Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1342/2024 09.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum - Məhkum iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 1(099)308/2023 nömrəli (hakimlər: Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə 3 iyun 1972-ci ildə x rayonu x kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, evli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 4 ilə endirilmiş, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xxx qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 1 sentyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm q anuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2024-cü il tarixli 1(106)-60/2024 nömrəli (hakimlər: Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmişdir. İŞİN HAL LARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli hökmü ilə, Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 sonuncunun cavabdeh X6 qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası əsasında İmişli Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə onun xeyrinə qətnamə çıxarılması müqabilində 3000 manat pulu işə baxan hakimə verəcəyi barədə sövdələşib yalan vəd verərək, vahid niyyətlə əhatə olunan qəsdlə 25 aprel 2020-ci il tarixdə saat 11 radələrində ünvanında yerləşən x rayon Mədəniyyət Mərkəzinin qarşısında Zərərçəkmiş şəxs5 idarə etdiyi "Azsamand LX minik” markalı, **-BX-*** qeydiyyat nişanlı avtomobildə mülki iş üzrə bir mövqedən çıxış edən Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 hər birindən 1500 manat olmaqla, Zərərçəkmiş şəxs5 ümumilikdə 3000 manat pulu aldadıb alaraq və vədinə əməl etməyərək zərərçəkmiş X-in 1500 manat, Zərərçəkmiş şəxs4 1500 manat pulunu, yəni onların əmlaklarını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 oğluna onu, arvadı Şahid1 və qardaşı Şahid2 işə düzəldəcəyi barədə yalan vəd verərək vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 2020-ci ilin iyun ayının əvvəllərində saat 12 radələrində xxx filialının arxasında yerləşən çayxanada 1000 manat, 2022-ci ilin iyun ayının əvvəllərində saat 17 radələrində isə x rayon u x kəndi ərazisində yerləşən çayxananın qarşısında özünə məxsus "VAZ 2107” markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobilin içərisində 1100 manat pulu aldadıb alaraq vədinə əməl etməmiş və zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 2100 manat pulunu, yəni əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 sonuncunun azyaşlı övladı X-in onun himayəsinə verilməsinə köməklik edəcəyi barədə yalan vəd verərək vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin avqust ayının əvvəllərində ünvan yerləşən İmişli rayon məhkəməsinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs2 Şahid3 vasitəsilə göndərdiyi 1300 manat pulu, 2020-ci ili n oktyabr ayının sonlarında ünvan yerləşən "xxxx" MMC-nin İmişli Poçt filialının qarşısında Zərərçəkmiş şəxs2 300 manat pulu, 2020-ci ilin dekabr ayının əvvəllərində isə Zərərçəkmiş şəxs2 Şahid3 vasitəsilə göndərdiyi 200 manat pulu sonuncunun İmişli rayonu, Bəcrəvan kəndində yaşadığı evin yerləşdiyi küçədə aldadıb alaraq, vədinə əməl etməmiş və zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 1800 manat pulunu, yəni əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 onun üçün ünvanlı dövlət sosial yardımı düzəldəcəyi barədə yalan vəd verərək 20 sentyabr 2020-ci il tarixdə saat 16 radələrində ünvanında yerləşən x rayon Mədəniyyət M ərkəzi ilə “Medisan” klinikasının arasındakı küçədə Zərərçəkmiş şəxs3 600 manat məbləğində pulu aldadıb alaraq vədinə əməl etməmiş və zərərçəkmiş Zərərçəkmiş şəxs3 600 manat pulunu, yəni əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü yalandan Zərərçəkmiş şəxs7 vəkil kimi təqdim edərək sonuncunun Cəbrayıl rayon məhkəməsinin 03 iyun 2020-ci il tarixli 1(072)- 07/2020 nömrəli hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş oğlu X1 cəzasının azaldılması və ya azadlığa buraxılmasını təmin edəcəyi barədə yalan vəd verərək, vahid niyyətlə əhatə olunan qəsdlə 01 may 2021-ci il tarixdə saat 15 radələrində Saatl ı şəhəri ərazisində yerləşən dairəvi yolayırıcının yaxınlığında Zərərçəkmiş şəxs7 50 manat pulu, Biləsuvar rayonu 6 saylı qəsəbədə yerləşən “Röyal-M” marketdəki “Milliön” ödəniş terminalından ona məxsus "xxxx" ASC-nin 4172 1153 3262 4717 nömrəli bank kartına Zərərçəkmiş şəxs7 07 may 2021-ci il tarixdə saat 10:30-da köçürdüyü 1000 manat pulu, 22 iyun 2021-ci il tarixdə saat 09:21-də köçürdüyü 370 manat pulu, Biləsuvar rayonu 8 saylı qəsəbədə yerləşən "xxxx" ASC-yə aid bankomatdan Zərərçəkmiş şəxs7 ona məxsus "xxxx" ASC-nin 4172 1153 3262 4717 nömrəli bank kartına 21 iyul 2021-ci il tarixdə saat 08:57-də köçürdüyü 340 manat pulu, Şahid5 məxsus "xxxx" ASC-nin 4169 7413 1613 3238 nömrəli bank kartına 14 avqust 2021-ci iltarixdə saat 10:17-də köçürdüyü 400 manat pulu, Biləsuvar rayonu 6 saylı q əsəbədə yerləşən “Röyal-M” marketdəki “Milliön” ödəniş terminalından Şahid6 məxsus "xxxx" ASC-nin 4169 7413 1657 6287 nömrəli bank kartına Zərərçəkmiş şəxs7 24 avqust 2021-ci il tarixdə saat 17:59-da köçürdüyü 200 manat pulu, 2021-ci ilin oktyabr ayının sonlarında saat 12:30 radələrində Biləsuvar rayonu, 1 saylı qəsəbənin giriş hissəsində Zərərçəkmiş şəxs7 200 manat pulu aldadıb alaraq və vədinə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs7 2560 manat pulunu, yəni əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə özünü yalandan Zərərçəkmiş şəxs6 vəkil kimi təqdim edərək sonuncuya qardaşı X10 Azərbaycan Respublikası CM-in 23 4.1 və 237.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair Saatlı rayon polis şöbəsində istintaq olunan cinayət işi üzrə tərkibində narkotik maddələr olan bitkilərin sayını azaltmaq və təqsirləndirilən x azadlığın məhdudlaşdırılması cəzası təyin etdirmək müqabilində 6500 manat pulu vəzifəli şəxslər, ekspert, prokuror, dövlət ittihamçısı və hakimə rüşvət qismində verəcəyi barədə sövdələşib yalan vəd verərək, vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin sentyabr ayının əvvəllərində x rayonu, x kəndi ərazisində yerləşən “Çinarlı” restoranında Zərərçəkmiş şəxs6 500 manat pulu özü üçün xidmət haqqı adı ilə, 2021-ci ilin sentyabr ayının sonlarında Saatlı şəhəri ərazisində, müxtəlif yerlərdə 2000, 1800, 2000 və 700 manat olmaqla Zərərçəkmiş şəxs6 Şahid7 vasitəsilə göndərdiyi cəmi 6500 manat pulu ekspertə, prokurora, dövlət ittihamçısına və hakimə rüşvət vermək adı ilə, 2021-ci ilin oktyabr ayının sonlarında isə ünvan 1 ünvanında yerləşən "xxxx" ASC-nin Saatlı filialının yaxınlığındakı çayxanada Zərərçəkmiş şəxs6 Şahid7 vasitəsilə göndərdiyi 200 manat pulu yol xərci adı ilə aldadıb alaraq və vədinə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs6 7200 manat pulunu, yəni əmlakını etibardan sui-istifadə etmə və aldatma təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə özünü yalandan Zərərçəkmiş şəxs8 vəkil kimi təqdim edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən ona və qardaşı Şahid10 yaz ılmış 56000 manat məbləğində inzibati cərimənin silinməsi müqabilində 5600 manat pulu, daha sonra əlavə olaraq 2500 manat pulu vəzifəli şəxslərə, işə baxan Şirvan İnzibati Məhkəməsinin hakimlərinə rüşvət qismində verəcəyi barədə sövdələşib yalan vəd verərək, vahid niyyətlə əhatə olunan qəsdlə 19 yanvar 2022-ci il tarixdə saat 17 radələrində x rayonu, x kəndi ərazisində yerləşən “Çinarlı” restoranında Zərərçəkmiş şəxs8 5600 manat pulu hakimlərə rüşvət vermək adı ilə, 500 manat pulu özü üçün xidmət haqqı adı ilə, 22 yanvar 2022-ci il tarixdə saat 12:44-də x prosepektində yerləşən “Qızıltac” şadlıq sarayından Zərərçəkmiş şəxs8 qohumu X8 məxsus "xxxx" ASC-nin 4169 7377 0889 5145 nömrəli bank kartından “Birbank” mobil tətbiqi vasitəsilə ona məxsus "xxxx" ASC-nin 5522 0993 1356 7646 nömrəli bank kartına köçürdüyü 280 manat pulu dövlət rüsumu adı ilə, 25 yanvar 2022-ci il tarixdə x rayonu, x kəndi ərazisində yerləşən “Çinarlı” restoranında Zərərçəkmiş şəxs8 2500 manat pulu əlavə olaraq hakimlərə rüşvət vermək adı ilə aldadıb alaraq və vədinə əməl etməyərək zərərçəkmiş Şahid10 8880 manat pulunu, yəni əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib ona xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü yalandan Zərərçəkmiş şəxs8 vəkil kimi təqdim edərək onun və qardaşı Şahid10 bank hesablarına qadağa və ölkədən giriş-çıxışa məhdudiyyət qoyulmasına müvəqqəti möhlət hüququ verilməsi müqabilində 1500 manat pulu vəzifəli şəxslərə, işə baxan Şirv an İnzibati Məhkəməsinin hakimlərinə rüşvət qismində verəcəyi barədə sövdələşib yalan vəd verərək, vahid niyyətlə əhatə olunan qəsdlə 04 fevral 2022-ci il tarixdə saat 14:49-da Masallı şəhəri, H.Əliyev prospektində yerləşən “Qızıltac” şadlıq sarayından Zərərçəkmiş şəxs8 qohumu X8 məxsus "xxxx" ASC-nin 4169 7377 0889 5145 nömrəli bank kartından “Birbank” mobil tətbiqi vasitəsilə ona məxsus "xxxx" ASC-nin 5522 0993 1356 7646 nömrəli bank kartına köçürdüyü 1500 manat pulu hakimlərə rüşvət vermə adı ilə aldadıb alaraq və vədinə əməl etməyərək zərərçəkmiş Şahid10 1500 manat pulunu, yəni əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə təkrar dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ƏLAVƏNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayə tini və ona əlavəni onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən barəsində ədalətsiz qərarlar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə özünü qismən təqsirli bilmişdir. Məhkəmədə ittihamçı prokuror barəsində olan CM-in 32.4,312.2-ci maddə ilə ittihamdan imtina etmiş, həmin maddə üzrə icraata xitam verilmişdir. Məhkəmə tərəfindən CM-in 32.4,312.2.2-ci maddəsi ilə bəraət hökmü çıxarılmalı olduğu halda xitam qərarının qəbul edilməsi düzgün olmamışdır. Həmçinin törətdiyi cinayətlə zərərçəkmiş şəxslərin hamısına vurulmuş zərəri ödəmiş, onlarla barışıq əldə etmişdir, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu hal onun cəzasının yüngülləşdirilməsi üçün əsas olub, həmçinin əməlində residivin olması anlayışını arada n çıxarır və onun cinayət məsuliyyətindən azad edilməsinə əsas verir. Odur ki, Məhkum vermiş olduğu kassasiya şikayəti və ona əlavə ilə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2024-cü il tarixli qərarının və bununla əlaqədar Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli hökmünün dəyişdirilməsinə, onun residiv olmasına dair müddəaların xaric edilməsinə, CM-in 32.4,312.2.2-ci maddəsinin xaric edilməsinə aid hissənin dəyişdirilərək ona həmin hissədə bəraət verilməsinə və cəzaya aid hissədə isə vurulmuş zərərin ödənilməsini nəzərə alıb barəsində CM-in 62-ci maddəsinin tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, verilmiş kassasiya şikayətinin və ona əlavənin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlu çıxış edərək, kassasiya şikayətinin və ona əlavənin təmin edilməməsini, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2024-cü il tarixli qərarının qanuni və əsaslı olduğunu bildirərək, qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aş ağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə barəsində yekun nəticəyə gəlinərkən prosessual hüquq normalarının məhkəmələr tərəfindən düzgün tətbiq edilmədiyini, qanunsuz və ədalətsiz hökm qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu, o cümlədən onun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPMin 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.12 (məhkəmə yeni cinayət qanunu ilə ləğv edilmiş cəzanı tətbiq etməklə, yaxud amnistiya aktını tətbiq etməməklə ittiham hökmü çıxardıqda) və 416.1.21-ci (mə hkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallar ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini və ona əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin və ona əlavənin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayə ti və ona əlavə təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsa sən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilə n cinayət hüquqi qiymətdir. Cinayət-Prosessual Məcəllənin 144-cü maddəsi məhkəmədən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar süb ut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; _ bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyy ən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş təkrarən, xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yə ni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə üzrə ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin həm sübutların tədqiqi, həm də onların qiymətləndirilməsi ilə bağlı gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alın ması üçün heç bir əsas yoxdur. Eyni zamanda məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, birinci instansiya məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli hökmü ilə razılaşaraq həmin hökmü dəyişdirilmədən saxlamış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, məhkəmənin 16 yanvar 2024-cü il tarixli bu yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində qeyd edilmiş “məhkuma CM-in 32.4,312.2-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməli halda, həmin maddə ilə xit am verilməsinin qeyri-qanuni olmasına” dair dəlillərinə qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsində cinayət işinin məhkəmə baxışının gedişində dövlət ittihamçısı təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 32.4,312.2-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibindən imtina etdiyindən məhkəmənin 4 sentyabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CPM-in 43.1 və 43.1.1-ci maddələrinə əsasən CM-in 32.4,312.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə çıxarılır. Kassasiya məhkəmə k ollegiyası həmçinin onu da qeyd edir ki, işdə olan sübutları və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarını əlaqəli şəkildə təhlili də Məhkum barəsində CM-in 32.4,312.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsi barədə yekun nəticəyə gəlməyə imkan verir. Bundan əlavə, «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 38-ci bəndində də təsbit edilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsi ndə qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Ali Məhkəmənin formalaşdırdığı vahid məhkəmə təcrübəsinə əsasən bir mənalı şəkildə müəyyən edilmişdir ki, irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsi ittihamdan xaric edilməlidir. Bu baxımdan kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edirş Məhkum tərəfindən verilmiş kassasiya şikayətində həmçinin barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-c il tarix li amnistiya aktının tətbiq edilmədiyi, ona təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və dəymiş ziyanın ödənilməsini yüngülləşdirici hal kimi nəzərə alıb, CM-in 62-ci maddəsinə əsasən çəkdiyi cəza ilə kifayətlənib azad olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası bu barədə kassasiya şikayətinin dəlillərinə ümumilikdə məhkuma cəza təyininə dair məsələlərə də qiymət verməklə qeyd edir ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirk arın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilə rkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən X3 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edi lməsi haqqında” xx.xx.2017-ci il tarixli Qanun tətbiq edilərək ona dörd il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Belə ki, Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayətlər törətməyə görə məhkumluq həmin cinayəti törətmiş şəxsin təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən iki il keçdikdə ödənilmiş hesab edilir. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-c il tarixli Qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzər indən məhkumluq götürülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə məhkum edildiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələri az ağır cinayətlər təsnifatına aiddir. Cinayət işinin materiallarından görünür ki, Məhkum ona Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından şərti olaraq azad edildiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixdən iki il keçmədən hazırkı cinayət işi üzrə ittihamla istinad edilmiş əməllərin ilk epizodunu 25 aprel 2020-ci il tarixdə, yəni amnistiya aktı qəbul edilmiş tarixdən (5 noyabr 2021-ci il) əvvəl törətmişdir. Beləliklə də, amnistiya aktından əvvəl hazırkı cinayəti törədərkən onun əməlində cinayətlərin residivi yaranmış, məhkəmələr həmin halı nəzərə alaraq təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmayan cəza təyin etmişlər. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, əvvəllər məhkum olunmuş Məhkum tərəfindən yenidən qəsdən cinayətin törədilməsinin cinayətin residivini yaratdığından və amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 5 noyabr 2021-ci tarixdə qəbul edildiyindən həmin Qərarın müddəalarının Məhkum tətbiq edilməsinə əsas yoxdur. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində məhkum barəsində cəzanı yüngülləşdirən halların (dəymiş ziyanın ödənilməsi barədə) nəzərə alınmasına dair dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayə t-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Məhkum kassasiya şikayətində barəsində olan yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların mövcudluğa istinad edərək CM-in 62-ci maddəsinin tətbiq olunmasını xahiş edir. Kassasiya məhkəmə kollegiyası həmin dəlilə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Eyni zamanda kollegiya qeyd edir ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, CM-in 62-ci maddəs inə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya məhkəməsinin qərarını qeyd edilən normaların tələbləri baxımından kassasiya şikayətinin və ona əlavənin dəlilləri ilə birgə təhlil edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə müstəsna hallar və ya məhkumun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Azərbaycan Respublikası CM-in 62ci maddəsinin tətbiq olunmasına əsas vermir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən (cinayət nəticəsində dəymiş ziyanı qismən ödə məsi) və ağırlaşdıran (əməlində cinayətlərin residivinin olması) halların olması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin və ona əlavənin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2024-cü il tarixli qərarı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1342/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1342/2024
09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver