi Məhkum onunla əsaslandırır ki, birinci instansiya məhkəməsi tərəfindən onun barəsində ağır cəza təyin edilmişdir. Belə ki, birinci instansiya məhkəməsində 3010 manat 03 qəpik məbləğində oğurluq cinayətini törətməsini səmimi etiraf etmiş, cinayətin açılmasına və ibtidai araşdırmaya köməklik etmişdir. Lakin məhkəmə tərəfindən digər iki oğurluq cinayətindən (18 yanvar 2018-ci il və 05 mart 2018-ci il tarixlərdə baş vermiş oğurluq hadisəsi) xəbərinin olmaması barədə gətirdiyi sübut və dəlillərə münasibət bildirilməmişdi r. Digər tərəfdən, ibtidai istintaqın gedişində müstəntiq tərəfindən Nərimanov rayonu ərazisində açılmamış iki oğurluq cinayətinin qanunsuz olaraq onun tərəfindən törədilməsi qənaətinə gəlinmiş, həmin cinayət hadisələrinin baş verdiyi 18 yanvar 2018-ci il tarixində saat 17:15 radələrində və 05 mart 2018-ci il saat 18:00 radələrində Sumqayıt şəhəri ərazisində olmasını sübut edən məlumatları bilərəkdən cinayət işinə əlavə olunmamış, məhkəmələr bu mənbəni araşdırmaqdan imtina etmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili Məhkum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 500 manat, Zərərçəkmiş şəxs3 456 manat məbləğində ziyan vurulması epizodları üzrə təqsirinin sübuta ye tirilməməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. Həmçinin, Azərbaycan Respublikası CPM-in 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə, həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Məhkum 18 yanvar 2018-ci il tarixdə saa t 17:15 radələrində ünvan 2 ünvanın qarşısında, həmin prospektlə metronun "xxxx" stansiyası istiqamətində hərəkətdə olan 20 saylı marşrut avtobusunda sərnişin Zərərçəkmiş şəxs1 əynindəki şalvarının sağ yan cibində olan sonuncuya məxsus 500 manat məbləğində pulu əlini şalvarın cibinə salıb götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 500 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 05 mart 2018ci il tarixdə saat 18 radələrində ünvan 4 ünvanın qarşısında yerləşən avtobus dayanacağında Zərərçəkmiş şəxs3 əynindəki gödəkcənin sağ yan cibindən içərisində 5 manat dəyərində ***-***-**- ** və 2 manat dəyərində ***-***-**-** nömrələr olan 499 manat dəyərində bir ədəd “Samsung Galaxy J7 NEO” markalı mobil telefon apar atını əlini gödəkcənin cibinə salıb götürməklə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 456 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir İş materiallarından görünür ki, Məhkum həm ibtidai istintaqa, həm də birinci instansiya məhkəməsində verdiyi ifadələrində hər üç epizod üzrə özünü tam təqsirli bilərək törətdiyi cinayət əməllərini etiraf etmişdir. Bundan əlavə onun həmin cinayət əməllərini törətməsi iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri ilə, maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq edilir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyi ni şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, işdən görünür ki, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Kassasiya kollegiyası hesab edir ki, məhkəmələr Məhkum əməlinə hüquqi qiymət verərkən və onun törətdiyi cinayət əməlinin tövsifini müəyyənləşdirərkən cinayət qanunvericiliyinin normalarını düzgün tətbiq etmişlər. Odur k i, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Kassasiya şikayətinin digər dəlili məhkəmələr tərəfindən təyin edilmiş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbayca n Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Məhkum əməllərindən səmimi peşman olmasını və Zərərçəkmiş şəxs3 vurulmuş ziyanın aradan qaldırmasını cəzanı yüngülləşdirən hallar kimi və əməlində cinayətlərin residivinin olmasını isə cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsinin sanksiyasında iki cəza növü, yəni bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərə tutulmuşdur. Birinci instansiya məhkəməsi də işdə cəzanı ağırlaşdıran halın olmasını nəzərə alaraq ona 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmə tərəfindən cəza təyin edilərkən yuxarıda göstərilmiş qanunun normaları və Ali Məhkəmənin Plenumunun qərarının tövsiyyələri düzgün nəzərə alınmışdır. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-14 6-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum oğlunun barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlil lərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 30 iyul 2018-ci tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyul 2018-ci il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxl
Məhkəmə qərarları › İş №1(102)-1342/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-1342/2019
17.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver