Məhkəmə qərarları › İş №1(102)-1342/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1342/2021

15.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1342/2021 15.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X8 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 aprel 2021-ci il tarixli, 1(103)-595/2021 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəf indən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum Təqsirləndirilən şəxs xx xxxxxx 1985-ci ildə Naxçıvan MR, Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan. 2. 22 avqust 2020-ci il tarixli ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 177.2.1 və 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmünə əsasən işin müəyyən edilmiş faktiki hallarına görə, Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını qəsdən gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziy an vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, qəsdən və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X4 və X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 26 may 2020-ci il tarixdə saat 17:26 radələrində ünvan 2 ünvana çatdıqda əvvəlcədən aralarında olan razılığa əsasən o və X4 hadisə yerindən uzaqda dayanıb müşahidə mövqeyində olmaqla hər hansı bir şəxsin hadisə yerinə gəlib-gəlmədiyinə nəzarət etmişlər, qrupun digər üzvü X2 üstündə gətirdiyi və əlində olan küt alətlə qeyd edilən ünvanda yolun hərəkət hissəsinin sağ tərəfində saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “Kia Sportage” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı qara rəngli minik avtomobilinin arxa sağ yan qapısı tərəfinə yaxınlaşaraq küt alətlə sözügedən avtomobilin arxa sağ yan qapı sının şüşəsini sındırmış və avtomobilin arxa oturacağında olan içərisində 60 manat nağd pul, həmin dövrün məzənnəsi ilə 34 manat təşkil edən 20 ABŞ dollar nağd pul, “Ekspress” banka məxsus 10 manat dəyərində olan 1 ədəd kart, “Kapital” banka məxsus 10 manat dəyərində olan 1 ədəd kart, avtomobilin qeydiyyat şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi olan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 60 manat dəyərində qara rəngli əl çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 174 (yüz yetmiş dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdirlər. Bundan başqa, o, təkrarən, qəsdən və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X4 və X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 26 may 2020ci il tarixdə, saat 17:50 radələrində ünvan 3 ü nvana çatdıqda əvvəlcədən aralarında olan razılığa əsasən X2 hadisə yerindən 2-3 metr aralıda dayanıb müşahidə mövqeyində olmaqla hər hansı bir şəxsin hadisə yerinə gəlibgəlmədiyinə nəzarət etmiş, qrupun digər üzvü X4 üstündə gətirdiyi bir ədəd avtomobil şamı ilə qeyd edilən ünvanda yolun hərəkət hissəsinin sol tərəfində saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus “Audi Q7” markalı **-XV-*** dövlət qeydiyyat nişanlı qara rəngli minik avtomobilinin arxa sol yan qapısı tərəfinə yaxınlaşaraq əlində olan avtomobil şamı ilə sözügedən avtomobilin arxa sol yan qapısının şüşəsini sındırmış, o isə avtomobilin arxa oturacağından qiyməti 15 manat dəyərində olan çantanın, içərisində 650 manat dəyərində olan “Apple” markalı “A 1466” (Macbook Air 13- inch) modelli noutbuk və 10 manat dəyərində olan üzərində “A mazon basics” yazıları olan, ağ rəngli, noutbuka məxsus kabeli gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 675 (altı yüz yetmiş beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdirlər

4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin 29 may 2020-ci il tarixdən hesablanması müəyyən edilmişdir.

5. Həmin hökmlə həmçinin X4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmi şdir.

6. Həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X5 və məhkum edilmiş şəxs X4 apellyasiya şikayətləri vermişdilər.

7. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, adı çəkilən hökmü müdafiəsi altında olan Təqsirləndirilən şəxs aid hissədə, xüsusən ona təyin edilmiş cəza hissəsində məhkumun şəxsiyyətinə uyğun deyil. Göstərilən səbəblərə görə birinci instansiya məhkəməsinin qəbul etdiyi 02 fevral 2021-ci il tarixli həmin hökmü apellyasiya qaydasında dəyişdirilməli, Təqsirləndirilən şəxs haqqında cinayət qanununun normaları humanizm prinsipləri mövqeyindən yanaşmaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan hökm çıxarılması üçün əsaslar vardır. Belə ki, Təqsirləndirilən şəxs istər istintaq, istə rsə də məhkəmə baxışı dövründə dindirilərkən işin halları barədə doğru-dürüst ifadələr vermiş, törətdiyi əmələ görə səmimi peşmançılığını bildirərək, ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ittihamlarla özünü təqsirli bilmiş, onun bu səmimi peşmançılığı digər təqsirləndirilən şəxslərə də müsbət təsirini göstərmişdir. Eyni zamanda cinayət işi üzrə zərərçəkmiş şəxslər məhkəməyə təqdim etdiklərləri ərizə və teleqramları ilə onlara dəymiş zərərin Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyini təsdiq etmişlər. Birinci instansiya məhkəməsi hökm çıxararkən hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs törətdiyi əmələ görə təqsirini etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, onun zərərçəkmiş şəxslərə dəymiş zərərin tamamilə ödəməsini nəzərə almı şsa da, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməklə bağlı olmayan cəza verilməsinə dair vəsatətlərini nəzərə almamış, onun azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair hökm çıxartmışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilən yüngülləşdirici halları nəzərə almışdırsa da, axıra kimi humanistlik göstərməmiş, iş materiallarında olan və məhkəmə prosesində nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqında təsdiqini tapmayan hallara müdafiə tərəfinin vəsatəti olmasına baxmayaraq hüquqi qiymət verməmiş, eləcə də bir sıra digər diqqətçəkən halları, o cümlədən, məhkumun valideynlərdən birinin yeniyetmə yaşlarında itirməsini, digər valideyninin ahıl yaşlarında olmasını, özünün isə ailədə tək övlad olmasını nəzərə almayaraq, Təqsirləndirilən şəxs şəxsiy yətinə uyğun olmayan cəza təyin edilməsinə dair hökm çıxartmışdır.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 aprel 2021-ci il tarixli, 1(103)-595/2021 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi R.A.Mənsimzadə və məhkum edilmiş şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs və X3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə məhkum edilmələrinə dair 02 fevral 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

9. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 aprel 2021-ci il tarixli, 1(103)-595/2021 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar 10.Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hər iki məhkəmə onun barəsində ədalətli qərar çıxarmamışdır. Ailə vəziyyətini, səmimi peşmançılığını, cinayətin motivini nəzərdən keçirərək, ona daha yüngül cəza təyin edilməsini xahiş edir.

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz m ünasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

16. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində cəzanın ağır olması mübahisə edilir və ona daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

17. Odur ki, kollegiya Təqsirləndirilən şəxs kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 aprel 2021-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidi r. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).

19. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqınd a tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

21. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilm əsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

22. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hü quqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

23. Məhkum еdilmiş şəхs Təqsirləndirilən şəxs cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmələrin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən hallar kimi törətdiyi əməlləri qismən etir af etməklə peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını, cəzasını ağırlaşdıran hal kimi isə cinayətin residivinin olmasını nəzərə alaraq, sonuncuya təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddəsinin sanksiyası daxilində AR CM-nin 65.2-ci maddəsinin tələblərini də diqqətə almaqla azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkum edilmiş şəxsin şəxsiyyətini səciyyələn dirən və yuxarıda sadalanan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları əsas götürərək Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətlərin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir.

24. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmələr Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 61 və 62-ci maddələrinin tələblərinə tam riayət etmiş, müvafiq olaraq, məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən edilmir.

25. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və pros essual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

26. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 aprel 2021-ci il tarixli qərarı dəyişdiril mədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 aprel 2021-ci il tarixli, 1(103)-595/2021 nömrəli qərarı məhkum Təqsirləndirilən şəxs münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar